![]() |
|
Prezident İlham Əliyev Cəlilabad rayonunun Sərhədabad-Əliabad-Zəhmətabad-Soltankənd avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
“Yol-xeber.az” xəbər verir ki, Sərəncama əsasən, yeddi min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən Sərhədabad-Əliabad-Zəhmətabad-Soltankənd avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 yanvar tarixli 445 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.19.21-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 1,5 milyon (bir milyon beş yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Ermənistan ordusu Azərbaycanla sərhədin Tavuş istiqamətindən geri çəkilir.
publika.az xəbər verir ki, "Hayekve" vətəndaş assosiasiyasının üzvü, siyasi ekspert Avetik Kerobyan orduya sərhəddən geri çəkilmək əmrinin verildiyini iddia edir.
Onun iddiasına görə, Tavuşda hərbçilərə mövqelərindən enmək tapşırığı verilib.
"Onlara deyilib ki, "bu əraziləri tərk edin". Çünki həmin istiqamətdə sərhədin delimitasiyası aparılacaq və müəyyən ərazilər Azərbaycana təhvil veriləcək. Yaxın gələcəkdə Azərbaycan ordusunun Tavuş istiqamətində mövqelərinin irəliləyəcəyinin şahidi olacağıq", - o bildirib.
Bu gün Azərbaycan xalqına və dövlətinə qarşı cinayət törətmiş şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi mümkün olub.
Bunu Baş prokuror Kamran Əliyev Xankəndidə “Heydər Əliyev və suveren Azərbaycan” mövzusunda keçirilən konfransda deyib.
Onun sözlərinə görə, Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən vaxtilə Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma “Dağlıq Qarabağ Respublikası” və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycan dövlətinə və xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətlərində təqsirləndirilən 16 şəxs barəsindəki cinayət işləri ibtidai istintaqı yekunlaşdırılaraq aidiyyəti üzrə baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib və həmin cinayət işi üzrə məhkəmə baxışı keçirilir.
Ermənistanla kommunikasiyaların açılması təklifi erməni tərəfindən deyil, Azərbaycan tərəfindən irəli sürülüb.
Yol-xeber.az-ın məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatik Forumu çərçivəsində keçirilən "Cənubi Qafqazda regional əməkdaşlıq üçün çağırışlar və imkanlar" mövzusunda panel müzakirəsində bildirib.
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev ailə üzvləri ilə birlikdə IV Antalya Diplomatiya Forumun açılışında iştirak edib.
> >“Forum zamanı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın övladları Əli və Mikayıl Ağalarovlar Tükiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.
> >Həmin fotonu Əli Ağalarov sosial şəbəkədə paylaşıb.
>"2025-ci il aprelin 4-də Səmərqənddə Avropa Komissiyasının sədri ilə yanaşı, qeyd edilən region dövlətlərinin rəhbərlərinin də iştirakı ilə Avropa İttifaqı (Aİ) və Mərkəzi Asiya ölkələrinin birinci sammiti keçirilib. Əvvəllər Avropa İttifaqının keçmiş Sovet İttifaqı respublikaları ilə oxşar qarşılıqlı fəaliyyət formatları mövcud idi, məsələn, "Şərq tərəfdaşlığı" proqramı, hansı ki, oraya Belarus, Moldova, Ukrayna, Azərbaycan, Ermənistan və Gürcüstan daxil idi".
Bu barədə "Caliber" "YouTube" kanalında yayımlanan növbəti videosüjetdə bəhs edilir.
"Üç il əvvəl, həmçinin Aİ-Afrika İttifaqı formatında sammit də keçirilib. İndi isə, gördüyümüz kimi, Brüssel öz nəzərlərini, Tacikistan istisna olmaqla, həmçinin Türk Dövlətləri Təşkilatının da üzvü olan dövlətlərin əksəriyyətinin təmsil olunduğu yeni regiona çevirib. Bu, dərhal belə bir fikir formalaşdırır ki, elan olunduqdan sonra ən tez zamnda keçirilən bu sammitin təşəbbüskarları kifayət qədər həssas məqsəd güdürlər və bu təşəbbüskarlar, şübhəsiz ki, Mərkəzi Asiyanın özündən daha çox Avropa İttifaqında otururlar. Belə bir sual yaranır: niyə təşəbbüskarlar əksər dövlətləri Türk Dövlətləri Təşkilatının üzvü olan regionla əlaqələri gücləndirmək qərarına gəldilər?" - deyə materialda bildirilir.
Daha ətraflı videosüjetdə:
Prezident İlham Əliyevin aprelin 11-də Antalyada Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə görüşü olub.
Prezident İlham Əliyev Suriyada baş vermiş dəyişikliklərlə əlaqədar məmnunluğunu bildirərək, bununla bağlı Əhməd Əl Şaraanı təbrik etdi.
Dövlətimizin başçısı dedi ki, dəyişikliklərdən sonra Azərbaycan nümayəndə heyəti ən qısa müddət ərzində bu ölkəyə göndərilib və Əsəd rejiminin siyasəti səbəbindən uzun zaman fəaliyyət göstərməyən Azərbaycanın Suriyadakı səfirliyi fəaliyyətini bərpa edib.
Prezident İlham Əliyev Suriyada sabitliyin möhkəmləndirilməsi üçün zəruri olan bu ölkənin bərpa prosesində Azərbaycanın iştirak etməyə hazır olduğunu qeyd etdi.
Əhməd Əl Şaara Azərbaycan tərəfinin dəstəyinə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.
O, gələcəkdə energetika, infrastruktur, təhlükəsizlik sahələrində Azərbaycanın Suriyaya dəstək göstərməsinin önəmini qeyd etdi.
Suriyada sabitliyin bərpası üçün əlindən gələni etdiyini deyən Əhməd Əl Şaara bununla belə xarici faktorların bu məsələyə təsirindən narahatlığını vurğuladı.
Söhbət zamanı, eyni zamanda, Azərbaycan-Suriya-Türkiyə üçtərəfli əməkdaşlıq formatının inkişafı məsələsinə toxunuldu.
Görüşdə iki ölkə arasında yüksəksəviyyəli rəsmi nümayəndə heyətlərinin və biznes dairələrinin təmsilçilərinin qarşılıqlı səfərlərinin həyata keçirilməsi ilə bağlı razılıq əldə olundu.
Azərbaycanın dövlət başçısı Əhməd Əl Şaraanı ölkəmizə səfərə dəvət etdi.
Dəvət minnətdarlıqla qəbul olundu.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 11-də Antalyada Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə görüşü olub.
Türkiyənin Antalya şəhərində keçirilən IV Diplomatiya Forumu çərçivəsində bu gün keçirilən müzakirələrdən biri də münaqişələrin həllində parlament diplomatiyasının roluna həsr olunub.
Forumun moderatoru Türkiyə Respublikasının vitse-prezidenti Fuat Oktay olub.
Müzakirələrdə Azərbaycan deputatları da daxil olmaqla, bir sıra ölkələrin parlamentariləri, siyasətçiləri və ekspertləri iştirak ediblər.
Fuat Oktay açılış nitqində qeyd edib ki, artıq ənənəvi diplomatiya təkbaşına münaqişələrin həlli üçün yetərli deyil:
“Ona görə də biz bütün imkanlardan, o cümlədən parlament diplomatiyasından da istifadə etməliyik. Münaqişələrin, münasibətlərin, savaşların həlli üçün daha çox dialoq, əməkdaşlıq və anlaşma mühiti formalaşdırmaq vacibdir”.
Paneldə çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin deputatları da bu mövzuda fikirlərini bölüşüblər.
Deputat Ramil Həsən və Qərbi Azərbaycan İcmasının rəhbəri, millət vəkili Əziz Ələkbər Ermənistan-Azərbaycan münaqişəsinə toxunaraq, xüsusilə Qərbi azərbaycanlıların tarixi torpaqlarından zorla köçürülməsi, bu prosesdə baş verən qətliamlar və sürgünlər barədə ətraflı məlumat veriblər.
Onlar çıxışlarında vurğulayıblar ki, bütün savaşların sonunda sülh və diplomatiya qaçılmaz olur:
“Bugünkü reallıq da onu göstərir ki, Ermənistan-Azərbaycan münasibətləri hazırda məhz danışıqlar və diplomatik proses mərhələsindədir. Bu isə bir daha göstərir ki, diplomatiyanın və parlamentlərarası dialoqun rolu son dərəcə önəmlidir.”
Deputat Əziz Ələkbər çıxışında Qərbi azərbaycanlıların məsələsinin tarixi, bugünkü mərhələsi və gələcəyi ilə bağlı fikirlərini də iştirakçılarla bölüşüb.
Səhər saatlarında verilən məlumata görə, Antalya Diplomatiya Forumu paralel olaraq müxtəlif zallarda debat və oturumlarla davam edir. Aprelin 11-dən 12-nə qədər davam edəcək bu forum çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edir. Prezident İlham Əliyev artıq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb və bu barədə rəsmi məlumatlar yayılıb.
Forumun gedişi ərzində Azərbaycan nümayəndə heyətinin də bir sıra görüşlər və çıxışları gözlənilir.
Antalyada Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü başa çatıb.
***
Bu dəqiqələrdə Antalyada Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü keçirilir.
Görüş hazırda davam edir.
Azərbaycan Prezidenti İlham Əliyevin bu gün Antalyada Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar ilə görüşü olub.
“Bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb.