![]() |
|
Vətəndaşların gediş-gəlişində xüsusən payız-qış mövsümündə yaranan problemlərin aradan qaldırılması üçün Sabunçu rayonunda avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında dövlət başçısının imzaladığı sərəncama əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər həyata keçirilib.
Agentlikdən Yol-xeber.az-a verilən məlumata görə, imzalanan sərəncama əsasən, Bakı şəhəri Sabunçu rayonu Pirşağı, Zabrat, Ramana və Maştağa qəsəbələri ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədi ilə ilkin olaraq 3 mln.manat ayrılıb. Ölkə başçısının imzaladığı sözügedən sərəncam çərçivəsində, agentlik tərəfindən Sabunçu rayonunun Pirşağı, Zabrat, Ramana və Maştağa qəsəbələri ərazisində ümumi uzunluğu 20 km olan daxili küçə və yollarda əsaslı təmir işləri həyata keçirilib. Ümumilikdə təmir işlərinin əhatə etdiyi sahə 110 min kv.m-dən çoxdur.
Təmir işləri əsasən uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan, yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, həmçinin torpaq əsaslı və çınqıl örtüklü küçə və yollarda aparılıb.
Bu Pirşağı qəsəbəsi üzrə A.Ağazadə və Ə.Məlikov küçələri, Bağlar massivi, Maştağa qəsəbəsi üzrə S.Vurğun küçəsi, Zabrat qəsəbəsi üzrə R.Axundov və Qazıməmməd küçələri, Ramana qəsəbəsi üzrə İslam Rəhmanov, Mirəsədulla Qafarov, Cəfər Cabbarlı, Hüseyn Cavid və Xanlar küçələri, həmçinin sadalanan küçə və yollara birləşən dalan, döngə və yollarda da təmir işləri görülüb.
Aparılan təmir-tikinti işləri çərçivəsində küçələr boyu zəruri olan yerlərdə köhnə örtük sökülüb və yararsız qrunt qazılaraq çıxarılıb, əvəzinə yararlı material tökülərək kipləşdirilib, yeni yol əsası inşa edilib. Daha sonra yollara yeni asfalt-beton örtüyü döşənib.
Təmir işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılıb.
Qeyd olunan ərazilərdə təmir işlərinin həcmi ilkin olaraq ayrılmış vəsait hesabına aparılıb. Növbəti mərhələdə 2020-ci ilin investisiya proqramına uyğun olaraq Sabunçu rayonu üzrə təmirə ehtiyacı olan daha 28 km uzunluğa malik 21 küçədə təmir işlərinin aparılması nəzərdu tutulur. Yaxın müddət ərzində bu istiqamətdə təmir işlərinin başlanılması planlaşdırılır.
Proqrama uyğun olaraq ayrılmış vəsait hesabına, sözügedən rayonun Balaxanı qəsəbəsində ümumi uzunluğu 5.5 km olan Şəfqət, M.Ə.Sabir, Gülüstan, Cahangir Cahangirov, Pir Məmməd, Müsəvi, Sarabski, Səfəvilər və Dirçəliş küçələrində, Zabrat qəsəbəsində ümumi uzunluğu 4 km olan Neftçilər, Mirzəağa Əliyev, Bəxtiyar Vahabzadə, Nəcəfbəy Vəzirov, Hüseyn Cavid, Zivər bəy Əhmədbəyov küçələrində, həmçinin Nardaran qaəsəbəsi üzrə ümumi uzunluğu 18.5 km olan Abşeron, Mübariz İbrahimov, Şeyx Əli Tuti, Asəf Zeynallı, M.F.Axundov və Səfxani küçələrində yenidənqurma işlərinin aparılması nəzərdə tutulur.
Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncam və tapşırıqları əsasında agentlik tərəfindən 2019-cu il ərzində Bakı şəhərinin Sabunçu rayonunun Maştağa, Bakıxanov, Ramana, Sabunçu, Kürdəxanı, Zabrat və Pirşağı qəsəbələrində 87 km uzunluğunda olan 135 küçə və yola asfalt-beton örtüyü döşənib.
"Azərbaycan Dəmir Yolları" QSC-dən verilən məlumata görə, bununla əlaqədar Nazirlər Kabinetinin 2 aprel 2020-ci il tarixli 124 saylı qərarında qeyd edilən bütün tədbirlər, o cümlədən yük daşımaları istisna olmaqla, Azərbaycan ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxışa, yerli hava uçuşlarına tətbiq edilən məhdudiyyətlər həmin tarixədək qüvvədə saxlanılır.
Qərara əsasən, Bakı-Tbilisi- Bakı (Böyük Kəsiyə kimi), Bakı-Böyük Kəsik-Bakı, Bakı-Köçərli-Balakən-Bakı, Bakı-Astara-Horadiz-Bakı və Bakı-Gəncə-Bakı sərnişin qatarları həmin tarixədək hərəkətdə olmayacaq. Ölkədaxili və beynəlxalq istiqamətlərdə sərnişin daşımalarına qoyulan məhdudiyyət xüsusi göstərişədək tətbiq olunacaq.
Xatırladaq ki, karantin müddətində fəaliyyəti zəruri olan müəssisələrin əməkdaşlarının gediş-gəlişinin daha səmərəli təşkili məqsədilə Abşeron dairəvi dəmir yolu xətti üzrə elektrik qatarları uyğun qrafiklə hərəkət edəcək.
Xəbər verdiyimiz kimi Gürcüstanda yeni qadağalar tətbiq olunur. Bu barədə Gürcüstan Baş nazirinin mətbuat katibi İrakli Çikovani məlumat verib. Qadğanın biri tibbi maskalrla bağlıdırsa, digəri isə avtomobillərlə bağlıdır. Gürcüstanda koronavirusun daha geniş yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində avtomobillərin hərəkəti tam qadağan olunub. Bildirilir ki, qadağa aprelin 17-dən saat 12:00-dan etibarən aprelin 21-dək qüvvədə olacaq.
Bəs, Azərbaycanda karantin rejiminin uzadılması ilə əlaqədar avtomobillərin hərəkətinə müəyyən olunmuş günlərdə qadağalar qoyula bilərmi? Bununla bağlı sonxeber.az-a danışan Bakı şəhər Baş Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov sözügedən məsələnin mövcud karantin rejimində rast gəlinən yolxumaların sayından asılı olacağını deməklə açıqlama gətirib. Polis polkovniki bildirib ki, əgər gündəlik yoluxma sayı çoxalsa, hərəkətlə bağlı konkret tədbirlər görülə bilər:
"Belə olub-olmaması hesab edirəm ki, yoluxmanın sayından asılıdır. Gündəlik yoluxmanın sayında azalma olarsa, bu karantin müddətinin azalması, əksinə olduqda isə karantinin müddətinin uzadılması deməkdir. Qeyd olunan məqam təkcə polisdən asılı olan məsələ deyil, ən azından ictimaiyətdən də asılı məsələdir. Gündəlik yoluxma sayı çoxalırsa, ola bilsin hərəkətlə bağlı konkret təsirli tədbirlərin görülməsi zərurəti yaransın".
Vaqif Əsədov həmçinin mövcud pandemiyanın yayılmasının qarşısının alınmasında polislərin fəliyyətini yüksək qiymətləndirdiyini deyərək, ölkə üzrə karantin rejiminin tələblərinə əməl etməyən vətəndaşalrın sayını da açıqlayıb:
"Polisin fəaliyyətini yüksək səviyyədə həyata keçirdiyini hesab edirəm ki, bu gün cəmiyyət görür və qiymətləndirir. Gündəlik hərəkətlə bağlı virusa yoluxanların sayının azalması polisin fəaliyyətidir desəm, yanılmaram. Azərbaycan polisinin hər biri koronavirus deyilən gözəgörünməz təhlükəli virusla sanki müharibə aparır. Bu müharibədə ön sərgərdə Azərbaycan polisi həyatı hesabına cəmiyyəti yoluxmadan qorumağa çalışır. Təəssüflər olsun ki, hələ də karantin tələblərini yerinə yetirməməyə meylli olan şəxslər var. Karantin rejimi tətbiq ediləndən bu günədək ölkə üzrə 22 mindən artıq inzibati tənbeh tədirləri həyata keçirilib.
Mən hesab edirəm ki, gündəlik tərtib edilmiş inzibati tənbeh tədbirlərinın sayı azalırsa, bu vətəndaşlarla polis arasında hərməyliyin yaranması deməkdir. Yol nəqliyyət qəzalarının sayının, icazəsiz hərəkət edənlərin sayının azalması bunu deməyə əsas verir ki, karantinin müddəti uzadılmaycaq. Hesab edirəm ki, karantin tələbinə məhdudiyyət qoyula bilər".
Sərnişindaşımanın rahat şəkildə təmin olunması məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən müəyyən küçə və yollar təmir olunur.
Yol-xeber.az xəbər verir ki, təmir işləri Bakı şəhərində 7 rayon ərazisində, həmçinin Abşeron rayonunda müntəzəm sərnişindaşıma ilə məşğul olan avtobusların marşrut hərəkəti üzrə Bakı Nəqliyyat Agentliyinin müraciəti əsasında aparılır.
Rahat gediş-gəlişin təmin edilməsi istiqamətində aparılan təmir işləri Qaradağ, Sabunçu, Binəqədi, Xətai, Səbail,Suraxanı, Xəzər və Abşeron rayonları ərazisində 26 marşrut xətt üzrə 40-a yaxın küçə və yollarda görülür.
Təmir işləri zamanı çatlar əmələ gəlmiş hissələrdə köhnə asfalt beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, əvəzinə yeni asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilir. Asfaltlanma işləri ümumilikdə 1500 kv.m-ə yaxın sahəni əhatə edəcək.
Yol infrastrukturunun yenidən qurulması ilə vətəndaşların rahat gediş-gəlişini təmin etmək, o cümlədən nəqliyyat sıxlığının azaldılması istiqamətində dövlət başçısının tapşırıq və sərəncamlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən paytaxtın nəqliyyat sistemində mühüm əhəmiyyətə malik küçə və yollarında təmir-tikinti işləri davam etdirilir.
Bu çərçivədə Xətai rayonunda 2019-cu ildə sahəsi 221 min kv.m, uzunluğu 18 km olan küçə və yollarda təmir işləri aparılıb. 2020-ci ildə isə sözügedən rayon üzrə 23 km-ə yaxın küçə və yolun təmiri nəzərdə tutulur ki, artıq bu istiqamətdə işlərə start verilib. Yenidənqruma işləri Məzahir Rüstəmov küçəsində, həmçinin İngilab İsmayılov küçəsinin 1 km-lik hissəsində aparılaraq yekunlaşdırılıb.
Küçələrin uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunması vətəndaşların haqlı narazılığına səbəb olurdu. Çünki küçələr boyu yolun hərəkət hissəsində çalalar və torşəkilli çatlar əmələ gəlmişdi. Bu isə gediş-gəlişdə problemlərə səbəb olurdu.
Sadalanan problemlərin aradan qaldırlması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən uzunluğu 1.4 km, ortalama eni təqribən 10 metr olan Məzahir Rüstəmov küçəsində aparılan yenidənqurma və bərpa işləri artıq yekunlaşdırılıb. Aparılan işlər çərçivəsində köhnə asfalt beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələri qazılaraq kənarlaşdırılıb. Bunun əvəzində yararlı material tökülərək yenidən kipləşdirmə işləri aparılıb və əsas yenidən bərpa edilib.
Yenidənqurma zamanı səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanaliasiya sistemi də yenidən bərpa olunub, zəruri olan yerlərdə yeni sistem qurulub.
Bundan başqa küçə boyu piyadaların rahat gediş-gəlişi üçün mövcud piyada səkiləri yenidən qurulub, zəruri yerlərdə yeniləri inşa edilib, kənarlarına yeni səki daşları düzülüb. Layihə çərçivəsində küçə boyu xüsusi parkinq yerləri yaradılıb, avtobus dayanacaqları qurulub, vətəndaşların küçəni rahat və təhlükəsiz keçməsi üçün piyada keçidlərində xüsusi təhlükəsizlik adacıqları yaradılıb.
Daha sonra küçənin asfaltlanması işləri aparılıb ki, bu çərçivədə küçəyə 2 qat olmaqla yeni asfalt-beton örtyü döşənib. Asfaltlanma işləri təqribən 15 min kv.m sahəni əhatə edib.
Anoloji işlər İngilab İsmayılov küçəsinin təqribən 1 km-lik hissəsində də aparılıb, qalan hissədə isə davam etdirilir. Küçənin ümumi uzunluğu isə 2.9 km, eni isə ortalama təqribən 8 metr təşkil edir.
İngilab İsmayılov küçəsində də köhnə asfat beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələri qazılaraq kənarlaşdırılıb, bunun əvəzinə yararlı material tökülərək kipləşdirmə işləri aparılıb. Növbəti mərhələdə isə yola iri və xırda dənəli olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri görülür. Asfaltlanma işləri təqribən 25 min kv.m sahəni əhatə edir.
Aparılan yenidənqurma zamanı səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanaliasiya sistemi də yenidən bərpa olunub, zəruri olan yerlərdə yeni sistem qurulub.
Piyadaların rahat gediş-gəlişi üçün küçə boyu şərait yaradılır. Belə ki, yeni piyada səkiləri inşa edilir, mövcud səkilər isə bərpa edilir, kənarlarına yeni səki daşları düzülür.
İşlərin sonuncu mərhələsində Məzahir Rüstəmov küçəsində, həmçinin İnqilab ismayılov küçəsinin 1 km-lik hissəsində boyu zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, hərəkətin normal təşkili üçün üfiqi nişanlanma xətləri və piyada zolaqları çəkilib.
Hazırda İnqilab İsmayılov küçəsinin qalan 1.9 km-lik hissəsində yenidənqurma işləri davam etdirilir. Bütün işlər mövcud “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılır. Tərtib olunmuş qrafikə uyğun işlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.
İşlərin yekunlaşdırılması ardıcıllığına uyğun olaraq Xətai rayonu üzrə investisiya proqramına əsasən cari ildə bərpası nəzərdə tutulan 15 küçə və yolda da təmir-tikinti işlərinin aparılması nəzərdə tutulur.
Hazırda respublikamızda kənd yollarının inşası və yenidən qurulması geniş vüsət alıb. Təbii ki, əsas məqsəd hər bir vətəndaşın sosial rifah halına müsbət təsir göstərən sənaye, turizm və kənd təsərrüfatının inkişafıdır.
Bu layihələr çərçivəsində Ağdaş rayonunda cari ildə Qobuüstü-Yuxarı Nemətabad-Hacılar-Aşağı Nemətabad-Yenikənd-Qəribli marşrutu üzrə 36 km uzunluğa malik bir-neçə istiqamət üzrə avtomobil yolları əsaslı şəkildə 2 hərəkət zolaqlı olmaqla IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulur.
Qara və çınqqıl örtüklü IV texniki dərəcəli Qobuüstü-Yuxarı Nemətabad-Hacılar-Aşağı Nemətabad-Yenikənd-Qəribli avtomobil yolu uzun illər istismar olunmasına baxmayaraq təmir olumadığından yolun torpaq yatağı deformasiyaya uğramış, yol geyimində çökmələr əmələ gəlmiş, istismar üçün yararsız vəziyyətə düşmüş və nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranmışdır. Yolun əsaslı şəkildə təmir olunmasına ehtiyac yarandığı üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən əraziyə lazımi sayda qüvvə cəlb olunmaqla bir müddətdir ki, yenidənqurma işləri start verilib.
Layihəyə uyğun olaraq marşrut boyu mövcud örtüyün sökülməsi, yararsız yol geyiminin və torpaq yatağının deformasiyaya uğramış hissələrinin qazılaraq kənara daşınması, əvəzinə karxana çınqılı tökülərək kipləşdirilməsi və yeni yol yatağının inşası işləri aparılır. Hazırda yol əsasının alt layının karxana çınqılı, üst layının isə optimal qum-çınqıl qarışığı ilə tikintisi işləri aparılır.
Yol boyu yenidənqurma işlərinə qısa müddətdir ki, başlanılmasına baxmayaraq artıq gediş-gəlişdə bundan öncə yaranan problemlər demək olar ki, aradan qaldırılıb. Çünki yol boyu yol əsası hazır olan ərazilərin asfaltlanması işləri də görülür. Yolun 200 min kv.m-dən çox sahəsinə 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənəcək.
Bundan başqa avtomobil yolunun müxtəlif hissələrində yerləşən suötürücü borular uzun illər istismar olunduğundan sukeçiricilik qabiliyyəti aşağı düşdüyündən, həmçinin borularda və boru başlıqlarında sınma və çatlama halları yarandığından istismar üçün yararsız vəziyyətə düşüb. Bu üzdən yollar boyu köhnə boruların sökülməsi, əvəzinə və zəruri olan yerlərə 321 yerdə müxtəlif diametrli yeni metal və dəmir-beton suötürücü boruların quraşdırılması işləri aparılır, başlıqları dəmir-betonla inşa edilir, həmçinin mövcud 6 metr uzunluğunda suötürücü qurğunun monolit dəmir-betonla təmiri aparılır.
Tikinti işlərinin sonuncu mərhələsində 14 avtobus dayanacağı inşa ediləcək, hərəkətin normal təşkili üçün yol boyu zəruri yol nişanı və məlumatverici lövhə, km göstəriciləri və siqnal dirəkləri quraşdırılacaq, həmçinin yolcizgi və yolgöstərici xətlər çəkiləcək.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında mövcud “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, yüksək keyfiyyətlə aparılan yenidənqurma işləri nəticəsində yol boyu yaşayan əhali Ağdaş rayon mərkəzinə, həmçinin M4 Bakı-Şamaxı-Yevlax avtomobil yoluna rahat çıxış əldə edəcək, yük və sərnişin daşıması asanlaşacaq, yetişdirilən məhsulun tez bir zamanda istehsalçıdan istehlakçıya çatdırılmasına hərtərəfli şərait yaradılmaqla kənd təsərrüfatı inkişaf edəcək.
20 Yanvar dairəsinin sökülməsi ilə bağlı sosial şəbəkələrdə fotolar yayılıb. Avtosfer.az xəbər verir ki, dairənin həm şəhər istiqaməti, həm də Şamaxinka istiqamətindəki olan hissələri sökülərək genişləndirilib. Əvvəl sürücülər sol zolaqla hərəkət edən zaman dairəyə daxil olarkən sağa manevr edirdilər. Belə olan zaman həm sıxlıq, həm də nəqliyyat vasitələri arasında konflikt yaranırdı. Lakin yeni görülən işlərdən sonra hər iki istiqamətdə sol zolaqla hərəkət edən sürücülər rahat şəkildə gəldikləri zolaqla hərəkətlərinə davam edə biləcək.
2019-cu ildə "Azərbaycan Dəmir Yolları" QSC 299,8 milyon manat gəlir əldə edib.
Yol-xeber.az-ın məlumatına görə "Report" bu barədə hökumətin hesabatına istinadən xəbər verir.
Bu, 2018-ci ilə nisbətən 10,7% çoxdur.
2019-cu ildə "Azərbaycan Dəmir Yolları" QSC üzrə əsas kapitala 1 001,3 milyon manat vəsait yönəldilib.
Həmin vəsatin 653,9 milyon manatı dövlət büdcəsindən ayrılıb.
Son günlər ölkədə tətbiq olunan xüsusi karantin rejimindən istifadə etməyə çalışan bəzi sürücülər avtoxuliqanlıq etməyə cəhd göstərir və öz görüntülərini sosial şəbəkələrdə yaymaqla guya "qəhrəmanlıq" nümayiş etdirirlər. Əslində isə onların bir neçəsi artıq yol polisi tərəfindən saxlanılıb və barələrində inzibati tənbeh tədbirləri görülüb. Bəziləri həbs olunub, bəziləri məhkəmə tərəfindən maddi cərimə ilə cəzalandırıb. Nəqliyyat eksperti Elməddin Muradlı Yol-xeber.az-a bildirib ki, bu gün sürücülər hər cür fürsətden yararlanmağa çalışır və yol hərəkəti qaydalarını pozmaqla öz məqsədlərinə çatmağı düşünürlər. "Bu əməllər heç də həmişə yaxşı nəticə vermir, əksər hallarda yol polisi əməkdaşları onları dərhal saxlayır və inzibati məsuliyyətə cəlb edir."
Elməddin Muradlı bildirib ki, yaranmış vəziyyətlə əlaqədar yollarda avtomobillərin sayı azalıb, bəzi küçə və prospektlər boşalıb hərəkət intensivliyi müşahidə olunmur. "Bəzi sürücülər bundan istifadə etməklə avtoxuliqanlıq etməyə çalışırlar və unudurlar ki, yol polisi karantin postlarında xidmətə cəlb olunsa da gündəlik iş rejimində davam etdirir. Təhlükəsiz şəhər kameraları vasitəsilə, eləcə də patrul avtomobili ilə xidmət aparan yol polisləri onların hərəkətinin qarşısını alır. Son günlər bir neçə belə fakt aşkarlanıb. Bakı şəhər ərazisində avtoxuliqanlığa cəhd göstərən şəxslərdə aşkar edilərək saxlanılıb. Ekspert deyir ki, belələrinin sayı çox olmasa da təəssüflər olsun ki, bu cür hallar aşkarlanır. "Amma cəzasız qalmırlar . Ona görə tövsiyə edirik ki, yeniyetmələr, gənc sürücülər, avtoxuliqanlığa meylli olan şəxslər bu əməllərindən çəkinsinlər və belə bir fikrə düşməsinlər. Çünki hadisə yerindən yayınsalar belə onsuz da yol polisi onları tapır və hər biri qanun qarşısında cavab verməli olurlar."
Qurumun mətbuat xidməti xəbər verir ki, "Bənövşəyi xətt"in “Avtovağzal” stansiyasını şərti adı “Xocəsən” olan elektrik deposu ilə birləşdirən və uzunluğu 1 182 metr olan ikinci tunelin qazıntısı da tamamlanıb.
“Xocəsən” deposuna aparan tunellərin qazıntısı ağır hidrogeoloji şəraitdə aparılıb. Çünki tunellərin yerləşdiyi coğrafi ərazi torpaq qatının dayanıqsızlığı və qrunt sularının zənginliyi ilə seçilir.
Digər tərəfdən tunellərə yaxın ərazilərdən dövlət əhəmiyyətli dəmiryol xətti, mühüm mühəndis kommunikasiya xətləri inşaat sahəsinin altından keçir.
Bunlar nəzərə alınaraq bütün inşaat dövründə gözlənilməz qəza vəziyyətlərinin qarşısının alınması məqsədilə xüsusi qabaqlayıcı tədbirlər görülüb.
İnşaat dövründə əməyin mühafizəsi və təhlükəsizlik texnikasının xüsusi tələblərinə riayət olunması da diqqətdən kənarda qalmayıb.
Qeyd edilənləri nəzərə alaraq, tunellərin qazıntısı daim xüsusi diqqət mərkəzində olub, işlərə təcrübəsi və peşəkarlığı ilə seçilən inşaatçılar cəlb olunublar.
Nəticədə, inşaat meydançasında xoşagəlməz hadisə qeydə alınmayıb, tunellərin qazıntısı təhlükəsiz şəraitdə aparılıb və itkisiz başa çatdırılaraq, Bakıda metro inşaatının növbəti uğuru kimi tarixdə yerini alacaq.
Bütün çətinliklərə, eləcə də tunelin mürəkkəb konfiqurasiyasına baxmayaraq, markşeyderlərin hesablamaları dəqiq olub.
Beləliklə, sağ tunel kimi, diametri 5,5 olan sol tunelin qazıntısı da müvəffəqiyyətlə tamamlanaraq, ən yüksək dəqiqliklə “Avtovağzal” stansiya tunelinə birləşdirilib.
Qeyd edək ki, 1112 metr uzunluğunda sağ tunelin qazıntı işləri 2018-ci ilin aprel ayında başa çatdırılıb.
Xüsusi vurğulamaq lazımdır ki, bu tunellərin qazma işi sipər qurğusu vasitəsilə yerinə yetirilib. "Herrenknecht" və "Robbins" tunelqazma kompleksləri ilə Bakı metropolitenində ən müasir mexaniki qazma üsulunun tətbiqinə 2011-ci ildə "Avtovağzal" stansiyasından başlanılaraq növbəti stansiyaların tikintisində davam etdirilib.
Bu və digər texniki səbəblərdən müasir, mütərəqqi üsuldan depoya aparan yolların inşasında istifadə etmək mümkün olmayıb.
Beləliklə, Bənövşəyi xəttin elektrik deposuna aparan tunellərin inşasında həlledici mərhələ başlanır. İnşaatçılar bundan sonra tunellərin infrastrukturunu, ən əsası, yol yatağını müvafiq qaydalara uyğun hazırlayaraq, yolun üstquruluş elementlərini qurmağa başlayacaqlar. Hazırda sağ tunel boyunca bu işlər tamamlanmaqdadır.
Onu da qeyd edək ki, hər iki tuneldə yollar ağac şpallar deyil, dəmir-beton bloklar üzərində qurulur. Bu bloklar Bakı metropoliteninin özünün istehsal sahəsinin məhsuludur.
Bu da valyutanın ölkə xaricinə çıxarılmasının qarşısını almaqla yanaşı, külli miqdarda vəsaitə qənaətinə, xarici istehsalçılardan asılılığı aradan qaldırmağa, həmçinin ən münasib istismar şərtləri və şəraitinə nail olmağa imkan verir.
Müstəqillik dövründə tikilmiş ilk metro xətti olan Bənövşəyi xəttin 2016-cı il aprelin 19-da “Avtovağzal” və “Memar Əcəmi” stansiyalarının istifadəyə verilməsindən sonra xəttin Xocəsən qəsəbəsində yerləşən deposunun özündə də inşaat işləri davam etdirilir.
Metro inşaatının norma və qaydalarına uyğun olaraq istismar olunan hər xəttin öz deposu olmalıdır. Xəttin üçüncü stansiyası istismara verildikdən sonra qatarların bir yoldan digər yola keçərək, dönmə manevri təmin olunacaq
Bununla daha intensiv hərəkət qrafikinin tətbiqi ilə xətdə qatarların sayıda artırılmalıdır. Belə olduqda, qatarların baxış, qulluq və təmir işləri depo şəraitində aparılmalıdır.
“Xocəsən” deposunun inşası 3 mərhələdə nəzərdə tutulub. Birinci mərhələdə qeyd edilən işlərin minimal tələblər səviyyəsində yerinə yetirilməsinə imkan verən qurğu və binalar inşa olunur. Bir sıra xidməti sahələrin yaradılması istiqamətində işlər aparılır.