![]() |
|
Aprelin 8-i saat 19:20-dən 22:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Qaraiman və Yuxarı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.
Akademik Milli Dram Teatrının səhnə arxasında əlbəyaxa dava baş verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Qaynarinfo”ya sözügedən teatrın aktyorları məlumat verib.
Onların bildirdiyinə görə, davaya səbəb kənar teatrların aktyor və rejissorlarının Akademik Milli Dram Teatrına dəvət edilməsinə etiraz olub.
Dava teatrın bədii şurasının iclasında qeydə alınıb. Xalq artisti Əli Nur çıxışı zamanı başqa teatrdan dəvət olunan aktyor və rejissorlara etiraz edib. Aktyor deyib ki, “Azdrama”ya təsadüfi rejissorlar dəvət etmək olmaz və bununla bağlı fikrini təhlil edib. Mübahisə yaranıb və aktyorlardan bir neçəsi Əli Nurun üstünə hücuma keçərək ona yumruq atıblar.
Vəziyyətin dramatik həddə çatacağını görən Xalq artisti Sabir Məmmədov hadisəyə biganə qala bilməyib. Sabir Məmmədov və teatrın direktoru İlham Əsgərov dava edənləri qucaqlayaraq iclas otağından çıxararaq hadisə yerindən uzaqlaşdırıblar.
Aktyor deyir ki, teatrın bədii şurasında belə hadisə 150 ildə ilk dəfə baş verib.
Xalq artisti Əli Nur baş verən hadisə ilə Respublika Prokurorluğuna şikayət edib. Hadisə araşdırılır.
İddialarla bağlı Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına sorğu ünvanladıq. Teatrın mətbuat katibi Cavid Zeynallı “Qafqazinfo”nun müraciətinə cavab olaraq bildirib ki, aprelin 4-də “Azdrama”da Bədii Şuranın iclası keçirilib: “İclas zamanı rolların müzakirəsi mövzusunda iki aktyor arasında müəyyən gərginlik yaranıb.
Qeyd olunan fakt tamaşa afişası, rejissorun tamaşaya yanaşması, aktyor oyunu, yəni yaradıcılıqla bağlı olub. Hazırda teatrda yaradıcı proses öz axarında davam edir, eyni anda 3 tamaşanın məşqi aparılır”.
Dərman vasitələrini qaçaqmalçılıq yolu ilə ölkəyə gətirməkdə və onlardan rüşvət almaqla himayədarlıq etməkdə təqsirləndirilən şəxslər ifşa edilib.
Bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğu və Dövlət Gömrük Komitəsinin birgə məlumatında qeyd olunub:
"Qaçaqmalçılıq cinayətinin törədilməsində iştirak etmiş Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin əməkdaşlarının qanunsuz əməlləri barədə həmin qurumda başlanmış cinayət işinin ibtidai istintaqı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində davam etdirilir.
İstintaqla Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinin əməliyyat müvəkkili Hidayət Məmmədov və həmin şöbəyə təhkim olunmuş "Azərterminalkompleks" Birliyinin inspektoru Bayram Məmmədovun qabaqcadan əlbir olaraq öz qulluq mövqelərindən istifadə etməklə Haysuf Hacıyevin idarə etdiyi dərman vasitələri və digər mallarla yüklü nəqliyyat vasitəsinin Azərbaycan Respublikası ərazisinə gömrük nəzarətindən kənar keçirilməsini təmin etmək müqabilində onlara müraciət etmiş vətəndaş Arzu Abdullayevdən rüşvət almalarına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış ilkin sübutlar əsasında Hidayət Məmmədov Cinayət Məcəlləsinin 32.5, 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılığa köməkçilik), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda), 311.3.1 və 311.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar rüşvət alma), Bayram Məmmədov həmin Məcəllənin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda) və 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma), Arzu Abdullayev və Haysuf Hacıyev isə həmin Məcəllənin 200-1.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dərman vasitələrinin qanunsuz dövriyyəsi), 200-1.2.3 (külli miqdarda dərman vasitələrinin qanunsuz dövriyyəsi) və 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər.
İş üzrə ibtidai istintaqı aparan müstəntiqin vəsatəti və İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında təqsirləndirilən şəxslər Hidayət Məmmədov, Bayram Məmmədov və Arzu Abdullayev barəsində məhkəmənin qərarı ilə həbs, Haysuf Hacıyev barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilməklə nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək".
Göyçayda yas mərasimi zamanı evin eyvanı uçub.
"Report xəbər verir ki, hadisə Fərahim İsrafil oğlu Vahidova məxsus evdə qeydə alınıb.
Evdə yas mərasimində iştirak edən qadınların oturduğu evin 2-ci mərtəbəsinin eyvanı uçub.
Nəticədə 1978-ci il təvəllüdlü Həşimova Mətanət Ağakərim qızı, 1969-cu il təvəllüdlü Vahidova Kəmalə Həşim qızı, Göyçay rayonu, Qarayazı kənd sakinləri 1966-cı il təvəllüdlü Cabbarova Saxanım Suru qızı, 1966-cı il təvəllüdlü Məmmədova Nazilə Məzahir qızı və 1963-cü il təvəllüdlü Əliyeva Susaxan Suru qızı həmin eyvandan yıxılaraq müxtəlif bədən xəsarətləri alıblar.
TƏBİB-dən bildirilib ki, hadisə nəticəsində xəsarət alan 8 nəfər Göyçay Rayon Mərkəzi Xəstəxanasının təcili yardım bölməsinə hospitalizasiya olunub.
Onlardan 1966, 1963, 1973, 1969, 1976, 1960 və 1962-ci il təvəllüdlü 7 nəfərə (qadın) ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.
Digər 1973-cü il təvəllüdlü qadın isə çoxsaylı sınıqlar və onurğa zədəsi diaqnozu ilə ixtisaslaşmış tibb müəssisəsinə hospitalizasiya olunub.
Araşdırma aparılır.
Dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd hazırlamaqda təqsirləndirilən Elşən Nəcəfovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
"Report xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs son sözünü demək üçün prosesin qapalı davam etdirilməsini və məhkəmə zalında olan şəxslərin çıxarılmasını xahiş edib.
Təqsirləndirilən şəxsin vəsatəti təmin edilib. Daha sonra məhkəmədə hökm oxunub.
Hökmə əsasən, Elşən Nəcəfov 12 il azadlıqdan məhrum edilib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Qeyd edək ki, Elşən Nəcəfovun 2023-cü ilin sentyabr ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyat zamanı saxlanılıb.
Elşən Nəcəfova qarşı irəli sürülmüş ittihamda qeyd edilib ki, o, xarici ölkə ərazisində yaşayan digər Azərbaycan Respublikası vətəndaşı ilə əlbir olub xarici dövlət rəsmilərinin Azərbaycana səfəri zamanı onlara və Azərbaycanın dövlət və ictimai xadimlərinə qarşı ictimai tədbirdə imkan əldə edib terror hücumu etməyə hazırlıq hərəkətləri edib. Bu barədə qətiyyətini ifadə etdiyi və əlbir olduğu şəxsə göndərdiyi səs yazıları iş materiallarına əlavə edilib. Sonuncu Elşən Nəcəfova terrorçuluq əməlləri törətməsi planını həyata keçirərkən öldürüldüyü halda “şəhid” hesab ediləcəyini bildirib.
Elşən Nəcəfov DTX əməkdaşları tərəfindən ifşa edilərək saxlanıldığından, iradəsindən asılı olmayaraq qeyd olunan terror əməllərini törədə bilməyib.
Ona Cinayət Məcəlləsinin 28, 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsdə hazırlıq), 214-2 (terrorçuluğa açıq çağırışlar), 167-3.1-ci (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma), 281.2 (Dövlət əleyhinə yönələn açıq çağırışlar) maddələri ilə ittiham elan edilib.
Bu gün Ağdaban qətliamının növbəti ildönümüdür.
“erməni silahlı qruplaşmalarının 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Kəlbəcər rayonunun Ağdaban kəndində törətdikləri qətliamdan 33 il ötür.
130 evdən ibarət Ağdaban kəndi həmin gün tamamilə yandırılıb və yer üzündən silinib.
Kəndin 779 nəfər dinc sakininə işgəncələr verilib, 32 nəfər qətlə yetirilib, 8 nəfər 90-100 yaşlı qoca, 2 azyaşlı uşaq, 7 qadın diri-diri yandırılıb.
Şair Ağdabanlı Qurbanın və klassik aşıq şeirinin ustadlarından olan Dədə Şəmşirin əlyazmaları məhv edilib.
Bu faciəyə ilk hüquqi-siyasi qiymət verən Ulu Öndər Heydər Əliyev Ağdabanda baş verənləri bəşəriyyətə qarşı törədilən ən böyük cinayət adlandırıb, bunu bütün insanlıq adına utanc kimi səciyyələndirib.
Azərbaycanda satılan kolbasanın içərisindən metal çıxıb.
Ölkə.Az xəbər verir ki, bu barədə tanınmış aparıcı Nübar Əbil paylaşım edib.
“Bu “Halal zəhmət” markası məsuliyəti öz üzərinə götürəcəkmi? Kiloqramı 21.90 AZN olan kolbasanın içərisində dəmir parçası niyə var? Zəhmət olmasa, cavab verin. Əgər hər hansı bir məhsul istehsal edə bilmirsinizsə, “halal” sözünü də götürün, bazardan üzüqoylu gedin”, - deyə aparıcı söyləyib.
N.Əbil həmçinin rastlaşdığı vəziyyətlə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə də çağırış edib.
Qurumdan məsələnin nəzarətə götürüləcəyi bildirilib.
Aprelin 6-sı axşam saatlarından aprelin 7-si saat 04:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus, Qarakilsə, Basarkeçər, Keşişkənd, Tovuzqala və Çəmbərək rayonları istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə intensiv atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb.
Bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.
Azərbaycanda həkim nəfəs borusunda yad cisim qalan uşağa soyuqlama əleyhinə müalicə yazıb.
Bu iddia ilə pediatr Aytən İsmayılzadə çıxış edib. O, hadisənin Zaqatala rayonunda baş verdiyini bildirib:
“Uşaqdan gecələr yatanda qəribə səs gəlirmiş, öskürək, xışıltı narahat edirmiş. Anası uşağı həkimə apararaq rentgen etdirib. Rentgen şəklində bronxda ilişib qalan yad cisim açıq-aşkar görünsə də, həkim uşağa soyuqlama əleyhinə müalicə yazıb. Bir aydan çox müddətdə uşağın düzəlmədiyini görən ana uşağı yenə rentgen etdirib və özü bu qeyri-adi görüntünün fərqinə varıb O, müqayisə üçün özü də ultrasəs müayinədən keçib.
Sonra mənə göndərdi ki, uşağın bronxunda olan nədir? Bu, udulmuş və nəfəs yoluna düşmüş bir knopkadır, aydın görünür. Amma necə olur ki, bunu həkim görmür, rentgen həkimi demir, uşağa soyuqlama müalicəsi yazılır? Mütləq şəkildə araşdırılmalı məsələdir. Bu məsuliyyətsizliyi edən valideyn deyil, həkimlərdir”,- deyə o əlavə edib.
Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu Əsgər Nicat oğlu Musayev Cəbrayıl rayonunda minaya düşərək həlak olub.
Report xəbər verir ki, mərhumun nəşi dəfn olunması üçün Lənkəran rayonuna aparılıb.
Ə.Musayev Göyşaban kənd qəbiristanlığında torpağa tapşırılacaq.