![]() |
|
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Bakıdakı Müqəddəs Məryəm Ana kilsəsində olub, Roma Papası Fransiskin vəfatı ilə əlaqədar başsağlığı veriblər.
“Dövlət başçısını və birinci xanımı Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti, yepiskop Vladimir Fekete qarşılayıb.
Azərbaycan Prezidenti və birinci xanım matəm kitabına ürək sözlərini yazıblar.
İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə “Sahibkarlar Günü” və 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması münasibətilə keçirilən “Konstitusiya və Suverenlik - Azərbaycanda sahibkarlığın inkişafı” mövzusunda konfransın iştirakçıları Azərbaycan Prezidenti İlham Əliyevə müraciət ünvanlayıblar.
Müraciət sahibkarlar adından “Pasha Holding” MMC-nin Hüquq üzrə rəhbəri və Komplayens Departamentinin direktoru Aytac Qasımova tərəfindən səsləndirilib.
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallası qəbul edib.
“Bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
"Azərbaycan Prezidenti cənab İlham Əliyevin Çinə ikinci dövlət səfəri zamanı hər hansı anlaşma olmasa idi belə, iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin qurulmasına dair Birgə Bəyanatdakı bir cümlə onun son dərəcə uğurlu keçdiyini deməyə əsas verir: “Çin Azərbaycan tərəfinin təklif etdiyi sülh gündəliyini qətiyyətlə dəstəkləyir və qarşıdurmaya yönəlmiş geosiyasi oyunları qeyri-məhsuldar hesab edir”. Bu bir cümlənin arxasındakı reallıq ondan ibarətdir ki, rəsmi Pekin Azərbaycanın Ermənistan konstitusiyasında Qarabağın bir hissəsinin onlarınkı kimi təsbit edildiyi maddənin ləğvini və Minsk qrupunun buraxılması üçün birgə çağırış tələbini dəstəkləyir, Zəngəzur dəhlizinin açılmasından yanadır. Eyni zamanda qərbdəki bəlli çevrələrin, sərhəddimiz boyunca casus missiyası yerləşdirənlərin məqsədlərinin regionda qarşıdurma yaratmaq olduğunu və onların məkrli oyunlarının arzuladıqları kimi bitməyəcəyini Çin də təsdiqləyir".
Bu sözləri Milli Məclisin deputatı Sahib Alıyev Prezident İlham Əliyevin Çinə səfərini şərh edərkən deyib.
Onun sözlərinə görə, Çinlə strateji tərəfdaşlığımızın doğrudan hərtərəfli xarakter daşıyacağı, təkcə iki ölkə arasında demək olar ki, bütün sahələrdə əməkdaşlığın qurulması, genişləndirilməsi və dərinləşdirilməsində deyil, bunun beynəlxlaq müstəvidə bir-birinin təşəbbüs və addımlarının dəstəklənməsi, eləcə də təşviqində də özünü göstərəcəyini Birgə Bəyanatdakı bəzi maddələrdən aydın görmək olur.
Onların arasında bizim üçün ən önəmliləri Çinin "Bir kəmər, bir yol" təşəbbüsünün “İpək Yolunun dirçəldilməsi” və 2030-cu ilə qədər olan sosial-iqtisadi inkişaf strategiyamızla uyğunlaşdırılmasının möhkəmləndirilməsini, ölkəmizin Dünya Ticarət Təşkilatına tezliklə üzv olmasını, “Bakı Prosesi” çərçivəsində mədəniyyətlərarası dialoqun təşviqi yönündə çağırılan qlobal forumları, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsində sədrliyimizi, ŞƏT-də hüquqi statusumuzun artırılmasını, COP29 çərçivəsində irəli sürdüyümüz "Dayanıqlı və sağlam şəhərlərin formalaşması üçün Multisektoral Fəaliyyət Yolları” təşəbbüsümüzü, Azərbaycanın dünyada rolunun və yumşaq güc potensialının artmasına yönəlmiş digər addımları dəstəkləməsidir .
Birgə Bəyanatda Çin liderinin Azərbaycana səfərə dəvət edildiyinin də əksini tapması o deməkdir ki, Sədr Si Cinpini biz Bakıda görəcəyik. Bu isə artıq Çinin Azərbaycan üzərində hər hansı böyük dövlətlərin kölgəsini görmədiyinin və görmək istəmədiyinin növbəti təsdiqi olacaq.
ABŞ-nin Ukraynadan Krımı Rusyanın bir hissəsi kimi tanımasını tələb etdiyi və Moskvaya daha da böyük güzəştlərə gedilə bilinəcəyinin proqnozlaşdırıldığı bir dönəmdə Azərbaycanın indiyədək yeritidiyi balanslı, yəni sırf milli maraqlarına dayanan siyasəti qoruyub saxlaması və möhkəmləndirməsi üçün bu səfər zamanı imzalanan razılaşmaların, özəlliklə də Çin kimi nəhənglə hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulmasının, iki liderin bir-birinə açıq sezilən rəğbət və güvəninin nə dərəcədə önəmli olduğunu məncə, daha detallı açıqlamağa ehtiyac yoxdur".
Konstitusiya ilə təsbit olunan institutların inkişafı ilə əlaqədar dəyişiklik və əlavələr edilməlidir.
Bunu parlament sədrinin müavini Ziyafət Əsgərov Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin “Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda keçirdiyi elmi-praktik konfransda çıxışı zamanı deyib.
Sədrin müavini əlavə edib ki, Azərbaycan konstitusiyası dünyada sayılıb-seçilən normativ hüquqi aktlardan biridir:
“Bu mənada konstitusiyamızla fəxr edə bilərik. Amma həyat yerində dayanmır, ictimai münasibətlərin dinamikası sürətlə irəliləyir. Yeni problemlərin yaranması, yeni institutların meydana gəlməsi, onların fəaliyyətinin tənzimlənməsi meydana çıxır. Ona görə də müxtəlif illərdə konstitusiyamıza insanların hüquq və azadlıqları ilə bağlı əlavələr edildi. Konstitusiya islahatları əslində davam edən prosesdir. Konstitusiya ilə təsbit olunan institutların inkişafı ilə əlaqədar dəyişiklik və əlavələr edilməlidir”.
Ermənistanda referendum keçirilib Konsitutsiyaya dəyişiklik edilməyənədək sülh sazişi imzalanmayacaq.
Bunu deputat Elman Nəsirov parlamentdə ictimai dinləmə zamanı deyib.
Deputat bildirib ki, 2026-cı ilin mayında Ermənistanda parlament seçkiləri keçirilməsi nəzərdə tutulur. "Ola bilsin ki, referendum parlament seçkiləri ilə eyni vaxtda keçirilsin. Əgər olmasa, o zaman referendum 2027-ci il ildə keçiriləcək. Ovaxtadək sülh sazişi imzalanmayacaq. Avropa İttifaqının Ermənistandakı casus şəbəkəsi olan missiyanın da fəaliyyətinə sülh müqaviləsinin imzalanması paralel olaraq son veriləcək.",- deputat qeyd edib.
Onun sözlərinə görə, casus şəbəkəsinin tərkibində Aİ üzvü olmayan, NATO üzvü olan ölkələrin iştirakı onu deməyə əsas verir ki, bu şəbəkə NATO-nun mülki hərbi missiyadır.
Deputat Elçin Mirzəbəyli isə bildirib ki, missiya heç bir standarta uyğun olmayan şəkildə yaradılaraq fəaliyyət göstərir. "Ermənistan tərəfi və Qərb bu missiyanın uzunmüddətli və ya daimi olmasına çalışır. Çünki Paşinyan bəyan edib ki, missiya ancaq sərhədlərin delimitasiya olunmuş ərazilərindən geri çəkiləcək. Delimitasiya prosesi 19 il və daha çox çəkə bilər. Bu isə deməkdir ki, onlar casus missiyasının bölgədə müddətsiz qalmasına çalışırlar", - deputat bildirib.
Deputat Sahib Alıyev bildirib ki, casus şəbəkəsindən geosiyasi proseslərdə və İrana qarşı istifadə edilməsi gözləniləndir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pekində CGTN (China Global Television Network) telekanalına müsahibə verib.
Bu barədə AZƏRTAC xəbər verir.
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Çinə səfər ediblər.
Ötən gün Prezidentin Pekində rəsmi qarşılanma mərasimi olub.
İTV Çin paytaxtının ali mərasimə hazırlıq hissəsindən süjet hazırlayıb.
Həmin videomaterialı təqdim edirik:
Qeyd olunub ki, görüşdə “China Energy Engineering Corporation Limited” şirkətinin Azərbaycanda hazırda bir neçə layihə həyata keçirdiyi vurğulandı. Qeyd edildi ki, şirkət Xəzər dənizində 1 gigavat külək enerjisi mega layihəsinin podratçısıdır. Füzuli rayonunda günəş enerjisi və digər layihələrə isə “China Energy Engineering Corporation Limited” investisiya yatırıb.
Sonq Hailianq rəhbərlik etdiyi şirkət tərəfindən Azərbaycanla birlikdə enerji dəhlizlərində əməkdaşlıqla bağlı təkliflərlə çıxış etdi.
Dövlətimizim başçısı “China Energy Engineering Corporation Limited” şirkəti ilə əməkdaşlığın prioritetliyinə və strateji xarakterinə toxundu.
Söhbət zamanı birgə uzunmüddətli enerji planlaşdırma layihəsi ilə bağlı fikir mübadiləsi aparıldı. Qeyd edək ki, Azərbaycan Prezidentinin Çinə dövlət səfəri çərçivəsində bununla da bağlı sənəd imzalanıb.
Görüşdə Azərbaycanda gələcəkdə Enerji tədqiqat mərkəzinin yaradılması ilə bağlı məsələlər müzakirə olundu. Şirkətin suyun idarəedilməsində böyük təcrübəsi nəzərə alınaraq bu sahədə də əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı.
Qeyd edək ki, fəaliyyət dairəsinə bərpa olunan enerji layihələri ilə yanaşı, hidrogen enerjisi, enerjinin saxlanması və iri elektrik şəbəkələrinin tikintisi kimi istiqamətlər daxil olan şirkətin 147 ölkədə 256 filialı var. Hazırda 416 layihəsi icra olunan şirkət Çinin bərpaolunan enerji bazarının 50%-nə nəzarət edir.
http://qanuninfo.az/uploads/posts/2025-04/1745472590_1745471702_192a0b35-42d4-3e3a-844b-cb8fad8907db_850.jpgAzərbaycan və Çin hər iki tərəfin xalqlarının seçdiyi və milli şərtlərə uyğun olan inkişaf yolunu seçməkdə bir-birini möhkəm dəstəkləyir, hər iki ölkənin təməl maraqlarının, suverenliyinin, təhlükəsizliyinin və ərazi bütövlüyünün qorunmasında bir-birinə qətiyyətli dəstək verirlər.
Bu barədə bu barədə Prezident İlham Əliyev və Çin Xalq Respublikasının Sədri Si Szinpinin imzaladığı Birgə Bəyanatda bildirilib.
Bəyanarda qeyd edilib ki, Azərbaycan tərəfi dünyada yalnız vahid bir Çinin mövcudluğunu, Tayvanın Çin ərazisinin ayrılmaz tərkib hissəsi olduğunu, Çin Xalq Respublikası hökumətinin bütün Çini təmsil edən yeganə qanuni hökumət olduğunu tanıyır, “Tayvanın müstəqilliyi”nin istənilən formasına qətiyyətlə qarşı çıxır və ölkənin yenidən birləşməsinin həyata keçirilməsində Çin hökumətini dəstəkləyir.
Çin Azərbaycan tərəfinin təklif etdiyi sülh gündəliyini qətiyyətlə dəstəkləyir və qarşıdurmaya yönəlmiş geosiyasi oyunları qeyri-məhsuldar hesab edir.