![]() |
|
Dekabrın 19-da Azərbaycan Respublikasının Nazirlər Kabineti 2019-cu ilin Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında sərəncam qəbul edib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, Baş nazir Novruz Məmmədovun imzaladığı Sərəncama deyilir: “Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 dekabr tarixli Fərmanının 2-ci hissəsinə əsasən, 2019-cu il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, iyunun 5, 6 –sı Ramazan bayramı, avqustun 12, 13-ü Qurban bayramı günləri müəyyən edilərək, qeyri-iş günü hesab olunsun”.
“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin üzvü vəzifəsində fəaliyyətimi davam etdirirəm.
Bunu Report-a açıqlamasında birliyin (icmasnın) sabiq sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov deyib.
O bildirib ki, bundan sonrakı fəaliyyətində də Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi üçün çalışacaq.
Xatırladaq ki, bu gün birliyin II qurultayı keçirilib. Qurultayda birliyin (icmanın) yeni İdarə Heyəti təsdiqlənib. Qurultayın qərarına əsasən, Azərbaycan Xarici İşlər Nazirliyinin əməkdaşı Tural Gəncəliyev icmanın sədri, Asif Cahangirov və Elçin Əhmədov isə sədr müavinləri vəzifəsinə seçiliblər. İndiyədək birliyin sədri Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov olub.
Ucar rayonu Prokurorluğunda kadr dəyişikliyi olub.
Axar.az Bakı.vs-ə istinadən xəbər verir ki, bu barədə Baş prokuror Zakir Qaralov əmr imzalayıb.
Əmrə görə, Ucar rayon prokurorunun köməkçisi Elmir Hikmət oğlu Paşazadə vəzifədən kənarlaşdırılıb və kadrlar şöbəsində işə başlayıb.
Ucar rayon prokurorunun köməkçisi vəzifəsinə isə Zaur adlı şəxs təyin edilib.
Bu gün Dağlıq Qarabağın Azərbaycanlı İcmasının yeni idarə heyəti təsdiq edilib. İclasın yekun nəticəsinə əsasən, Tural Gəncəliyev icmanın yeni sədri, Asif Cahagirov onun müavini, Elçin Əhmədov isə Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri olub. Bununla Dağlıq Qarabağ İcmasına 9 il rəhbərlik edən Bayram Səfərov tutduğu postdan uzaqlaşıb.
Axar.az xəbər verir ki, 68 yaşı olan Səfərovu daha gənc və indiyə qədər ictimaiyyətə elə də tanış olmayan Gəncəliyevin əvəzləməsi maraqla qarşılanıb. Belə ki, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri kimi mühüm vəzifəyə yeni təyinatın heşç olmasa bundan sonra qurumunb ictimai-siyasi fəaliyyətində dönüş yaradacağı umulur.
Tural Babaşah oğlu Gəncəliyev 1980-ci ildə Şuşada anadan olub. Bakı Dövlət Universitetində Hüquq fakültəsində təhsil alıb, Ombudsman Aparatında və XİN-də çalışıb. Belə ki, 2014-cü ildə o, Azərbaycanın Çexiyadakı səfirliyində 1 katib işləyib.
Gəncəliyevlə bağlı maraqlı fakt onun musiqiyə marağı ilə bağlıdır. Belə ki, 2014-cü ildə o, Azərbaycanın Çexiyadakı səfirliyinin digər əməkdaşları ilə birgə Praqadakı Çexiya Milli Muzeyinin binasında “Azərbaycan - Möcüzəli Odlar Yurdu” (“Azerbaijan - magical land of fire”) adlı sərginin əsas təşkilatçılarından biri olub. Tədbirlə bağlı ən maraqlı məqam isə burada azərbaycanlı diplomatlar Nigar Əfəndiyev və Tural Gəncəliyevin dahi bəstəkar Üzeyir Hacıbəyovun “Sənsiz” əsərini tar və fortepianoda ifa etmələri idi.
Gəncəliyevlə bağlı başqa bir məlumat isə 2017-ci ilə aiddir. Belə ki, həmin ilin noyabrın 16-da ATƏT-in Vyana şəhərində yerləşən mənzil-qərargahında Azərbaycanın Avstriyadakı səfirliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “ATƏT məkanında məcburi köçkünlər üçün ədalətə əlçatanlıq və bunun münaqişələrin həlli prosesində rolu” mövzusunda beynəlxalq konfransda Tural Gəncəliyev də iştirak edib. XİN-in Beynəlxalq Hüquq və Münasibətlər İdarəsinin birinci katibi vəzifəsində çalışan Gəncəliyev rəsmi məlumata əsasən tədbirə Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin nümayəndəsi kimi qatılıb. O, tədbirdə Ermənistanın hərbi təcavüzü və etnik təmizləmə siyasətinin canlı şahidi kimi öz fikirlərini bölüşərək, Dağlıq Qarabağın azərbaycanlı icmasının münaqişənin həlli prosesində erməni icması ilə bərabərhüquqlu maraqlı tərəf olduğunu, bunun münaqişə üzrə qəbul edilmiş ATƏT sənədlərində öz əksini tapdığını diqqətə çatdırıb.
Xüsusi olaraq qeyd edək ki, icra başçısı olan və hər zaman qeyri-standart davranışları ilə diqqət çəkən Bayram Səfərovun bu postda peşəkar diplomat, beynəlxalq hüquqa bələd intellektli gənc kadrla əvəzlənməsi ciddi məqamdan xəbər verir. Görünür, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının mövqeyi artıq belnəlxalq müstəviyə qədəm qoyur.
Bir neçə gün sonra geridə qoyacağımız 2018-ci ildə ölkəmizdə aparılan aktiv kadr islahatları dalğasının əhatə etdiyi strukturlardan biri də icra orqanları oldu.
Axar.az xatırladır ki, ən mühüm dəyişiklik Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun vəzifəsindən azad edilməsi oldu. Onun yerinə Eldar Əzizov təyinat aldı.
Daha əvvəl Səbail Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini yerinə yetirən Eldar Əzizovun yerinə isə Vüqar Zeynalov gətirildi.
Gəncənin icra başçısı Elmar Vəliyevin vəzifədən çıxarılması da müəyyən qədər rezonans doğurdu. Ölkənin ikinci ən böyük şəhərinin yeni icra başçısı Niyazi Bayramov oldu.
Binəqədi rayon icra başçısı Xaləddin İsgəndərovun yerinə Elxan Allahverdiyev, Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanovun yerinə isə Rövşən İbrahimov təyinat aldı.
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov da vəzifəsindən azad edildi. Onu bu postda İbrahim Mustafayev əvəz etdi.
Vəzifəsindən azad edilənlərdən biri də Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov idi. Bu vəzifəyə Vaqif Həsənov təyinat edildi.
Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalovu Məmməd Məmmədov, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovu İlham İsmayılov əvəzlədi.
Başçı dəyişikliyi Şamaxıda da yaşandı. Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev vəzifədən çıxarıldı, onun yerinə Tahir Məmmədov gətirildi.
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayevin yerinə isə Asif Ağayev başçı təyin edildi.
Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov vəzifəsindən azad edilsə də, hələlik onun yerinə təyinat olmayıb.
Dekabrın 25-də saat 12:00-dan etibarən debütor borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı müvafiq qanunvericiliyə uyğun olaraq qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaq.
Bunu Axar.az-a Azərişıq ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.
Azərişıq ASC bir daha xəbərdarlıq edir ki, borca görə elektrik enerjisinin təchizatı dayandırılmış abonentlərin borc ödənilmədən şəbəkəyə özbaşına qoşulması elektrik enerjisinin talanması və elektrik enerjisindən qanunsuz istifadə sayıldığından, belə hallara yol vermiş abonentlər barəsində Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq ciddi tədbirlər görüləcək. Elektrik enerjisi təchizatı ilə bağlı abonentlərin hər hansı problem yaşamamaları üçün istifadə olunmuş elektrik enerjisi haqlarının dərhal ödənilməsi xahiş olunur”, - T. Mustafayev vurğulayıb.
Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycana dünyanın 195 ölkəsindən 2 633,5 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,1% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Dövlət Statistika Komitəsindən Axar.az-a verilən məlumata görə, gələnlərin 31,1%-i Rusiya Federasiyası, 20,9%-i Gürcüstan, 10,1%-i Türkiyə, 8,6%-i İran, 3,1%-i Birləşmiş Ərəb Əmirlikləri, 2,7%-i Səudiyyə Ərəbistanı, 2,4%-i İraq, 2%-i Ukrayna, 1,5%-i İsrail, 17,5%-i digər ölkələrin vətəndaşları, 0,1%-i isə vətəndaşlığı olmayan şəxslər olub.
Gələnlərin 65,7%-ni kişilər, 34,3%-ni isə qadınlar təşkil edib. Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin 7,1%-i yanvar, 6,4%-i fevral, 10,5%-i mart, 8,3%-i aprel, 7,9%-i may, 10,2%-i iyun, 12,5%-i iyul, 12,2%-i avqust, 8,8%-i sentyabr, 8%-i oktyabr, 8,1%-i isə noyabr ayında ölkəyə gəlib.
Bu ilin yanvar-noyabr aylarında Körfəz ölkələrindən (Birləşmiş Ərəb Əmirlikləri və İran istisna olunmaqla) gələnlərin sayında daha çox artım müşahidə edilib. Ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə Azərbaycana gələn Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 2,2 dəfə, Bəhreyn vətəndaşlarının sayı 2,1 dəfə, Küveyt vətəndaşlarının sayı 1,9 dəfə, Qətər vətəndaşlarının sayı 1,6 dəfə, İraq vətəndaşlarının sayı 10,4%, Oman vətəndaşlarının sayı 8,5% artıb. İrandan gələnlərin sayında 33,4%, Birləşmiş Ərəb Əmirliklərindən gələnlərin sayında isə 6,5% azalma müşahidə edilib. Ümumilikdə Körfəz ölkələrindən 518,1 min nəfər gəlib və ölkəyə gələnlərin demək olar ki, hər beş nəfərindən biri bu ölkələrin vətəndaşları olub.
Bu ilin yanvar-noyabr aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 7,1% artaraq 106,5 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 4,3% artaraq 971,3 min nəfər olub.
Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 57,1%-i dəmir yolu və avtomobil, 41,9%-i hava, 1%-i isə su nəqliyyatından istifadə edib.
ABŞ-ın Suriyada Əsəd rejimini devirmək kimi bir istəyi yoxdur.
Axar.az xəbər verir ki, bu sözləri ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri deyib.
Cefri Əsədin müharibədə qalib gəlmədiyini, ölkədə 100 minə yaxın müxalif döyüşçü olduğunu və Əsəd rejiminin müxaliflərlə razılaşmalı olduğunu bildirib.
“Biz tamamilə fərqli bir rejim görmək istəyirik. Bu rejim dəyişikliyi deyil, Əsəddən qurtulmağa çalışmırıq”, - Cefri bildirib.
Suriyanın yenidənqurulması prosesinə toxunan Cefri rejimin müxaliflərlə razılığa cəhd göstərməyəcəyi təqdirdə Qərb dövlətlərinin Suriyanın yenidən qurulmasına maddi dəstək verməyəcəyini qeyd edib.
Ümumdünya İqtisadiyyat Forumu gender bərabərliyinə dair özünün illik hesabatını yayıb.
Axar.az xəbər verir ki, yeni hazırlanan hesabatda müxtəlif ölkələrdəki kişi və qadınların sosial, siyasi və iqtisadi parametrlər üzrə bərabərliyi ölçülüb. Hesabatda dünyada gender bərabərliyi ilə bağlı situasiyanın keçən ilə nisbətdə yaxşılaşdığı, amma ümumilikdə ideal vəziyyətdən uzaq olduğu bildirilib. Forum hazırkı templər nəzərə alınacağı təqdirdə kişi və qadınlar arasında bərabərliyin 108 il sonra, iki fərqli cins arasında iqtisadi bərabərliyin isə 202 il sonra gerçəkləşəcəyini vurğulayıb.
Ümumdünya İqtisadiyyat Forumu gender bərabərliyi ilə bağlı 149 ölkənin iştirak etdiyi reytinq cədvəlini də hazırlayıb. Belə ki, yeni reytinq cədvəlində ilkin pillələri İslandiya, Norveç, İsveç və Finlandiya tutub. Azərbaycan siyahıda 97-ci pillədə qərarlaşıb. Bakı bu siyahıda öz qonşuları arasında yalnız Rusiyadan (75) geri qalıb.
Ermənistan siyahıda 98-ci, Gürcüstan 99-cu, Türkiyə 130-cu, İran 142-ci yerdədir.
Ekstrasenslər arasında artıq ənənə halını almış maraqlı bir proses var. Belə ki, hər ilin sonuna yaxın ekstrasenslərimiz növbəti il üçün gözlənilən hadisələrdən danışaraq, öz bacarıqlarını sübuta yetirmək istəyirlər. Belə ekstrasenslərdən biri də Nadim Alixanovdur.
Axar.az 2017-ci il üçün verdiyi proqnozların əksəriyyətinin doğru olmaması ilə gündəmə gələn gənc ekstrasensin 2018-ci il proqnozlarını araşdırıb.
Nadim Alixanovun 2018-ci il üçün dediyi Ukraynanın qarışması və dövlətdə böyük dəyişikliklərin gözlənilməsi fikri özünü doğrultmadı. Yeganə Kerç böhranı baş verdi ki, bu da ölkənin qarışması və dövlətdə böyük dəyişikliklər kimi təqdim edilə bilməz.
Ekstrasensin Azərbaycanda 2018-in bəzi məmurlar üçün yaxşı olmayacağı, dəyişiklik gözlənilməsi kimi fikirləri isə öz təsdiqini tapdı. Azərbaycanda apreldə keçirilən prezident seçkilərindən sonra yeni kabinet formalaşdı ki, burada keçmiş nazirlərdən bir çoxu təmsil olunmadı.
Eyni zamanda, Azərenerji ASC-nin prezidenti Etibar Pirverdiyev “Lifttəmir” İstehsalat Birliyinin qalmaqallı direktoru Qüdrət Şükürov də daxil olmaqla, bir çoxları vəzifədən azad edildi.
Ekstrasensin Azərbaycan üçün öz təsdiqini tapan proqnozlarından biri də REAL-ın sədri İlqar Məmmədovun azadlığa çıxması ilə bağlı söylədiyi fikirlərdir.
N.Axundovun Türkiyədə terror hadisələri, Gürcüstanda dəyişiklik və İranda sabitlik olmayacağı ilə bağlı fikirləri də qismən təsdiqini tapdı. Belə ki, Türkiyədə kiçik miqyaslı da olsa, teraktlar oldu, İranda isə ağır iqtisadi duruma, qiymətlərin qeyri-sabitliyinə, əhalinin məişətinin gündən-günə ağırlaşmasına qarşı müxtəlif vaxtlarda kütləvi aksiyalar keçirildi. Gürcüstanda isə müxalifətin ciddi müqavimətinə baxmayaraq, hakimiyyətin dəstəklədiyi Salome Zurabişvili prezident seçildi və heç bir dəyişiklik baş vermədi.
Ermənistanla bağlı verdiyi iki proqnozdan - terror olması və ölkənin qarışması ilə bağlı fikirlərindən də yalnız biri doğru çıxdı. Bu il Ermənistanda terror olmadı, ancaq aksiyalar geniş vüsət aldı və hakimiyyət dəyişikliyi baş verdi. Serj Sərkisyanın ölkədə keçirilən mitinqlərə görə vəzifədən getməsi, Nikol Paşinyanın baş nazir vəzifəsini gəlməsi və bundan sonra baş verənlər Nadim Alixanovun fikirlərini təsdiqlədi.
Qonşu ölkələrin birində təyyarə qəzası, Rusiyada bu il futbol üzrə keçirilən DÇ-də göy geyimli komandanın qalib gəlməsi, dünya liderlərindən birinə sui-qəsd planlaşdırılması ilə bağlı proqnozlar tamamilə doğruldu. Belə ki, bu ilin fevralında Rusiyada təyyarə qəzası baş verdi və 71 nəfər həyatını itirdi, Futbol üzrə Dünya Çempionatında göy formalı Fransa komandası qalib oldu, avqustun 4-də isə Venesuela Prezidenti Nikolas Maduroya sui-qəsd təşkil edildi.
Nadim Alixanovun 2018-ci il üçün doğrulmayan proqnozları sırasına isə aprelə qədər Qarabağ müharibəsinin olması, Əli İnsanovun azadlığa çıxması, dolların məzənnəsinin 2.5 manata çatması ilə bağlı fikirləri aiddir.