![]() |
|
Bunu Prezident İlham Əliyev Goranboy Rayon Mərkəzi Xəstəxanasının kollektivi ilə görüşdə çıxışı zamanı bildirib:
"Bildiyiniz kimi, Azərbaycan tranzit ölkədir və biz uzun illər çalışırdıq ki, öz tranzit potensialımızı genişləndirək, buna nail ola bilmişik. Heç bir tranzit yüklər üçün məhdudiyyət qoyulmur. Ancaq biz bu sahəyə də xüsusi diqqət göstərərək tranzit yüklərin, xüsusilə Cənub istiqamətindən ölkəmizə daxil olan, həm Azərbaycan istehlakçıları, həm də qonşu ölkələrin istehlakçıları üçün lazımi yüklərin çatdırılması ilə bağlı mütəşəkkil qaydada işlər aparılır, müvafiq yük maşınlarından ibarət xüsusi kolonlar formalaşdırılır, polis müşayiəti təmin edilib.
Eyni zamanda, göstəriş vermişəm, xarici sürücülərə yemək təqdim edilsin ki, onlar idarə etdikləri maşınlardan tez-tez çıxıb ictimai yerlərə getməsinlər. Yəni, hər bir xırdalığa qədər düşünülmüş addımlar atılır, bunun da məqsədi Azərbaycan vətəndaşlarını bu xəstəlikdən qorumaqdır. Bu günə qədər bizim bütün addımlarımız uğurla nəticələnib. Biz daim Ümumdünya Səhiyyə Təşkilatı ilə təmasdayıq və xəstəliyi aşkar etmək üçün testlərin ölkəmizə gətirilməsi ilə bağlı işlər aparılır, bu məsələ öz həllini tapır".
Sərəncamla iyirmi iki min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Şəmkir–Zəyəm–Düyərli (18 km)–Zəyəm Cırdaxan–Tatarlı avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün göstərilmiş vəsaitin 7,5 milyon (yeddi milyon beş yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Vətəndaşların rahat gediş-gəlişini təmin edilməsinə xüsusi diqqət ayıran dövlət başçısının ölkədə avtomobil yollarının yenidən qurulması və reabilitasiyası istiqamətində həyata keçirilən işlərin davamı olaraq, M5 Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Xaldan-Şəki hissəsinin əsaslı şəkildə yenidən qurulması ilə bağlı tapşırıq və sərəncamlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təmir-tikinti işləri uğurla davam etdirilir.
M5 magistralının yenidən qurulan hissəsinin uzunluğu 46 km-dir. Yolun sözügedən hissəsi II texniki dərəcəyə uyğun olaraq yenidn qurulur. Yolun ümumi eni 15 metr olmaqla bura 7.5 metr enində hərəkət hissə və hər bir istiqamət üzrə 3.75 metr enində çiyinlər daxildir.
Layihə çərçivəsində köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, yolun köhnə və yararsız quruntu qazılaraq çıxarılıb, əvəzinə yararlı material tökülərək kipləşdirmə və qaya dolğusu işləri aparılmaqla yeni yol yatağı inşa olunub.
Torpaq işlərinin ardınca yol əsasının inşasına başlanılıb. Yol əsası optimal qırmadaş və qum-çınqıl qarışıqlarıdan istifadə olunmaqla inşa olunur. Buna parallel olaraq yol əsası hazır olan hissələrə ələqələdirici bitum səpilməklə 27 sm qalınlığında 3 laydan ibarət yeni asfalt-beton örtüyü də döşənir.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, 46 km-lik yol boyu 3 avtomobil körpüsünün inşası aparılaraq yekunlaşdırılır. Körpülər yolun 1.8-ci km-də Alıcançay, 9.5-ci km-də Şirvan kanalı və 35.6-cı km-də Dəhnəçay üzərində inşa olunur. Müvafiq olaraq körpülərin uzunluqları 67, 76 və 61 metr təşkil edir.
Bundan başqa yol boyu köhnə suötürücü boruların yenilənməsinə də ehtiyac var idi. Bu üzdən müxtəlif diametrlərə malik 106 borunun inşası aparılır ki, bunlardan 12-i düzbucaqlı su keçidləridir. Layihəyə uyğun olaraq yol boyu 7 nöqtədə yeraltı keçid də tikilir. Suötürücü borularıln və keçidlərin inşası da yekunlaşmaq üzrədir. Bundan başqa Magistral yolun zəruri nöqtələrində 32 avtobus dayanacağının quraşdırılması nəzərdə tutulur.
“M-5 Yevlax-Zaqatala-Gürcüstan Respublikası dövlət sərhədi avtomobil yolunun yenidənqurulması” layihəsi çərçivəsində magistralın 46-cı km-dən ayrılan və Şəki şəhərinə qədər uzanan 12 km-lik respublika əhəmiyyətli yolun da III texniki dərəcəyə uyğun yenidən qurulması işləri aparılır. 2 hərəkət zolaqlı olmaqla yolun ümumi eni 12 metr təşkil edir.
Anoloji tikinti işləri bu yolda da görülür. Respublika əhəmiyyətli yolda 5 avtomobil körpüsünün inşa bitmək üzrədir.. Körpülər yolun 0.4-cü km-də dəmiryolu, 0.7-ci km-də Əyriçay, 1.4-cü km-də Küncüt çayı, 4.6-cı km-də Sarı Qobu çayı kanalı və 5.2-ci km-də Qarasu çayı üzərində salınır. Körpülər 2-3 aşırımlı olmaqla uzunluqları 49, 61 və 76 metr təşkil edir.
Bütün işlər texnoloji ardıcıllığa uyğun olaraq və yüksək keyfiyyətlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılır. İşlərin cari ilin sonuna qədər yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.
Ümumilikdə yollar boyu işlərin tərəqqisi planı üstələyir.
Qeyd edək ki, M5 Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu ölkənin şimal qərb istiqamətindən Mazimçay üzərindən keçməklə Gürcüstün sərhədinə doğru istiqamətlənən və respublikanın ümumi yollar şəbəkəsində xüsusi əhəmiyyəti olan 164 km uzunluğa malik II dərəcəli magistral avtomobil yoludur.
Əsaslı şəkildə yenidən qurulan Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunun (M5) tərkib hissəsinə aid olan Xaldan-Şəki hissəsi 2 rayonun inzibati ərazisindən keçməklə bir-neçə yaşayış məntəqəsini birləşdirir. Aparılan işlər yol boyu yaşayan əhali ilə yanaşı yoldan istifadə edən bütün vətəndaşların gediş-gəlişini rahatlaşdıracaq, Gürcüstan həmçinin əks istiqamətdə yük və sərnişin daşımasını xeyli asanlaşdırmaqla kənd təsərrüfatının və turizmin inkişafına müsbət təsir edəcək.
Xatırladaq ki, ötən il sözügedən magistralın 40 km uzunluğa malik Zaqatala-Balakən-Mazımçay hissəsi əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilmişdi.
Bakı Beynəlxalq Avtovağzal kompleksinin qarşısından başlayaraq “Masazır dairəsi”nə qədər olan hissəsində və əks istiqamətdə həyata keçirilən yenidənqurma işləri çərçivəsində hazırda magistral yol üzərində mövcud olan süni təpəciklərin sökülməsi ilə yolun hər iki istiqaməti üzrə 1 hərəkət zolağı enində genişləndirilməsi işləri görülür. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Yol-xeber.az-a verilən məlumata görə, körpüdə əlavə svay əsaslı özül üzərində dayaq inşa olunmaqla sağ və sol istiqamətdə əlavə 1 hərəkət hissəsinin yaradılması nəzərdə tutulur.
Bundan başqa magistral yolun təqribən 8-ci km-də yerləşən və dəmir yolu üzərində inşa olunmuş yol ötürücüsünün alt hissəsində 2 hərəkət zolaqlı yeni geridönmə hissəsinin yaradılması üçün də hazırlıq işlərinə başlanılır. Yeni yol hissənin yaradılması ilə uzun məsafə qət edib geridönmə əməliyyatını “Xırdalan dairəsi”ndən etməyə lüzum qalmayacaq. Bu isə öz növbəsində “Xırdalan dairəsi” ətrafında yaşanan tıxac və ləngimələrin aradan qaldırılmasına müsbət mənada təsir edəcək. Hazırlanmış layihələrə əsasən, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 7-ci km-də, Bakı Beynəlxalq Avtovağzal kompleksi ilə metronun “Avtovağzal” stansiyası arasındakı ərazidə süni yaradılmış, magistral yolun hərəkət hissəsinin daralmasına səbəb olan “təpəcik” ləğv edilərək yerində sürət-keçid zolağının salınması ilə əsas yolun hərəkət hissəsini genişləndirərək zolaqlarının sayını 4-ə çatdırmaq üçün də işlər aparılır.
Eyni zamanda şimal tərəfdən (Sumqayıt istiqamətindən) hərəkət edən avtonəqliyyat vasitələrinin Biləcəri qəsəbəsinə daxil olmaları üçün Bakı Dairəvi-1 avtomobil yolu istiqamətində hərəkət edən nəqliyyat vasitələri ilə bərabər uzun məsafə qət etmədən və ərazidə əlavə sıxlıq yaradılmadan “buta şəkilli adacıq” vasitəsi ilə sola dönmə yeri təşkil olunacaq. Bundan başqa Bakı Beynəlxalq Avtovağzal kompleksinin və “Avtovağzal” metro stansiyasının ərazisindən keçərək yolötürücü vasitəsi ilə Bakı Dairəvi-1 avtomobil yolu istiqamətində hərəkət edən avtomobillərin hərəkət şiddətinin yüksək olduğu üçün həmin ərazinin sağ tərəfi genişləndirilməklə nəqliyyat vasitələrinin hərəkətinin səmərəli təşkili və hərəkət iştirakçılarının təhlükəsizliyi təmin olunacaq.
Paytaxtda şimal istiqamətindən giriş-çıxışın təkmilləşdirilməsi məqsədi ilə aparılan genişmiqyaslı tədbirlər çərçivəsində “20 Yanvar” metrostansiyanın “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin inzibati binasının qarşısındakı çıxışını 8-10 metr irəli çəkmək şərti ilə hərəkət hissəsini genişləndirərək əlavə hərəkət zolağının yaradılmasına və daim sağa hərəkətin təmin edilməsinə nail olmaq, bundan başqa “20 Yanvar” dairəsinin ölçülərinin dəyişdirilərək “oval” formada, həmçinin keçmiş “velotrek”in qarşısında hərəkət hissəsini genişləndirməklə sağa daimi hərəkətin təşkil edilməsi ilə ərazidə yaşanan sıxlığın aradan qaldırılmasına nail olmaq üçün də işlərə start verilib.
Eyni zamanda, Bakı Dairəvi-1 avtomobil yolu ilə Badamdar istiqamətində hərəkət edən nəqliyyat vasitələrinin geri dönməsinə şərait yaradılması məqsədilə yerli keçid yollarını birləşdirən mövcud yolötürücüləri vasitəsi ilə geriyədönmə yerinin (avtovağzal istiqamətinə) yaradılması nəzərdə tutulur.
Xatırladaq ki, dövlət başçısının tapşırığına uyğun olaraq, hazırda “Xırdalan dairəsi” istiqamətində “Masazır dairəsi”nədək yolun, həmçinin “Xırdalan dairəsi”nin altından keçən avtomobil tunelinin hər bir istiqamət üzrə 2 hərəkət zolağı enində genişləndirilməsi işləri də davam etdirilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən aparılan yenidənqurma işlərinin iyun ayınadək yekunlaşdırılması nəzərdə tutulur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov fevral ayının 25-də Salyan rayonunda, İdarə Heyəti sədrinin müavini Əvəz Qocayev isə Biləsuvar rayonunda vətəndaşları qəbul edəcəklər.
Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədovun qəbulu saat 10:00-da Salyan şəhərində “Heydər Əliyev Mərkəzi”nin inzibati binasında keçiriləcək. Qəbulda Salyan və Neftçala rayonlarının sakinləri iştirak edə bilərlər.
Agentliyin İdarə Heyəti sədrinin müavini Əvəz Qocayev isə saat 10:00-da Biləsuvar şəhərində “Heydər Əliyev Mərkəzi”nin inzibati binasında vətəndaşların qəbulunu keçirəcək. Qəbulda yalnız Bİləsuvar rayonunun sakinləri iştirak edə bilərlər.
Hər iki qəbul zamanı vətəndaşların avtomobil yolları ilə bağlı müraciətləri dinləniləcək.
Qəbula yazılmaq istəyənlər müvafiq rayonların Yol İstismarı MMC-lərində əvvəlcədən qeydiyyatdan keçə bilərlər.
Qəbullar mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2020-ci ilin fevral ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq baş tutacaq.
Son günlər 20 Yanvar dairəsində hərəkətin təşkili ilə bağlı edilən dəyişikliklər xaotik vəziyyət yaradıb. Ərazidə dəhşətli tıxac müşahidə olunur. Artıq bəzi sürücülər vəziyyətə öyrəşdiyi üçün qismən yaxşılaşma onları sevindirir. Avtosfer.az-ın əldə etdiyi məlumata görə, Bakı Nəqliyyat Agentliyi ərazidə hərəkəti yeni formada təşkil etməyə çalışır. Bu barədə artıq videoçarx da hazırlanıb. Belə ki, Şamaxinka istiqamətindən gələrək dairəyə daxil olan sürücülər birbaşa Tbilisi prospektinə girə bilməyəcək. Digər dəyişikliklər də gözlənilir.
"Yol-xeber.az"ın Trend-ə istinadla verdiyi məlumata görə, bunu "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.
Onun sözlərinə görə, adıçəkilən yolun təmiri yaxın üç ay müddətində başa çatdırılacaq:
"Biz çalışırıq ki, mayın sonuna qədər həmin yol hissəsini yeni açılmış tunellərlə birlikdə istifadəyə verək. Həmin yolun genişləndirilməsində siz yeni bir yol tənzimlənməsi də görəcəksiniz. Bu, "20 Yanvar" dairəsindən başlayaraq Masazır körpüsünə kimi yeni bir yol qovşağı olacaq. Həmin sistemi vətəndaşlar reallıqda görəcəksiniz. Bu yol sərnişinlərin rahat gediş-gəlişinə şərait yaradacaq.
Sumqayıtdan Bakı istiqamətində Beynəlxalq Avtovağzalın yaxınlığında yeni tunel salınması ilə bağlı layihəni hazırlayıb təqdim etmişik. Bakı Nəqliyyat Agentliyi, Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyinin Nəqliyyat İdarəsi, Arxitektura və Şəhərsalma Komitəsi ilə birlikdə layihəyə baxılacaq, təsdiqləndikdən sonra icrasına başlanılacaq".
“Bu ilin sonuna qədər Bakı-Şamaxı-Yevlax avtomobil yolunun üzərindəki Xaldan qəsəbəsindən Gürcüstan sərhədinə qədər olan yolun 54 km-lik Xaldan-Şəki hissəsinin çəkilib başa çatdırılması nəzərdə tutulur”.
Yol-xeber.az “Report”-a istinadən xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov bildirib.
Onun sözlərinə görə, bundan əlavə, respublika əhəmiyyətli 68 km-lik Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun çəkilişinin ilin sonuna qədər yekunlaşdırılması planlaşdırılır.
“Bu il respublika əhəmiyyətli 36 yol, Bakı şəhəri üzrə isə rayon və qəsəbələrinin abadlaşdırılması üçün 12 yol üçün vəsait ayrılıb”, - o deyib.