isden-cixarilan-universitet-emekdasi-damarini-kesdi

Gəncə Dövlət Universitetinin qadın əməkdaşı işdən çıxarıldığı üçün özünə xəsarət yetirib.

Oxu.Az xəbər verir ki, hadisə universitet binasında baş verib.

1988-ci il təvəllüdlü Günay Məmmədova kəsici alətlə damarlarını kəsib və ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Məsələ ilə bağlı DİN-in Mətbuat xidmətinin Gəncə Regional Qrupundan “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, məsələ ilə bağlı Şəhər Baş Polis İdarəsində araşdırma aparılır. Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Mövqelərimiz Tovuzqala istiqamətindən atəşə tutulub

Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 10-u saat 20:55-də Tovuzqala rayonunun Seyrək Meşə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

Milyonları qəbrə qoyan Qebreyesus yenə “pandemiya olacaq” deyir, pul istəyir

“ÜST insanlıq üçün təhlükə mənbəyinə çevrilib, Azərbaycan da ÜST-dən çıxmalıdır; həkim: ”ÜST sədrinin bu açıqlaması çətinlik fonunda son çabalama kimi qiymətləndirilə bilər"

Dünyanın qarışdığı, birjaların çökdüyü, iqtisadiyyatın dağıldığı, dünya müharibəsinin kandarda olduğu vaxtda Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Qebreyesus deyib ki, dünya yeni pandemiya ərəfəsindədir. Buna görə də ÜST-yə daha çox səlahiyyət və pul verilməlidir.

2020-ci ildə dünyada tüğyan edən koronovirus pandemiyası zamanı Qebreyesusun dünyanın varlı ölkələrindən ÜST-yə külli miqdarda ianə cəlb etdiyini nəzərə alsaq, bu şəxsin pandemiyaların xroniki olmasında maddi marağının olduğu üzə çıxır.

Qeyd edək ki, pandemiyanın cilovlanmasında aciz qalan, bu işi milli dövlətlərin üstünə atan ÜST-nin yarıtmaz fəaliyyəti fonunda onun bu kimi çağırışlarla manipulyasiya etdiyi barədə beynəlxalq miqyasda iddialar var.

Bəs bu dəfə ÜST rəhbərinin həyəcan təbili çalması əsaslıdırmı? Həkimlər, müşahidəçilər nə deyir?

İqtisadçı Natiq Cəfərlinin mövzu ilə bağlı şərhi diqqət çəkir: “ÜST-nin baş direktoru Tedros Qebreyesus deyir ki, gec-tez yeni pandemiya baş verəcək və bu, nəzəri risk deyil, epidemioloji əminlikdir. Onun dediyinə görə, yeni pandemiya 20 il və ya daha çox müddətdə baş verə bilər və ya sabah da ola bilər.

Milyonlarla insanın ölümünə görə başda ÜST olmaqla “pandemiya”nı cinayətkarcasına idarə edənlər məsuliyyət daşımalıdırlar. İnsan ölümlərindən başqa dünya iqtisadiyyatına da bilərəkdən ziyan vurdular, iqtisadiyyatı zəiflətdilər, 18 trilyon dollar vəsaiti dünyaya səpib inflyasiyanı yüksəltdilər, 700 milyon orta sinif nümayəndəsini işsiz qoydular, gəlirlərini azaltdılar. Bu, insanlıq əleyhinə cinayət idi - ən böyük kriminal əməlləri isə o idi ki, COVİD-19 virusunun laboratoriya mənşəli olduğunu gizlətdilər, insanlara yalan danışdılar, insan övladının azadlıq hissini məhv etməyə çalışdılar.

Bu gün dünyada “sağ” və “millətçi” dalğanın daha da yüksəlməsi “pandemiyanın” nəticəsidir. Birjalarda balonlar yaratdılar, 18 trilyon dollar ehtiyacı olanlara deyil, səhm bazarında şarların yaranmasına, varlıların daha çox varlanmasına səbəb oldu. Günü bu gün də dünya iqtisadiyyatı “pandemiya”nın vurduğu zərbələrlə silkələnir.

Qebreyesus nədən indi yeni pandemiyalardan danışır? Deyim, ÜST ölkələr arasında pandemiya sazişi üzrə danışıqlar aparır. Məqsəd də budur ki, pandemiya elan olunan kimi ÜST böyük səlahiyyət alsın, ölkələrin suveren qərar alma mexanizmləri ləğv edilsin. Bu, təhlükəli məqamdır, ABŞ-ın ÜST-dən çıxması bu təhlükəni xeyli zəiflətdi, amma aradan qaldırmadı. Düşünürəm ki, Azərbaycan da ÜST-dən çıxmalı, öz səhiyyə təhlükəsizliyini suveren qərarlarla və əsl müttəfiqlərlə birgə təmin etməyin yollarını tapmalıdır. ÜST kimi qurumlar korrupsiya və insanlıq üçün təhlükə mənbəyinə çevriliblər..."

Bakı Ağrı Klinikasının baş həkimi Zülfüqar Yusifov da mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, bu, yalnız Ümumdünya Səhiyyə Təşkilatı ilə bağlı problem deyil: “Ümumilikdə təşkilatlara olan inam, güvən getdikcə azalmaqdadır. Xüsusən də son zamanlar Amerikada baş verən hakimiyyət dəyişikliyi və Tramp tərəfindən artıq bu təşkilatların bir qisminin lazımsız olduğunun ifadə olunması və oraya veriləcək üzvlük haqlarının dayandırılması cəhdləri bu təşkilatları ciddi şəkildə həyəcanlandırıb. Burada həm də BMT-də qeyd edilməlidir. Bu təşkilatların funksiyalarını həyata keçirməsi üçün böyük hakimiyyət və xüsusən də iqtisadi imkanlar lazımdır. Bu iqtisadi imkanlar dövlətlər tərəfindən verilən üzvlük haqları, o cümlədən ianələr və islahat tədbirləri hesabına formalaşıb. Xüsusən də böyük dövlətlərin, o cümlədən Amerikanın burada kifayət qədər ciddi bir rolu var.

Bu kontekstdə ÜST-nin də fəaliyyətini qiymətləndirməyə cəhd etsək, burada da real protokollar, təlimatlar, ümumilikdə ölkələrin tibbi işinin inteqrasiyası, qlobal təlimatların paylaşılması, bölüşülməsi, qlobal miqyasda baş verəcək təhlükələrdən qorunma və s. üçün rol oynasa da, ÜST-nin COVİD-19 problemi ilə bağlı son illərdəki fəaliyyəti göstərdi ki, bu problemlərin real olaraq həlli üçün əlində ciddi mexanizmlər yoxdur".

Həkim əlavə edib ki, bu mexanizmlərin olmaması da iqtisadi tərəflərlə bağlı deyil: “Çünki ÜST-nin də, BMT-nin də kifayət qədər iqtisadi imkanları var. Sadəcə, bu təşkilatlar zaman-zaman müəyyən məsələlərdə ayrı-ayrı ölkələrin əlində siyasi alətlərə çevrilirlər və onların verdiyi qərarlara əsasən hərəkət edirlər. Bu da ümumi ədalətsizliyin ortaya çıxmasına səbəb olur. Zaman-zaman bu sualları gündəmə gətirir ki, ümumiyyətlə, bu təşkilatlar lazımdırmı? Onlara üzvlük haqları verilməlidirmi və sair. Baş verən hadisələr fonunda ÜST də həyəcan içindədir. Təşkilatın lazımsızlığı barədə fikirlər artır və böyük ehtimalla verilən üzvlük haqları artıq azalır. Onlar ianələr yığa bilmirlər, iqtisadi bir çöküş hiss etməkdədirlər. Bu həyəcan fonunda, təbii ki, ÜST gələcəkdə nə qədər vacib olacağını və ya bu təşkilat olmasa, dünyanın hansı problemlərlə üzləşəcəyini daha qabarıq şəkildə ortaya qoyaraq, yenidən dövlətləri, səhiyyə təşkilatlarını ətrafında sıx birləşdirməyə, üzvlük haqlarını almağa cəhd edəcək. Bu baxımdan, ÜST sədrinin bu açıqlaması da müəyyən mənada bir çətinlik fonunda çabalama kimi qiymətləndirilə bilər. Xüsusən də bunu pandemiya təhlükəsi ilə dünyaya sırımaq uşaqcasına bir yanaşmadır. Dünya artıq bunu yaşadı və bunun nə olduğunu bilir. Pandemiya təhlükəsi dünya durduqca olub və hər zaman da olacaq. Ölkələr də bu istiqamətdə artıq kifayət qədər təcrübəlidirlər, mümkün resursları bu istiqamətdə cəmləməyə də hazırdırlar. Qeyd olunduğu kimi, yaşanan COVİD-19 pandemiyası göstərdi ki, bu proseslər zamanı əsas güc yenə də ölkələrin özünə düşür. Hətta Avropanın mərkəzində belə bəzi ölkələrin - İtaliya kimi, necə yalnız qaldıqları, ölümlərlə üz-üzə qalaraq necə çırpındıqlarının biz şahidi olduq. Burada da ÜST-nin real, konstruktiv bir kömək göstərdiyinin şahidi olmadıq.

Bu baxımdan qeyd etmək istərdim ki, ÜST artıq daha real olaraq dünyada səhiyyə sisteminin inkişafı istiqamətində addımlar atmağa çalışmalıdır. Xüsusilə bəzi ölkələrin səhiyyə sisteminin inkişafı istiqamətində konkret, real proqramları ortaya qoyması və insanımızın, ümumiyyətlə, qorunması istiqamətində səhiyyənin inkişafına daha fərqli istiqamətlərdə töhfə verməlidir, sadəcə, üzvlük haqlarını yığmaqla deyil".

polise-tabe-olmayib-ozune-xesaret-yetiren-parkovsik-hebs-edildi

Aprelin 7-də Bakıda ictimai asayişi pozan “parkovşik” inzibati məsuliyyətə cəlb edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Nizami rayonu Naxçıvanski küçəsində baş verib.

Polis əməkdaşları ərazidə qanunsuz parkinq fəaliyyəti göstərən şəxsə xəbərdarlıq ediblər. Bu zaman həmin şəxs tutduğu yeri tərk etməyəcəyini bildirərək səs-küy salmağa başlayıb və özünə xəsarət yetirib. 

İctimai yerdə qaydaları pozan şəxs saxlanılaraq Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə aparılıb.

Müəyyən edilib ki, saxlanılan şəxs Kürdəmir rayonu Sığırlı kənd sakini 1986-cı il təvəllüdlü S.Yusifovdur. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci (Xırda xuliqanlıq, polisin qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə protokol tərtib edilib.

Nizami Rayon Məhkəməsinin qərarı ilə saxlanılan şəxsə 10 sutkalıq inzibati həbs verilib.

kartlardan-daha-40-min-manat-ogurlandi

Aprelin 9-da ayrı-ayrı vətəndaşların bank kartlarından müxtəlif kiber üsullarla 40 min manatdan artıq pul oğurlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti xəbər verir ki, müxtəlif şəxslərin 12850, 8211, 8210, 4466, 2000, 1200, 700, 300, 300, 261, 260, 260, 175, 143, 85, 83 manat və 595 dollar pul vəsaitləri bank kartlarından oğurlanıb.

Nazirlikdən bildirilib ki, bank kartları ilə əlaqəli xarici zənglər, mesajlar cavablamadan, saxta linklərə daxil olmadan bloklanmalıdır:

“Əks halda bank kartında olan pul vəsaitinizi talayacaqlar. Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var”.

Qeyd edək ki, aprelin 7-də kartlardan 67 min, 8-də isə 87 min manatdan artıq pul oğurlanıb.

Mövqelərimiz Tovuzqala istiqamətindən atəşə tutulub

Aprelin 9-u saat 23:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Müsüskənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.

"Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb", - nazirlikdən əlavə olunub.

Tanınmış həkimə “erməni” dedi, prokurora rüşvət verdiyini söylədi- Qalmaqala görə bu cəza verildi

Tanınmış göz həkimi Azər Kərimov əməliyyat etdiyi şəxsin ailə üzvləri ilə məhkəmədə üz-üzə gəlib. Həkim xüsusi ittiham qaydasında məhkəməyə müraciət edərək onun barəsində sosial şəbəkələrdə və mətbuatda təhqir səsləndirilən şəxsin cəzalandırılmasını istəyib.

Musavat.com xəbər verir ki, Azər Kərimov Gülşən Adışirinovanın gözünü əməliyyat edib.  Lakin sonradan onun gözündə problemlər yaranıb.

Gülşən Adışirinovun oğlu İsmayıl Adışirinov və həyat yoldaşı F.Adışirinov mətbuatda və sosial şəbəkələrdə anasının gözündə yaranmış problemə görə həkimi ittiham edib.

Bundan sonra həkim məhkəməyə müraciət edərək Adışirinovların cəzalandırılmasını istəyib.

Həkim məhkəməyə təqdim etdiyi sübutlarda göstərir ki, Adışirinovlar əməliyyatın baş tutduğu “Kəpəz Hopital” klinikasına gələrək orada hay-küy salaraq onun ünvanına ittihamlar səsləndirirlər.

Narazı tərəf Azər Kərimova “şərəfsiz”, “erməni” deyərək aşağıdakı ittihamları irəli sürüb:

“Elgizin reklam etdiyi həkim yoldaşımı kor etdi. İnsanları aldadaraq əməliyyata cəlb edirlər. Oğlum qazidir. Ola bilsin ki, müharibədə Azər Kərimovun qohumlarına güllə atıb. Azər Kərimov “Dünyagöz” klinikasından bu əməllərinə görə qovulub. Hara gedir camaatı bədbəxt edir”.

Həmçinin Adışirinovlar çıxışlarında həkimin prokurora rüşvət verməsi ilə bağlı da ittiham səsləndirirlər.

Azər Kərimov məhkəməyə müraciətində barəsində böhtan xarakterli məlumatlar yayan, şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan, rüşvət verməkdə ittiham edilən şəxsin cəzalandırılmasını istəyib.

Həkim həmçinin qeyd edib ki, Adışirinovlar çalışdığı klinikaya gələrək onu dəfələrlə ölümlə təhdid ediblər, pul istəyiblər. Həkim telefonuna gələn təhdid mesajları ilə də bağlı polisə müraciət edib.

Adışirinov isə ittihamı qəbul etməyib. Deyib ki, həkimin səhlənkarlığı ilə bağlı ölkə rəhbərliyinə müraciət ediblər. Həkimə “erməni” deyilməsi ilə bağlı ittihamı rədd edib.

Həkim məhkəməyə müraciətində Gülşən Adışirinovanın həyat yoldaşının cəzalandırılmasını istəyib. Xətai Rayon Məhkəməsi Adışirinovların xeyrinə (bəraət) qərar çıxarıb.

Bu qərardan narazı qalan Azər Kərimov Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Birinci instansiya məhkəməsinin hökmü qismən dəyişib. Belə ki, Adışirinov həkimə ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atmada təqsirli bilinərək aylıq qazancının 10 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla ona 6 ay müddətinə islah işləri cəzası təyin edilib.

Adışirinov təhqir ittihamı ilə təqsirsiz bilinib.

Qeyd edək ki, Gülşən Adışirinovanın gözünün əməliyyatından sonra yaranan problemə görə həkim təqsirli bilinməyib. Ekspert rəyləri həkimi haqlı çıxarıb. Nəsimi Rayon Prokurorluğu tərəfindən cinayət işinin açılması ilə bağlı rədd qərarı qəbul edilib.

Azərbaycanda bu əraziyə giriş qadağan edildi

Turizm Agentliyi tərəfindən yaradılmış Palçıq Vulkanları Turizm Kompleksindən kənarda olan vulkanlara gediş qadağan olunub.

Bu sözləri Axar.az-a Qobustan rayon sakinləri bildirib.

Sakinlərin sözlərinə görə, kompleksdən kənarda olan vulkana ziyarətə getməyə icazə verilmir.

Onlar bildiriblər ki, kompleksə daxil olan vulkan ərazilərinə giriş ödənişlidir, buna görə də ziyarətçilər əsasən kənar vulkanlara ziyarətə üstünlük verir. Turizm Agentliyi isə bunu qadağan etməklə, öz maraqlarını təmin etməyə çalışır.

Sakinlər həmçinin kompleksdən kənardakı vulkanlara turist ziyarəti üçün taksi və digər xidmətlər göstərdiklərini, bunun sayəsində dolandıqlarını, bu qadağanın onları çörəksiz qoyduğunu da bildirirlər.

Məsələ ilə bağlı Dövlət Turizm Agentliyinin Qoruqların İdarəetmə Mərkəzinin mətbuat xidmətindən bildirilib ki, vulkanların təbii özünübərpa prosesi üçün tələb olunan zəruri müddət nəzərə alınaraq, mütəxəssislərin rəyi əsasında sözügedən əraziyə giriş müvəqqəti dayandırılıb və burada informasiya, mühafizə köşkü fəaliyyətə başlayıb.

 36 nəfər hərbi xidmətə yararsız imiş... - Vəzifəli şəxslər saxlanıldılar

Hərbi xidmətə çağırışdan boyun qaçırma hallarına qarşı mübarizə davam etdirilir.

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən 2023-cü ilin may ayından etibarən korrupsiya hüquqpozmaları və digər neqativ hallarla bağlı araşdırma aparılması üçün Baş Prokurorluğa təqdim olunmuş məlumatlar açıqlanıb

Qeyd olunan dövrdə Baş Prokurorluq tərəfindən mütəmadi olaraq sistemli şəkildə həm SHXÇDX, həm də digər dövlət qurumları ilə birgə hərbi xidmətə çağırış zamanı yol verilən qanun pozuntularının qarşısının alınması, şəffaflığın təmin edilməsi və korrupsiya hallarının aradan qaldırılması məqsədilə kompleks tədbirlər görülüb.

Belə ki, 2025-ci ilin birinci rübündə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən qeyd olunan sahədə aparılmış araşdırmalar zamanı ümumilikdə 36 nəfərin hərbi xidmətə yararsız olduğu halda çağırıldığı, 26 nəfərin isə sağlam olmasına baxmayaraq, tibbi müayinədən sonra xidmətə yararsız kimi qeyd olunduğu müəyyən edilib. Həmçinin, 12 şəxsin müxtəlif saxta sənədlər vasitəsilə hərbi xidmətdən yayınması faktları aşkarlanıb.

Təkrar tibbi müayinədən keçirilmiş 26 nəfərin hərbi xidmətə yararlı olduqları məhkəmə-tibbi ekspertizasının rəyi ilə təsdiqləndiyindən, onlar üzrə toplanmış materiallar hərbi xidmətə çağırılmaları məsələsinə baxılması üçün aidiyyəti üzrə SHXÇDX-ə təqdim olunub.

Sözügedən dövr ərzində qeyd olunan sahədə qanunvericiliyin tələblərinin pozulması faktları ilə bağlı 1 əməliyyat-axtarış tədbiri keçirilib və bunun nəticəsində cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

SHXÇDX-nin vəzifəli şəxsləri və hərbi xidmət keçməkdən boyun qaçırma ilə bağlı Baş İdarədə 2 cinayət işi üzrə istintaq davam etdirilir, 3 nəfər təqsirləndirilən şəxs qismində cəlb olunub.

Araşdırmalar nəticəsində aşkar edilən pozuntularla əlaqədar ümumilikdə 157 həkim və tibb işçisi barəsində aidiyyəti üzrə Səhiyyə Nazirliyinə və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə təqdimatlar göndərilib.

Həkim-Məsləhət Komissiyalarının tərkibinə yenidən baxılması üçün də SHXÇDX-ə müraciət edilib.

Qeyd edək ki, bu sahədə daha kəsərli tədbirlərin görülməsi nəticəsində Baş İdarədə 2023-cü ildə 23, 2024-cü ildə isə 49 material üzrə araşdırma aparılıb, ümumilikdə 6 əməliyyat-axtarış tədbiri həyata keçirilərək nəticədə 6 cinayət işi başlanaraq məhkəmələrə göndərilib.

Həmçinin, 2023–2024-cü illər ərzində qanun pozuntularından çəkindirmək məqsədi ilə SHXÇDX-nin vəzifəli şəxsləri barəsində 5 halda prokuror təsir tədbirləri tətbiq olunub.

Ümumilikdə isə, 2023–2024-cü illər ərzində Baş İdarədə SHXÇDX-nin vəzifəli şəxsləri və hərbi xidmət keçməkdən boyun qaçırma ilə bağlı 13 cinayət işi istintaq olunaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

Hərbi xidmətə çağırışla bağlı törədilən qanunsuzluqlara qarşı mübarizə tədbirləri aidiyyəti dövlət orqanları ilə birgə bundan sonra da davam etdirilərək nəticəsi barədə ictimaiyyətə məlumatın verilməsi təmin olunacaq.

vetendaslari-aldadib-87-min-manat-ogurladilar

Aprelin 8-də ayrı-ayrı vətəndaşların müxtəlif kiberüsulla 87 min manat pulu oğurlanıb.

DİN-in Mətbuat xidməti xəbər verir ki, vətəndaşlara məxsus 20 000, 17 000, 16 000, 15 000, 7800, 4650, 2538, 1006, 350, 500, 900, 850, 200, 107, 60, 56, 50 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.

Bildirilib ki, kiberməkanda sxemlər tez-tez dəyişir, lakin prinsiplər dəyişmir: “Bank kartları ilə əlaqəli xarici zənglər, mesajlar cavablamadan, saxta linklərə daxil olmadan bloklanmalıdır. Əks halda, bank kartında olan pul vəsaitinizi talayacaqlar.

Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var”.

Xatırladaq ki, DİN-in məlumatına görə, aprelin 7-si isə kartlardan 67 min manat oğurlanıb.

Xəbər lenti