Sürücülərə xəbər var
İcarə və istifadə hüququ ilə malik olduqları nəqliyyat vasitələri ilə sərnişin və yük daşıyanlar daşıyıcı sayılacaq.

Bununla əlaqədar “Avtomobil nəqliyyatı haqqında” qanuna dəyişiklik təklif edilir.

 Qüvvədə olan qanuna görə, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları sahəsindəki daşıyıcı daşınma müqaviləsi və ya digər qanuni əsaslarla sərnişin və yük daşımalarını yerinə yetirən hüquqi şəxs və ya fərdi sahibkardır. Dəyişikliyə əsasən,  avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları sahəsindəki daşıyıcı daşınma müqaviləsi və ya digər qanuni əsaslarla  haqq müqabilində sərnişin və yük daşımalarını yerinə yetirən, mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan hüquqi şəxs və ya fərdi sahibkar olacaq.

Daşıyıcı anlayışına yeni yanaşma ilə əlaqədar avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları sahəsində lisenziyalaşdırmanın şərtlərinə də dəyişiklik edilir. İndiyə qədər bu şərtlərdən biri hüquqi şəxsin və ya fərdi sahibkarın mülkiyyət hüququ və ya digər qanuni əsaslarla təyinatına, konstruksiyasına, habelə daxili və xarici avadanlıqla təchizatına görə yük və sərnişin daşımalarının yerinə yetirilməsi üçün nəzərdə tutulmuş və qanunvericiliklə müəyyən edilmiş qaydada yol hərəkətinə buraxılmış Azərbaycan Respublikasının dövlət standartları ilə müəyyən edilmiş tələblərə cavab verən avtonəqliyyat vasitələrinə malik olmasıdır. Dəyişikliyə əsasən, bu şərt yeni redaksiyada verilir. Başqa sözlə, hüquqi şəxsin və ya fərdi sahibkarın mülkiyyət, icarə və ya istifadə hüququ ilə təyinatına, konstruksiyasına, habelə daxili və xarici avadanlıqla təchizatına görə yük və sərnişin daşımalarının yerinə yetirilməsi üçün nəzərdə tutulmuş və qanunvericiliklə müəyyən edilmiş qaydada yol hərəkətinə buraxılmış Azərbaycan Respublikasının dövlət standartları ilə müəyyən edilmiş tələblərə cavab verən avtonəqliyyat vasitələrinə malik olması şərt sayılacaq.

Muvafiq olaraq avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarına xüsusi razılıq (lisenziya) almaq üçün hüquqi şəxs və ya fərdi sahibkar tərəfindən lisenziya verən dövlət orqanına mülkiyyətində, icarəsində və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin ümumi və növlər üzrə sayı haqqında məlumat təqdim etməlidir.

 

İndiyə qədər müqavilənin tərəfləri avtomobil nəqliyyatı ilə daşımalarla bağlı məhkəmədə iddia qaldırmazdan əvvəl “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları” və “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları” ilə müəyyən edilmiş qaydada və müddətlərdə pretenziya verməli idilər. Təklif edilən dəyişikliyə əsasən, bu sıraya Mülki Məcəllənin 861-ci maddəsi əlavə edilir. Beləliklə, müqavilənin tərəfləri avtomobil nəqliyyatı ilə daşımalarla bağlı məhkəmədə iddia qaldırmazdan əvvəl Mülki Məcəllənin 861-ci maddəsi,  “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları” və “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları” ilə müəyyən edilmiş qaydada və müddətlərdə pretenziya verməlidirlər.

Qeyd edək ki, Mülki Məcəllənin 861-ci maddəsinə əsasən, daşıyıcıya qarşı iddialar müddətin keçməsinə görə bir ildən sonra, yəni yükün məhv olduğu, itirildiyi və ya gecikdirildiyi təqdirdə çatdırmanın həyata keçirilməli olduğu gündən, yük zədələndikdə isə onun yük alana verildiyi gündən qüvvəsini itirir. etiraz qaydasında yük alan və ya yük göndərən istənilən vaxt öz pretenziyalarını irəli sürə bilərlər, bu şərtlə ki, onlar bir illik müddət ərzində reklamasiya haqqında öz tələblərini bildirmiş olsunlar və iddia yükün qəbul edilməsi nəticəsində qüvvəsini itirməsin. Daşıyıcının qəsdi və kobud ehtiyatsızlığı halları istisna təşkil edir. Ekspeditora qarşı yaranan tələblər üzrə iddia müddəti iddia qaldırmaq hüququ yarandığı andan bir il təşkil edir. Ekspeditora qarşı iddia qaldırılmazdan əvvəl ona yazılı formada pretenziya verilməsi məcburidir. Pretenziya iddia müddəti ərzində verilə bilər. Ekspeditor pretenziyanı rədd etdikdə və ya qismən qəbul etdikdə, yaxud 30 gün müddətində pretenziyaya cavab vermədikdə, ona qarşı məhkəmədə iddia qaldırıla bilər.

Sürücülərə ŞAD XƏBƏR
Xüsusi karantin rejimində avtomaşınının texniki baxış müddəti bitən sürücülərə güzəşt olunacaq.

Bunu açıqlamasında BDYPİ-nin şöbəri rəisi Kamran Əliyev bildirib.

Şöbə rəisi bildirib ki, avtomaşınının texniki baxış müddəti bitən sürücüləri karantin rejimi vaxtında yollarda quraşdırılan xüsusi texniki avadanlıqlar qeydə almayacaq. Həmin müddətdə sürücülərə güzəşt olunacaq.

Yeni il gecəsi Bakı metrosu 1 saat artıq işləyəcək - Report.az
Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikası ərazisində geniş yayılmasının qarşısının alınması üzrə tibbi-profilaktik tədbirlər davam etdirilir. Buna baxmayaraq ölkə ərazisində infeksiyanın sürətlə yayılması müşahidə olunmaqdadır.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilir ki, ictimai nəqliyyatda müvafiq dezinfeksiya və digər qabaqlayıcı tədbirlər görülsə də, təbii havalandırma şəraiti olmadığından qapalı məkan kimi metro hazırda virusun yayılmasına əlverişli şərait yaradır.

Eyni zamanda Bakı metropolitenində sərnişinlər arasında sıxlıq və karantin rejimi tələblərinə əməl edilmədiyi də müşahidə olunmaqdadır.

Əhalinin sağlamlığının təhlükəsizliyinin təmin olunması məqsədilə Bakı Metropolitenində qatarların hərəkəti 31 mart 2020-ci il saat 22:00-dan 20 aprel 2020-ci il tarixinədək dayandırılır.

Bakı şəhərində sərnişindaşımaları müntəzəm və ekspress xətt avtobusları ilə həyata keçiriləcək.

Həm müntəzəm, həm də ekspress marşrut xətləri üzrə avtobuslararası interval sərnişin axınına uyğun tənzimlənəcək. Eyni zamanda, mümkün sərnişin sıxlığının qarşısını almaq məqsədi ilə ekspress xətlər üzrə ehtiyat avtobusların buraxılıb.

Bir daha vətəndaşları ciddi zərurət olmadığı halda evdən çıxmamağa, ictimai nəqliyyatda insanlar arasında ara məsafəsini gözləməyə, xüsusi karantin rejimi qaydalarına əməl etməyə çağırırıq.

Bakıda nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyula bilər
Bakı, Sumqayıt və Abşeronda nəqliyyat vasitələrinin hərəkəti sərbəstdir.

Report” xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

O bir daha xatırladıb ki, küçəyə çıxmaq qadağası varsa, nəqliyyat vasitələrinin hərəkətinə də məhdudiyyət qoyulacaq.

Bakıda böyük cərimələr başladı
Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində martın 29-da 26 cinayətin üstü açılıb.

Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, onlardan 5-i əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub. Narkotiklərlə əlaqəli 3, baş vermiş oğurluq hadisələri ilə əlaqədar əməliyyat-axtarış tədbirlər nəticəsində daha 14 faktın açılması tədbirlərlə təmin olunub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olduğuna görə 1 nəfər saxlanılıb.

İtkin düşmüş kimi axtarışı elan olunan 1 nəfər tapılaraq ailəsinə təhvil verilib.

Xüsusi karantin rejim qaydalarını pozduqlarına görə 428 nəfərə, o cümlədən 98 ictimai iaşə obyekt sahibinə inzibati tənbeh tədbiri tətbiq edilib.

“BakuBus” avtobuslarının hərəkəti dayandırılır? — RƏSMİ AÇIQLAMA


Martın 29-dan etibarən paytaxtda şəhərdaxili fəaliyyət göstərən “BakuBus” avtobuslarının fəaliyyətinin dayandırılması barədə məlumat yayılıb.
İddia olunur ki, sürücülər avtobusdan istifadə edən vətəndaşlara sabahdan işləməyəcəklərini deyir.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinə müraciət etdik.

BNA-nın Mətbuat Xidmətinin rəhbəri Mais Ağayev Oxu.Az-a bildirdi ki, yayılan informasiya həqiqəti əks etdirmir:

“Hazırda avtobusların işləyib-işləməməsi Nazirlər Kabineti yanında operativ qərargahdan gələn tapşırıqlar əsasında tənzimlənir”.
Qeyd edək ki, ötən gün Nazirlər Kabineti yanında operativ qərargah koronavirusla bağlı əlavə tədbirlər haqqında məlumat yayıb.

Məlumata əsasən, 29 mart, saat 00:00-dan etibarən xüsusi karantin rejimi gücləndirilir.

Xüsusi karantin rejimi dövründə xüsusi təyinatlı, o cümlədən, təcili tibbi yardım, qəza-bərpa, xilasedici, kənd təsərrüfatı, sosial xidmət məqsədli, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, rayonlararası və şəhərlərarası nəqliyyat hərəkəti tam dayandırılır.

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun hüdudları daxilində hərəkət sərbəstdir.
Bakı metrosunun iş vaxtı səhər 07:00-09:00 və axşam 17:00-20:00 saatlarına müəyyən edilir.
Bakı metrosu üçün yeni iş vaxtı müəyyənləşdirildi

Bakı metrosu üçün xüsusi karantin rejimi dövründə yeni iş vaxtı müəyyən edilib.

"Yol-xeber.az" xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Belə ki, 29 mart saat 00:00-dan etibarən xüsusi karantin rejimi gücləndirilib.

Bakı metrosunun iş vaxtı səhər 07:00-09:00 və axşam 17:00-20:00 saatlarına müəyyən edilib.

Qatarların hərəkətinə qoyulan məhdudiyyətin vaxtı uzadıldı - RƏSMİ

Nazirlər Kabineti yanında operativ qərargahın yaydığı məlumata əsasən, koronavirus infeksiyasının ölkədə yayılması, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə ölkədaxili sərnişin qatarlarının hərəkətinə qoyulan məhdudiyyətin vaxtı 20 aprelədək uzadılır.

Bu qərara əsasən, Bakı-Tbilisi- Bakı (Böyük Kəsiyə kimi), Bakı-Böyük Kəsik-Bakı, Bakı-Köçərli-Balakən-Bakı, Bakı-Astara-Horadiz-Bakı və Bakı-Gəncə-Bakı sərnişin qatarları 21 aprelədək hərəkətdə olmayacaq. Sərnişin tələbatını nəzərə alaraq, Bakı-Sumqayıt-Bakı dairəvi elektrik qatarlarının hərəkət cədvəlinə edilən dəyişiklik də aprelin 6-dək qüvvədə olacaq.

BNA-dan xəbərdarlıq
“Xüsusi karantin rejimində müntəzəm marşrut xətləri üzrə daşınan sərnişin sayı 60-70 faiz azalıb”.

Bu barədə Oxu.Az-a Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat Xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.

Onun sözlərinə görə, sərnişin sayının azalmasına baxmayaraq, gündəlik reysə çıxan avtobusların sayı azaldılmayıb:

“Daşıyıcılara avtobuslararası intervalın mövcud epidemik vəziyyət nəzərə alınmaqla tənzimlənməsi ilə bağlı göstəriş verilib. Məqsəd ilk növbədə dövlət əhəmiyyətli, həyat təminatlı obyektlərdə, həmçinin digər vacib xidmət sahələrində çalışan vətəndaşlarımızın ictimai nəqliyyatla daşınmasını təmin etməkdir.

Lakin təəssüflə qeyd edirik ki, bəzi sərnişinlər xüsusi karantin rejimi qaydalarına və tövsiyələrinə əməl etməyərək, zərurət olmadığı halda belə evdən çıxırlar. Nəticədə səhər və axşam saatlarında bəzi istiqamətlər üzrə avtobuslarda sərnişin sıxlığı müşahidə olunur. Bu isə fəaliyyəti hər birimiz üçün vacib olan şəxslərin sağlamlığına təhlükə yaradır və virusa yoluxma riskini artırır”.

M.Ağayev onu da əlavə edib ki, mövcud vəziyyət müntəzəm marşrut xətləri ilə bağlı əlavə məhdudiyyətlərin tətbiq edilməsinə gətirib çıxara bilər:

“Belə olacağı halda müntəzəm marşrut xətlərinin fəaliyyəti tamami ilə dayandırılacaq və sərnişindaşımaları yalnız müəyyən istiqamətlər üzrə hərəkət edən ekspress xətt avtobusları ilə həyata keçiriləcək. Bir daha vətəndaşlardan xahiş edirik ki, zərurət olmadığı halda evlərini tərk etməsinlər. Onların sağlamlığı və rahatlığı üçün tətbiq edilən qayda və tövsiyələrə əməl etsinlər”.

“ADY Express” MMC Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait ayırdı
“ADY Express” MMC Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait ayırdı

“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Express” MMC korporativ sosial məsuliyyəti çərçivəsində koronavirus (COVID-19) xəstəliyinin ölkə ərazisində yayılmasının qarşısının alınması, vətəndaşların sağlamlığının qorunması məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial həmrəylik nümayiş etdirilməsi barədə tövsiyələrinə uyğun olaraq irəli sürülən təşəbbüsə qoşulub. 

Yol-xeber.az xəbər ki, qurumdan "Report"a verilən məlumata görə, "ADY Express" şirkəti ölkə başçısı cənab İlham Əliyevin 19 mart 2020-ci il tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 000 manat məbləğində vəsait ayrıb.

“ADY express” MMC koronavirus infeksiyası (COVID-19) ilə mübarizə çərçivəsində vətəndaşları Nazirlər Kabineti yanında operativ qərargahın təlimatlarına ciddi riayət etməyə, yaşlı insanların qayğısına qalmağa, zərurət olmadığı təqdirdə evdən çıxmamağa və ictimai yerlərə toplaşmamağa çağırır.

 

Qeyd edək ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Express” MMC nəqliyyat-logistika sektorunun ayrılmaz bir hissəsi kimi, qlobal pandemiya şəraitində fəaliyyətini davam etdirərək, idxal, ixrac və Azərbaycan ərazisindən keçən tranzit yüklərinin nəqlini həyata keçirir. Şirkətin baş ofisi məsafədən iş rejimi, digər strukturlar isə növbəli iş rejimi şəraitində çalışırlar.

Xəbər lenti