Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çinin "Sinxua" agentliyinə müsahibəsində deyib.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan “Kəmər və yol” təşəbbüsü çərçivəsində Çinlə əməkdaşlığı genişləndirir və bu istiqamətdə artıq mühüm uğurlar qazanılıb:
"Özünün əlverişli coğrafi mövqeyindən istifadə edən Azərbaycan ərazimizdən yük axınının kəskin artmasını nəzərə alaraq, beynəlxalq nəqliyyat dəhlizlərini fəal inkişaf etdirməyə, müasir infrastruktur yaratmağa və onların ötürücülük qabiliyyətinin artırılmasına əlavə investisiya qoymağa davam edir".
Prezident İlham Əliyev bildirib ki, bu gün Bakı-Tbilisi-Qars dəmir yolu, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz), həmçinin Xəzərdə ən iri limanlardan biri olan Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı “Kəmər və yol” təşəbbüsü çərçivəsində iqtisadi və nəqliyyat imkanlarının reallaşdırılması üçün yeni perspektivlər açır:
"Hazırda Orta Dəhliz Avropa və Mərkəzi Asiyanı Xəzər dənizi vasitəsilə Çinlə birləşdirən etibarlı və təhlükəsiz marşrutdur, həmçinin yüklərin Çindən Avropaya və əks istiqamətdə çatdırılmasının ən optimal yoludur. Onun əhəmiyyəti sürətlə artır.
Azərbaycanla Çin arasında tranzit daşımaların həcmi 2024-cü ildə 378 min ton olub ki, bu da 2023-cü illə müqayisədə 86 faiz çoxdur. 2024-cü il ərzində Çindən Azərbaycana ixrac və tranzit rejimində Orta Dəhlizlə 287 marşrut qatarı yola salınıb".
somali-ile-emekdasliq-sazisi-tesdiqlendi

Azərbaycanla Somali arasında müdafiə sahəsi üzrə əməkdaşlıq sazişi təsdiq edilib.

“Qafqazinfo” xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə” Qanun layihəsində öz əksini tapıb.

Məsələ səsverməyə çıxarılaraq qəbul olunub.

Bu Birgə Bəyannamə tarixi hadisədir - İlham Əliyev

Bizim Astanadakı görüşümüz (Çinin Sədri Si Cinpinlə - red.) və onun yekunlarına dair qəbul edilən Birgə Bəyannamə tarixi hadisədir və Azərbaycan-Çin münasibətlərində yeni səhifə açır.

Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev Çinin Sinxua agentliyinə məxsusi müsahibəsində söyləyib.

“ÇXR-in Sədri Si Cinpin ilə ikitərəfli görüş əsnasında çıxışımda qeyd etdim ki, qəbul olunan Bəyannamə ÇXR və Azərbaycanı rəsmi strateji tərəfdaşlara çevirir və bu, böyük nailiyyət, böyük məsuliyyətdir”. Prezident İlham Əliyev yüksəksəviyyəli səfərlər mübadiləsinin dövlətlərarası münasibətlərimizin dərinləşməsi prosesinə əlavə impuls verəcəyinə inandığını vurğulayıb", - dövlətimizin başçısı bildirib.

prezident-cinin-sinxua-agentliyine-musahibe-verib

Azərbaycan Prezidenti İlham Əliyev Çinin Sinxua agentliyinə məxsusi müsahibə verib.

“Müsahibəni təqdim edirik:

-Hörmətli cənab Prezident, xatırlayırıq ki, ötən ilin iyulunda ŞƏT-in Astanada keçirilən 24-cü sammitində Siz və ÇXR-in Sədri Si Cinpin strateji tərəfdaşlığın qurulmasına dair Birgə Bəyannamə imzaladınız. Bu sənəddə qarşılıqlı hörmət, bərabər səviyyədə etimad, bir-birinə dəstək və əməkdaşlıq prinsiplərinə əsaslanan strateji tərəfdaşlığın qurulmasını bəyan etdiniz. Bu, iki ölkə arasında münasibətlərin tarixində mühüm mərhələdir. Sizin fikrinizcə, Çin ilə Azərbaycan arasında münasibətlərin inkişafında hansı mühüm nəticələr əldə olunub və bunu necə qiymətləndirirsiniz?

- Haqlısınız, ötən il iyulun 3-də Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olundu. Bəyannamədə xüsusi olaraq qeyd edildi ki, 1992-ci il aprelin 2-də diplomatik münasibətlərin qurulduğu andan sonra ikitərəfli əməkdaşlığımız bir çox səmərəli nəticə verib. Bununla yanaşı, biz razılaşdıq ki, əməkdaşlığı gələcəkdə də genişləndirək, beynəlxalq məsələlərdə qarşılıqlı fəaliyyəti möhkəmləndirək, iki ölkənin ümumi maraqlarını birlikdə müdafiə edək, həmçinin regional və qlobal sülh, sabitlik və inkişaf fəaliyyətini birgə təşviq edək.

Birlikdə bəyan etdik ki, bizim strateji tərəfdaşlığımız qarşılıqlı hörmət, bərabərlik, etimad, qarşılıqlı dəstək, qarşılıqlı fayda və əməkdaşlıq kimi ikitərəfli münasibətlərin əsas prinsipləri üzərində qurulacaq. Birgə Bəyannamədə, həmçinin təsdiq etdik ki, biz bir-birinin suverenliyinə və ərazi bütövlüyünə layiqli hörmətlə yanaşan, daxili işlərə qarışmamaq və dinc-yanaşı yaşamaq prinsiplərindən irəli gələn müstəqil xarici siyasət yürüdən vacib və etibarlı tərəfdaşlarıq.

Hesab edirəm ki, bizim Astanadakı görüşümüz və onun yekunlarına dair qəbul edilən Birgə Bəyannamə tarixi hadisədir və Azərbaycan-Çin münasibətlərində yeni səhifə açır. ÇXR-in Sədri Si Cinpin ilə ikitərəfli görüş əsnasında çıxışımda qeyd etdim ki, qəbul olunan Bəyannamə ÇXR və Azərbaycanı rəsmi strateji tərəfdaşlara çevirir və bu, böyük nailiyyət, böyük məsuliyyətdir. Astanada görüşümüz zamanı mən Çinə dövlət səfərinə dəvət olundum və bu dəvəti məmnunluqla qəbul etdim. Mən də ÇXR-in Sədrini onun üçün uyğun olan vaxtda ölkəmizə səfərə dəvət etdim. İnanıram ki, yüksək səviyyədə belə səfərlər mübadiləsi dövlətlərarası münasibətlərimizin dərinləşməsi prosesinə əlavə impuls verəcək.

Ölkələrimiz arasında qarşılıqlı maraq doğuran bütün sahələrdə əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət veririk və ikitərəfli münasibətlərin dərinləşməsini Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biri kimi qiymətləndiririk. Bu gün əminliklə demək olar ki, münasibətlərimiz çox müsbət dinamikaya malikdir. 2024-cü ildə hökumət və parlamentin yüksək vəzifəli üzvləri, nazirliklərin və idarələrin, Baş Prokurorluğun rəhbərləri, həmçinin Prezident Administrasiyasının və Yeni Azərbaycan Partiyasının mərkəzi aparatının rəsmi nümayəndələri Çində səfərdə olublar.

Ötən il Çinin Xalq Siyasi Məşvərət Şurasının Ümumçin Komitəsinin sədri müavini və Çinin Xarici Ölkələrlə Dostluq Cəmiyyətinin sədri Azərbaycana səfər ediblər. ÇXR Baş nazirinin müavininin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında – COP29-da iştirakı əlamətdar hadisə oldu. Bu tədbirdə 196 dövlətin, 150 beynəlxalq təşkilatın və BMT strukturlarının, həmçinin təxminən 2 min QHT-nin nümayəndələri iştirak etdilər. İnkişaf etməkdə olan ölkələrə iqlim maliyyəsinin ayrılması, İtki və Zərər Fondunun fəaliyyətə başlaması, həmçinin Paris Sazişinin 6-cı maddəsinin tam reallaşdırılması COP29 çərçivəsində qəbul edilən mühüm qərarlardır.

Azərbaycan COP29-a sədrliyi çərçivəsində iqlim fəaliyyəti və dayanıqlı inkişaf arasında əlaqəni əhatə edən 14 qlobal təşəbbüslə çıxış etdi və onlar geniş beynəlxalq dəstək aldılar. Əldə olunan razılaşmalar, dəstəklənən təşəbbüslər və qəbul edilən qərarlar bəşəriyyətin gələcəyi və dünyanın iqlim gündəliyi üçün müstəsna əhəmiyyətə malikdir.

Dünya ictimaiyyəti üçün belə bir mühüm tədbirdə Azərbaycana qarşı bəzi Qərb dairələri tərəfindən genişmiqyaslı əsassız təzyiq və boykot kampaniyalarına baxmayaraq, biz bir daha güclü siyasi iradə və peşəkarlıq nümayiş etdirdik ki, bu da konfransı yüksək səviyyədə keçirməyə, tarixi nəticələr əldə etməyə və çoxtərəfli danışıqlarda əsl sıçrayışa imkan verdi. Fürsətdən istifadə edərək, fəal iştirakına və iqlim dəyişikliyi ilə mübarizədə qlobal səylərə qiymətli töhfəsinə görə Çinin nümayəndə heyətinə minnətdarlığımı bildirmək istəyirəm.

- Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatlarına görə, 2024-cü ildə Azərbaycanın xarici ticarətinin ümumi həcminin 7,9 faizi Çinin payına düşür. Çin ölkənizin dördüncü böyük ticarət tərəfdaşıdır və ilk dəfə əsas idxal mənbəyinə çevrilib. Noyabrın 24-də Azərbaycanın ixrac malları daşıyan ilk dəmiryolu qatarı Bakıdan Çinə yola salınıb. Çinin şəhərlərində Azərbaycan ticarət evləri yaradılır, Azərbaycan xalçaları, nar şirələri və başqa yüksək keyfiyyətli məhsullar isə minlərlə çinli ailənin evinə daxil olur. Siz “Kəmər və yol” təşəbbüsünün iki ölkə arasında praktik əməkdaşlığın inkişafında rolu haqqında nə düşünürsünüz?

- Astanada ÇXR-in Sədri ilə görüşüm əsnasında əldə olunan daha bir razılaşmaya diqqətinizi yönəltmək istəyirəm. Söhbət ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin gələcək inkişafından, onların keyfiyyətcə yeni məzmunla zənginləşməsindən gedir.

Azərbaycan ilə Çin arasında əmtəə dövriyyəsinin həcmi 2024-cü ildə əvvəlki illə müqayisədə 20,7 faiz artıb və 3,744 milyard dollar təşkil edib. Bəli, həqiqətən, Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşına çevrilib, onun xarici ticarət dövriyyəmizdə payı 7,9 faiz olub, həmçinin idxal üzrə də lider mövqeyinə çıxıb və bu göstərici 17,69 faizə çatıb.

İki ölkə arasında getdikcə artan iqtisadi-ticari əməkdaşlığa baxmayaraq, hələ də reallaşdırılmayan böyük potensial mövcuddur. Hesab edirəm ki, iki ölkə arasında iqtisadi-ticari əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya ikitərəfli iqtisadi əlaqələri genişləndirmək, əməkdaşlığın perspektivli istiqamətlərini aşkara çıxarmaq və onları hüquqi müstəvidə bundan sonra möhkəmləndirmək üçün mühüm mexanizmdir. Komissiyanın qərarlarının vaxtında yerinə yetirilməsi səylərimizin uğur qazanmasının rəhni olacaq. ÇXR-ə səfərim ərəfəsində Bakıda Komissiyanın 10-cu iclasının keçirilməsi planlaşdırılır.

Sizin xatırlatdığınız Azərbaycan ticarət və şərab evləri artıq ÇXR-in Pekin, Şanxay, Urumçi, Tsindao, Çendu, Nankin və Çjantszyatsze şəhərlərində fəaliyyət göstərir. Onlar ikitərəfli ticari münasibətlərimizin inkişafına sanballı töhfə verir. Azərbaycan Ticarət Evi, həmçinin Çində tanınmış beynəlxalq “JD” onlayn ticarət platformasında yaradılıb.

Bu gün Azərbaycanda Çin kapitalı ilə 375 şirkət qeydə alınıb, onlardan 298-i ölkəmizdə aktiv fəaliyyət göstərir. Hazırda Azərbaycanla Çin arasında qeyri-neft sektorunda, xüsusən yüksək texnologiyalara və innovasiyalara, alternativ və bərpaolunan energetikaya yönəlmiş birbaşa investisiyaların cəlb olunması sahəsində birgə əməkdaşlığın perspektivlərinə dair danışıqlar aparılır.

Məlum olduğu kimi, Azərbaycan ÇXR-in Sədri tərəfindən irəli sürülmüş “Kəmər və yol” təşəbbüsünü dəstəkləyən ilk ölkələrdən biridir. Biz bu istiqamətdə ciddi praktik layihələr həyata keçiririk. Əminliklə demək olar ki, Azərbaycan bu layihənin reallaşmasına istər öz ərazisində, istərsə də onun hüdudlarından kənarda Çindən sonra daha çox investisiyalar qoyan ikinci ölkədir. 2019-cu ilin aprelində Çində keçirilən 2-ci “Kəmər və yol” Forumunda çıxış edərkən qeyd etdim ki, bu layihə təkcə nəqliyyat əlaqəsini təmin etmir, həmçinin müxtəlif ölkələr arasında əlaqələri gücləndirir, dialoq və əməkdaşlığın möhkəmlənməsinə xidmət edir və beynəlxalq ticarət üçün yeni imkanlar yaradır.

Biz “Kəmər və yol” təşəbbüsü çərçivəsində Çinlə əməkdaşlığı genişləndiririk. Bu istiqamətdə artıq mühüm uğurlar qazanılıb. Özünün əlverişli coğrafi mövqeyindən istifadə edən Azərbaycan ərazimizdən yük axınının kəskin artmasını nəzərə alaraq, beynəlxalq nəqliyyat dəhlizlərini fəal inkişaf etdirməyə, müasir infrastruktur yaratmağa və onların ötürücülük qabiliyyətinin artırılmasına əlavə investisiya qoymağa davam edir.

Son 20 ildə ölkəmizdə 21 min kilometr avtomobil yolları salınıb və təmir edilib, 335 körpü və yol ayrıcı, 45 tunel, 163 yerüstü və yeraltı keçid tikilib. Dəmir yolu infrastrukturunun yaxşılaşdırılması üzrə böyük işlər görülüb, 1500 kilometrdən artıq dəmir yolu tikilib və 1800 kilometrlik sahə təmir edilib.

Bu gün Bakı-Tbilisi-Qars dəmir yolu, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz), həmçinin Xəzərdə ən iri limanlardan biri olan Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı “Kəmər və yol” təşəbbüsü çərçivəsində iqtisadi və nəqliyyat imkanlarının reallaşdırılması üçün yeni perspektivlər açır.

Onu da diqqətinizə çatdırmaq istərdim ki, hazırda Orta Dəhliz Avropa və Mərkəzi Asiyanı Xəzər dənizi vasitəsilə Çinlə birləşdirən etibarlı və təhlükəsiz marşrutdur, həmçinin yüklərin Çindən Avropaya və əks istiqamətdə çatdırılmasının ən optimal yoludur. Onun əhəmiyyəti sürətlə artır.

Azərbaycan ilə Çin arasında tranzit daşımaların həcmi 2024-cü ildə 378 min ton olub ki, bu da 2023-cü illə müqayisədə 86 faiz çoxdur. 2024-cü il ərzində Çindən Azərbaycana ixrac və tranzit rejimində Orta Dəhlizlə 287 marşrut qatarı yola salınıb.

- Çin və Azərbaycan qədim İpək Yolu sivilizasiyasının mərkəzində yer alır. Son illərdə iki ölkə arasında humanitar mübadilələr, xüsusən dillərin tədrisi və turizm sahələri inkişaf edir. Pekin Xarici Dillər Universiteti Azərbaycan dilinin öyrənilməsi proqramını həyata keçirir. Daha çox azərbaycanlı tələbə Çin dilinə maraq göstərir. Azərbaycan mənbələrinin məlumatına görə, ötən il Azərbaycana səyahət edən çinli turistlərin sayı əvvəlki illə müqayisədə iki dəfə artıb. Siz bu tendensiyanı necə qiymətləndirirsiniz?

- Siz hər iki dövlətin xüsusi əhəmiyyət verdiyi əməkdaşlığın mühüm sahələrinə toxundunuz. Strateji tərəfdaşlığın qurulmasına dair Birgə Bəyannamədə iki ölkənin mövcud müqavilə-hüquqi bazası çərçivəsində təhsil sahəsində əməkdaşlığın sabit inkişafı bəyan edilib. Bununla yanaşı, biz dillərin öyrənilməsi və tədrisi sahəsində əməkdaşlığa xüsusi diqqət yetirmişik.

Azərbaycan və Çinin ali təhsil müəssisələrində müxtəlif ixtisaslar üzrə bakalavr, magistratura və doktorantura səviyyələrində təhsil almaq imkanı əldə edən ölkələrimizin vətəndaşlarının sayı ildən-ilə durmadan artır. Konfutsi İnstitutunun tərəfdaşları olan Azərbaycanın bir sıra ali təhsil müəssisələrində Çin dili tədris olunur. Sevindirici haldır ki, son illərdə Çində də Azərbaycan dilinin və mədəniyyətinin öyrənilməsi mərkəzləri fəaliyyətə başlayıb, müvafiq kafedra yaradılıb.

İki ölkənin universitetləri arasında məhsuldar əməkdaşlıq həyata keçirilir, zəruri müqavilə-hüquqi baza yaradılır.

Əminəm ki, Çin və Azərbaycan dillərinin təhsil müəssisələrində tədrisinin, müəllimlər arasında mübadilənin və mütəxəssislər hazırlanmasının dövlət tərəfindən dəstəklənməsi dövlətlərin müxtəlif sahələrdə qarşılıqlı fəaliyyətinin səmərəliliyinə imkan yaradacaq, iki xalqın yaxınlaşmasına və qarşılıqlı mədəni zənginləşməsinə xidmət edəcək.

Ötən il Azərbaycan turizmin inkişafı və işgüzar fəaliyyətin artırılması məqsədilə Çin vətəndaşlarına münasibətdə vizasız rejimi birtərəfli qaydada tətbiq etdi. Ölkələrimizin vətəndaşlarının vizasız gediş-gəlişinin asanlaşdırılması turist axınının artmasına kömək edəcək və bununla da iqtisadi, humanitar və mədəni əlaqələr genişlənəcək.

- 2016-cı ildə Azərbaycan ŞƏT-in dialoq üzrə tərəfdaş ölkəsi oldu və ŞƏT ailəsinin mühüm üzvüdür. Məhz ŞƏT-in Astana sammitində iki ölkə arasında strateji tərəfdaşlıq quruldu. 2024-2025-ci illərdə ŞƏT-ə sədrlik edən Çin cari ildə ŞƏT-ə üzv dövlətlərin Dövlət Başçıları Şurasının 25-ci iclasına ev sahibliyi edəcək. Sizin bu sammitdən gözləntiləriniz nədən ibarətdir?

- Hesab edirəm ki, Çinin “Şanxay ruhunun təşviqi: ŞƏT fəaliyyətdədir” devizi altında təşkilata sədrliyi onun institusionallaşdırılmasına və beynəlxalq arenada rolunun gələcəkdə də möhkəmlənməsinə kömək edəcək. ÇXR ŞƏT-in təsisçi ölkələrindəndir və təşkilatın inkişafının aparıcı güclərindən biri olaraq qalır. Əminəm ki, Çinin sədrliyi üzrə geniş proqramı çərçivəsində səyləri ŞƏT prinsipləri əsasında çoxtərəfli əməkdaşlığın möhkəmlənməsinə, həmçinin onun vəzifələrinin həyata keçirilməsinə əlavə impuls verəcək.

Ötən il Qazaxıstan Respublikası Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə mən ŞƏT-in Sammitində iştirak etdim. Hazırda Azərbaycan ŞƏT-də dialoq üzrə tərəfdaş statusuna malikdir. Azərbaycanın ŞƏT ilə əməkdaşlığı terrorizmlə, ekstremizmlə və separatçılıqla mübarizə, regional təhlükəsizliyin və sabitliyin təmin edilməsi kimi müxtəlif sahələri əhatə edir. Həmçinin sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlığın dəstəklənməsi kimi məsələlər diqqət mərkəzindədir. Məlum olduğu kimi, ölkəmiz bu sahələr üzrə beynəlxalq arenada fəal rol oynayır.

Biz ŞƏT-in fəaliyyətinə böyük əhəmiyyət veririk və bu təşkilatın təməlində dayanan prinsipləri bölüşürük. Regionda etibarlı tərəfdaş və mühüm dövlət olan Azərbaycan beynəlxalq və regional sülhün, təhlükəsizliyin bərqərar olmasına töhfə verməkdə davam edir, ticarət, kommersiya və investisiya əlaqələrinin genişlənməsinə yönəlmiş, bununla da qlobal iqtisadi inkişafa və Dayanıqlı İnkişaf Məqsədlərinin əldə olunmasına kömək edən irimiqyaslı iqtisadi-ticari, nəqliyyat, infrastruktur və energetika sahələrində layihələr həyata keçirir.

Həmçinin əminəm ki, ölkələrimizin sıx ikitərəfli qarşılıqlı fəaliyyəti Azərbaycanın ŞƏT çərçivəsində əməkdaşlığının dərinləşməsinə və bu təşkilatın statusunun artmasına səmərəli surətdə kömək edəcək.

- Çin və Azərbaycan Qlobal Cənubun mühüm üzvləri kimi çoxtərəfli platformalarda sıx əməkdaşlığı dəstəkləyir və beynəlxalq ədaləti səmərəli şəkildə müdafiə edir. Siz Qlobal Cənubun yüksəlişinin qlobal idarəetməyə təsirini və Çin tərəfindən irəli sürülmüş bəşəriyyətin ortaq taleyi konsepsiyasını necə qiymətləndirirsiniz?

- Ötən il Astanda biz ÇXR-in Sədri Si Cinpin ilə bəşəriyyətin ortaq taleyi cəmiyyətinin yaradılmasına kömək etmək səylərimizi bəyan etdik. Biz sülh, inkişaf, bərabər hüquqlar, ədalət, demokratiya və azadlıq uğrunda, həmçinin hegemoniyaya və güc siyasətinə qarşı bəşəriyyətin ümumi dəyərlərinin təşviqi istiqamətində çıxış etdik. Bizim tərəfimizdən BMT-nin himayəsi altında beynəlxalq sistemin birgə dəstəklənməsi onun beynəlxalq məsələlərdə rolu, həqiqi çoxtərəflilik mövqeyi, həmçinin BMT Nizamnaməsi əsasında beynəlxalq hüquq, məqsəd və prinsiplərə əsaslanan dünya nizamının birgə dəstəklənməsi əzmi ifadə olundu.

Mən artıq dedim ki, Qlobal Cənubun bir hissəsi kimi, biz həmişə onun maraqlarını müdafiə etmişik. Azərbaycan 2019-2023-cü illərdə BMT-dən sonra ikinci beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatının sədri olub. Planetin əhalisinin 80 faizi, dünya ÜDM-in təxminən 50 faizi və məcmu beynəlxalq ticarət həcminin təqribən yarısı bu təşkilatın payına düşür. Qlobal Cənubun daha dayanıqlı, ədalətli və təhlükəsiz dünya nizamı qurulmasında iştirakı təbii prosesdir.

- 2019-cu ilin aprelində Sizin Çinə səfərinizdən altı ilə yaxın vaxt keçir. Çinə bundan əvvəlki səfərləriniz haqqında təəssüratlarınızı bölüşə bilərsinizmi? Çinə qarşıdakı səfərdən gözləntiləriniz nədən ibarətdir?

- Çin dünyanın ən çox dinamik inkişaf edən ölkələrindən biridir. ÇXR-in Sədri Si Cinpinin qətiyyətli və müdrik rəhbərliyi altında Çinin bütün sahələrdə qazandığı nailiyyətlər və uğurlar onu dünyanın ən güclü və qabaqcıl ölkələri sırasına çıxardı, ölkənin beynəlxalq arenada mövqelərini daha da möhkəmləndirdi. Si Cinpinin başçılığı ilə Çin böyük uğurlar qazanıb. Çinin inkişafı təkcə Çin xalqının deyil, həm də dünyanın maraqlarına cavab verir.

Sədr Si Cinpinin dəvəti ilə 2014-cü ildə Çinə işgüzar səfər etdim, artıq 2015-ci ildə mənim ÇXR-ə dövlət səfərim oldu. 2019-cu ildə ÇXR Sədrinin dəvəti ilə Pekində keçirilən İkinci “Kəmər və yol” beynəlxalq əməkdaşlıq forumunda iştirak etdim.

Sədr Si Cinpin ilə görüşlərimizi və səmərəli müzakirələrimizi böyük məmnuniyyətlə xatırlayıram. Şadam ki, qədim tarixə və xeyirxah ənənələrə əsaslanan Azərbaycan-Çin münasibətləri yüksələn xətlə inkişaf edir, bizim strateji tərəfdaşlığımız isə yeni müsbət məzmunla zənginləşir. Fəal dialoqumuz, şəxsi görüşlər, telefon danışıqları, məktubların mübadiləsi əsasında yaranan qarşılıqlı hörmət və etimad ikitərəfli münasibətlərin dərinləşməsində misilsiz rol oynayır.

Əminliklə deyə bilərəm ki, ÇXR-ə bütün əvvəlki səfərlər zəngin proqrama malik idi və qarşılıqlı maraqlara əsaslanan Azərbaycan-Çin çoxtərəfli əməkdaşlığının genişləndirilməsinə yönəlmiş bir sıra mühüm ikitərəfli sənədlərin imzalanması ilə müşayiət olunurdu. İnanıram ki, qarşıdakı səfər də Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi işinə xidmət edəcək.

Paşinyan Əliyevin qurduğu yeni Qafqaz düzəni ilə barışdı: Bakı Ermənistanın siyasi sistemini də dizayn edir

Baş nazir Nikol Paşinyan Ermənistan cəmiyyətini müasir dünya ilə uyğunlaşmağa, Cənubi Qafqazdakı mövcudluq şərtlərini qəbul etməyə çağırıb... Ermənistan bundan sonra birmənalı şəkildə Azərbaycanın müəyyən etdiyi geopolitik şərtlər çərçivəsində mövcud olmaq məcburiyyətində qalacaq...

"Yeni Müsavat" xəbər verir ki, Cənubi Qafqazda bir dövr başa çatmaqdadır. Geopolitik proseslərin bütün inkişaf istiqamətləri bu regionda yeni mərhələyə keçid dövrünün başlanmaq üzrə olduğunu göstərir. Belə ki, hazırda həm beynəlxalq siyasi iradə mərkəzləri, həm region ölkələri, həm də Cənubi Qafqaza qonşu ölkələrin mövcud status-kvo ilə barışmaq məcburiyyətində qalmış kimi görünürlər. Və bu, o deməkdir ki, Cənubi Qafqazda cərəyan edən geopolitik proseslərə kənardan kobud müdaxilə daha əvvəlki kimi asan olmayacaq.

Onu da qeyd etmək lazımdır ki, son illərə qədər bu region kənar kobud müdaxilələr daha çox Rusiya tərəfindən edilirdi. Ukrayna savaşında Rusiyanın ciddi şəkildə zəifləməsindən sonra kənar müdaxilə təşəbbüsü böyük ölçüdə Qərb siyasi dairələrinin əlinə keçdi. Ona görə də, indi hətta Rusiya belə, Qərbdən bu regiona edilən kobud müdaxilə cəhdlərinə müqavimət göstərilir. Və Rusiya siyasi dairələrinin verdiyi açıqlamalarda bu, açıq-aşkar nəzərə çarpır.

1ff119a5-34dc-4534-9b0c-76c8dc562dd1.jpg (98 KB)

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Ermənistan-Azərbaycan sərhədində baş verən atışmalar, Avropa Birliyinin Ermənistandakı mülki müşahidə missiyası ilə bağlı keçirilən brifinqdə vurğulandığı kimi, regiondan kənar oyunçuların Cənubi Qafqazda sülhə dəstək vermədiyinin birbaşa göstəricisidir. Onun sözlərinə görə, avropalılar, xüsusən də, fransızlar öz geosiyasi maraqları naminə bölgədə gərginliyi qorumaqda maraqlıdırlar. Və üstəlik, bu fəaliyyət barədə Ermənistan qarşısında deyil, məhz birbaşa Brüsselə hesabat verirlər.

Maraqlıdlr ki, rus diplomatiyasının rəsmi təmsilçisi Azərbaycanın yekun sülh sazişinin imzalanması üçün Ermənistan qarşısında irəli sürdüyü iki şərtdən biri barədə Rusiyanın mövqeyini açıqlayıb. Onun fikrincə, Minsk Qrupunun fəaliyyətinin sabotajı edilməsi və faktiki olaraq dağılmasına görə əsas məsuliyyət fransızların üzərinə düşür: "Onların Ermənistandakı əsas məqsədləri nədir? Onları "monitorinqçi-casuslar" da adlandırmaq olar. Çünki onlar həm daxilə, həm də xaricə qarşı, Ermənistana qonşu bütün dövlətlər və ölkələr əleyhinə işləyirlər. Düzdür, onlar NATO missiyası adlanmırlar, NATO qərargahının nümayəndəliyi deyillər. Ancaq həmin missiyada iştirak edən dövlətlər məhz NATO ölkələridir”.

Göründüyü kimi, Rusiya Ermənistanda Qərbin fəaliyyətindən narazıdır. Üstəlik, Kreml bu fəaliyyəti regional sülh prosesi qarşısında əsas problem olaraq, görür. Əslində, Qərb siyasi dairələrinin Ermənistanı "geopolitik müstəmləkə"yə çevirərək, Cənubi Qafqazda sülhə və sabitliyə təhlükə törətdikləri inkaredilməz reallıqdır. Və rəsmi İrəvan da Qərbdən gələn təlimatları icra etməklə, "regional alət" rolunu oynamaqda davam edir.

87b2cda9b163b56892f4e00a15c14b5d.jpg (491 KB)

Ancaq son vaxtlar ABŞ-ın Ermənistana tam laqeydliyi, buna paralel olaraq da Avropa Birliyinin rəsmi İrəvana siyasi-ideoloji dəstəyinin ciddi şəkildə zəifləməsi Paşinyan hakimiyyətini olduqca çətin vəziyyətə salıb. Rəsmi İrəvan Ermənistan üçün müəyyən olunmuş ənənəvi hədəflərin artıq təhlükəli olduğunu da anlamağa başlayıb. Hər halda, xarici dəstəyin zəiflədiyi bir şəraitdə həmin avantürist hədəflər birbaşa Ermənistana qarşı yönəlmiş olur. Və real hərbi-siyasi təhlükə mənbəyinə də çevrilə bilər.

Ona görə də, Ermənistan baş naziri Nikol Paşinyan son vaxtlar ənənəvi erməni hədəflərindən imtina olunmasının vacibliyini qabartmağa başlayıb. Onun fikrincə, qondarma "Qarabağ hərəkatı" hazırda Ermənistan dövlətçiliyi üçün real təhlükəyə çevrilməkdədir. Erməni baş nazir hesab edir ki, bu "hərəkatı" yenidən başlatmaq cəhdləri Ermənistan üçün dağıdıcı nəticələr doğura bilər. Baş nazir Nikol Paşinyan bildirib ki, müstəqillik elan edildikdən sonra Ermənistanda dövlət modeli əsasən "Qarabağ məsələsi" üzərində indeksləşdirilərək, digər önəmli inkişaf ideyaları qurban verilib. Və bu, Ermənistanı öz maraqlarının alətinə çevirmək istəyən xarici güclər tərəfindən istifadə olunub.

Maraqlıdır ki, baş nazir Nikol Paşinyan sülh prosesinə münasibətdə Azərbaycanın şərtlərinə yaxın mövqedən çıxış edib. Sülh sazişinin razılaşdırıldığını xatırladan erməni baş nazir Ermənistan və Azərbaycan arasında müharibə ehtimalını unutmağa çağırıb. O, bildirib ki, sülh sazişi ilə eyni vaxtda Minsk Qrupunun ləğvi ilə bağlı sənədi də imzalamağa hazırdır. Eyni zamanda, vurğulayıb ki, Ermənistanın yeni konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları ifadə edən müstəqillik barədə akta istinad edilməsi yolverilməzdir. Və bu, Paşinyan hakimiyyətinin Ermənistan cəmiyyətini sülh sazişinin imzalanmasına hazırlamaq niyyətini sezdirir.

58ca911243c3fd4ca9342955a69a883a.jpg (140 KB)

Nə qədər qəribə də olsa, baş nazir Nikol Paşinyan Ermənistanda yeni sosial-psixoloji inqilabın başlandığını da bəyan edib. Erməni baş nazir müxalifət düşərgəsini yeni reallıqları anlamamaqda ittiham edib. Onun fikrincə, Ermənistan indi ilk dəfə olaraq, həqiqətən müstəqil və suveren bir dövlət qurmaq üçün nadir tarixi şans qazanıb. Və şansdan istifadə etmək üçün əvvəlcə mövcud reallıqları qəbul etmək, eyni zamanda gələcək hədəfləri müasir dövrün tələblərinə uyğunlaşdırmaq əsas şərtdir.

Belə anlaşılır ki, Ermənistan cəmiyyətində hökm sürən absurd və qondarma erməni narrativləri artıq öz əhəmiyyətini tamamilə itirməyə başlayıb. Hər halda, baş nazir Nikol Paşinyan həmvətənlərini müasir dünya ilə uyğunlaşmağa, Cənubi Qafqazda mövcudluq şərtlərini qəbul etməyə çağırıb. Cənubi Qafqazda isə bütün şərtlər məhz Azərbaycan tərəfindən müəyyən edilir. Yəni, dolayısı ilə Ermənistan bundan sonra birmənalı şəkildə Azərbaycanın şərtləri çərçivəsində mövcud olmaq məcburiyyətindədir. Çünki rəsmi Bakı Cənubi Qafqazda yeni geopolitik düzən qurur. Və bununla həm də Ermənistanın siyasi sistemini yenidən dizayn edir.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Sea Breeze” istirahət mərkəzinin ərazisində həyata keçirilən layihələrlə tanış olublar YENİLƏNİB
Aprelin 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakıda “Sea Breeze” istirahət mərkəzinin ərazisində həyata keçirilən və qarşıdakı dövrdə planlaşdırılan layihələrlə tanış olublar.

AZƏRTAC xəbər verir ki, “Agalarov Development” şirkətinin təsisçisi Emin Ağalarov əvvəlcə dövlətimizin başçısına və birinci xanıma “Sea Breeze”də istismara verilmiş “Park Residences 2” layihəsi barədə məlumat verdi.

Bildirildi ki, bu layihə çərçivəsində 1260 mənzildən ibarət yeddimərtəbəli 10 bina tikilib. Sakinlərin rahatlığını təmin etmək üçün burada müasir infrastruktur - hovuzlar, istirahət zonaları nəzərdə tutulub, həmçinin ərazidə geniş yaşıllaşdırılma işləri həyata keçirilib. Ölkəmizdə keçirilən COP29 çərçivəsində “Sea Breeze” ümumilikdə 4 minə yaxın qonaq qəbul edib ki, onlardan da çoxu məhz “Park Residences 2” layihəsinin binalarında yerləşib.

Sonra Prezident İlham Əliyevə “Sea Breeze”in ümumi baş planı və həyata keçirilmiş layihələr barədə məlumat verildi. Qeyd olundu ki, kompleksin ərazisində indiyədək 500-dən artıq daşınmaz əmlak obyekti tikilib. İstirahət mərkəzində sakinlər və qonaqlar üçün yüksək səviyyədə rahat şərait yaratmaq, həmçinin onların asudə vaxtlarını səmərəli təşkil etmək məqsədilə açıq və qapalı hovuzlar, fitnes mərkəzləri, restoranlar, kafelər, uşaq və idman meydançaları, qaçış və velosiped yolları, fəvvarələr yaradılıb. Burada məktəb, uşaq bağçası və xəstəxana da var.

Abadlıq işlərinə xüsusi diqqət yetirilib, 10 milyona yaxın bitki və ağac əkilib, yaşıllıq zonalarının ümumi sahəsi 300 hektara çatdırılıb.

Daimi yaşayış və yüksəksəviyyəli istirahət infrastrukturunu özündə birləşdirən “Sea Breeze” gələcəyin şəhəri kimi inamla inkişaf edir. Sahə üzrə ekspertlərin fikrincə, bu, çoxlu sayda müxtəlif formatlı daşınmaz əmlak obyektlərini bir ərazidə birləşdirən qlobal miqyaslı nadir layihədir.

Xəzər dənizinin sahilində, Bakının mərkəzindən cəmi 30 dəqiqəlik məsafədə yerləşən “Sea Breeze” 500 hektar ərazini əhatə edir. Burada 1,5 milyon kvadratmetrdən çox yaşayış və kommersiya daşınmaz əmlak layihəsi həyata keçirilib və istifadəyə verilib. Rekreasiya zonaları, parklar və çimərliklər üçün 150 hektardan çox ərazi ayrılıb.

Əsas layihələri sahil zolağında yerləşən “Sea Breeze” gələcəkdə ölkəmizin turizm imkanlarını artıracaq və Azərbaycanı turizm baxımından daha cəlbedici edəcək.

Nəhəng 11 mərtəbəli layner formasında inşa edilən mənzillərdən və hotel nömrələrindən ibarət flaqman daşınmaz əmlak layihəsi olan “Caspian Dream Liner” süni adada tikiləcək. Burada apart-hotel, ticarət mərkəzi və hovuzlar yaradılacaq. Bu unikal memarlıq quruluşu sayəsində “Sea Breeze” qlobal turizm xəritəsində daha da cəlbedici məntəqəyə çevriləcək.

İrimiqyaslı layihə fondunun hazırlanmasında bir neçə yerli və xarici memarlıq bürosu işləyir, layihələndirmə işlərinə dünyaşöhrətli memarlar cəlb olunur.

2028-ci ilədək burada daha 700 binanın tikilməsi, həmçinin ümumilikdə 50 hektar sahəni əhatə edən aypara şəklində nadir süni yarımadanın yaradılması nəzərdə tutulub. Bu layihədə dünyanın aparıcı mehmanxana şəbəkələrinin hotelləri, ticarət mərkəzləri, yaxtalar üçün dayanacaqlar, 40 mindən çox tamaşaçı tutumu olan konsert meydançası yer alacaq.

“Sea Breeze”də həyata keçirilən işlər həm də mühüm sosial rol oynayır, yeni iş yerlərinin açılmasına töhfə verir. Hazırda kompleksdə 6560 nəfər işlə təmin edilib və gələcəkdə bu rəqəmin xeyli artırılması nəzərdə tutulur. Burada yatırılan investisiyaların ümumi həcmi artıq 3 milyard dollar təşkil edir, yaxın beş ildə isə daha 5 milyard dollardan çox sərmayələrin cəlb edilməsi planlaşdırılır. 2024-cü ilin yekunlarına görə, “Sea Breeze” ölkə iqtisadiyyatına mühüm töhfə verərək Azərbaycan Respublikasının ən iri vergiödəyiciləri sırasında yer alıb.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Sea Breeze” istirahət mərkəzinin ərazisində həyata keçirilən layihələrlə tanış olublar YENİLƏNİBPrezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Sea Breeze” istirahət mərkəzinin ərazisində həyata keçirilən layihələrlə tanış olublar YENİLƏNİBPrezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Sea Breeze” istirahət mərkəzinin ərazisində həyata keçirilən layihələrlə tanış olublar YENİLƏNİBPrezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Sea Breeze” istirahət mərkəzinin ərazisində həyata keçirilən layihələrlə tanış olublar YENİLƏNİBPrezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Sea Breeze” istirahət mərkəzinin ərazisində həyata keçirilən layihələrlə tanış olublar YENİLƏNİBPrezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Sea Breeze” istirahət mərkəzinin ərazisində həyata keçirilən layihələrlə tanış olublar YENİLƏNİBPrezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Sea Breeze” istirahət mərkəzinin ərazisində həyata keçirilən layihələrlə tanış olublar YENİLƏNİBPrezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Sea Breeze” istirahət mərkəzinin ərazisində həyata keçirilən layihələrlə tanış olublar YENİLƏNİBPrezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Sea Breeze” istirahət mərkəzinin ərazisində həyata keçirilən layihələrlə tanış olublar YENİLƏNİBPrezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Sea Breeze” istirahət mərkəzinin ərazisində həyata keçirilən layihələrlə tanış olublar YENİLƏNİBPrezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Sea Breeze” istirahət mərkəzinin ərazisində həyata keçirilən layihələrlə tanış olublar YENİLƏNİBPrezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Sea Breeze” istirahət mərkəzinin ərazisində həyata keçirilən layihələrlə tanış olublar YENİLƏNİBPrezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Sea Breeze” istirahət mərkəzinin ərazisində həyata keçirilən layihələrlə tanış olublar YENİLƏNİBPrezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Sea Breeze” istirahət mərkəzinin ərazisində həyata keçirilən layihələrlə tanış olublar YENİLƏNİBPrezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Sea Breeze” istirahət mərkəzinin ərazisində həyata keçirilən layihələrlə tanış olublar YENİLƏNİBPrezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Sea Breeze” istirahət mərkəzinin ərazisində həyata keçirilən layihələrlə tanış olublar YENİLƏNİBPrezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Sea Breeze” istirahət mərkəzinin ərazisində həyata keçirilən layihələrlə tanış olublar YENİLƏNİBPrezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Sea Breeze” istirahət mərkəzinin ərazisində həyata keçirilən layihələrlə tanış olublar YENİLƏNİBPrezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Sea Breeze” istirahət mərkəzinin ərazisində həyata keçirilən layihələrlə tanış olublar YENİLƏNİB

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Sea Breeze” istirahət mərkəzinin ərazisində həyata keçirilən layihələrlə tanış olublar YENİLƏNİB

İlham Əliyev və Mehriban Əliyeva “Sea Breeze”də olublar

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri aprelin 18-də Bakıda “Sea Breeze” istirahət mərkəzinin ərazisində həyata keçirilən cari və perspektiv layihələrlə tanış olublar.

Məlumatı Prezidentin Mətbuat Xidməti yayıb.

İran Prezidenti Azərbaycana səfər edəcək

İran Prezidenti Məsud Pezeşkian aprelin 28-də Azərbaycana səfər edəcək.

"Report" məlumatına görə, bu barədə "Azad İran" İranın Ticarət-Sənaye Palatasının sədr müavini Hüseyn Pirmoazzinə istinadən xəbər verir.

Onun sözlərinə görə, İran Prezidentinin səfərindən əvvəl Bakıya Ərdəbil vilayəti və ölkənin şimal-qərb vilayətlərindən 110 özəl sektor nümayəndəsi və sahibkardan ibarət qrup yola düşəcək.

İlham Əliyev Çavuşoğluya başsağlığı verib

Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin millət vəkili cənab Mövlud Çavuşoğluya başsağlığı məktubu ünvanlayıb.

Başsağlığnda deyilir:

"Hörmətli cənab Çavuşoğlu.

Ailənizə üz vermiş ağır itki - atanız Osman Çavuşoğlunun vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu üzüntülü anlarda dərdinizə şərik çıxır, Sizə və ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verir, səbir diləyirəm.

Allah rəhmət eləsin!"

Xarici diplomatlar Xankəndidə - Video

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələri Xankəndi şəhərinə səfər edib. 

Səfərdə Azərbaycanda akkreditə olunmuş 33 ölkədən və 7 beynəlxalq təşkilatdan, ümumilikdə 100-dən çox diplomat və hərbi attaşelər iştirak edir.

Səfərdə məqsəd xarici diplomatları Xankəndi şəhərində həyata keçirilən bərpa-yenidənqurma işləri və Qarabağ Universitetində tələbələr üçün yaradılan şəraitlə yaxından tanış etməkdir.

Bununla yanaşı, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında sözügedən səfərdən görüntülər paylaşıb. 

Onun sözlərinə görə, Xankəndinin azad edilməsi ilə Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib.

 

 

 

 

Xəbər lenti