Ləki-Qəbələ dəmir yolu xəttinin çəkilişində müasir texnologiyaların tətbiqi gözlənilir
Bu işləri həyata keçirərəkən relyefin xüsusiyyətlərini nəzərə almaq çox vacibdir

Ləki-Qəbələ dəmir yolu xəttinin çəkilişində müasir texnologiyaların tətbiqi gözlənilir

“Ağdaş rayonunun Ləki qəsəbəsindən Qəbələ rayonuna çəkilən dəmir yolu xətti yenidir. Çünki, əvvəllər bu istiqamətdə yol olmayıb və 0-dan dəmir yolu xəttinin çəkilişi həyata keçirilir".

Yol-xeber.az xəbər verir ki, bunu “MediaPost”a açıqlamasında nəqliyyat infrastrukturu üzrə ekspert Yasin Mustafayev bildirib.

Onun sözlərinə görə, həmin yolun böyük hissəsi dağlıq ərazidən keçəcək: "Buna görə də relyefi və yol platformasını düzəltmək üçün geniş ərazilərdə qazma işləri həyata keçirilir. Bu işləri həyata keçirərəkən relyefin xüsusiyyətlərini nəzərə almaq çox vacibdir. Dolğu və qazma işləri olan yerlərdə müasir texnologiyaların, müasir metodların tətbiqi məqsədəuyğun olardı. Ləki-Qəbələ birxətli dəmir yolu layihəsində tikinti işlərinin daha keyfiyyətli aparılmasına nəzarəti gücləndirmək məqsədi ilə “Azərbaycan Dəmir Yolları” QSC-nin xarici ekspertləri dəvət eməsi təqdirə layiq haldır. Xarici mütəxəsislərin layihədə iştirakının üstünlüyü ondan ibarətdir ki, burada müasir tikinti materiallardan istifadə edilə bilər. Layihə keyfiyyətli və standartlara uyğun həyata keçirilməlidir ki, dəmir yolunun infrastrukturu uzunmüddətli olsun. Müəyyən müddətdən sonra dəmir yolunda çökmələr, deformasiyalar olmasın. Ona görə də xarici mütəxəsislərin burda işləməsi yaxşı haldır”.

Ekspert əlavə edib ki, dəmir yolu infrastrukturunda yüksək dolğularda geoqrid adlanan materiallardan istifadə edilməsi son zamanlar geniş yayılıb: “Xüsusilə inkişaf etmiş ölkələr bundan son zamanlar geniş istifadə edir. Bu materialın istifadə edilməsində əsas məqsəd çökmələrə qarşı dayanıqlığı artırmaqdır".

Qeyd edək ki, yeni dəmir yolu xətti Ləki stansiyasından Qəbələnin hava limanına qədər olacaq. 43 kilometrlik dəmir yolu xətti boyunca 103 suötürücü, 16 tunel və körpü, Ağdaş rayonunun Qarağan-Şıxlar ərazisində stansiya, Qəbələ hava limanı yaxınlığında vağzal tikiləcək.

Xatırladaq ki, 11 dekabr 2018-ci ilidə Prezident İlham Əliyev “Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.

Bakı-Böyük Kəsik-Bakı sərnişin qatarının hərəkət cədvəlində dəyişiklik olunmayıb
Bakı-Tbilisi sərnişin qatarı Böyük Kəsik stansiyasına qədər hərəkət edib Bakıya qayıdır

Martın 14-ü saat 00:00-dan etibarən 10 günlük müddətə Azərbaycan və Gürcüstan arasında dövlət sərhədinin bütün nəqliyyat vasitələri üçün müvəqqəti bağlanması ilə əlaqədar Bakı-Tbilisi sərnişin qatarı Böyük Kəsik stansiyasına qədər hərəkət edib Bakıya qayıdır.

Yol-xeber.az-ın məlumatına görə “Report” bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadən xəbər verir.

Məlumata görə, Bakı-Böyük Kəsik-Bakı sərnişin qatarının hərəkət cədvəlinə, stansiyalara çatma və yola düşmə vaxtlarına dəyişiklik edilməyib.

Qeyd edək ki, Bakı-Tbilisi qatarına alınmış biletlər üçün ödənilən məbləğ "Azərbaycan Dəmir Yolları" QSC tərəfindən bilet sahiblərinə geri qaytarılacaq.

Bu layihənin tətbiqi avtobusların tıxacda qalmasını minimuma endirəcək - RƏY
BNA Bakının 19 küçəsində xüsusi zolaqların yaradılması ilə bağlı təkliflər hazırlayıb

Bakı Nəqliyyat Agentliyi (BNA) ictimai nəqliyyatın hərəkəti üçün Bakının 19 küçəsində xüsusi zolaqların yaradılması ilə bağlı təkliflər hazırlayıb. Bu təkliflərin bir hissəsi Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası tərəfindən müsbət rəy alıb. Məsələyə münasibət bildirən nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev "MediaPost"a bildirib ki, sözügedən yeniliyin tətbiqi avtobus marşrutlarının dayanmadan hərəkətini təmin edəcək:

"Layihənin icrası ilə 3-4 zolaqlı avtomobil yolunun bir zolağı yalnız avtobuslar üçün ayrılacaq. Təbii ki, burada əsas məsələ digər nəqliyyat vasitələrinin bu zolağa daxil olmasının qarşısını almaqdır. Əgər bu məhdudiyyət təmin olunarsa, tıxac və nəqliyyat sıxlıqlarında şəxsi avtomobillərdən və digər nəqliyyat vasitələrindən fərqli olaraq avtobus marşrutlarının dayanmadan hərəkəti təmin olunacaq, . Bu da zəncirvari olaraq avtobus marşrutlarının normal interval ilə hərəkəti üçün şərait yaradacaq".

Ekspert bu layihənin ictimai nəqliyyata marağı artıracağına da diqqət çəkib:

"Gün ərzində Bakı küçələrində 500 min şəxsi avtomobil hərəkət edir. Əgər ictimai nəqliyyat həm sürət, həm də keyfiyyət baxımından əlverişli olarsa, həmin şəxslərin əksəriyyəti şəxsi avtomobil ilə hərəkətdən imtina edərək ictimai nəqliyyata üz tutacaq. Belə ki, saatlarla tıxaclarda vaxt itirmək istəməyən şəxslər avtobus zolaqları ilə intensiv hərəkət edən avtobuslara maraq göstərəcək. Çünki bu gün insanlar üçün vaxt daha önəmli amilə çevrilib".

R. Ağamirzəyev əlavə edib ki, sözügedən layihə kompleks tədbirlər planının bir hissəsidir: "Ayrılmış zolaqlar, avtobus parkının yenilənməsi, şəhərin daxilində parklanma yerlərinin qismən yüksək qiymətlə müəyyən olunması insanların prioritetlərini dəyişmələri üçün stimul olacaq".

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında yer alan sosial infrastruktur layihələri arasında mühüm yer tutan və birbaşa olaraq sənayenin, kənd təsərrüfatı və turizmin inkişafına gətirib çıxaran yol infrastrukturunun yenidən qurulması ilə bağlı məsələlərin həlli istiqamətində dövlət başçısının tövsiyə və tapşırıqlarına əsasən, Ucar rayonunda 7 mindən artıq əhalinin ürəyincə olan avtomobil yollarının yenidən qurulması işlərinə başlanılıb.

Vətəndaşlarımızın sosial rifah halına müsbət təsir göstərən və bölgələrimizin müxtəlif istiqamətlər üzrə iqtisadi, həmçinin mədəni potensialını nümayiş etdirən yol infrastrukturu layihələrinin icrası hazırda Ucar rayonunda Müsüslü-Təzə Şilyan-Bərgüşad-Bağban-Yuxarı Şilyan-Boyat-Qazyan marşrutu üzrə 3 yaşayış məntəqəsini – Müsüslü, Təzə Şilyan və Boyat kəndlərinin yollarını əhatə edir. Ümumilikdə 21.4 km uzunluğa malik sözügedən yollar IV texniki dərəcəyə uyğun yenidən qurulur.

Müsüslü, Təzə Şilyan və Boyat kəndlərinin avtomobil yolları əsasən qara örtük və çınqıl örtükdən ibarətdir. Uzun müddət əsaslı şəkildə təmir edilmədən istifadə olunan yolların yatağı və örtüyü deformasiyaya uğrayıb, çalalar və çökmələr əmələ gəlib, çiyin hissələrin eni azalıb. Hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sadalanan problemlərin aradan qaldırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Tikinti layihəsinə uyğun olaraq, mövcud yol örtüyü və zəruri olan yerlərdə yol yatağının yararsız qruntu mexanizmlə qazılaraq çıxarılır və kənara daşınır, torpaq yatağının bərpası və relyefdən aşağı olan hissələrin qaldırılması üçün yol boyu yararlı material tökülərək kipləşdirmə işləri aparılır. Bunun ardınca normativ qalınlıqda yol əsasının alt layının qum-çınqıl, üst layının isə optimal-qırmadaş qarışığı ilə tikintisi işləri aparılacaq. Bu işlər 220 min kv.m sahəni əhatə edəcək.

Yol boyu çiyinlərin qum-çınqıl qarışığı ilə tikilməsi, suötürücü boruların sıradan çıxması və yenilərinin inşası zərurəti yarandığından müxtəlif diametrli boruların quraşdırılması və izolyasiyası işlərinin aparılması da nəzərdə tutulub.

Tikinti norma və standartlarına uyğun olaraq torpaq işləri bitəndən sonra yolun 130 min kv.m sahəsinə 2 laydan ibarət 12 sm qalınlığında yeni asfalt-beton örtük döşənəcək. Bunun ardınca isə hərəkətin normal təşkili üçün yol nişanı və məlumatverici lövhələrin, siqnal dirəklərinin quraşdırılması, üfiqi nişanlanma xətlərinin çəkilməsi işlərinin aparılması planlaşdırılır.

Qeyd edək ki, Müsüslü, Təzə Şilyan və Boyat kəndlərinin avtomobil yolları 3 yaşayış məntəqəsinin 7 mindən artıq əhalisinin, həmçinin bu yoldan istifadə edən vətəndaşların Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat və təhlükəsiz şəkildə çıxışına imkan yaratmaqla rayon mərkəzinə və ölkənin istənilən istiqamətinə gediş-gəlişinə şarait yaradacaq, kənd təsərrüfatı məhsullarının bazarlara tez və xarab olmadan daşınmasının həcmi artacaq.

Bu şəxslər sərt cəzalandırılacaq
“Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə bütün istiqamətlər üzrə tərəfimizdən diqqətdə saxlanılır.

Satış məqsədilə sosial şəbəkələrdə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ictimai təhlükəli əməlləri cinayət tərkibi yaradır, qanunla qadağan olunduğuna görə cəza təhdidi var”.

Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, cəmiyyəti qayğılandıran narkotik bəlasına qarşı mübarizədə dövrün bütün çağırış və təhdidlərinə uyğun olaraq, ən müasir metod və texnologiyaların imkanlarından geniş istifadə olunur.

O bildirib ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə əlaqədar daxil olan bütün informasiyalar yoxlanılır.

Bu tədbirlər kampaniya xarakteri daşımır.

Bu küçələrinin kəsişməsində yol hərəkəti təhlükəsizliyi səviyyəsi artırılıb - FOTO
Əldə olunan nəticələr təhlil olunaraq həlli istiqamətində işlərə başlanılıb

Mütəmadi olaraq yol-nəqliyyat hadisələrinin qeydə alındığı Təbriz Xəlilbəyli və Həzi Aslanov küçələrinin kəsişməsində yol hərəkəti təhlükəsizliyi səviyyəsi artırılması məqsədi ilə zəruri tədbirlər görülüb. Yol-xeber.az-ın məlumatına görə belə ki, qəza ocağı kimi tanınan kəsişmə Bakı Nəqliyyat Agentliyi mütəxəssisləri tərəfindən müayinə edilib. Əldə olunan nəticələr təhlil olunaraq həlli istiqamətində işlərə başlanılıb. Bu çərçivədə kəsişmədə sürət məhdudlaşdırıcı maneələr və nəqliyyat güzgüsü qoyulub.

20 Yanvar dairəsində edilən dəyişiklik sürücülərə problem yaratdı - VİDEO
Avtobuslar geriyədönmə etməkdə çətinlik çəkir

“20 Yanvar” dairəsində dəyişiklik edilib. Yol-xeber.az xəbər verir ki, “Şamaxinka” istiqamətindən gələn avtomobillər Zərdabi prospektinə birbaşa daxil ola bilmir. Həmin nəqliyyat vasitələri Müzəffər Həsənov küçəsi ilə qalxmalı və Şərifzadə ilə kəsişmədən geriyə dönərək Zərdabi prospektinə daxil olmalıdırlar. Eyni zamanda Müzəffər Həsənov küçəsindən gələn nəqliyyat vasitələri və avtobuslar məcburi olaraq Zərdabi prospektinə daxil olmalı və geriyə dönmə edərək 20 yanvar dairəsinə getməlidirlər.

Təbii ki, tıxacın qarşısının alınması üçün bu yaxşı addımdır. Lakin iritutumlu avtobuslar Zərdabi prospektində geriyədönməni birfədəyə edə bilmir. Çünki yolun kənarında dayanma-durma qaydalarını pozaraq park etmiş avtomobillər maneə yaradır. Nəticədə ərazidə tıxac yaranır. Yaxşı olardı ki, həmin avtomobillər geriyə dönmə istiqamətindən götürülsün ki, avtobuslar da rahat dönmə edə bilsinlər.

Magistralın Gəncə-Gürcüstan sərhədi hissəsi 4 zolağa genişləndirilir - FOTO
Hər birinin eni 3,75 metr olmaqla 4-6 hərəkət zolağından ibarət yolun örtüyü polimer asfalt-beton olacaq

“Qədim İpək yolu”nun üzərində yerləşən respublikamızda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən yaradılan müasir yol infrastrukturu sayəsində region ölkələrinin həm daşımalarla bağlı problemləri həllini tapır, həm də onların da bu sahədə imkanları artır.

AAYDA-dan Yol-xeber.az-a verilən məlumata əsasən, Bakıdan Gürcüstan sərhədinədək 503 km məsafəni əhatə edən magistralın Bakıdan Gəncə şəhərinədək olan hissəsi müxtəlif illərdə I texniki dərəcəyə təkmilləşdirilməsi işləri yekunlaşdırılıb. Hazırda isə magistral yolun 130 km-lik Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsinin 4 hərəkət zolağına genişləndirilməsi layihəsinin icrası uğurla davam etdirilir.

Layihəyə əsasən yolun ümumi eni 27,5 metrdir. Hər birinin eni 3,75 metr olmaqla 4-6 hərəkət zolağından ibarət yolun örtüyü polimer asfalt-beton olacaq. Yol yatağının qalınlığı ümumilikdə 72.5, asfalt-beton örtüyü 3 lay olmaqla, qalınlığı 27 sm təşkil edəcək.

Hazırda yol boyu yeni torpaq yatağının tikintisi, qaya dolğusu və dənəvər tərkibli əsasın tikintisi, həmçinin suöütürücü boruların, alt keçidlərin və körpülərin inşası işləri aparılır. Buna paralel olaraq qırmadaşlı əsasın tikintisi və asfalt-beton örtüyünün döşənməsinə işləri də görülür.

Layihə çərçivəsində 27 yol qovşağı və ötürücüsü, 17 avtomobil körpüsü, 71 yeraltı keçid, 45 düzbucaqlı su keçidi, 539 suötürücü boru inşa edilir. Layihə boyu zəruri yerlərdə 85 avtobus dayanacağı quraşdırılacaq. Artıq suötürücü keçid və boruların inşası 38%, yeraltı keçidlər üzrə 36%, yol ötürücü, qovşaq və körpülər üzrə isə 37% işlər yerinən yetirilib. Ümumilikdə isə yol boyu işlərin fiziki tərəqqisi 39% təşkil edir.

Layihənin icrası zamanı tikinti ərazisinə və mühafizə zolaqlarına düşən maneələrin köçürülməsi, torpaqlara görə vətəndaşlara kompensasiyaların ödənilməsi qanunvericiliyə əsasən həyata keçirilir.

130 km-lik Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsinin 4 hərəkət zolağına genişləndirilməsi və sürətin artması ilə I texniki dərəcəli avtomobil yolu ilə vətəndaşların rahat və təhlükəsiz gediş-gəlişi təmin ediləcək. Bundan başqa layihənin üstünlüyü ondan ibarətdir ki, yolu trassası iri yaşayış məntəqələrindən kənar keçməklə layihələndirilib. Bu isə həm həmin yaşayış məntəqələrində yaşayan əhalinin, həm də yoldan istifadə edən sürücülərin təhlükəsizliyi baxımından önəmli aspektlərdən biridir.

Qeyd edilib ki, layihə tam reallaşdırılandan sonra şərqdən qərbə və əks istiqamətdə Böyük İpək yolunun Azərbaycandan keçən hissəsi olan Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu Avropa ilə Asiya arasında avtomobillə beynəlxalq və daxili yükdaşımaların artmasında önəmli rol oynayacaq. Bundan başqa yolun tikintisi kənd təsərrüfatı, turizm və sənayenin inkişafına gətirib çıxarmaqla yol boyu yaşayan əhalinin sosial həyatına müsbət təsir göstərəcək.

Yol polisindən xanımlara xoş sürpriz: DYP bu il də ənənəyə sadiq qaldı - VİDEO
Gül buketləri " Ağ çiçəyim", " Gül dünyası" və digər mağazaların hədiyyələridir

Bu gün Bakı şəhər Dövlət Yol Polis İdarəsi “8 mart” Beynəlxalq qadınlar günü münasibətilə paytaxt ərazisində aksiya keçirib. Avtosfer.az xəbər verir ki, əvvəlki illərdən fərqli olaraq builki tədbirdə "Bu Şəhərdə"-nin komandası iştirak edib və hədiyyə alan xanım sürücülərlə yanaşı xanım piyadalarda yaddan çıxmayıb. Paytaxtın müxtəlif küçə və prospektlərində keçirilən tədbirlər zamanı yol hərəkəti qaydalarını pozan xanım sürücülər saxlanılıb, onların sənədləri yoxlanılıb, amma “8 mart” Beynəlxalq qadınlar günü münasibətilə onlara cərimə yazılmayıb. Xanımlar yol polisi və "Bu şəhərdə"nin hədiyyələri ilə təltif edilib. Hədiyyə alan xanım sürücülərin son illər heç bir qayda pozuntusuna yol vermədiyi yoxlanılıb. Onlara yol hərəkəti təhlükəsizliyi ilə bağlı tövsiyələr verilib. Xanım sürücülər yol polisinin bu addımını sevinclə qarşılayıb və təşəkkürlərini bildiriblər.

Eyni zamanda yol hərəkəti qaydalarını pozan piyadalar xanımlar da saxlanılıb, onlara bu cür hərəkətlərin təhlükəli olduğu bildirilib və yol polisinin hədiyyələri verilib. Keçiddən istifadə edən xanımlar da hədiyyəsiz buraxmayıb.

Bu gün Bakı şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, ənənəvi olaraq hər il yol polisi xanımları təbrik edir. “Bu həm də maarifləndirici bir aksiyadır. Düşünürük ki, xanımları təbrik etməklə yanaşı yol hərəkəti təhlükəsizliyi barədə məlumat vermək əhəmiyyətlidir. Bu il həm də piyada olaraq qaydaları pozan xanımlar saxlanıldı. Eyni zamanda piyada keçidlərindən istifadə edən xanımlar da nümunə olaraq göstərildi. Sözsüz ki, bütün bu maarifləndirmə işləri cəmiyyətimizin yollarda təhlükəsizliyi üçündür.”

Qeyd edək ki, gül buketləri " Ağ çiçəyim", " Gül dünyası" və digər mağazaların hədiyyələridir.

Onu da bildirək ki, hədiyyə verilən xanım piyadalar arasında Avtosfer.az-ın əməkdaşı Gültən Qədirli də olub.

Prezident Ağstafada yol açılışında
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolunun yenidənqurma və bərpadan sonra açılışında iştirak edib.

 Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verib.

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib.

Sonda xatirə şəkli çəkdirilib.

Xəbər lenti