Paytaxtda fəaliyyət göstərən 64 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti yenilənmiş avtobuslarla həyata keçiriləcək.

Axar.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev qeyd edib. O bildirib ki, yeni avtobuslar dekabrın 26-sında istifadəyə veriləcək.

Hazırda xətdə istifadə edilən və yeni istismara veriləcək avtobusların fotolarını təqdim edirik:

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbəti sessiyası çağırılıb.

Ardını oxu...

Yeni il üçün hazırlanan hədiyyə qutularının üzərində qeyd olunan istehsal tarixi qutunun içərisinə yerləşdirilən qida məhsullarına aid deyil.

Bu barədə Axar.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib.

Qeyd olunub ki, Yeni illə əlaqədar satışa çıxarılan hədiyyəlik qutularla bağlı həm istehsalçıların, həm də istehlakçıların diqqət etməli olduğu məqamlar var: "İstehlakçılar ilk növbədə bilməlidir ki, Yeni il üçün hazırlanan hədiyyə qutularının üzərində qeyd olunan istehsal tarixi qutunun içərisinə yerləşdirilən qida məhsullarına aid deyil. Ona görə də vətəndaşların hədiyyə alarkən qida məhsulunun çeşidindən asılı olaraq onun istehsal tarixi, adı, əmtəə nişanı, istehsalçı müəssisənin adı, ünvanı, xalis çəkisi, qida dəyərliliyi və s. kimi məlumatlara diqqət yetirməsi tövsiyə olunur".

AQTA-dan əlavə edilib ki, indiyədək Yeni il hədiyyələri ilə bağlı Agentliyə hər hansı şikayət və ya müraciət daxil olmayıb: "Əgər vətəndaşlarda hədiyyə qutularında istifadə olunan qida məhsullarının tərkibi, istifadə müddəti, saxlanma şəraiti və s. ilə bağlı şübhələr yaransa, bu barədə Qida Təhlükəsizliyi Agentliyinin 1003 Çağrı Mərkəzinə məlumat vermələri xahiş olunur".

"Hazırda ölkədə istehsal olunan və ölkəyə idxal olunan qida məhsulları üzərində risk əsaslı nəzarət tədbirləri həyata keçirilir. Məhsullardan götürülən nümunələr Agentliyin müvafiq laboratoriyalarında müayinələrdən keçirilir. Eyni zamanda, Qida Təhlükəsizliyi Agentliyi əhalinin sağlamlığının qorunması istiqamətində mütəmadi olaraq monitorinqlər həyata keçirir. Bakı şəhəri də daxil olmaqla, Respublikanın bütün regionlarında konkret faktlara əsaslanan müraciətlər daxil olduğu təqdirdə, Agentlik tərəfindən plandankənar (növbədənkənar) yoxlamalar aparılır" - deyə, sorğunun cavabında qeyd olunub.

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə dekabrın 31-i saat 00:00-da paytaxtın Dənizkənarı Milli Parkının ərazisində möhtəşəm atəşfəşanlıq təşkil olunacaq.

Ardını oxu...

Azərbaycanda icra başçıları arasında ən “uzunömürlüsü” Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovdur. O, 26 ildir Xocavənd rayonuna rəhbərlik edir.

Axar.az xəbər verir ki, bu il 2 iyul tarixində E.Hüseynovun icra başçısı olmasının 26 ili tamam olub.

Xatırladaq ki, Azərbaycanda E.Hüseynovdan başqa eyni rayonda bu qədər uzun müddət başçı kimi fəaliyyət göstərən ikinci şəxs yoxdur.

E.Hüseynovdan başqa, Qobustan rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov da uzun müddət icra başçısı olanlardandır. Lakin A.Məmmədov 1994-2002-ci illərdə Oğuz, 2002-2004-cü illərdə Qəbələ, 2004-2011-ci illərdə Biləsuvar rayon İcra hakimiyyətlərinin başçısı vəzifəsində işləyib. 2011-ci il tarixindən isə Qobustana rəhbərlik edib. Adil Məmmədovun icra başçısı karyerası 23 ildir davam edir.

Şabran rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzovun da eyni vəzifədəki iş stajı 22 ilə çatır. O, 1995-2002-ci illərdə Lerik rayon İcra Hakimiyyətinin başçısı, 2002-2007-ci illərdə Goranboy rayon İcra Hakimiyyəti başçısı olub. 28.06.2007-ci ildən Şabran rayonuna rəhbərlik edir.


Xəbər verdiyimiz kimi, Təhsil naziri Ceyhun Bayramovun əmrinə əsasən, Bakı Dövlət Universitetinin rektoru səlahiyyətlərini təhsil nazirinin müavini Firudin Qurbanov icra edəcək.

Axar.az xəbər verir ki, Qurbanov Firudin İsa oğlu 1952-ci ildə anadan olub. O, 1974-cü ildə Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunun "İqtisadiyyat və planlaşdırma” fakültəsini fərqlənmə diplomu ilə bitirib.

1975-1982-ci illərdə Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunda iqtisadçı, kiçik və baş elmi işçi vəzifələrində işləyib. 1982-1989-cu illərdə Moskva Kooperativ İnstitutunun Bakı filialında assistent, baş müəllim, dosent və dekan vəzifələrində işləyib. 1989-1994-cü illərdə Təhsil Nazirliyinin Dövlət İnspeksiyasında inspektor, aparıcı inspektor, baş inspektor, şöbə rəisi vəzifələrində işləyib.

1994-2007-ci illərdə Gənclər və İdman, Gənclər, İdman və Turizm Nazirliyində Elm və Təhsil şöbəsinin müdiri vəzifəsində işləyib.

1995-2002-ci illərdə Gənclər və İdman Nazirliyinin Elmi-Metodiki Şurasının sədr müavini, 2001-2005-ci illərdə Elmi-Metodiki Şurasının sədri olub.

1998-ci ildə Təhsil sahəsində islahatlar üzrə Dövlət Komissiyasının nəzdində işçi qrupunun üzvü, 2002-2005-ci illərdə Turizmin İnkişafı Dövlət Proqramının, 2003-2005-ci illərdə Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf Dövlət Proqramlarının hazırlanmasında gənclər, idman, turizm və mədəniyyət sektorları üzrə işçi qruplarının sədri, BMT-nin İnkişaf Proqramı "Azərbaycan Respublikasında yoxsulluğun azaldılması məqsədilə daxili turizmin səmərəli inkişafının təmin olunması üzrə Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyinə İnstitusional yardım” (2004-2005-ci illər) layihəsinin milli direktoru olub.

2007-2014-cü illərdə Mədəniyyət və Turizm Nazirliyi Aparatının rəhbəri işləyib.

2007-ci ildə Prezidentinin müvafiq sərəncamı ilə Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasəti sahəsində İşçi Qrupunun üzvü olub.

2011-ci ildə "dövlət qulluğunun baş müşaviri” ixtisas dərəcəsi verilib. Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2011-ci il tarixli müvafiq sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

2015-ci ilin mart ayında AFFA-nın İcraiyyə Komitəsinin üzvü, may ayında Tələbə Futbol Federasiyasının prezidenti seçilib.

2014-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif edilib.

Prezident İlham Əliyevin 18 iyul 2014-cü il tarixli sərəncamı ilə təhsil nazirinin müavindir.

Nərimanov rayon YAP təşkilatının idarə heyətinin üzvüdür.

Ailəlidir, iki övladı var.

Qeyd edək ki, noyabrın 15-də Abel Məhərrəmov Prezidentin sərəncamı ilə BDU-nun rektoru vəzifəsindən azad edilib.

“Forbes” jurnalı dünyanın ən uğurlu və ən uğursuz 10 milyarderinin siyahısını hazırlayıb.

Axar.az xəbər verir ki, ən uğurlu milyarderlər arasında siyahıya “Amazon”un rəhbəri Cef Bezos rəhbərlik edib. Onun 2018-ci ildə sərvətinin 27,9 milyard dollar artaraq 217,2 milyard dollara çatdığı vurğulanıb. İkinci yerdə “Uniqlo” brendinin təsisçisi Tadasi Yanai yer tutub (sərvəti 7 milyard dollar artaraq, 27,1 milyarda çatıb).

İlk üçlüyü “Lukoyl”un rəhbəri Vahid Ələkbərov qapadıb. Dünyanın ən zəngin azərbaycanlısının sərvəti il ərzində 4,6 milyard dollar artaraq 19,5 milyard dollara çatıb. Ələkbərovdan sonrakı yerlərdə mediamaqnat Rupert Merdok, Leonid Mixelson, Gennadi Timçenko, Stiv Balmer, Mukeş Ambani, Bil Qeyts və İlon Mask qərarlaşıb.

Ən uğursuzlar siyahısına isə Feysbukun rəhbəri Mark Zukerberq rəhbərlik edib. Zukerberq il ərzində 18,7 milyard dollar itirib. Ondan sonrakı yeri “Zara”nın sahibi Amansio Orteqa (16,2 milyard itki), Georq Şefler (14 milyard itki), Ma Xuaten (10,1 milyard itki), Karlops Slim (9,3 milyard itki) və digərləri tutub.


"Baksell" şirkəti 31 Dekabr-Həmrəylik günü və Yeni İllə əlaqədar olaraq insanların kütləvi toplaşacağı məkanlarda əlavə avadanlıqlar quraşdırır.

Axar.az xəbər verir ki, bu sözləri jurnalistlər üçün keçirilən "Mobil telekomunikasiyaya giriş" adlı təlimdə şirkətin Texniki şöbəsinin əməkdaşı Oruc Sadıqov deyib. O bildirib ki, Yeni il axşamı qoşulmalarda problem yarana bilər:

"Həmin gün mobil şəbəkələrdən istifadə çoxalır deyə, qoşulmalarda problem yarana bilər. Abonentlərimizin məmnuniyyətini təmin etmək məqsədi ilə biz çalışırıq ki, mobil şəbəkənin sürətini və tutumunu artıraq. Yarana biləcək problemləri aradan qaldırmaq məqsədi ilə tam qüvvəmizlə çalışacağıq".

Şirkət nümayəndəsi onu da qeyd edib ki, Baksell LTE şəbəkəsi 45 region mərkəzində əhalinin istifadəsinə verilib:

"Bakı-Abşeron yarımadası ilə yanaşı regionlarda yaşayan abunəçilərimiz də yüksək sürətli internet xidmətindən istifadə edə biləcəklər. Xidmətdən yararlanmaq üçün abunəçilərin sim kartlari ve mobil cihazları 4G texnologiyasını funksional olaraq dəstəkləməlidir".


Bu gün ölkədə ən uzun gecə müşahidə ediləcək.

Ardını oxu...


Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Təhsil proqramlarının (kurikulumlarının) yerinə yetirilməsi müddəti”ndə dəyişiklik edilib.

Ardını oxu...

Xəbər lenti