![]() |
|
Prezident İlham Əliyev Venesuelanın, Ruandanın və Tailand Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirlərinin etimadnamələrini qəbul edib.
“Qafqazinfo” xəbər verir ki, Venesuelanın yeni səfiri Bernd Aleksander Bayerl, Ruandanın səfiri Vilyams Nkurunziza və Tailand Krallığının səfiri Phantipha İamsudha Ekarohit etimadnamələrini prezidentə təqdim ediblər.
Bu gün Cəbrayıl rayonunun Cocuq Mərcanlıda kəndində əlamətdar gündür.
“Qafqazinfo” xəbər verir ki, ictimaiyyətin yaxından tanıdığı, 24 il ərzində düşmənin işğal altındakı mövqelərinin qarşısında kənddə tək yaşayan Oqtay Həziyevin qardaşının qızının toyudur.
Hazırda davam edən mərasimdə kənd sakinləri ilə yanaşı qonşu və ətraf rayonların rəhbər şəxsləri, müxtəlif qurumların rəhbərləri də iştirak edirlər.
Oqtay Həziyev saytımıza açıqlamasında bildirib ki, C.Mərcanlının adət-ənənəsinə uyğun olaraq toy iki gün davam edir:
"Mərasimə dünəndən başlamışıq və bu gün də davam edir. Rayon icra başçısı və digər rəsmilər də toyda iştirak edirlər".
Xatırladaq ki, O.Həziyevin düşməndən qorxmadan kənddə uzun illər tək yaşaması dövlət tərəfindən xüsusi qiymətləndirilib. Belə ki, prezident İlham Əliyev 14 iyun 2017-ci ildə doğma torpaqlara dərin bağlılıq nümayiş etdirməklə insanların vətənpərvərlik hisslərinin yüksəldilməsində göstərdiyi şəxsi nümunəyə görə, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin sakini Həziyev Oqtay Əbil oğlunu 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edib.
Qeyd edək ki, Lələtəpənin işğaldan azad edilməsindən sonra Cocuq Mərcanlı düşmənin açıq hədəfi olmaqdan xilas edilib. Bundan sonra kənd sakinləri doğma torpaqlarına geri qayıdıb. Pezidentin sərəncamı ilə tikilən evlərdən biri də məhz O.Həziyevin ailəsinə verilib.
Sumqayıtda yaşayış binasında yanğın qeydə alınıb.
Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Sumqayıt şəhərində doqquzmərtəbəli yaşayış binasının zirzəmisində 20 m² sahədə məişət tullantıları yanıb. Yanğın zamanı 5 nəfər (o cümlədən 2 nəfər azyaşlı) bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.
Mənzillər yanğından mühafizə olunub.
Ötən gün Azərbaycan Dillər Universitetinin professor, müəllim və tələbələrinin Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarla görüşü keçirilib.
25-28 Fevral tarixləri arasında İspaniyanın Barselona şəhərində qabaqcıl texnologiyaları sərgiləyən, eləcə də sənayeyə təsir edən ən qızğın mövzuları müzakirə etmək üçün mütəxəssisləri bir araya gətirən “Mobil Dünya Konqresi” (“Mobile World Congress” – MWC) keçirilib.
Axar.az xəbər verir ki, 2400-dən çox aparıcı telekom şirkətlərinin iştirak etdiyi dünyanın ən möhtəşəm mobil tədbirinə ölkədə rabitə sahəsinin inkişafına hər zaman öz töhfəsini verən, Azərbaycanın lider mobil operatoru Azercell Telecom MMC-nin də heyəti qatıldı. Şirkət mütəxəssislərinin iştirak etdiyi bu sərgi texnoloji yeniliklərin tətbiqini nəzərdə tutan rəqəmsal eraya operatorun infrastrukturunu hazır etmək, texniki və biznes imkanlarını genişləndirmək üçün yeni əməkdaşlıqlar qurmaq, maraqlı təcrübələrdən bəhrələnmək, innovativ tendensiyaları tezliklə ölkəyə gətirmək və ümumilikdə dünya telkosunun ritmini və vizyonunu hiss etmək baxımından faydalı təcrübə bəxş edib.
MWC sərgisi gələcəyi formalaşdıran həll yollarını araşdırmaq, çağırışları müzakirə və tədqiq etmək, eləcə də əyani surətdə bu texnologiyaların insan həyatının əyləncə, nəqliyyat, ictimai xidmətlər, sənaye, veb və bulud bağlantısı da daxil bütün aspektlərinə necə böyük bir təsirə malik olmasını müşahidə etmək imkanı təqdim edir.
200 ölkənin 107000 mindən artıq nümayəndəsinin iştirak etdiyi sərgidə bir sıra aparıcı şirkətlər “5G”, “Əşyaların İnterneti” , “Mobil Qoşulma”, “Ağıllı Bağlantı”, “Süni İntellekt”, “İnkişaf üçün Mobil” mövzularına əsaslanan programlarını nümayiş etdirdilər.
MWC sərgisi ilə bağlı öz təəssürat və fikirlərini “Azercell” şirkətinin prezidenti Vahid Mürsəliyev “Technote” şirkətinin rəhbəri Fərid Pərdəşünasla olan müsahibəsində bölüşüb. Müsahibəni bu linkdən izləyə bilərsiniz: https://www.facebook.com/azercell/videos/1984835524979338/
Mobil texnologiyalar vasitəsilə insanların gündəlik həyatını asanlaşdırmağı hədəfləyən “Azercell”, rəqəmsal aləmin yeniliklərini abunəçiləri üçün əlçatan etmək istiqamətində fəaliyyətini davam edəcək.
Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz.
Bir neçə ildir satışa çıxarılmsına baxmayaraq, hələ də alıcısı olmayan Azərxalça Elmi Yaradıcılıq İstehsalat Birliyi növbəti dəfə satılmaq üçün hərraca təqdim edilib.
Axar.az xəbər verir ki, İstehsalat Birliyi bir müddətdir ki, ləğv prosesindədir.
Hacıqabul sahərində yerləşən əmlak kompleksinin ümumi faydalı sahəsi 935,6 kvadrat metrdir. Əmlak artıq neçənci dəfədir satışa təqdim edilməsinə baxmayaraq, qiymətində heç bir endirim edilməyib.
Əmlakın ilkin start qiyməti 50.000 manatdır.
Həbsdə olan bloger Mehman Hüseynov azadlığa buraxılıb.
Axar.az xəbər verir ki, Penitensiar Xidmətin 14 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan Mehman Hüseynov bu gün cəza müddətinin bitməsi ilə əlaqədar azadlığa çıxıb.
Xatırladaq ki, M.Hüseynov 2017-ci ilin martın 2-dən həbsdə idi.
Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.
DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Biləsuvar rayon sakini, əvvəllər məhkum olunmuş 1960-cı il təvəllüdlü Nurəddin Zəkiyev saxlanılaraq ərazi üzrə polis bölməsinə gətirilib və onun üzərinə baxış keçirilən zaman əynində olan qara rəngli dəri gödəkçənin sağ yan cibindən polietilen selofana bükülmüş 154.06 qram çəkidə narkotik vasitə olan “heroin” aşkar olunaraq götürülüb.
İlkin dindirilmə zamanı N.Zəkiyev narkotik maddəni Gəncə şəhərinə satmaq üçün gətirdiyini etiraf edib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
"Mən heç vaxt özüm üçün xahiş etməmişəm. Bu gün də xahiş etməyəcəyəm. Ancaq nəzərinizə çatdırmaq istəyirəm ki, bu son illərdə bizə qoyulan qadağalara baxmayaraq, biz aktiv fəaliyyətimizi davam etdiririk. Bunun nəticəsi kimi, Leyla xanımın köməyi ilə biz Rusiyada çox böyük filmi təqdim etdik".
"Qafqazinfo" xəbər verir ki, bu sözləri Əməkdar artist Tahir İmanov prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüşü zamanı deyib.
O bildirib ki, hazırda ikinci film üzərində işləyirlər:
"İkinci Dünya müharibəsi qəhrəmanı, milliyyətcə azərbaycanlı olan Əhmədiyyə Cəbrayılov haqqında film üzərində işləyirik. Daha dəqiq desəm, Rusiya Prodüserlər Gildiyasının prezidenti Renat Davletyarovun, həmçinin Rusiya Kino Fondu adlı bir qurum var, onların razılığını almışıq. Hörmətli səfirimiz Polad Bülbüloğlu bu barədə Rusiya Mədəniyyət Nazirliyinə də məktub yazıb, onlardan da müsbət cavab almışıq. Hətta Rusiyanın “Rossiya 1” kanalı bu filmin 4 seriyasında maraqlıdır ki, film orada da işıq üzü görsün. Bildiyiniz kimi, 2020-ci ildə bütün bəşəriyyət faşizm üzərində Qələbənin 75 illik yubileyini qeyd edəcək. O cümlədən də biz - Azərbaycan Respublikası. Ona görə Sizdən xahiş edirəm ki, bizə bu işdə yardımçı olasınız. Bir neçə biznesmenə, tanınmış iş adamlarına müraciət etmişik, amma hamı bir nəfər kimi deyir ki, qadağalarınız olmasaydı kömək edərdik. Sizdən xahiş edirik ki, bizə bu işdə yardımçı olasınız. Əgər imkan olarsa, başqa bir görüşdə biz bu barədə daha ətraflı məlumat verə bilərik. O cümlədən Sizdən teatrımızın aparıcı aktyorları Bəhram Bağırzadə və Cabir İmanov üçün fəxri ad xahiş edirəm. Çünki biz heç bir dövlət qurumunun balansında deyilik. Ona görə bu sistemi bilmirik, bu sistem necə həyata keçirilir, məktublar necə yazılır. Fürsətdən istifadə edib, Sizdən xahiş edirəm.
Sonuncu xahişim də odur ki, bu il mənim babam bəstəkar Süleyman Ələsgərovun 95 illiyi qeyd olundu. Doxsan illikdə də ailəmiz adından cəhd göstərib Sizə məktub yazdıq, amma bilirik ki, o məktublar çatmadı. Sağ olun ki, 80 illik yubileyində Siz onun adını əbədiləşdirdiniz, məktəbə ad verildi. İmkan varsa, Süleyman Ələsgərovun adına bir küçə də versəniz, biz çox şad olarıq".
"Düzdür, dənizə girmək və üzməklə insana virus keçmir. Amma sahildə insanların oturduqları və uzandıqları yerlərin məsafələrini təmin etsək belə, dənizdə insanlar yaxın üzəcək və çiməcəklər. Bu baxımdan onları koordinasiya etmək və nəzarət etmək çox çətindir".
Bunu baku.ws-ə açıqlamasında Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov bildirib.
O əlavə edib ki, hazırda Bakı şəhərində yoluxma faizi yüksəkdir: "Bunu dəqiq bilməsəm də, demək olar ki, elə bir bina, qəsəbə, rayon yoxdur ki, orada koronavirusa yoluxan şəxs olmasın. Ona görə 100 adam dənizə gedərsə, onların içində mütləq şəkildə böyük ehtimalla koronavirusa yoluxacaq şəxs olacaq".
Qeyd edək ki, indiyədək Azərbaycanda ümumilikdə 22464 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 13591 nəfər müalicə olunaraq sağalıb, 284 nəfər vəfat edib, 8589 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.