MN: Toplanışa cəlb edilmiş heyətlə nəzəri və praktiki məşğələlər keçirilib

Müdafiə Nazirliyinin illik hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə keçirilən tədbirlər çərçivəsində hərbi hissələrdə ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlilərin cəlb edildiyi təlim toplanışında praktiki məşğələlərə xüsusi diqqət yetirilir.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Tədris proqramına müvafiq olaraq, toplanışa cəlb edilmiş heyətlə xüsusi təyinatlı hərbi hissələrdən birində nəzəri və praktiki məşğələlər keçirilib, hərbi vəzifəlilərin sıra hazırlığı təkmilləşdirilib.

Müxtəlif təlim sahələrində baş tutmuş məşğələlər zamanı əvvəlcə hərbi vəzifəlilərə döyüş zamanı ilkin tibbi yardımın göstərilməsi qaydaları öyrədilib, yaralıların ərazidən təxliyə edilməsi üsulları məşq etdirilib, eləcə də Azərbaycan Ordusunun mühəndis bölmələrinin silahlanmasında olan müasir xüsusi vasitələr barədə geniş məlumat verilib.

Məşğələlər zaman hərbi vəzifəlilər bölmələrimizin silahlanmasında olan atıcı silahların natamam sökülüb-yığılması üzrə praktiki vərdişlərini sınayıblar, həmçinin fərdi kimyəvi mühafizə vasitələrindən istifadə qaydalarını öyrəniblər.

Hərbi vəzifəlilərlə maarifləndirici söhbətlər aparıldıqdan və təhlükəsizlik qaydaları çatdırıldıqdan sonra onlar müxtəlif atıcı silahlardan praktiki atış çalışmalarını müvəffəqiyyətlə icra ediblər.

Plana uyğun olaraq, təlim iştirakçılarının döyüş hazırlığı səviyyəsinin, bilik və bacarıqlarının artırılması, praktiki vərdişlərinin təkmilləşdirilməsi, eləcə də ordumuzun arsenalına yeni daxil edilmiş silahlarla tanış olmaq, onların döyüş tətbiqini öyrənmək məqsədilə keçirilən təlim toplanışı davam edir.

03 May 2025 Məzahir Pənahovun oğlu boşanmaq istəmir, qızılları da qaytarmır
03 May 2025 Sabiq məmurun nəvəsi qadına hücum edib? - Video
03 May 2025 Qarabağdakı kütləvi məzarlıqlar Avropa mediasının diqqətini cəlb edib
03 May 2025 DİN-dən çağırış: Təhlükə var, bank kartı məlumatlarınızı heç kimlə paylaşmayın
02 May 2025 Sərnişin və sürücü çölə düşdü
02 May 2025 Rüşvətə görə işdən çıxarılan rəis və müavininə bu cəza verildi
02 May 2025 Paytaxtda dərs zamanı şagird vəhşicəsinə döyüldü
01 May 2025 Qəzada ölən hərbçilərin FOTOsu
01 May 2025 "Rent a Car"dan maşın götürüb 30 min manatlıq mal-qara oğurladılar
30 Aprel 2025 Təşviş yaradan səs yazısı: Məktəblilər oğurlanır... - Polisdən AÇIQLAMA
30 Aprel 2025 Kartlardan daha 36 min manat oğurlandı
30 Aprel 2025 ADNA-da terror aktı törədilməsindən 16 il ötür
29 Aprel 2025 Vətəndaşların kartlarından 12 min manatdan çox pul oğurlandı
29 Aprel 2025 Üç hərbçini öldürən Elxanın cinayət işi: Dəhşətli hadisəyə səbəb çəkilən VİDEO olub
29 Aprel 2025 Müştərini Nizami küçəsindən Nəsimi rayonuna 700 manata apardı - Həbs edildi
28 Aprel 2025 MövqeIərimiz yenidən atəşə tutuIdu
28 Aprel 2025 Göyçayda iş adamı intihar etdi
28 Aprel 2025 Kartlardan oğurluqlar davam edir - 20 manatdan 2500-ə qədər...
28 Aprel 2025 Şimşək çaxır, arabir leysan və Şahdağda qar yağır - FAKTİKİ HAVA
26 Aprel 2025 Ağdaşda yol qəzası olub, xəsarət alanlar var

Xəbər lenti