Paşinyan Əliyevin qurduğu yeni Qafqaz düzəni ilə barışdı: Bakı Ermənistanın siyasi sistemini də dizayn edir

Baş nazir Nikol Paşinyan Ermənistan cəmiyyətini müasir dünya ilə uyğunlaşmağa, Cənubi Qafqazdakı mövcudluq şərtlərini qəbul etməyə çağırıb... Ermənistan bundan sonra birmənalı şəkildə Azərbaycanın müəyyən etdiyi geopolitik şərtlər çərçivəsində mövcud olmaq məcburiyyətində qalacaq...

"Yeni Müsavat" xəbər verir ki, Cənubi Qafqazda bir dövr başa çatmaqdadır. Geopolitik proseslərin bütün inkişaf istiqamətləri bu regionda yeni mərhələyə keçid dövrünün başlanmaq üzrə olduğunu göstərir. Belə ki, hazırda həm beynəlxalq siyasi iradə mərkəzləri, həm region ölkələri, həm də Cənubi Qafqaza qonşu ölkələrin mövcud status-kvo ilə barışmaq məcburiyyətində qalmış kimi görünürlər. Və bu, o deməkdir ki, Cənubi Qafqazda cərəyan edən geopolitik proseslərə kənardan kobud müdaxilə daha əvvəlki kimi asan olmayacaq.

Onu da qeyd etmək lazımdır ki, son illərə qədər bu region kənar kobud müdaxilələr daha çox Rusiya tərəfindən edilirdi. Ukrayna savaşında Rusiyanın ciddi şəkildə zəifləməsindən sonra kənar müdaxilə təşəbbüsü böyük ölçüdə Qərb siyasi dairələrinin əlinə keçdi. Ona görə də, indi hətta Rusiya belə, Qərbdən bu regiona edilən kobud müdaxilə cəhdlərinə müqavimət göstərilir. Və Rusiya siyasi dairələrinin verdiyi açıqlamalarda bu, açıq-aşkar nəzərə çarpır.

1ff119a5-34dc-4534-9b0c-76c8dc562dd1.jpg (98 KB)

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Ermənistan-Azərbaycan sərhədində baş verən atışmalar, Avropa Birliyinin Ermənistandakı mülki müşahidə missiyası ilə bağlı keçirilən brifinqdə vurğulandığı kimi, regiondan kənar oyunçuların Cənubi Qafqazda sülhə dəstək vermədiyinin birbaşa göstəricisidir. Onun sözlərinə görə, avropalılar, xüsusən də, fransızlar öz geosiyasi maraqları naminə bölgədə gərginliyi qorumaqda maraqlıdırlar. Və üstəlik, bu fəaliyyət barədə Ermənistan qarşısında deyil, məhz birbaşa Brüsselə hesabat verirlər.

Maraqlıdlr ki, rus diplomatiyasının rəsmi təmsilçisi Azərbaycanın yekun sülh sazişinin imzalanması üçün Ermənistan qarşısında irəli sürdüyü iki şərtdən biri barədə Rusiyanın mövqeyini açıqlayıb. Onun fikrincə, Minsk Qrupunun fəaliyyətinin sabotajı edilməsi və faktiki olaraq dağılmasına görə əsas məsuliyyət fransızların üzərinə düşür: "Onların Ermənistandakı əsas məqsədləri nədir? Onları "monitorinqçi-casuslar" da adlandırmaq olar. Çünki onlar həm daxilə, həm də xaricə qarşı, Ermənistana qonşu bütün dövlətlər və ölkələr əleyhinə işləyirlər. Düzdür, onlar NATO missiyası adlanmırlar, NATO qərargahının nümayəndəliyi deyillər. Ancaq həmin missiyada iştirak edən dövlətlər məhz NATO ölkələridir”.

Göründüyü kimi, Rusiya Ermənistanda Qərbin fəaliyyətindən narazıdır. Üstəlik, Kreml bu fəaliyyəti regional sülh prosesi qarşısında əsas problem olaraq, görür. Əslində, Qərb siyasi dairələrinin Ermənistanı "geopolitik müstəmləkə"yə çevirərək, Cənubi Qafqazda sülhə və sabitliyə təhlükə törətdikləri inkaredilməz reallıqdır. Və rəsmi İrəvan da Qərbdən gələn təlimatları icra etməklə, "regional alət" rolunu oynamaqda davam edir.

87b2cda9b163b56892f4e00a15c14b5d.jpg (491 KB)

Ancaq son vaxtlar ABŞ-ın Ermənistana tam laqeydliyi, buna paralel olaraq da Avropa Birliyinin rəsmi İrəvana siyasi-ideoloji dəstəyinin ciddi şəkildə zəifləməsi Paşinyan hakimiyyətini olduqca çətin vəziyyətə salıb. Rəsmi İrəvan Ermənistan üçün müəyyən olunmuş ənənəvi hədəflərin artıq təhlükəli olduğunu da anlamağa başlayıb. Hər halda, xarici dəstəyin zəiflədiyi bir şəraitdə həmin avantürist hədəflər birbaşa Ermənistana qarşı yönəlmiş olur. Və real hərbi-siyasi təhlükə mənbəyinə də çevrilə bilər.

Ona görə də, Ermənistan baş naziri Nikol Paşinyan son vaxtlar ənənəvi erməni hədəflərindən imtina olunmasının vacibliyini qabartmağa başlayıb. Onun fikrincə, qondarma "Qarabağ hərəkatı" hazırda Ermənistan dövlətçiliyi üçün real təhlükəyə çevrilməkdədir. Erməni baş nazir hesab edir ki, bu "hərəkatı" yenidən başlatmaq cəhdləri Ermənistan üçün dağıdıcı nəticələr doğura bilər. Baş nazir Nikol Paşinyan bildirib ki, müstəqillik elan edildikdən sonra Ermənistanda dövlət modeli əsasən "Qarabağ məsələsi" üzərində indeksləşdirilərək, digər önəmli inkişaf ideyaları qurban verilib. Və bu, Ermənistanı öz maraqlarının alətinə çevirmək istəyən xarici güclər tərəfindən istifadə olunub.

Maraqlıdır ki, baş nazir Nikol Paşinyan sülh prosesinə münasibətdə Azərbaycanın şərtlərinə yaxın mövqedən çıxış edib. Sülh sazişinin razılaşdırıldığını xatırladan erməni baş nazir Ermənistan və Azərbaycan arasında müharibə ehtimalını unutmağa çağırıb. O, bildirib ki, sülh sazişi ilə eyni vaxtda Minsk Qrupunun ləğvi ilə bağlı sənədi də imzalamağa hazırdır. Eyni zamanda, vurğulayıb ki, Ermənistanın yeni konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları ifadə edən müstəqillik barədə akta istinad edilməsi yolverilməzdir. Və bu, Paşinyan hakimiyyətinin Ermənistan cəmiyyətini sülh sazişinin imzalanmasına hazırlamaq niyyətini sezdirir.

58ca911243c3fd4ca9342955a69a883a.jpg (140 KB)

Nə qədər qəribə də olsa, baş nazir Nikol Paşinyan Ermənistanda yeni sosial-psixoloji inqilabın başlandığını da bəyan edib. Erməni baş nazir müxalifət düşərgəsini yeni reallıqları anlamamaqda ittiham edib. Onun fikrincə, Ermənistan indi ilk dəfə olaraq, həqiqətən müstəqil və suveren bir dövlət qurmaq üçün nadir tarixi şans qazanıb. Və şansdan istifadə etmək üçün əvvəlcə mövcud reallıqları qəbul etmək, eyni zamanda gələcək hədəfləri müasir dövrün tələblərinə uyğunlaşdırmaq əsas şərtdir.

Belə anlaşılır ki, Ermənistan cəmiyyətində hökm sürən absurd və qondarma erməni narrativləri artıq öz əhəmiyyətini tamamilə itirməyə başlayıb. Hər halda, baş nazir Nikol Paşinyan həmvətənlərini müasir dünya ilə uyğunlaşmağa, Cənubi Qafqazda mövcudluq şərtlərini qəbul etməyə çağırıb. Cənubi Qafqazda isə bütün şərtlər məhz Azərbaycan tərəfindən müəyyən edilir. Yəni, dolayısı ilə Ermənistan bundan sonra birmənalı şəkildə Azərbaycanın şərtləri çərçivəsində mövcud olmaq məcburiyyətindədir. Çünki rəsmi Bakı Cənubi Qafqazda yeni geopolitik düzən qurur. Və bununla həm də Ermənistanın siyasi sistemini yenidən dizayn edir.

03 May 2025 İlham ƏIiyev həmkarını təbrik etdi
02 May 2025 Zəngəzur uğrunda yeni mübarizə - Bakıdan gözlənilməz həmlə
02 May 2025 Prezidentin Balaxanı Sənaye Parkının genişləndirilməsi ilə bağlı sərəncamının icrasına başlanılıb
01 May 2025 İlham Əliyev sərəncam imzaIadı
01 May 2025 Kamran Əliyevdən təşəkkür: “Qarabağ və Şərqi Zəngəzura həyat qayıdıb”
01 May 2025 Kamran Əliyev yenidən Baş prokuror təyin edildi - YENİLƏNİB
01 May 2025 Milli Məclis bu gün Kamran Əliyevin məsələsinə baxacaq
30 Aprel 2025 Prezident yük maşınının sükanı arxasında - FOTO
30 Aprel 2025 İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında bir sıra müəssisələrin açılışını edib
30 Aprel 2025 “Azərbaycan yaxın dostu İsraillə münasibətlərin genişlənməsinə xüsusi əhəmiyyət verir”
30 Aprel 2025 Prezident Qusarda kompleksin fəaliyyəti ilə tanış oldu - Fotolar
30 Aprel 2025 Bu gün XTQ-nin yaradılmasından 26 il ötür
29 Aprel 2025 Şimal-Cənub nəqliyyat dəhlizi bu layihədə iştirak edən bütün ölkələrə çox böyük səmərə gətirəcək, böyük fayda verəcək
29 Aprel 2025 Azərbaycan dəmir yolunu gələn il İran sərhədinə, Zəngilan-Ağbənd istiqamətinə çatdıra bilər
29 Aprel 2025 Bakı səfərindən paylaşım etdi - Foto
29 Aprel 2025 Əli Nağıyev: Azərbaycan Əfqanıstanın sabitliyi və təhlükəsizliyi ilə bağlı dəstəyini əsirgəməyib
28 Aprel 2025 Aramızda ixtilaf yaratmaq istəsələr, yol verməyəcəyik - Pezeşkian
28 Aprel 2025 Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər
28 Aprel 2025 "Azərbaycan vasitəsilə nəqliyyat marşrutları ən təhlükəsiz, ən qısa və ən cəlbedici marşrutlardan biri olacaq"
28 Aprel 2025 Əliyev Pezeşkianı qarşıladı - YENİLƏNİB

Xəbər lenti