belediyye-sedri-ozunu-niye-sakin-kimi-teqdim-edib

Bakının Qaradağ rayonunda göl qanunsuz şəkildə qumla doldurularaq tikinti işləri aparılır.

“Qafqazinfo” xəbər verir ki, AzTV həmin ərazidən süjet hazırlayıb.

Vətəndaşların sözlərinə görə, gölü doldurub üzərində ev tikdikləri üçün indi evlər suyun üstündədir: “Bu, xəstəlikdir. Burada gölü qurudaraq torpaq satırlar. Bizə deyirlər ki, bu, qanunidir. Bələdiyyədən bildirilib ki, gölün üzərində ev tikməyə icazə var”.

Ərazidəki bələdiyyə işçisi isə özünü sakin kimi təqdim edərək orada bəndvurma işləri apardıqlarını söyləyib. Bundan sonra AzTV-nin əməkdaşı Lökbatan bələdiyyəsinə üz tutub. Bildirilib ki, bələdiyyə sədri hazırda ərazidədir. Sədrlə əlaqə saxladıqda isə o, ərazidə olmadığını deyib.

Lökbatan gölünün ətrafında yaşayan sakinlər isə iddia edib ki, burada torpağı, hətta, gölü də satın almaq mümkündür: “Qohumumuz 5-6 il əvvəl göl olan ərazini aldı. 4 sotuna 5 min manat pul vermişdi. Sonra doldurdu və ev tikdi”.

Məsələ ilə bağlı Qaradağ Rayon İcra Hakimiyyətindən bildirilib ki, bu problemin qarşısı alınıb: “Sözügedən evlər 90-cı illərin əvvəllərində tikilib, sonradan sənədləşdirilib. Son zamanlar göldə heç bir tikintidən söhbət gedə bilməz. Cəhdlər olur, amma bunun qarşısı qətiyyətlə alınır. Bundan sonra da alınacaq. Gölün evlərə yaxın görünməsinə səbəb, gölün səviyyəsinin qalmasıdır”.

Daha ətraflı videomaterialda:

DİN-dən SON DƏQİQƏ XƏBƏRDARLIĞI - Onlara inanmayın!

Daxili İşlər Nazirliyi kibertalamalarla bağlı vətəndaşlara çağırış edib.

Bu barədə nazirlikdən məlumat verilib.

Çağırışda bildirilib:

"Dələduzlar sizə zəng edərək, mesaj yazaraq və ya link göndərərək “mütəxəssislərimiz kartınıza kibermüdaxilənin edildiyini aşkarlayıb, kartınızdakı vəsait hər an oğurlana bilər. Xahiş edirik, pulunuzun təhlükəsizliyi üçün kart məlumatlarınızı təqdim edin” deyə, sizdən bank kartınızın məxfi məlumatlarını tələb edə bilərlər. 

Hətta görüntülü zəng etməklə sizi daha da özünə inandırıb yönləndirə, təlimatlar verib telefonunuzun dilini dəyişdirərək kartınızdakı pulu oğurlaya bilərlər.

Bir daha qeyd edirik ki, heç bir halda bank əməkdaşı vətəndaşa zəng edib ondan bank kartının məxfi şifrələrini istəmir, bunun üçün link, SMS, yaxud elektron məktub göndərmir. Hansısa şübhəli əməliyyat aşkarladıqda, hətta sistemdə çətinliklər yaransa belə heç bir bankın əməkdaşının sizdən məxfi kart məlumatlarını soruşmağa ehtiyacı yoxdur. 

Bank əməkdaşı sizdən yalnız kartınızın ilk və ya son 4 rəqəmini, sistemdə qeydiyyatda olan əlaqə nömrəsini və şəxsiyyət vəsiqənizin FİN kodunu istəyə bilər. Anlamalıyıq ki, bank kartınızın tam nömrəsini, PİN, CVV, OTP kodlarını və digər şəxsi məlumatları istəyən, sizə SMS göndərən şəxslər dələduzlardır. Onlara inanmayın, şübhələndiyiniz ilk anda zəngi sonlandırın. Gəlin, kartınızın təhlükəsizliyini birgə qoruyaq!"

Ağadadaş Ağayevin balta atdığı mühafizəçi həbs edilib

Xalq artisti Ağadadaş Ağayevlə aralarında yaranmış insidentlə gündəm olmuş Nurəddin Cəlilov həbs edilib.

Musavat.com-un əldə etdiyi məlumata görə, Nurəddin Cəlilov 15 sutka inzibati qaydada həbs edilib.

N.Cəlilovun həbsinin təfərrüatı barədə əlavə məlumat veriləcək.

Xatırladaq ki, “Medera Hospital”da mühafizəçi Nurəddin Cəlilovla Ağadadaş Ağayev arasında insident baş vermişdi. Hər iki şəxs xuliqanlıqda təqsirli bilinərək hakim qarşısına çıxarılmışdı. Onlar məhkəmə istintaqı dövründə barışmış, hər ikisi şərti cəza almışdı.

Hökumə Əliyevanı təhqir edən qadın HƏBS EDİLDİ

Milli Qəhrəman Hökumə Əliyevanı təhqir edən qadın həbs edilib.

Modern.az məlumatına görə, ötən həftə A.Həsənova adlı qadın (ad şərtidir - red.) sosial şəbəkə hesabında Aktau yaxınlığında Azərbaycana məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olan Hökumə Əliyevanın ünvanına təhqiramiz sözlər yazıb.

Qadının sözləri ictimaiyyət arasında kəskin narazılığa səbəb olub. Hökumə Əliyevanın həyat yoldaşı Etibar Əliyev məsələ ilə əlaqədar hüquq-mühafizə orqanlarına müraciət edib. O bildirib ki, qadın həyat yoldaşı barəsində qeyri-etik, təhqiramiz ifadələr işlədib.

A.Həsənova polis tərəfindən aşkarlanıb və inzibati qaydada tutularaq polis şöbəsinə gətirilib. Xanım etdiyi əməli səmimi etiraf edib.

O, İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib və 10 gün həbs qərarı verilib.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb. Təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.

Prezident İlham Əliyevin sərəncamı ilə 29 dekabr 2024-cü il tarixli Sərəncamı ilə Hökumə Əliyeva qəza zamanı xidməti vəzifələrinin yerinə yetirilməsində, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiyinə görə Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülüb.

DYP avtomobili azyaşlılara etibar edən valideynlərə müraciət etdi

Ötən gün saat 23:00 radələrində yetkinlik yaşına çatmayan Şəki rayon sakini atasına məxsus “VAZ” markalı avtomobili avtomagistralda idarə edərkən yüksək sürət və kəskin manevr nəticəsində idarəetməni itirərək qarşıdan gələn “Mercedes” markalı avtomobillə toqquşub.

Bu barədə DİN-in BDYPİ-dən məlumat verilib.

Məlumata görə, zərbənin təsirindən “VAZ” markalı avtomobil yoldan çıxaraq aşıb. Hər iki sürücü xəsarət alıb, avtomobillərə ciddi ziyan dəyib.

“Təəssüf ki, bəzən valideynlər avtomobilin sükanını bir müddət azyaşlı övladlarına həvalə etməklə artıq onların bu məsuliyyətli işin öhdəsindən gəldiklərini zənn edir, lakin yol hərəkəti qaydalarından xəbərsiz olan, mükəmməl sürmə vərdişlərinə yiyələnməyən azyaşlıların ekstremal vəziyyətlərdə aciz qalacaqlarını, özlərinin və doğmalarının arzularını yarıda qoya biləcəklərini unudurlar.

Baş Dövlət Yol Polisi İdarəsi avtomobili azyaşlı övladlarına etibar edən valideynlərə müraciət edərək onlara bu əməlin kobud qayda pozuntusu olduğunu bildirir, eyni zamanda bu yanlış addımın ağır faciələrə səbəb ola biləcəyini bir daha xatırladır!”, DYP-dən bildirilib.

Arayik Xocalıda törədilən soyqırım cinayətini etiraf etdi – "Nürnberq prosesi" davam edir

Ermənistan Silahlı Qüvvələri və qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfərin məhkəmə istintaqı davam edir. Haqlı olaraq "Nürnberq prosesi" adlandırılan məhkəmə prosesində müttəhimlər kürsüsünü Arkadi Qukasyan başda olmaqla digər 14 nəfər bölüşürlər.

Musavat.com xəbər verir ki, geniş ictimaiyyətin diqqət mərkəzində olan proses Bakı Məhkəmə Kompleksinin inzibati binasında keçirilir. Cinayət işinə Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin sədrliyi, hakimlər Anar Rzayev və Camal Ramazanovun iştirakı ilə baxılır. Həmçinin ehtiyat hakim qismində Günel Səmədova iştirak edir.

Bu gün keçirilən prosesdə təqsirləndirilən şəxslər dövlət ittihamını müdafiə edən prokurorların suallarını cavablandıracaq. Xatırladaq ki, təqsirləndirilən şəxslər ötən iclasda Xocalı soyqırımı ilə bağlı törətdikləri əməlləri etiraf ediblər. Arayik Harutyunyan ifadəsində Xocalı soyrırımı birinci Qarabağ müharibəsinin ən böyük faciəsi olduğunu qeyd edib.

Qeyd edək ki, məhkəmədə dövlət ittihamçısı qismində 6 nəfər prokurorluq əməkdaşı çıxış edir.

Məlumata görə, Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin müvafiq Sərəncamı ilə qeyd olunan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsini həyata keçirəcək prokurorluq əməkdaşlarından ibarət qrup yaradılıb.

Məhkəmədə dövlət ittihamını müdafiə edən şəxslər aşağıdakılardır:

Baş prokurorun böyük köməkçisi, ədliyyə müşaviri Vüsal Əliyev,

Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi, II dərəcəli hüquqşünas Tuqay Rəhimli,

Baş Prokurorluğun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rəisi, ədliyyə müşaviri Nəsir Bayramov,

Baş Prokurorluğun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Fuad Musayev,

Baş Prokurorluğun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti, ədliyyə müşaviri Vüsal Abdullayev.

Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Təranə Məmmədova.

Azərbaycan dövləti adından zərərçəkmiş qismində isə Nazirlər Kabineti aparatının rəhbəri Rüfət Məmmədov iştirak edir. Cinayət işi üzrə 531 mindən çox zərərçəkmiş və onların nümayəndələri var.

Qeyd edək ki, Qukasyan (Ğukasyan) Arkadi Arşaviri (Arşaviroviç), Harutyunyan Arayik Vladimiri (Vladimiroviç), Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Babayan Davit Klimi (Klimoviç), Mnatsakanyan Lyova Henrixi, Manukyan Davit Azati, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurqen Homerosi, Balayan Levon Romiki, Babayan Madat Arakeli (Arakeloviç), Beqlaryan Vasili İvani və Qazaryan Erik Robert təqsirləndirilən şəxs qismində cəlb olunublar.

Baş prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə, 2 may 2024-cü ildə Azərbaycan Baş prokurorunun qərarı ilə, 1987-ci ilin oktyabrından 2024-cü il, 22 aprel tarixinədək törədilmiş cinayətlərin bir qismi ilə bağlı Baş prokurorluq və Respublikanın ayrı-ayrı istintaq qurumlarında araşdırılmış 1389 cinayət işi bir icraatda birləşdirilib və Azərbaycan Baş Prokurorluğunun rəhbərliyi altında, Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi və Hərbi Prokurorluğun müstəntiqlərindən ibarət tərkibdə istintaq olunub.

Toplanmış mötəbər sübutlar əsasında ümumilikdə 2548 epizod üzrə Ermənistan Silahlı Qüvvələri və qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər - Qukasyan (Ğukasyan) Arkadi Arşaviri (Arşaviroviç), Harutyunyan Arayik Vladimiri (Vladimiroviç), Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Babayan Davit Klimi (Klimoviç), Mnatsakanyan Lyova Henrixi, Manukyan Davit Azati, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurqen Homerosi, Balayan Levon Romiki, Babayan Madat Arakeli (Arakeloviç), Beqlaryan Vasili İvani və Qazaryan Erik Robertiyə cinayətkar birlikdə iştirak etdiyi dövrlərə uyğun olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırım), 105 (əhalini məhv etmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə yenidən təqsirləndirilən şəxs qismində cəlb olunublar.

Onların hər birinin müdafiə, dil seçimi və digər prosessual hüquqları təmin edilib.

Habelə, istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmə qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Həm ibtidai istintaqın gedişində, həm də ibtidai istintaq tamamlandıqdan sonra təqsirləndirilən şəxslər tərəfindən verilmiş vəsatət və şikayətlərə cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılaraq müvafiq qərarlar qəbul edilib, iş üzrə təqsirləndirilən şəxslərə və cinayət prosesinin digər iştirakçılarına ibtidai istintaqın qurtarması barədə məlumat verilib, onlar cinayət işinin bütün materialları ilə tanış edilib.

Eyni zamanda çoxsaylı cinayətlər törətməkdə ittiham olunan digər şəxslər barəsində cinayət işi ayrıca icraata ayrılaraq ibtidai istintaq davam etdirilir.

Azərbaycan Baş Prokurorluğu bu istintaq işi ilə əlaqədar qeyd olunan epizodlar üzrə şübhəli bilinənlərin, eləcə də şahid qismində bir çox şəxslərin Ermənistan ərazisində olmasına ciddi əsasları rəhbər tutaraq, Ermənistanın aidiyyəti orqanlarını əməkdaşlığa dəvət edir.

Cinayət işi üzrə ittiham aktı Azərbaycan Baş prokuroru tərəfindən 16 dekabr 2024-cü il tarixdə təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.

ana-olenden-sonra-hami-qacib

Xəbər verdiyimiz kimi, ötən gün Masallı rayonunda 40 həftəlik hamiləliklə Masallı Rayon Mərkəzi Xəstəxanasına daxil olan Nərmin Mehbalıyeva və övladı doğuş zamanı vəfat edib.

“Qafqazinfo” Baku TV-yə istinadən xəbər verir ki, ailə yaxınları ana və uşağın ölümünə həkim səhlənkarlığının səbəb olduğunu iddia edirlər.

Vəfat edən qadının əri Bəhruz Mehbalıyev bildirib ki, həyat yoldaşı hamilə olarkən bütün müayinələrdən keçib və müayinə kağızlarının hamısı var: “Doğum evinin müdiri bizim kənddəndir, yoldaşımın sancısı tutanda zəng etdim. Dedi ki, mənim başım ağrıyır, aparın xəstəxanaya, növbətçi həkim var, problem olsa, mən də gələcəyəm. Getdik, İlhamə Nağıyeva adlı həkim öz boynuna götürdü. İçəri girdi, ondan sonra heç bir xəbər olmadı. Sağ qolunda sistem izi var idi. Xəstəxanada heç kim də yox idi, özü də gömgöy idi. Həkim səhlənkarlığından ölüb. Ölümün səbəbini deyən yox, nə vaxt ölüb deyən yox, ölün var burada, gəl götür deyən yoxdur.

“102” qaynar xəttinə zəng elədim, polisdən yardım istədim. Prokurorluq nümayəndəsi gələndən sonra baş həkim gəldi. Uşağa, ümumiyyətlə, heç bir müdaxilə etməyiblər. Ana öləndən sonra hamı qaçıb. Mənim 4 qızım var, bu 5-ci idi, arzumuz ürəyimizdə qaldı…”

Ailənin yaxını Elsevər Mehbalıyev də bildirib ki, ölüm baş verəndən sonra xəstəxana işçilərindən kimsə onlara hansısa məlumat verməyib.

Masallı RMX-nın sözçüsü Ceyhun Hüseynov hadisə ilə bağlı açıqlama verib. O bildirib ki, doğuşa gələn qadınla bağlı bütün zəruri tibbi müayinələr aparılıb:

“Doğuşun konservativ gözləyici taktika ilə aparılmasına qərar verilib. Saat 03:00-da xəstənin qəfildən halı pisləşib. Bütün reanimasion tədbirlərə baxmayaraq, ölüm halı qeydə alınıb. Ölümün ilkin səbəbinin müəyyənləşdirilməsi üçün araşdırma aparılır”.

MN: Toplanışa cəlb edilmiş heyətlə nəzəri və praktiki məşğələlər keçirilib

Müdafiə Nazirliyinin illik hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə keçirilən tədbirlər çərçivəsində hərbi hissələrdə ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlilərin cəlb edildiyi təlim toplanışında praktiki məşğələlərə xüsusi diqqət yetirilir.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Tədris proqramına müvafiq olaraq, toplanışa cəlb edilmiş heyətlə xüsusi təyinatlı hərbi hissələrdən birində nəzəri və praktiki məşğələlər keçirilib, hərbi vəzifəlilərin sıra hazırlığı təkmilləşdirilib.

Müxtəlif təlim sahələrində baş tutmuş məşğələlər zamanı əvvəlcə hərbi vəzifəlilərə döyüş zamanı ilkin tibbi yardımın göstərilməsi qaydaları öyrədilib, yaralıların ərazidən təxliyə edilməsi üsulları məşq etdirilib, eləcə də Azərbaycan Ordusunun mühəndis bölmələrinin silahlanmasında olan müasir xüsusi vasitələr barədə geniş məlumat verilib.

Məşğələlər zaman hərbi vəzifəlilər bölmələrimizin silahlanmasında olan atıcı silahların natamam sökülüb-yığılması üzrə praktiki vərdişlərini sınayıblar, həmçinin fərdi kimyəvi mühafizə vasitələrindən istifadə qaydalarını öyrəniblər.

Hərbi vəzifəlilərlə maarifləndirici söhbətlər aparıldıqdan və təhlükəsizlik qaydaları çatdırıldıqdan sonra onlar müxtəlif atıcı silahlardan praktiki atış çalışmalarını müvəffəqiyyətlə icra ediblər.

Plana uyğun olaraq, təlim iştirakçılarının döyüş hazırlığı səviyyəsinin, bilik və bacarıqlarının artırılması, praktiki vərdişlərinin təkmilləşdirilməsi, eləcə də ordumuzun arsenalına yeni daxil edilmiş silahlarla tanış olmaq, onların döyüş tətbiqini öyrənmək məqsədilə keçirilən təlim toplanışı davam edir.

mexfi-melumatlari-paylasmayin

Aprelin 23-də vətəndaşların bank kartlarından 20332 manat oğurlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) vətəndaşlara növbəti müraciətində bildirilib. 

Qeyd olunub ki, vətəndaşların bank kartlarından oğurluqlar davam edir. Kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır. 
Bu məlumatların naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında sizə zərər vuracaqlar. 

Bildirilib ki, ötən gün aprelin 23-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 9920, 1800, 1411, 1390, 1255, 924, 658, 500, 498, 485, 400, 240, 220, 125, 100, 100, 100, 86, 70, 50 manat pul vəsaitləri bank kartlarından oğurlanıb:

“Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var”.

bakidaki-agir-qezada-olenlerin-ve-yaralananlarin-kimliyi-bilindi

Ötən gün Qaradağ rayonu Lökbatan qəsəbəsində baş vermiş ağır yol qəzasında ölən və xəsarət alanların kimliyi müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, Lökbatan-Puta yolunda Ramin Məlikovun idarə etdiyi “Lada Priora” və Sultan Sultanlının sürdüyü “Hyundai” markalı avtomobillərin toqquşduğu məlum olub.

Nəticədə avtomobillərdə olan sərnişinlərdən Məlikova Vəsfiyyə Yasin qızı və Rüstəmov Hacıalı Adil oğlu aldıqları xəsarətlərdən hadisə yerində ölüb.

Hər iki sürücü və digər sərnişinlər – Hüseynov Tural Tofiq oğlu, Mirzəyev Adəm Azər oğlu, Məlikov Ramal Ramin oğlu və Qasımov Həsən Ceyhun oğlu isə müxtəlif dərəcəli xəsarətlər alıblar.

Faktla bağlı Qaradağ RPİ-də cinayət işi açılıb, araşdırma aparılır.

***

TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, aprelin 23-ü Qaradağ rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə 9 nəfər şəxs (6-si kişi cinsli, 3-ü qadın cinsli) bədənin müxtəlif hissələrinin travması diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya olunub.

Yaralılara zəruri tibbi xidmətlər göstərilib, müayinələr olunub. Onlardan 3 nəfər əməliyyata alınıb, 1 nəfər Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir.

Xəbər lenti