![]() |
|
Çin Xalq Respublikasının Sədri Si Cinpin Prezident İlham Əliyevi Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Çində keçiriləcək Zirvə Toplantısına və bu çərçivədə təşkil olunacaq bir sıra təntənəli tədbirlərə dəvət edib.
Çin Xalq Respublikasının Sədri aprelin 23-də Pekində Azərbaycan Prezidenti İlham Əliyevlə geniş tərkibdə görüşü zamanı bu dəvəti edib.
Dövlət başçısı dəvəti məmnunluqla qəbul edib.
Naxçıvan şəhəri ilə Çin Xalq Respublikasının Sincan-Uyğur Muxtar Rayonunun Urumçi şəhəri qardaşlaşır.
Bununla bağlı aprelin 23-də Pekində Azərbaycan Prezidenti İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Cinpinin iştirakı ilə sənəd imzalanıb.
Belə ki, Azərbaycanın Çindəki səfiri Bünyad Hüseynov və Çinin Urumçi şəhərinin meri Yakub Paydulla “Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhəri ilə Çin Xalq Respublikasının Sincan-Uyğur Muxtar Rayonunun Urumçi şəhəri arasında qardaşlaşmış şəhər münasibətlərinin qurulmasına dair Niyyət Məktubu”nu imzalayıblar.
Aprelin 23-də Pekində Azərbaycan Prezidenti İlham Əliyevin və Çin Sədri Si Cinpinin iştirakı ilə Azərbaycan-Çin sənədlərinin imzalanması mərasimi olub.
“Əvvəlcə Prezident İlham Əliyev və Sədr Si Cinpin “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”ı imzalayıblar.
“Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”i və “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi ilə Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyi arasında humanitar minatəmizləmə sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə dair Anlaşma Memorandumu”nu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Çinin xarici işlər naziri Van İ imzalayıblar.
“Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında Müqavilə”ni Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və Çinin xarici işlər naziri Van İ imzalayıblar.
“Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında texniki-iqtisadi əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və Çinin İnkişaf üzrə Beynəlxalq Əməkdaşlıq Agentliyinin direktoru Çen Siadon imzalayıblar.
“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Elm və Texnologiya Nazirliyi arasında elm və texnologiya sahələrində əməkdaşlıq haqqında Protokol”u Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Çinin elm və texnologiya naziri Yin Hecun imzalayıblar.
“Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Çin Xalq Respublikasının Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Çinin ədliyyə naziri Xı Ron imzalayıblar.
“Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Çin Xalq Respublikasının Mədəniyyət və Turizm Nazirliyi arasında 2025-2029-cu illər üzrə mədəni əməkdaşlıq haqqında Protokol”u Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Çinin mədəniyyət və turizm naziri Sun Yeli imzalayıblar.
“Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi ilə Çin Xalq Respublikasının Milli Əqli Mülkiyyət Administrasiyası arasında Anlaşma Memorandumu”nu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Çinin Milli Əqli Mülkiyyət Administrasiyasının rəhbəri Şen Çanyu imzalayıblar.
“Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Çin Milli Kosmik İdarəsi (CNSA) arasında kosmosda əməkdaşlıq və kosmik fəzadan dinc məqsədlər üçün istifadə haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Çin Milli Kosmik İdarəsinin rəhbəri Şan Conde imzalayıblar.
“Azərbaycan Respublikasının Dövlət Neft Fondu ilə Çinin İnvestisiya Korporasiyası arasında Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının Dövlət Neft Fondunun İcraçı direktoru İsrafil Məmmədov və Çinin İnvestisiya Korporasiyasının sədri və icraçı direktoru Can Çinson imzalayıblar.
“Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında “Bir kəmər, bir yol” təşəbbüsünün birgə təşviqi üzrə Əməkdaşlıq Planı”nı Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və Çinin Milli İnkişaf və İslahat Komissiyasının sədri Cen Şancye imzalayıblar.
“Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Çin Xalq Respublikasının Milli İnkişaf və İslahat Komissiyası arasında yaşıl və aşağı karbonlu inkişaf əməkdaşlığına dair Anlaşma Memorandumu”nu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Çinin Milli İnkişaf və İslahat Komissiyasının sədri Cen Şancye imzalayıblar.
“Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Çin Xalq Respublikasının Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi arasında sənaye sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Çinin sənaye və informasiya texnologiyaları naziri Li Lıçen imzalayıblar.
“Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında beynəlxalq multimodal daşımalar haqqında Saziş”i Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Çinin nəqliyyat naziri Liu Vey imzalayıblar.
“Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Çin Xalq Respublikasının Kommersiya Nazirliyi arasında maneəsiz ticarət üzrə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsinə dair Anlaşma Memorandumu”nu və “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Çin Xalq Respublikasının Kommersiya Nazirliyi arasında rəqəmsal iqtisadiyyatda investisiya əməkdaşlığının gücləndirilməsi haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Çinin kommersiya naziri Van Ventao imzalayıblar.
“Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə Sinxua İnformasiya Agentliyi arasında xəbər mübadiləsi və əməkdaşlıq haqqında müqavilə”ni Azərbaycanın Çindəki səfiri Bünyad Hüseynov və Çinin Sinxua İnformasiya Agentliyinin prezidenti Fu Xua imzalayıblar.
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti ilə Çin Media Qrupu arasında Əməkdaşlıq Sazişi”ni Azərbaycanın Çindəki səfiri Bünyad Hüseynov və Çin Media Qrupunun prezidenti Şen Haysion imzalayıblar.
“Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Çin Xalq Respublikasının Milli Məlumat Administrasiyası arasında rəqəmsal iqtisadiyyat üzrə əməkdaşlığın gücləndirilməsinə dair Anlaşma Memorandumu”nu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Çinin Milli Məlumat Administrasiyasının rəhbəri Lyu Lyehon imzalayıblar.
“Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhəri ilə Çin Xalq Respublikasının Sincan-Uyğur Muxtar Rayonunun Urumçi şəhəri arasında qardaşlaşmış şəhər münasibətlərinin qurulmasına dair Niyyət Məktubu”nu Azərbaycanın Çindəki səfiri Bünyad Hüseynov və Çinin Urumçi şəhərinin meri Yakub Paydulla imzalayıblar.
*İrandan ölkəmizə qarşı PUA təhlükəsi – Nə baş verir?
*Ərdoğan açıqladı: Azərbaycan və Pakistanla birgə...
*Türkiyə ordusu inqilab edir: Dünyada PUA daşıyan ilk gəmi!
*Bu ərazilər Azərbaycana verilməlidir, gecikir – Sərkisyan
*Ukrayna Krımı Rusiya ərazisi kimi tanıyacaq?
*Rusiyada güclü partlayış: əhali təxliyə edilir
*Ordumuzun döyüş postunun düz önündə “müşahidə”
*Rusiyaya təklifimiz hələ də qüvvədədir - Zelenski
*Amerikalılarla gərgin iş gedir - Peskov
*Trampın Netanyahu ilə bütün maraqları kəsişir - İranı nə gözləyir?
*Putindən Trampa TARİXİ HƏDİYYƏ - “O, sınmadı, qorxmadı, əksinə...”
*Rusiyada GÜCLÜ PARTLAYIŞ: fövqəladə vəziyyət elan edildi
*Kadırovla milyarder Süleyman Kərimovun “qan davası”na səbəb olan şirkətin taleyi MƏLUM OLDU
*Trampdan Qəzza AÇIQLAMASI - İcazə verməyəcəyik...
*Rubio Zelenskinin bu sözlərinə görə Londona getməyib
*Qarşıdurma polisdə bitdi: “Kilidi dəyişdirmişəm, Mütəllim Rəhimlini içəri buraxmıram”
*Zelenski: Zaporojye AES yalnız Ukraynanın nəzarəti altında işləyə bilər
*Putin gözlənilmədən müharibəni dayandırmağı təklif edib - Rusiya geri çəkilir?
*Krım bizim ərazimizdir, Ukrayna xalqının ərazisidir - Zelenski
*Rusiya Ukraynanın əksər şəhərlərinə havadan zərbələr endiridi - Çoxlu sayda yaralı və böyük miqyasda dağıntılar var
*Paşinyan azərbaycanlılara söz verdi, tikinti başladı – Sərkisyan
*Ərazi bütövlüyümüzün tam bərpasından 2 il ötür
*FT: Putin hazırkı cəbhə xəttində Ukrayna münaqişəsini dayandırmağı təklif edib
*KİV: ABŞ Avropaya Krımı Rusiya ərazisi kimi tanımağı təklif edəcək
*Ukrayna Rusiyanın daha bir ərazisinə hücum edib
Məlum olduğu kimi, Prezident İlham Əliyev Çində səfərdədir.
“ “CBC TV”nin aparıcısı Yelena Kosolapova sosial şəbəkə hesabında Azərbaycan Prezidentinin Pekində rəsmi qarşılanma mərasimindən görüntülər paylaşıb.
Həmin görüntüləri təqdim edirik:
Onu da qeyd etmək lazımdır ki, Azərbaycan qlobal məkanda geniş təsir imkanları qazanması üçün lazım olan bütün resurslara sahibdir. Belə ki, Azərbaycan Avropa Birliyinin enerji təhlükəsizliyi üzrə etibarlı tərəfdaşıdır. Rəsmi Bakı bəzi Qərb ölkələri, xüsusilə də, Şərqi Avropa dövlətləri ilə olduqca effektiv, qarşılıqlı faydalı münasibətlərin qurulmasına da nail olub. Və bu, yaxın gələcəkdə rəsmi Bakıya yeni dünya düzənində Azərbaycanı real iradə sahibinə çevirmək hədəfində yardımçı ola biləcək önəmli faktordur.
Digər tərəfdən, Azərbaycanın coğrafi mövqeyi də rəsmi Bakıya əlavə geopolitik manevr imkanları açır. Belə ki, Avropa Birliyi və Asiya ölkələri yeni iqtisadi-ticari marşrutlar üçün məhz Azərbaycana möhtacdır. Hazırda Azərbaycanla yaxşı münasibətlər qurmadan Avropa-Cənubi Qafqaz-Asiya nəqliyyat-kommunikasiya xəttinin qurulması demək olar ki, mümkün deyil. Və bu, Azərbaycana da genişmiqyaslı maliyyə-iqtisadi perspektivlər vəd edir.
Ancaq Avropa Birliyi Azərbaycanla enerji sahəsində geniş tərəfdaşlıq münasibətləri qursa da, siyasi sahədə kifayət qədər ciddi ziddiyyətlər mövcuddur. Belə ki, Avropa Birliyi də daxil olmaqla, əksər Qərb Qurumları Ermənistanı himayə etməklə yanaşı, Azərbaycana qarşı açıq-aşkar riyakar və qərəzli mövqe tuturlar. Üstəlik, Avropa Birliyi qarşılıqlı münasibətlərdə ikitərəfli mənfəət faktorundan yayınaraq, daha çox öz maraqlarını qabartmağa çalışır. Və bütün bunlar rəsmi Bakını alternativ siyasi-iqtisadi tərəgdaşlara yönəlməyə sövq edir.
Təbii ki, qərəzli və riyakar Avropa Birliyinə hazırda ən yaxşı alternativ məhz Çin ola bilər. Üstəlik, onu da nəzərə almaq lazımdır ki, ABŞ və Qərb arasında da ciddi qarşıdurma, hətta iqtisadi-ticari savaş dərinləşməkdə davam edir. Ona görə də, Çin itirməkdə olduğu ABŞ bazarına alternativ axtarmaq məcburiyyətindədir. Belə vəziyyətdə Azərbaycan Çin üçün xüsusi strateji əhəmiyyət qazanmış olur. Və bunun bəzi önəmli səbəbləri mövcuddur.
Məsələ ondadır ki, Azərbaycan iqtisadi-ticari, nəqliyyat-kommunikasiya, geostrateji baxımından, Çin üçün olduqca cəlbedici tərəfdaşdır. Çünki Çin ABŞ-la iqtisadi-ticari savaş ucbatından Avropa Birliyi məkanına yönəlmək niyyətini də qabarıq şəkildə biruzə verir. Bu hədəfə çatmaq üçün isə Azərbaycan Çin üçün əvəzolunmaz tranzit ölkədir. Və bu baxımdan, Azərbaycanın Çinin strateji iqtisadi-ticari planlarında xüsusi yer tuta biləcəyi qətiyyən şübhə doğurmur.
Ötən il Azərbaycan və Çin arasında strateji tərəfdaşlıq anlaşmasının imzalanması da iki ölkənin iqtisadi-ticari və logistika sahəsində əməkdaşlıq perspektivlərini ön plana çıxarmaqdadır. Ona görə də, son vaxtlar Azərbaycan-Çin münasibətlərinin yüksələn xətt üzrə inkişaf etməsi qətiyyən gözlənilməz deyil. Üstəlik, Azərbaycan da Çin kimi, Qlobal Cənubu təmsil edir. Rəsmi Bakı Azərbaycanın həm Şanxay Əməkdaşlıq Təşkilatında, həm də BRİCS-də təmsilçiliyinə yönəlik prinsipial addımların atılmasına artıq başlayıb. Və bu, Azərbaycan əsas iqtisadi-ticari, hətta siyasi hədəflərinin istiqamətini təxmin etmək imkanları da açır.
Maraqlıdır ki, son vaxtlar Azərbaycan və Çin arasında siyasi-diplomatik təmaslar da intensivlik qazanmağa başlayıb. Azərbaycan Prezidenti İlham Əliyevin Çin lideri Si Tsinpinin dəvəti ilə Pekinə rəsmi səfəri də hazırda böyük siyasi-strateji əhəmiyyət daşıyır. Belə ki, Azərbaycan lideri bu rəsmi səfərlə həm Çinlə strateji əməkdaşlıq sahələri üzrə münasibətləri daha da inkişaf etdirəcək, həm də Qərbə, xüsusilə də, Avropa Birliyinə birbaşa mesaj vermiş olacaq. Və bu, o deməkdir ki, Azərbaycan-Çin münasibətlərində yeni mərhələ artıq başlamaq üzrədir.
Təbii ki, bundan bir çoxları, xüsusilə də, Avropa Birliyi kifayət qədər ciddi narahatlıq keçirməli olacaqlar. Çünki rəsmi Bakı Qərblə Çin arasında balans siyasəti yürütməyə üstünlük versə də, ağırlıq mərkəzinin istiqaməti artıq dəyişə bilər. Hər halda, rəsmi Bakı Azərbaycana qərəzli münasibət göstərən Qərbə, xüsusilə də, Avropa Birliyinə alternativ tərəfdaşlıq istiqamətinin olduğunu təsdiqlədi. Və rəsmi Bakı Cənubi Qafqazda ermənipərəst Qərbin qarşısına "Çin səddi" çəkmək imkanlarını artıq göstərir.
Aprelin 23-də Pekində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə geniş tərkibdə görüşü olub.
Aprelin 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində ölkəmizin Energetika Nazirliyi ilə Çin şirkətləri arasında bir sıra sənədlər imzalanıb.
"İmzalanmış sənədlər arasında “Azərbaycan Respublikasının Hökuməti və “Universal Solar Azerbaijan” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında Azərbaycan Respublikasında 100 MVt gücündə Qobustan günəş elektrik stansiyası Layihəsi ilə bağlı İnvestisiya Müqaviləsi”, “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə “China Energy Overseas Investment Co. Ltd.” şirkəti arasında Azərbaycan Respublikasında dənizdə külək enerjisi layihəsinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı İcra müqaviləsi”, “Azərbaycan Respublikasının Energetika Nazirliyi, “China Datang Overseas Investment Co. Ltd” və “SOCAR Green” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında Böyükşor gölündə 30 MVt gücündə batareya enerji saxlanc sistemi ilə 100 MVt gücündə üzən günəş elektrik stansiyası layihəsinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı İcra müqaviləsi, “Azərbaycan Respublikasının Energetika Nazirliyi, “PowerChina Resources Limited” və “SOCAR Green” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 160 MVt gücündə günəş elektrik stansiyası layihəsinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı İcra müqaviləsi (mübadilə ediləcək)”, Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Çin Xalq Respublikasının Elektrik Enerjisinin Planlaşdırılması və Mühəndislik İnstitutu arasında “Bərpa olunan enerjinin inkişafı və elektrik enerji sisteminin planlaşdırılması”na dair Anlaşma Memorandumu” və “Azərbaycan Respublikasının Energetika Nazirliyi, “SOCAR Green” Məhdud Məsuliyyətli Cəmiyyəti, “China Datang Overseas Investment Co. Ltd” və “PowerChina Resources Limited” arasında Xəzər dənizinin Azərbaycan sektorunda 2 QVt gücündə dənizdə külək enerjisi layihəsinin inkişafına dair Anlaşma Memorandumu” yer alıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 22-də Çin Xalq Respublikasına dövlət səfərinə gedib.
Pekin Beynəlxalq Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Çin Xalq Respublikasının nəqliyyat naziri Liu Vey və digər rəsmi şəxslər qarşılayıblar.