Dövlət Yol Polisi işçi axtarır - boyu 180 sm-dən hündür, idman cüssəli...
Məqbul qiymət almış şəxslər DYP bölümlərinin vakant YPX inspektoru vəzifələrinə təyin ediləcəklər

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dölət Yol Polisi İdarəsi (BDYPİ) yol-patrul xidməti inspektoru (sıravi və kiçik rəis heyəti) vəzifəsində xidmət aparılması üçün hazırlıq kurslarına qəbul elan edib. BDYPİ-in İctimaiyyətlə əlaqələr şöbəsinindən Yol-xeber.az-a verilən məlumata görə, kurslarda ali və ya orta-ixtisas, yaxud tam orta təhsilli, sürücülük hüququna malik, aydın nitq qabiliyyəti olan, yaşı 20-dən 25-dək, boyu 180 santimetrdən hündür, idman cüssəli, həqiqi hərbi xidmət müddətini tam başa vuran, əvvəllər özü və yaxın qohumları qəsdən törədilən ağır cinayətlərə görə məhkum olunmayan (ehtiyatsızlıqdan böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum olunmuş yaxın qohumlar istisna olmaqla), "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə" ilə müəyyən edilmiş şərtlərə cavab verən Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları iştirak  edə bilərlər.

Kursları müvəffəqiyyətlə bitirib buraxılış imtahanlarından məqbul qiymət almış şəxslər DYP bölümlərinin vakant YPX inspektoru vəzifələrinə təyin ediləcəklər.

Kurslarda iştirak etmək istəyən şəxslər 20.02.2020-ci il tarixədək hər iş günü saat 10:00-dan 17:00-dək Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə (Bakı şəhəri, Xırdalan – Binəqədi şossesi 4) müraciət edərək aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər.

 

şəxsiyyət vəsiqəsi

təhsil haqqında sənəd

hərbi bilet

əmək kitabçası (olduğu halda)

sürücülük vəsiqəsi

məhkumluğunun olmaması barədə arayış

Əlaqə telefonları:   +99412 590 81 10, +99412 590 81 39

 

Qar Bakı yollarına necə təsir edib?
Gecə saatlarından Bakıya yağan qar yollarda nəqliyyat vasitələrinin hərəkəti üçün hər hansı bir çətinlik yaratmayıb.

Bakı Nəqliyyat Agentliyinin (BNA) yaydığı məlumata görə, yollarda buz bağlama halı müşahidə olunmayıb. Körpülərin üzərində və tunellərdə normal hərəkət müşahidə olunur.

Qar yağması ilə əlaqədar yalnız gecə saatlarında Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ-Hava limanı avtomagistrallarında sürət həddi bütün zolaqlar üzrə 60 km/saatadək endirilib. Lakin səhər saatlarında yenidən sürətlər bərpa olunub. Səhər saatlarından bütün müntəzəm marşrut xətləri üzrə avtobuslar qrafikə uyğun olaraq xətlərə çıxarılıb.

Bir daha sürücülərdən ehtiyyatlı olmalarını, sürət həddinə əməl etmələrini və meterioloji amilləri nəzərə almalarını xahiş edirik. Eyni zamanda, piyadalar yolu qarşı tərəfə keçərkən mütləq qaydada piyada keçidlərindən istifadə etmələrini tövsiyə edirik.

Avtobuslarda yeni sistem: sürücülər artıq dayanacaqdan kənarda saxlaya bilməyəcək - Ərşad Hüseynov
Kart sisteminə keçid tam şəkildə baş tutsa və eyni zamanda GPS-lər quraşdırılsa, sürücülərin sərnişini 30 qəpik kimi görməsinin qarşısı alına bilər

Avtobusda kart sisteminə keçidlə yanaşı coğrafi izləmə sisteminin də tətbiq olunması ictimai nəqliyyatda mövcud olan problemlərin aradan qaldırılmasına səbəb olacaq. Yol-xeber.az xəbər verir ki, bunu “MediaPost”a açıqlamasında yol-nəqliyyat eksperti Ərşad Hüseynov Bakı Nəqliyyat Agentliyinin daşıyıcı şirkətlər qarşısında kart sisteminə keçidlə bağlı tələb qoyması barədə danışarkən deyib. 

Ekspert kart sisteminin paytaxt nəqliyyatına təsirlərindən bəhs edib:

Avtobuslarda yeni sistem: sürücülər artıq dayanacaqdan kənarda saxlaya bilməyəcək - ŞƏRH

 

“İctimai nəqliyyatla bağlı ən çox müzakirə olunan məsələ avtobusların kart sisteminə keçməsidir. Bu yenilik vətəndaşların çoxdan gözlədiyi bir məsələ idi. Nəqliyyat sistemi inkişaf etmiş ölkələrdə bu üsuldan istifadə olunur və öz səmərəsini verir. Bu sistemə keçid vaxt itkisinin qarşısının alınması, sürücülərin yollarda daha diqqətli olması, dayanacaqdan kənarda saxlama hallarının azalması baxımından çox vacibdir. Beynəlxalq təcrübə göstərir ki, həmin sistemə keçən avtobusların sürücüləri daha intizamlı və diqqətli olurlar. Son 5-6 ildə istismarda olan və köhnə hesab edilən avtobuslarda kart sisteminə keçidlə əlaqədar irəliləyişlər qeydə alınır”.

"Kart sisteminə keçid tam şəkildə baş tutsa və eyni zamanda GPS-lər quraşdırılsa, sürücülərin sərnişini 30 qəpik kimi görməsinin qarşısı alına bilər"

Ekspert avtobuslarda kart sistemi ilə yanaşı coğrafi izləmə sisteminə keçidin əhəmiyyətindən də danışıb: “Digər bir məsələ də budur ki, artıq paytaxtdakı avtobuslara coğrafi izləmə sistemi (GPS) quraşdırılmasına başlanılıb. Türkiyədən yeni gətirilən avtobuslarda bu sistem var. Bu sistemin mahiyyəti ondan ibarətdir ki, avtobusun bütün hərəkətinə mərkəzdən nəzarət olunur. Yəni avtobus hansı sürətlə hərəkət edir, hansı ərazidədir, dayanacağa çatanda və dayanacaqdan çıxanda normal, yoxsa qəfildən saxlayır, dayanacaqdan kənarda dayanırmı və s. kimi problemlərə nəzarət etmək mümkündür. Hesab edirəm ki, avtobuslarda həm kart, həm də izləmə sisteminin quraşdırılması, Bakıda avtobus sürücülərinin işinə müsbət mənada təsir edəcək. Kart sisteminə keçid tam şəkildə baş tutsa və eyni zamanda GPS-lər quraşdırılsa, sürücülərin sərnişini 30 qəpik kimi görməsinin qarşısı alına bilər. Təbii ki, bütün sadalanan məsələlərin həllini tapmasında daşıyıcı şirkətlərdən də çox şey asılıdır”.

Qəbələdə 28 km-lik yolun yenidən qurulmasına başlanılıb - FOTO
Hazırda yenidənqurma işləri zamanı mövcud 3-4 metr enində yol genişləndirilərək 10 metrə çatdırılır

Ölkə başçısının tapşırıq və sərəncamları əsasında yol infrastrukturunun yenidən qurulması ilə bağlı cari ildə tərtib edilmiş tədbirlər planına uyğun olaraq Qəbələ rayonunda uzunluğu 28 km olan yerli əhəmiyyətli Əmirvan-Vəndam avtomobil yolunun yenidən qurulması işlərinə başlanılıb. Sözügedən yol ötən il yenidən qurularaq istifadəyə verilən Böyük Əmili-Bılıx-Əmirvan avtomobil yolunun davamı hesab olunur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulan Əmirvan-Vəndam yolun hərəkət hissəsinin eni 6 metr, hər bir istiqamət üzrə çiyin hissələrin eni 2 metr olmaqla yol yatağının eni 10 metr təşkil edəcək.

Agentlikdən Yol-xeber.az-a verilən məlumata görə, hazırda yenidənqurma işləri zamanı mövcud 3-4 metr enində yol genişləndirilərək 10 metrə çatdırılır. Bunun üçün yolun deformasiyaya uğramış hisələri qazılaraq çıxarılır, karxana qruntu ilə əks-dolğu işləri görülür və kipləşdirilir, torpaq yatağı avtoqreyderlə profilə salınır. Tikintinin əhatə edəcəyə sahə 250 min kv.m-dən çoxdur. Yol boyu mövcud suötürücü borular istismara yaramadığı üçün yeni suötürücü boruların quraşdırılması və küvetlərin açılması da tələb olunur. Bu səbəbdən yol boyu köhnə boruların sökülməsi əvəzinə yeni dəmir-beton suötürücü boruların quraşdırılamsı, boru başlıqlarının dəmir-betonla tikilməsi nəzərdə tutulur. Həmçinin bir mövcud körpünün də əsaslı şəkildə təmiri layihədə nəzərdə tutulmuş işlərdəndir.

 

Layihəyə uyğun olaraq daha sonra lazımi hündürlükdə karxana çınqılı və optimal qum-qırmadaş qarışığından əsasın alt və üst layının tikintisi işləri görüləcək, yol birləşmələri təmir ediləcək, çiyin hissələr də lazımi materiallarla təmir edilərək bərkidiləcək. Yol əsası hazır olandan sonra isə yolun asfaltlanması işlərinə start veriləcək. Belə ki, yolun təqribən 160 min kv.m sahəsinə əlaqələndirici bitum səpilməklə yol örtüyünün alt və üst layı 12 sm hündürlüyündə iri və xırda dənəli asfalt-beton qarışığı ilə inşa ediləcək.

Yol Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında, “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən yüksək keyfiyyətlə yenidən qurulur. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və 50-dən artıq texnika cəlb olunub.

Layihənin sonuncu mərhələsində zəruri olan yerlərdə avtobus dayanacaqları və əyrixətli dəmir tirlərin, hərəkətin normal təşkil üçünsə yol nişanlarının, siqnal dirəklərinin və km göstəricicilərinin quraşdırılması, yolcizgi və yolgöstərici xətlərinin çəkilməsi nəzərdə tutulur.

Qeyd edək ki, 28 km uzunluğa malik Əmirvan-Vəndam avtomobil yolu ötən il yenidən qurularaq istifadəyə verilən Böyük Əmili-Bılıx-Əmirvan avtomobil yoluna birləşməklə iki respublika əhəmiyətli yol arasında əlaqələndirici funksiyasını daşıyacaq. Sözügedən marşrutlar üzrə yaşayış məntəqələrini birləşdirən avtomobil yolu Qaraməryəm-İsmayıllı-Şəki və Ağdaş-Zarağan avtomobil yollarını rahat çıxışı təmin edəcək. Bu isə öz növbəsində həm yolun əhatə etdiyi yaşayış məntəqələrində yaşayan vətəndaşların, həm də bu yoldan istifadə edən qonaqların Qəbələ şəhərinə daxil olmadan hərəkətlərinə davam etmək imkanı yaradacaq.

Bundan başqa Əmirvan-Vəndam avtomobil yolunun yenidən qurulması gediş-gəlişin rahatlaşmasına, əhalinin yetişdirdiyi kənd təsərrüfatı məhsullarının tez və xarab olmadan bazarlara çatdırılmasını təmin etməklə kənd təsərrüfatının inkişafına, həmçinin ərazidi boyu turizm imkanlarının genişlənməsinə, yeni turizm marşrutlarının yaradılmasına və bununla da bölgədə turizmin inkişafına gətirib çıxaracaq. Kənd təsərrüfatı və turizmin inkişafı isə öz növbəsində əhalinin sosial rifah halına müsbət təsir edəcək.

 

 
"Bibiheybət yolu"nun tam açılacağı tarix bilindi - FOTO
Yolda tikinti-bərpa işləri sürətlə davam etdirilir

Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Bibiheybət məscidi istiqamətində olan yolda tikinti-bərpa işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən davam etdirilir. Yol-xeber.az xəbər verir ki, tikinti-bərpa işləri sözügedən ərazidə aparılan geoloji-kəşfiyyat işləri nəticəsində hazırlanmış hesabat əsasında, Fövqaladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin və xarici mütəxəssislərin iştirakı ilə hazırlanmış layihə əsasında aparılır. Yoldan aşağı hissədə 2 yerdə svay əsaslı istinad divarının inşası nəzərdə tutulub ki, onlardan birinin yamacın aşağı hissəsində tikintisi yekunlaşmaq üzrədir. Bunun üçün ərazidə hazırda svay vurma işləri aparılıb. Svaylar 1 metr diametrində olmaqla 2 cərgə vurulub və üzərində 1.5 metr qalınləqda monolit dəmir-beton tava inşa edilib. Hazırda ərazidə 8 metr hündürlükdə istinad divarı inşa edilir.

Yağış və qrunt sularının ərazidən kənarlaşdırılması üçün dəmir-beton küvetlər inşa edilib, yeni drenaj və yağış-kanalizasiya sisteminin yaradılması istiqamətində addımlar atılır. İstinad divarlarında su axınını təmin etmək üçünsə eninə istiqamətdə borular da atılacaq.

Növbəti mərhələdə yamacın orta hissəsində də svay əsaslı istinad divarı inşa ediləcək. Bundan sonra yolda digər hərəkət zolaqların bərpası işləri görüləcək.

 

Tikinti-bərpa işlərinin iyun ayınadək yekunlaşdırılması nəzərdə tutulub.

 

 
Prezident: “Bakı şəhərinin nəqliyyatı yaxşılaşdırılır”

Ancaq Sumqayıtdan fərqli olaraq bizim başqa şəhərlərdə vəziyyət acınacaqlıdır

“Bakı şəhərinin nəqliyyatı yaxşılaşdırılır, indi həm dövlət, həm özəl sektor xətti ilə daha səmərəli fəaliyyət göstərir”.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda deyib.

Dövlət başçısı bu məsələdə xüsusilə özəl sektoru qeyd edib:

 

“Xüsusilə mən özəl sektoru qeyd etmək istəyirəm. Çünki onlar da görürlər ki, dövlət xətti ilə gətirilən avtobuslar bütün standartlara cavab verir. Onların isə istifadə etdikləri avtobuslar artıq çoxdandır yararsız vəziyyətə düşüb. Ona görə məsuliyyətli sahibkarlar dərhal bu işlərlə məşğul olmağa başlayıblar. Əminəm ki, bundan sonra da həm özəl qurumlar, həm dövlət sektoru bu işdə fəal olacaqdır. Ancaq Sumqayıtdan fərqli olaraq bizim başqa şəhərlərdə vəziyyət acınacaqlıdır. Şəhər nəqliyyatı bərbad vəziyyətdədir. İstifadə olunan avtobuslar heç bir meyarlara cavab vermir. Ona görə mən həm yerli icra orqanlarına, həm də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müvafiq göstəriş vermişəm ki, mənə geniş məlumat versinlər, mövcud avtobus parkı nə vəziyyətdədir? Biz bu məsələni də həll etməliyik. Hər bir şəhərdə nəqliyyat yaxşı olmalıdır. Yollar yaxşıdır, nəqliyyat da yaxşı olmalıdır ki, vətəndaşlar mənzil başına, iş yerinə rahat çata bilsinlər”.

"Dəmir Yolları sərnişinlərin böyük hissəsini özünə cəlb edəcək"
Sərnişindaşımanın bu növünə böyük tələbat var

“Azərbaycan Dəmir Yolları” QSC sərnişin daşınmasına artan tələbatı təmin etmək məqsədi ilə bu gündən Bakı-Pirşağı-Bakı istiqamətində hərəkət edən qatarların və müvafiq olaraq reyslərin sayını artırır.

Nəqliyyat üzrə ekspert Hüseyn Abdullayev qatarların və reyslərin sayının artırılmasını əhəmiyyətli hal hesab edib.

Onun sözlərinə görə, bu, pik saatlarda hərəkət intervalını azaldmağa imkan verəcək: “Məsələ ondan ibarət idi ki, Bakı-Pirşağı-Bakı reysi açılandan sonra qatarların sayı ilə əlaqədar formalaşan qrafik Pirşağı, Zabrat və ya Məhəmmədidən səhər saatlarında əsasən iş və təhsillə əlaqədar Bakıya gələn sərnişin üçün çox az alternativlər yaradırdı. İndi yeni qatarların alınması ilə reyslərin sayı artırılacaq. Bu da ən azından pik saatlarda qatarlararası hərəkət intervalını azaltmaqla sərnişinlərə əlverişli qrafik seçimində yeni imkanlar açır".

 

Nəqliyyat üzrə ekspert Hüseyn Abdullayev:


"Səyahətin təhlükəsizliyi baxımından isə dəmir yolunun demək olar ki alternativi yoxdur"

 

Ekspert bildirib ki, həqiqətən də insanlar elektrik qatarlardan istifadə etməkdən maraqlıdırlar: "Sərnişindaşımanın bu növünə böyük tələbat var. Bu, bir tərəfdən onunla əlaqədardır ki, sərnişin qatarla mənzil başına tez çatır, burada olan rahatçılıq səviyyəsi avtobusla müqayisə olunmayacaq dərəcədə yüksəkdir. Xərc baxımından da avtobusla təxminən eynidir. Digər tərəfdən əvəllcədən bəlli qrafiklə işlədiyi üçün etibarlı nəqliyyat vasitəsitidir. Səyahətin təhlükəsizliyi baxımından isə dəmir yolunun demək olar, alternativi yoxdur". 

"Sərnişin daşınmasında bu nəqliyyat vasitəsinin Azərbaycanda potensial imkanları əslində daha böyükdür və müvafiq amillər təmin olunacağı təqdirdə dəmir yoluna daha çox sərnişinin cəlb etmək mümkün olacaq. Bunun üçün əvvəlcə insanların digər nəqliyyat növlərindən dəmir yoluna transferi maksimal dərəcədə tez və rahat başa gəlməlidir. Nəqliyyatın digər növləri dəmir yoluna bu işdə dəstək olmalıdır. Bununla rəqabət mühitində olmamalıdır. Əksinə, biri-birini tamamlayaraq qarşılıqlı fəaliyyət göstərməlidir. Belə olan halda dəmir yolu nəqliyatına daha böyük tələb yaranacaq”, - H.Abdullayev diqqətə çatdırıb.

Avtomobil Yolları Dövlət Agentliyinin balansına yeni yollar verilib
“Azərbaycan Respublikasının yerli əhəmiyyətli avtomobil yollarının siyahısı”nda dəyişiklik edilib.

Nazirlər Kabinetindən verilən məlumata görə, bu barədə qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Yeni qərara görə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin keçmiş Dağlar Yusifov adına Qəbələ Qızılbalıqartırma Zavodunun balansında olmuş 2,2 kilometrlik magistral yol və Qəbələ rayonu, Çuxur Qəbələ Bələdiyyəsinin balansında olan 3,8 kilometrlik avtomobil yolu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin balansına verilir.



“Bakı Metropoliteni” QSC-nin stansiyalarında təmizlik işlərinin görülməsi ilə bağlı elan edilmiş açıq tenderin nəticəsi məlum olub.

Avtosfer.az “Report”-a istinadən xəbər verir ki, tenderin qalibi “TAİS İKF” MMC-dir. 

Qalib şirkətə 1 999 994 manat ödəniləcək. 



Oxuculardan biri yol hərəkəti qaydasını pozaraq təhlükə yaradan sürücünün görüntüsünü redaksiyamızın elektron ünvanına göndərib. Avtosfer.az xəbər verir ki, yanvarın 18-i paytaxtın Xudu Məmmədov küçəsində yerləşən yanacaqdoldurma məntəqəsindən yola daxil olan 99-KE-056 qeydiyyat nişanlı "Hyundai" markalı avtomobilin sürücüsü sağdan gələn avtomobilə qəza vəziyyəti yaradıb. Görüntünü qeydə alan sürücü təhlükəni görən an səs siqnalından istifadə edərək sağa manevr edib. Beləliklə sürücü qəzadan son anda yayınıb.

Yol Hərəkəti Haqqında Qanunda qeyd olunub ki, sürücü yola bitişik ərazidən (yolun hər iki tərəfinə bitişik olan və nəqliyyat vasitələrinin birbaşa hərəkəti üçün nəzərdə tutulmayan torpaq sahələri və orada yerləşən həyətlər, yaşayış massivləri, avtomobil duracaqları, yanacaqdoldurma məntəqələri, müəssisələr və başqa obyektlər) yola çıxarkən, yolda gedən nəqliyyat vasitələrinə və piyadalara yol verməlidir.

 

 

Təbriz

 

Xəbər lenti