6-ay-sonra-yene-sabuncu-tunelini-su-basdi

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən hazırda ölkə ərazisində müşahidə olunan yağıntılı və küləkli hava şəraiti ilə əlaqədar yaranan fəsadların aradan qaldırılması istiqamətində əməliyyat davam etdirilir.

“Əməliyyat nəticəsində bu vaxtadək su basmış yerlərdə köməksiz vəziyyətdə qalmış 10-u uşaq olmaqla ümumilikdə 31 nəfər vətəndaş təxliyə olunub.

Hazırda Bakı, Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə müxtəlif istiqamətlərdə su basmış ərazilərdən suyun çəkilərək kənarlaşdırılması, köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi fasiləsiz olaraq davam etdirilir.

Bundan əlavə, güclü küləyin təsirindən Bakı şəhəri, Nəsimi rayonunda yerləşən çoxmərtəbəli yaşayış binasında mənzilin eyvanının hissələrinin qoparaq asılı vəziyyətdə qalması nəticəsində vətəndaşlar üçün yaranmış təhlükəli vəziyyət Nazirliyin xilasediciləri tərəfindən operativ olaraq aradan qaldırılıb.

Videoda ötən ilin oktyabrında iki nəfərin boğularaq öldüyü Sabunçu rayonu ərazisindəki tunel də yer alıb. Videodan aydın olur ki, hazırda orada da suyun çəkilərək kənarlaşdırılması işləri aparılır.

 

 

 


 
kartlardan-daha-32-min-manat-ogurlandi

Aprelin 15-də vətəndaşların bank kartlarından 32 306 manat oğurlanıb.

“Bu barədə DİN-in Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, aprelin 15-də ayrı-ayrı vətəndaşların müxtəlif kiberüsulla 13 700, 3450, 3017, 1827, 1600, 1396, 1288, 1140, 1121, 1010, 822, 493, 330, 303, 300, 221, 170, 118 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.

Nazirlik vətəndaşları kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu kimi məxfi məlumatları tanımadıqları şəxslərlə bölüşməməyi tövsiyə edib.

sedereyi-su-basdi

Bakıda ötən gündən bəri yağan intensiv yağış nəticəsində “Sədərək” Ticarət Mərkəzini su basıb. 

“Qafqazinfo”nun məlumatına görə, yağıntı nəticəsində bəzi ticarət obyektləri və ara yollar suyun altında qalıb. 

Həmin görüntüləri təqdim edirik:

 

komeksiz-qalmis-20-nefer-texliye-olundu

Xəbər verdiyimiz kimi, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən gündən başlayan intensiv yağışlarla əlaqədar yaranmış fəsadların aradan qaldırılması əməliyyatı həyata keçirilir.

“Qafqazinfo”nun nazirliyə istinadən məlumatına görə, əməliyyat nəticəsində bu vaxtadək su basmış yerlərdə köməksiz vəziyyətdə qalmış 3-ü uşaq olmaqla ümumilikdə 20 nəfər vətəndaş təxliyə olunub.

Hazırda Nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətləri, Mülki müdafiə qoşunları və Bakı Regional Mərkəzinin qüvvələri tərəfindən paytaxtın su basmış ərazilərindən suyun çəkilərək kənarlaşdırılması, köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi işləri fasiləsiz olaraq davam etdirilir.

 

 
 
 
Sumqayıtda ticarət mərkəzində yanğın başlayıb - FOTO

Sumqayıtda ticarət mərkəzində yanğın başlayıb.

 APA xəbər verir ki, hadisə "Jalə-94" ticarət mərkəzində qeydə alınıb.

Əraziyə FHN əməkdaşları cəlb edilib.

 

 

 
DTX Naxçıvan Səhiyyə Nazirliyində araşdırmalara başladı

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi və strukturuna daxil olmayan tabeliyindəki qurumlarda dövlət vəsaitlərinin və əmlakının idarə olunması sahəsində aşkar edilmiş hüquqpozmalarda cinayət tərkibinin əlamətlərinin ehtimal olunması və Dövlət Təhlükəsizliyi Xidmətindən daxil olmuş məktubla əlaqədar həmin materiallar DTX-yə göndərilib.

Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Hesablama Palatasının 2024-cü ildə fəaliyyəti haqqında hesabat”ında əksini tapıb.

Dövlət Təhlükəsizliyi Xidmətindən daxil olmuş məlumatlara əsasən, 1 audit üzrə aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alınıb.

Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində aprelin 6-da Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə həyata keçirilmiş tədbirlər nəticəsində pilotsuz uçuş aparatı (PUA) vasitəsilə ümumi çəkisi 14 kiloqram 240 qram narkotik vasitənin (14 kq 200 qram marixuana; 40 qram metamfetamin) İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Vardanyan susur, zərərçəkənlərin başına gətirilən müsibətləri dinləyir – BAKIDA TARİXİ MƏHKƏMƏ DAVAM EDİR

Bakı Məhkəmə Kompleksində Ermənistan vətəndaşı Ruben Vardanyanın çoxcildli cinayət işi üzrə məhkəmə araşdırmaları davam edir.

Musavat.com xəbər verir ki, Ruben Vardanyan Azərbaycan və azərbaycanlılara qarşı işgəncə, muzdluluq, müharibə qanunlarını pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər ağır cinayətlərdə ittiham olunur.

Cinayət işi Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin sədrliyi, hakimlər Anar Rzayev və Camal Ramazanovun iştirakları ilə araşdırılır.

Hazırda prosesdə zərərçəkmiş şəxslərin dindirilməsi mərhələsidir. Həmçinin prosesdə iş üzrə keçən çoxsaylı sənədlər, sübutalar, faktlar araşdırılır.

Ruben Vardanyan məhkəmədə sərbəst ifadə verməkdən imtina edir.

Bu gün keçirilən prosesdə zərərçəkmiş şəxslər dövlət ittihamını müdafiə edən prokurorların suallarını cavablandıracaqlar. İfadə verən zərərçəkmişlər necə yaralandıqlarını, onlara hansı zərərin dəydiyini, onlara necə ziyanın vurulması barədə danışırlar.

İş üzrə məhkəmə prosesi açıq keçirilir.

Ruben Vardanyan həm ibtidai istintaq, həm də məhkəmə istintaqı dövründə özünün seçdiyi vəkillə təmin olunub. Eyni zamanda prosesdə tərcüməçilər iştirak edir.

Qeyd edək ki, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğunun birgə yaydığı məlumata görə, Rusiya Federasiyasının vətəndaşı olmuş, hazırda Ermənistan Respublikasının vətəndaşı olan, Rusiya Federasiyasında “Troyka Dialoq” şirkətinin təsisçisi və rəhbəri olmuş, Rusiya Federasiyasında “KAMAZ” ASC-nin direktorlar şurasının üzvü, həmin ölkədə “Volqa-Dnepr” şirkətlər qrupunun müstəqil direktoru və sair vəzifələrdə çalışmış Vardanyan Ruben Karlenoviç 25 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1, 279.3 və 318.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində axtarış elan edilib, 27 sentyabr 2023-cü il tarixində saxlanılaraq istintaqa təhvil verilib və həmin tarixdə ona ittiham elan edilib.

Toplanmış mötəbər sübutlar əsasında təqsirləndirilən şəxs Ruben Vardanyana Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, aparma), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma), 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələrində nəzərdə tutulan əməllərin törədilməsi ilə bağlı yekun ittiham elan olunub. İstintaq müddətində təqsirləndirilən şəxsin müdafiə, dil və digər prosessual hüquqları təmin edilib.

Təqsirləndirilən şəxs özünün seçdiyi vəkillərlə təmin edilib, özü və vəkilləri tərəfindən verilmiş vəsatətlərə cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılaraq müvafiq qərarlar qəbul edilib. Təqsirləndirilən şəxs Ruben Vardanyana və cinayət prosesinin digər iştirakçılarına ibtidai istintaqın başa çatması barədə məlumat verilib, onlar cinayət işi üzrə maddi sübutlar, sənədlər, ekspertiza rəyləri və digər sübutlar da daxil olmaqla, cinayət işinin bütün materialları ilə tanış edilib.

Cinayət işi üzrə ittiham aktı Azərbaycan Baş prokuroru tərəfindən 28 dekabr 2024-cü il tarixində təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.

Axtarışda olan 12 nəfər tutuldu

Ötən gün dələduzluğa görə axtarışda olan 12 nəfər tutulub.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilbi ki, polis əməkdaşlarının aprelin 14-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 12 nəfər saxlanılaraq istintaqa təhvil verilib.

Bakıda ticarət mərkəzi yandı

Buzovnada ticarət mərkəzi yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən ticarət mərkəzində yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində ümumi sahəsi 2000 m² olan birmərtəbəli ticarət mərkzinin ərazisində bir-birinə bitişik tikilmiş müxtəlif təyinatlı mağazalarda baş vermiş yanğın havanın küləkli olmasına baxmayaraq genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ticarət mərkəzində bir-birinə bitişik müxtəlif təyinatlı mağazalar ümumilikdə 214 m² sahədə yanıb.

Ticarət mərkəzinin böyük hissəsi yanğından mühafizə olunub.

Xəbər lenti