Ölkənin lider mobil operatoru Azercell Telekom MMC hər zaman fəaliyyətində sosial layihələrə xüsusi yer ayırır. “Azercell” in dəstəyi ilə 2011-ci il iyun ayının 1-də yaradılan “Mobil Göz Klinikası” bu layihələrdən biridir.

Axar.az xəbər verir ki, valideyn himayəsindən məhrum olan uşaqlarda göz xəstəliklərinin müayinəsinin təşkilini və profilaktikasının aparılmasını təmin etmək məqsədilə yaradılan “Mobil Göz Klinikası”nın xidmətlərindən eyni zamanda ahıllar, aztəminatlı ailələr və məcburi köçkünlər də yararlanır. Bu ilin fevral ayında klinikanın həkimləri Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən “Müşviq” Əlil Uşaqlara Yardım İctimai Birliyinin 5 saylı Bərpa və Sosioloji Mərkəzinə səfər ediblər. Layihə çərçivəsində 25 uşaq oftalmoloji müayinədən keçib. Ehtiyacı olan şəxslərə lazımi müalicə yazılıb və müvafiq eynəklər təyin edilib.

Qeyd edək ki, layihə çərçivəsində bütün müayinə və müalicə tədbirləri “Azercell”in dəstəyi ilə “Xəzər Qayğıkeşlik Layihəsi" İctimai Birliyi tərəfindən həyata keçirilir. Fəaliyyətə başladığı gündən “Mobil Göz Klinikası” paytaxt Bakı daxil olmaqla Azərbaycanın əksər rayonlarda yerləşən uşaq və ahıllar evlərini, məktəbləri gəzib və 7500-ə yaxın şəxsə xidmət göstərib. Məlumat üçün qeyd edək ki, 2018-ci il ərzində “Azercell” “Mobil Göz Klinikası”nda 1368 nəfər müayinədən keçib.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz.

 

30 yeşik Quba alması yola dağıldı

Quba-Xaçmaz yolunda 30 yeşik alma yola dağılıb.

“Qafqazinfo” xəbər verir ki, “Ford” markalı yük maşınının sahibi Zaur Mehdiyevin sözlərinə görə, maşının arxa qapısı açılıb və içi meyvə ilə dolu yeşiklər yola dağılıblar. 

Sürücü almaları Qubadan Sumqayıta satmaq üçün gətirdiyini bildirib. Meyvələr hərəkətin aktiv olduğu yola dağıldığı üçün əksəriyyəti əzilərək yararsız vəziyyətə düşüb. 

 





 
Mingəçevirdə 18 yaşlı qız 5-ci mərtəbədən yıxılıb sağ qaldı
 

Millət vəkili Aydın Mirzəzadə Mingəçevirdə 18 yaşlı qızın beşinci mərtəbədən yıxılması ilə bağlı yayılan xəbərin təfərrüatlarını yazıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə facebook hesabında məlumat verən deputat bildirib ki, Mingəçevir səhiyyəsinin rəhbərinə zəng edərək qızın səhhəti ilə maraqlanıb:

“Ehtiyatsızlıqdan yıxılan qız aşağı mərtəbələrin eyvanlarındakı sərgi iplərinə dəydiyi üçün az zədə alıb. Başı və onurğa sümüyü ağır zədələnməyib, qolları sınıb və bədənində zədələri var. Vəziyyəti stabildir.

Qız tam səhiyyə hesabına müalicə alır. Bakıda lazımi tibb professorları ilə məsləhətlər aparılıb. Ciddi ehiyac yaranarsa vəziyyətə uyğun olaraq ya şəhərə Bakıdan təcrübəli mütəxəssis çağrılacaq, ya da Bakıya göndəriləcək.

Telefon nömrələrini taparaq qızın atası, nənəsi və qayınanası ilə danışdım. İstənilən vaxt mənə zəng etmələrini xahiş etdim. Sağalandan sonra qızın toyuna ya özüm gələcəyimi, ya da hədiyyə göndərəcəyimi bildirdim”. 

Qeyd edək ki, mətbuatda gənc qızın nişanlı olduğu, yaxın vaxtlarda toyunun olacağı yazılır. 

Martın 10-da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə jurnalistlərlə birlikdə ağacəkmə aksiyası keçiriləcək.

Axar.az xəbər verir ki, bu kampaniya “Bu yaz özün bir təbiət yarat” şüarı altında təşki olunacaq.

Media əhli və nazirlik nümayəndələri Zığ şossesinin kənarında ağaclar əkəcək, salınmış yaşıllıq əraziyə “Yaşıl Qələm” jurnalistlər bağı adı veriləcək. Bağd feyxoa və yapon əzgili ağacları əkiləcək.

Aksiyada digər şəxslər də iştirak edə bilər.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkə ərazisində heyvanların identifikasiya sisteminin yaradılması planlaşdırılır.

Qurumdan Axar.az-a bildirilib ki, qida təhlükəsizliyinin təmin olunmasında müstəsna əhəmiyyətə malik olan heyvanların identifikasiyası sistemi hər bir heyvan fərdinin və heyvandarlıq məhsullarının “fermadan süfrəyədək” izlənməsinə imkan yaradacaq. Yəni identifikasiya sistemi istehlakçının istifadə etdiyi heyvan mənşəli məhsulun hansı təsərrüfatdan çıxması, neçə nömrəli heyvanın ətindən və ya südündən hazırlanması, hansı istehsal müəssisəsində emal olunması, həmin heyvanın indiyədək hansı xəstəlikləri keçirməsi, hansı xəstəliklərə qarşı və nə zaman vaksinasiya olunması, hansı baytarlıq preparatlarından nə zaman istifadə olunması və s. məlumatları özündə birləşdirən informasiya sistemidir.

Tətbiq olunacaq yeni sistem heyvanların həyatı boyu genetik xətt üzrə izlənməsi, damazlıq işinin təşkili, qida təhlükəsizliyi üzrə risklərin aşkar edilməsi və idarə olunması, xəstəliklərə qarşı baytarlıq tədbirlərinin icra edilməsinə imkan yaradacaq, ölkəmizin müasir qida təhlükəsizliyi standartlarına inteqrasiyasını sürətləndirəcək.

Millət vəkili Qənirə Paşayeva Tovuzda seçiciləri ilə görüş keçirib.

Axar.az xəbər verir ki, deputat görüşdə sakinlərin müraciətlərini dinləyib və onların həlli istiqamətində müvafiq qurumlara tapşırıq verib.

Bir çox xəstələri ziyarət edən millət vəkili onların müalicəsi ilə maraqlanıb, bəzilərinin isə əməliyyat olunması üçün Bakıda və ya rayon Mərkəzi Xəstəxanasında yerləşdirilməsini təşkil edib.

Seçicilər millət vəkili ilə görüşdə əhalinin sosial rifahının yüksəldilməsinə xidmət edən son qərarlarına görə ölkə rəhbərinə təşəkkür ediblər.

Görüşdə ünvanlı sosial yardım, təhsil, səhiyyə, işlə təminat, məşğulluq, bəzi ailələrə verilən qaz, su və elektrik təchizatının daha da yaxşılaşdırılması, bölgədə həyata keçirilməsi nəzərdə tutulan layihələrlə bağlı da müzakirələr aparılıb.

Millət vəkili seçiciləri narahat edən bir sıra digər məsələləri Bakıya qayıdan kimi həll edəcəyinə söz verib.

Bu il birinci sinfə elektron qəbulun əhatə dairəsi rayonlar üzrə genişlənir.

Report xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini İlhamə Abdullayeva deyib.

Onun sözlərinə görə, Mingəçevir, Yevlax, Şirvan, Naftalan və Samuxda şagirdlərin məktəbələrə qəbul elektron qaydada qəbul edəcək.

BŞTİ rəsmisi qeyd edib ki, martın 11-də səhər saat 10-da sənəd qəbulu başlayır.

Bu ilin yanvar ayının əvvəlinə ölkə əhalisinin ümumi sayının 50,1 faizini və ya 4 milyon 999,1 min nəfərini qadınlar təşkil edib.

Dövlət Statistika Komitəsindən Report-a verilən məlumata görə, ötən il doğulan 139 min körpənin 46,6 faizini qız uşaqları təşkil edib.

Qadınların 53,4 faizi nəsilvermə qabiliyyətinə malikdir.

Dövlət tərəfindən daim diqqət mərkəzində saxlanılan ən mühüm məsələlərdən biri də qadınların sağlamlığının qorunmasıdır. Hazırda ölkədə 17 doğum evi, 130 qadın məsləhətxanası, 248 uşaq poliklinikası və ambulatoriyası qadınların sağlamlığının keşiyində durur. Azərbaycan qadınları ölkənin sosial-iqtisadi həyatında fəal iştirak etməklə onların məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi ilkin məlumatlara əsasən 48,2 faiz təşkil edir.

Ölkənin ümumi təhsil müəssisələrində müəllimlərin 80,1 faizi, orta ixtisas təhsil müəssisələrində 78,9 faizi, ali təhsil müəssisələrində 52 faizi, həkimlərin isə 62 faizi qadınlardır. Ümumi təhsil müəssisələrində şagirdlərin 46,9 faizi, orta ixtisas təhsil müəssisələrində oxuyanların 65,7 faizi, ali təhsil müəssisələrinin tələbələrinin 48,2 faizi qızlardır.

Qadınların elmin inkişafında da müstəsna rolu vardır. Elmi işçilərin 58,1 faizini qadınlar təşkil edir. Son 5 ildə həm elmlər doktoru, həm də fəlsəfə doktoru elmi dərəcəsi olan qadınların sayı 1,3 dəfə artmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərindən 9-u, müxbir üzvlərindən isə 12-si qadındır.

Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi ilkin məlumatlara əsasən 28,6 faiz, sahibkarlar arasında isə 21,5 faizdir. Bədən tərbiyəsi və idmanla məşğul olanların 42,0 faizi qadınlardır.

Milli Məclisdə qadın deputatların sayı da artır. Əgər 1990-cı ildə bütün deputatların 4,3 faizini, 2000-ci ildə 10,7 faizini qadınlar təşkil edirdisə, bu gün ölkə qadın deputatların xüsusi çəkisi 16,8 faizə çatıb.

İlk bələdiyyə seçkilərinə nisbətən son bələdiyyə seçkilərində bələdiyyə üzvü seçilmiş qadınların sayı 6 dəfə artaraq 5236 nəfərə çatmış və bələdiyyə üzvləri arasında onların xüsusi çəkisi 35 faiz olub. Bu göstərici ilk bələdiyyə seçkilərində 4,0 faiz təşkil etmişdir.

Bildirilib ki, diqqəti cəlb edən faktlardan biri də nəqliyyat vasitələrinin idarə olunması üçün sürücülük vəsiqəsi alan qadınların sayının ildən-ilə artmasıdır. Belə ki, sürücülük vəsiqəsi alanların ümumi sayında qadınların xüsusi çəkisi 2008-ci ildə 4,6 faiz olduğu halda, 2018-ci ildə 7,4 faizədək artıb. Beləliklə, Azərbaycan qadınları ölkənin həm sosial-iqtisadi, həm də ictimai-siyasi həyatında fəal iştirak edirlər.


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan qadınlarına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

Ardını oxu...

Azərbaycan Mərkəzi Bankı 7 mart tarixin olan valyuta məzənnələrini açıqlayıb.

Ardını oxu...

Xəbər lenti