10 min dollardan artıq götürülən kreditlərə də baxılacaq

“Devalvasiya dövründə fiziki şəxs əlavə nə qədər vəsait ödəyibsə, həmin vəsait əhaliyə qaytarılacaq. Bunlar restrukturuzasiya dövründə məlum olacaq”.

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Vahid Əhmədov Real TV-nin canlı yayımında çıxış edərkən deyib. O, qeyd edib ki, bir neçə müddətdir bu problem müzakirə olunurdu: “Bizim də dövlət başçısından xahişimiz faizlərin silinməsi ilə bağlıdır. Bank sistemi işini sıfırdan qurmalıdır ki, gələcəkdə problemlər olmasın. Çünki hər dəfə cənab prezident belə fərman verməyəcək. Bu, bir şansdır. Ona görə də banklar işlərini düzgün qursunlar. 

Bəzən deyirlər ki, hansısa bankları bağlamaq istəyirlər. Mən dövlət rəhbərindən, Mərkəzi Bankın və Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbərliyindən xahiş edirəm ki, bankların bağlanmasına 5 il müddətinə moratorium qoysunlar. Çünki devalvasiyalardan sonra bankların vəziyyəti pisləşib. Onların kapitallaşma və gəlirləri səviyyəsi aşağıdır. Banklar sağlamlaşdırılmalıdır. 10 min dollardan artıq götürülən kreditlərə isə bank tərəfindən yenidən baxılacaq”.

İlham Əliyev problemli kreditlər məsələsinə son qoydu

Azərbaycan Prezidenti İlham Əliyev ölkədə fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb. 

“Qafqazinfo” xəbər verir ki, fərmana əsasən, aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 min ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödəniləcək:

- 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi;

- 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi;

- 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi.

Ödəniş ilk növbədə fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldiləcək, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına veriləcək.

Bir fiziki şəxsə ödəniləcək vəsaitin ümumi məbləği 5 min ABŞ dollarının manat ekvivalentindən çox olmamalıdır.

Mərkəzi Bank Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 min ABŞ dollarınadək, milli valyutada isə 17 min manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 milyon manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verəcək. Mərkəzi bank həmçinin bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 milyon ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini təmin edəcək

Banklara nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etmələri, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını, elədə də borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görmələri tövsiyə olunur.

Maliyyə Bazarlarına Nəzarət Palatası isə banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 min ABŞ dollarınadək, milli valyutada isə 17 min manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Maliyyə Nazirliyinə və Mərkəzi Bankına məlumat verməlidir.

Fərmanın məqsədləri üçün - fiziki şəxslərin xarici valyutada 10 min ABŞ dollarınadək və ya milli valyutada 17 min manatadək olan əsas kredit borcları dedikdə onların bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi; 10 min ABŞ dollarınadək və ya 17 min manatadək məbləğ dedikdə müvafiq olaraq 10 min ABŞ dollarının və ya 17 min manatın da daxil olduğu məbləğ; fiziki şəxslərin kredit borcları dedikdə onların 2012-ci il yanvarın 1-dən Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələrinə əsasən bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi; bank dedikdə banklar və bank olmayan kredit təşkilatları (kredit ittifaqları istisna olmaqla); ləğvetmə prosesində olan bank dedikdə ləğvetmə prosesində olan banklar və bank olmayan kredit təşkilatları (kredit ittifaqları istisna olmaqla); vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar; restrukturizasiya dedikdə əsas kredit borclarının ödənilməsi məqsədilə fiziki şəxslərə güzəştli kreditlərin verilməsi; güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər; faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi; məhkəmədə olan işlərin geri çağırılması dedikdə vaxtı keçmiş kredit borcları ilə bağlı məhkəmələrdə olan iddialardan imtina edilməsi və icra sənədi üzrə icraata xitam verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tədbirlər görülməsi nəzərdə tutulur.


Orta məktəbdə oldu, kilsədə şam yandırdı

Gürcüstan prezidenti Salome Zurabişvili Azərbaycana rəsmi səfəri çərçivəsində fevralın 28-də Qax rayonuna səfər edib.

“Qafqazinfo” xəbər verir ki, Zurabişvilinin Zaqatala Beynəlxalq Hava Limanında Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Azər Hüseyn, ölkəmizin Gürcüstandakı səfiri Dursun Həsənov, Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə və digər rəsmi şəxslər qarşılayıblar.

Sonra ali qonaq və onu müşayiət edən nümayəndə heyəti Qax rayonuna yola düşüb.

Gürcüstan Prezidenti Qax rayonunun Qaxingiloy kənd tam orta məktəbi ilə tanış olub. Salome Zurabişvili məktəbin sinif otaqlarını gəzib, müəllim və şagirdlərlə söhbət edib. Məktəbin şagirdləri Azərbaycan və gürcü dillərində şeirlər söyləyiblər.

Zurabişvili daha sonra Qax rayonunun Qaxingiloy kəndində yerləşən “Müqəddəs Georgi” kilsəsini ziyarət edib.

Prezident kilsədə şam yandırıb. Burada dini ayin icra olunub.

Zurabişvili, həmçinin Qax şəhərinin qədim tarixi hissəsi – “İçəribazar” tarix-mədəniyyət kompleksi ilə tanış olub.

 

 








 

Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib.

Şuradan Kult.az-a verilən məlumata görə, iclasda yeni xəbər televiziya kanalının yaradılması barədə müzakirələr aparılıb və ixtisaslaşmış (xəbər) ümumrespublika televiziya kanalının açılması üçün Bakı və Abşеrоn ərazisində SD yayım üçün 48-ci, HD yayım üçün 37-ci tеzlik rеsursuna martın 11-dən aprelın 11-dək müsabiqə elan edilib.

İclasda həmçinin MEDİAART şirkətinin kabel şəbəkəsi yayımı üçün lisenziya alınmasına dair müraciətinə baxılıb və ona abonentlərinin sayı 5000-dək olan kabel şəbəkəsi yayımı üçün müddətsiz lisenziya verilməsi barədə qərar qəbul edilib.

Səudiyyə Ərəbistanı şahzadəsi Turki əl-Faysal mart ayında Bakıya gələcək.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən Axar.az-a verilən məlumata görə, o, VII Qlobal Bakı Forumunda iştirak edəcək.

Türki əl-Faysal Səudiyyə Ərəbistanı Kral Faysal Araşdırma və İslami Çalışmalar Mərkəzinin sədridir. O, Səudiyyə Ərəbistanının Amerika Birləşmiş Ştatları və Böyük Britaniyada səfiri vəzifəsində də çalışıb. Turki əl-Faysal 2017-ci ildə Bakıda keçirilmiş V Qlobal Forumda da iştirak edib.

Xatırladaq ki, mart ayının 14-16-da keçiriləcək VII Qlobal Bakı Forumunun əsas mövzusu “Dünyanın yeni xarici siyasəti” olacaq. 450-dək qonağın iştirak edəcəyi Forumda “Qlobal siyasətin dəyişməsində böyük güclərin rolu”, “Davamli inkişaf çağırışları”, “Təhlükəsizlik naminə orta şərq əməkdaşlığı”, “Müasir qərarların qəbul edilməsində elm və mədəniyyətin rolu” və digər mövzularda panel iclasları olacaq.


12 Punto 14 Punto 16 Punto 18 Punto

Səhiyyə naziri Oqtay Şirəliyev respublikada qızılca xəstəliyinə qarşı immunlaşdırma tədbirlərinin keçirilməsinə dair əmr imzalayıb.

Axar.az xəbər verir ki, 2018-ci ildə Avropanın bir sıra ölkələrində, o cümlədən Azərbaycanla həmsərhəd olan Gürcüstan və Rusiya Federasiyasında qızılca xəstəliyinin alovlanması və həmin ölkələrdən Azərbaycana gətirilmə halları qeydə alınıb.

Qabaqlayıcı tədbirlərlə xəstəliyin qarşısını almaq məqsədi ilə imzalanan əmrdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tibb idarə və müəssisələrinin rəhbərlərinə 2019-cu ilin mart-aprel aylarında qızılca xəstəliyi qeyd olunan Bakı şəhəri və respublikanın digər şəhər və rayonlarında 20-40 yaşlı əhali arasında qızılcaya qarşı təmizləyici immunlaşdırma tədbirlərinin keçirilməsi tapşırılır.

Ambulator-poliklinik müəssisələrdə briqadaların təşkili, peyvənd aparılacaq tibb məntəqələrində müvafiq şəraitin yaradılması əks olunub. Eyni zamnda əmrdə immunlaşdırma tədbirlərinin həyata keçirilməsində yerli tibb müəssisələrinə metodiki köməklik göstərilməsi, bölgüyə əsasən qızılca məxmərək vaksininin yerlərə çatdırılmasının təminatı tapşırıqları da verilib.


Mehriban Əliyeva Zurabişvili ilə görüşdü

 

Fevralın 27-də Birinci vitse-prezident Mehriban Əliyeva ölkəmizdə rəsmi səfərdə olan Gürcüstan Prezidenti Salome Zurabişvili ilə görüşüb.

"Qafqazinfo" xəbər verir ki, Salome Zurabişvilini Azərbaycanda görməkdən məmnunluğunu bildirən Birinci-vitse prezident bu səfərin dost ölkələrimiz arasında münasibətlərin daha da genişlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib. 

Azərbaycana səfərindən şad olduğunu deyən Salome Zurabişvili burada keçirilən görüşlərin əlaqələrimizin inkişafı baxımından əhəmiyyətini qeyd edib. 

Görüşdə ölkələrimiz arasında müxtəlif sahələr üzrə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

 


 

 

Prezident pensiyaların artımıyla bağlı qanunu imzalayıb

Prezident İlham Əliyev “Əmək pensiyaları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, qanunun 6-1-ci maddəsinin mətni aşağıdakı redaksiyada verilir:

“Bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2019-cu il 1 mart tarixindən 160 manat məbləğində müəyyən olunur. Bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir”.

Qanun 2019-cu il martın 1-dən qüvvəyə minir.

“Lukoyl” şirkətinin rəhbəri Vahid Ələkbərov Bakıya səfər edəcək.

Axar.az xəbər verir ki, bu məlumatı “İnterfaks” yayıb. Məlumata görə, Ələkbərov martın 18-də “OPEK+”un monitorinq komitəsinin iclasında iştirak etmək üçün Bakıya gələcək.

Qazaxıstanın “Veçerni Taldıkorqan” qəzetinin rəhbərliyi NTV-nin qadın aparıcılarının açıq-saçıq geyimlərə üstünlük verməsinin səbəbini aydınlaşdırmaq üçün sözügedən telekanalın rəhbərliyinə məktub ünvanlayıb.

Axar.az xəbər verir ki, həmin məktubun surətini RT və Sputnik-in rəhbəri Marqarita Simonyan Teleqram hesabında yayımlayıb.

Qəzetin baş redaktoru Yelena Burluçkaya məktubu telekanalın direktoru Aleksey Zemskoma göndərib.

“Nə üçün və hansı səbəbdən aparıcıların geyimlərinin üst hissəsində dərin dekolte var?” - deyə xanım redaktor müraciətində bildirib.

Zemskomun qazaxlı həmkarına cavab məktubu göndərib-göndərməməsi ilə bağlı məlumat verilməyib.

Xəbər lenti