pezeskian-bakidadir

İran Prezidenti Məsud Pezeşkian Azərbaycana yola düşüb.

Bu barədə məlumatı “Mehr” agentliyi yayıb.

Bildirilib ki, İran lideri Bakıda bir sıra görüşlər keçirəcək.

***

İran Prezidenti Məsud Pezeşkian bu gün Azərbaycana rəsmi səfərə gəlib.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

İran Prezidentini hava limanında Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.

pezeskian-bakiya-yola-dusdu

İran Prezidenti Məsud Pezeşkian Azərbaycana yola düşüb.

Bu barədə məlumatı “Mehr” agentliyi yayıb.

Bildirilib ki, İran lideri Bakıda bir sıra görüşlər keçirəcək.

Prezidentdən konfrans iştirakçılarına - Müraciət - Yenilənib

Bu gün Bakıda “Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi” adlı Forum keçirilir.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Prezident İlham Əliyevin Forum iştirakçılarına müraciətini səsləndirib.

Tədbirdə dünya əhalisinin təxminən 80 faizini əhatə edən 116 ölkədən nüfuzlu qeyri-hökumət təşkilatlarının rəhbərləri və vətəndaş cəmiyyəti nümayəndələri iştirak edirlər.

Forum çərçivəsində tarixdə ilk dəfə Qlobal Cənub QHT Platformasının təsis olunması nəzərdə tutulur.

***

Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda keçirilən Qlobal Cənub QHT Platformasının təsis konfransının iştirakçılarına müraciəti:

“Hörmətli konfrans iştirakçıları!

Bu gün Qlobal Cənubun həyatında vacib gündür. 100-dən artıq ölkənin nüfuzlu qeyri-hökumət təşkilatlarının, vətəndaş cəmiyyəti təmsilçilərinin iştirakı ilə ilk dəfə Qlobal Cənub QHT Platforması təsis olunur.

Çox şadıq ki, keçən ilin noyabrında Bakıda COP29 çərçivəsində Qoşulmama Hərəkatı ölkələrinin QHT-lərinin Cənub-Cənub əməkdaşlığı üzrə baş tutan beynəlxalq konfransı zamanı Azərbaycan Milli QHT Forumunun Qlobal Cənub QHT Platformasının yaradılması barədə təşəbbüsü güclü dəstək qazanmışdır. Bununla əlaqədar 140-a yaxın ölkədən 1000 nəfərdən çox QHT təmsilçisi və ictimai fəal birgə bəyanat imzalamışdır.

100-dən çox ölkədən 500-ə yaxın QHT-nin birləşdiyi COP29 QHT Koalisiyasının sonrakı dövrdə Qlobal Cənub QHT Platformasının təsisatlanması məqsədilə təşəbbüs qrupuna çevrilməsi birgə, koordinasiyalı fəaliyyətə ehtiyacı aydın nümayiş etdirmişdir.

Şaxələndirilmiş xarici siyasət yürüdən Azərbaycan 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatına 2019-2023-cü illərdə sədrlik edərək, inkişaf etməkdə olan ölkələrin maraqlarını qətiyyətlə müdafiə etmiş, mühüm qlobal təşəbbüslərlə çıxış etmişdir. Bu dövr ərzində tərəfimizdən fərqli iqtisadi durumda olan üzv dövlətlərə, o cümlədən COVID-19 zamanı 80-dən artıq ölkəyə humanitar və maliyyə yardımları göstərilmiş, Qoşulmama Hərəkatının təsisatlanması istiqamətində mühüm addımlar atılmışdır.

Qlobal Cənubun güclü səsinə çevrilən Azərbaycan bu platformanın məhz Bakıda təsis olunmasını Qoşulmama Hərəkatına və COP29-a sədrlik dövrlərində fəaliyyətinə verilən yüksək qiymət kimi qəbul edir. İnanıram ki, Qlobal Cənub QHT Platforması xalqlarımızın səsinin eşidilməsi, mövqelərinin dünya ictimaiyyətinə çatdırılması, onların haqlarının qorunması və hüquqlarının təmin edilməsi işinə böyük töhfə verəcəkdir.

Azərbaycanın Qlobal Cənub ilə Qlobal Şimal arasında fəal dialoq, o cümlədən qarşılıqlı anlaşma mühiti yaratması, uzun illər ərzində nail olunması mürəkkəb olan konsensus üçün davamlı şəkildə tarazlaşdırıcı mövqe tutması COP29 zamanı “Bakı sıçrayışı”nın əldə edilməsi ilə nəticələnmişdir. Biz Azərbaycanın ev sahibliyi ilə keçirilmiş və 197 ölkədən 80 minə yaxın iştirakçının qatıldığı COP29-da tarixi uğurlara imza atdıq və ölkəmiz haqlı olaraq COP29 irsi ilə fəxr edir.

Azərbaycan fəal diplomatiya vasitəsilə Qlobal Şimal və Qlobal Cənub arasında mövqe fərqliliklərini aradan qaldırmaq, daha inklüziv və effektiv dialoqu inkişaf etdirmək üçün bu gün də əzmlə çalışır. Lakin bu prosesdə uğura nail olmaq yolunda ən böyük maneə Qlobal Cənub və Qlobal Şimal arasında illər ərzində formalaşmış etimadsızlıqdır. Biz bu disbalansı aradan qaldırmaq məqsədilə Qlobal Cənub ilə Qlobal Şimal arasında körpü rolunu öz üzərimizə götürərək etimad quruculuğu işinə yeni töhfələr vermək əzmindəyik.

İqtisadi və siyasi transformasiyadan uğurla keçmiş, hərbi təcavüzlə üzləşmiş, ərazi bütövlüyü və suverenliyini öz gücünə tam bərpa etmiş bir dövlət kimi Azərbaycan az inkişaf etmiş, inkişaf etməkdə olan ölkələrin və bütövlükdə Qlobal Cənubun üzləşdiyi problemləri dərindən dərk edir. Biz bu məkanda həmrəyliyin, əməkdaşlığın, və davamlı inkişafın təşviqinə daim sadiqik.

Azərbaycan hər zaman qarşılıqlı hörmət və birgə inkişaf prinsiplərinə əsaslanan siyasət aparıb. Təəssüflər olsun ki, hazırda Qlobal Cənubu təmsil edən bir sıra ölkələrin hələ də əziyyət çəkdikləri əsas problemlərdən biri də bəzi Qərb ölkələrinin yürütdüyü neokolonializm siyasətidir. Biz müstəmləkəçiliyin bütün formalarını və təzahürlərini qətiyyətlə rədd edir, xalqlara faciələr, köləlik, iztirab gətirən bu cür davranışları qəbuledilməz hesab edirik.

Azərbaycan ölkələrin daxili işlərinə qarışmamaq prinsipinə əməl edən, xalqların siyasi sistemlərinə, mədəni, etnik, dini fərqliliklərinə hörmət edən, dinlərarası, sivilizasiyalararası, mədəniyyətlərarası dialoqu daim güclü təşviq edən ölkədir. İnanıram ki, birgə fəaliyyətimizlə xalqlarımız üçün daha işıqlı bir gələcək, yeni, ədalətli dünya düzəni qura bilərik.

Qlobal Cənub QHT Platformasının fəaliyyətinə uğurlar arzu edir və hər bir iştirakçını bu əlamətdar hadisə münasibətilə təbrik edirəm!

Azərbaycana hər zaman güvənə bilərsiniz!”

iran-prezidenti-azerbaycanlilar-ucun-heyderbabaya-salami-dedi

İran Prezidenti Məsud Pezeşkian Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” şeirini söyləyib.

“Qafqazinfo” xəbər verir ki, o, şeiri AzTV-yə müsahibəsi zamanı səsləndirib.  

“Şəhriyarın çox şeirləri var. Amma “Heydərbabaya salam” şeiri bizim həyatımızı özündə əks etdirir. Ona görə mən tez-tez ona müraciət edirəm”, - deyə Pezeşkian bildirib. 

Qeyd edək ki, İran Prezidentinin Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə bu gün Azərbaycana səfər edəcəyi gözlənilir.

M.Pezeşkianın şeir dediyi həmin görüntüləri təqdim edirik:

prezidentin-cin-telekanalina-musahibesinin

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Pekində Çinin CGTN (China Global Television Network) telekanalına müsahibə verib.

Dövlət başçısının müsahibəsi aprelin 25-də həmin televiziya kanalında yayımlanıb.

Müsahibənin tam mətnini təqdim edirik:

Müxbir Lyu Sin: Zati-aliləri Prezident ƏIiyev, “Danışır liderlər” verilişinə xoş gəlmisiniz.

Prezident İlham Əliyev: Sağ olun.

- Sizi verilişimizdə yenidən görmək böyük şərəfdir. Altı ildən sonra Çinə ilk dəfədir ki, dövlət səfərinə gəlmisiniz. Son dəfə Siz səfərinizin və ikitərəfli münasibətlərinizin əla səviyyədə olduğunu qeyd etdiniz. Beləliklə, indiki səfərinizi və ikitərəfli əlaqələri bir sözlə ifadə etsəydiniz, nə deyərdiniz?

- Elə indi də deyərdim ki, əlaqələr əladır. Bəli, haqlısınız. Altı ildən sonra yenidən səfər edirəm. Lakin bununla belə, mənim bu vaxta qədər bir sıra tədbirlərdə Sədr Si ilə görüşmək imkanım olub. Sonuncu dəfə biz iyul ayında Strateji Tərəfdaşlıq Haqqında Bəyannaməni qəbul etdiyimiz bir beynəlxalq tədbir çərçivəsində görüşdük. Bir sözlə, həmin görüş əməkdaşlığımızın olduqca mühüm tarixinə çevrildi, çünki münasibətlərimiz daha yüksək səviyyəyə qalxdı. Sonuncu görüşümüzdən bir ildən az vaxtın keçməsinə baxmayaraq, bu gün biz Sədr Si ilə hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanatı imzaladıq. Beləliklə, münasibətlərimizi daha yüksək səviyyəyə qaldırdıq. Bununla yanaşı, bir çox sahəni əhatə edən 20-dən artıq sənəd imzalandı. Bir sözlə, mən deyərdim ki, münasibətlər əladır. Səfər də, həmçinin. Nəticələrdən çox razıyam. İlk olaraq, Sədr Si tərəfindən Çinə dövlət səfərinə dəvət edilməkdən çox şərəfləndim. Buradakı mühit, qonaqpərvərlik, dostluq, eləcə də müzakirələrimizin mahiyyəti həqiqətən çox həvəsləndiricidir. Biz münasibətlərimizi daha yüksək səviyyəyə qaldırdıq.

- Əla. Yeri gəlmişkən, bu münasibətlə Sizi təbrik edirəm.

- Sağ olun.

- Bununla belə, bu dəfə fərqli nə isə hiss etdinizmi? Şəxsən Sizə nə isə təəssürat bağışladımı?

- Bu gün Çin rəhbərliyi ilə görüşlərim zamanı qeyd etdim ki, hər dəfə Çinə gələndə inkişaf görürəm. Bir çox yeni infrastruktur layihələrini, binaları və gözəl şəhəri görürəm. Dostlarımı sosial və iqtisadi inkişafda qeyri-adi nailiyyətlərlə, o cümlədən Çinin beynəlxalq aləmdəki fəaliyyəti ilə təbrik etdim. Hər zaman buraya gəlmək olduqca xoşdur. Burada dəfələrlə olmuşam. Çinə ilk səfərim hələ 2005-ci ildə olub. Bir sözlə, ötən 20 il ərzində ölkənin sürətli inkişafının və inanılmaz dəyişikliklərin şahidi olmuşam. Gördüklərim, iqtisadi inkişafla bağlı oxuduqlarım və mənə verilən məlumatlar göstərir ki, ölkəniz həqiqətən düzgün yoldadır. Bu münasibətlə sizi təbrik edirəm.

- Sağ olun. Bu yaxınlarda beynəlxalq forumda iştirakınız zamanı Siz bildirdiniz ki, “Bizim üçün xüsusi əhəmiyyət kəsb edən Çin kimi böyük ölkə ilə əməkdaşlığın strateji tərəfdaşlıq formatı Çin ilə Azərbaycan arasında ikitərəfli münasibətlərdə çox mühüm mərhələdir”. Bir halda ki, hazırda Siz bu münasibətləri hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə qaldırdınızsa, Sizə əlavə sual verim. Həmin addım konkret olaraq ikitərəfli əlaqələr üçün nə məna kəsb edir və Azərbaycan xalqı üçün hansı mahiyyətə malikdir?

- Əvvəlcə əgər siz Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələrinin Qurulması Haqqında Birgə Bəyanatın mətninə nəzər yetirsəniz, ikitərəfli əlaqələrin geniş gündəliyini görəcəksiniz. Ölkələrimiz milli maraqlara aid məsələlərdə həmrəylik və dostluq nümayiş etdirir. Biz bir-birimizin suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyirik. Biz “Vahid Çin” siyasətini qətiyyətlə dəstəkləyirik. Tayvanda qeyri-qanuni seçkiləri ictimaiyyət qarşısında açıq şəkildə pisləyən ilk ölkələr sırasında olmuşuq. Bəyanatın digər hissəsi ticarət, daşımalar, xalqlararası əlaqələr, humanitar tərəfdaşlıq kimi çox sayda məsələləri əhatə edir və əlbəttə ki, bu addım birgə təşəbbüsümüzdür. Beləliklə, həmin sənədin mahiyyəti çox əhəmiyyətlidir. Buna görə həmin ölkə ilə Bəyanatın imzalanması Azərbaycan üçün həqiqətən mühüm nailiyyətdir. Sizə deyə bilərəm ki, Azərbaycan öz bölgəsində bir çox ölkə ilə və həmçinin bəzi Avropa ölkələri ilə Strateji Tərəfdaşlıq haqqında bəyanatlar imzalayıb, lakin Çin ilə Bəyanat onların daxilində ən güclüsüdür. Məhz buna görə bu sənədin xüsusi vacibliyi bir daha göz qarşısındadır.

- Siz və Sədr Si arasında çox dərin münasibətlər var. Siz çoxsaylı müxtəlif tədbirlərdə bir-birinizlə görüşmüsünüz. Adətən söhbətiniz necə alınır? Onu dövlət başçısı kimi necə dəyərləndirərdiniz?

- Bizim çox mehriban münasibətlərimiz var. Görüşlərin birində o, məni Çinin yaxın dostu adlandırıb. Bunu mən bir növ mükafat kimi qəbul edirəm. Onunla görüşməyə, çox səmimi və açıq qaydada söhbət aparmağa hər zaman məmnunam. Biz danışıqlar zamanı çox vaxt bir yerdə olmuşuq, sonra rəsmi ziyafət zamanı söhbət etmişik. Bir sözlə, regional sabitlik, təhlükəsizlik və beynəlxalq münasibətlərin bir çox sahəsini əhatə etmişik. Müxtəlif məsələlər ətrafında öz aramızda fikir mübadiləsi apardığımız zaman mənim üçün onun mövqeyini bilmək hər zaman vacibdir, çünki o, çox təcrübəli dövlət xadimidir. Ona böyük hörmətim var. O, çox dərin biliklərə malik olan, Çinin milli maraqlarına və bütövlükdə qlobal məsələlərə gəldikdə, çox qətiyyətli mövqeyi ilə seçilən insandır. Bildiyiniz kimi, Azərbaycan Sədr Sinin inkişaf, təhlükəsizlik və sivilizasiyalar ilə bağlı bir neçə təşəbbüsünə qoşulub. Biz onun mövqeyinə şərikik. “Bir kəmər, bir yol” təşəbbüsünü açıq şəkildə dəstəkləmiş və sonradan qoşulmuş ilk ölkələrdən biri də bizik və öz ölkəmizdə xeyli infrastruktur layihələrini həyata keçirmişik. Həqiqətən, onunla görüşmək hər zaman xoşdur. O, dünyanın ən güclü ölkələrindən birinin rəhbəridir, lakin, eyni zamanda, çox təvazökar, çox mehriban insandır. O, elə bir mühit yaradır ki, siz onunla söhbət edəndə sanki köhnə dostunuzla danışırsınız.

- Bunu eşitmək çox xoşdur. Bu gün xəbərlərə baxdım və Böyük Xalq Sarayında Sizinlə görüşü barədə söylədiyi fikirləri dinlədim. İki ölkə arasında diplomatik münasibətlərin qurulmasında olan iradənin onun tərəfindən qeyd edilməsi mənə böyük təəssürat bağışladı. Həmçinin Çin ilə dost və deyərdim ki, uzaqgörən münasibətlərin qurulmasında çox əhəmiyyətli rol oynamış mərhum atanız haqqında danışmaq istərdim. O vaxt Çinin iqtisadi inkişaf baxımından keçəcəyi yol uzun idi. Soruşmaq istərdim: ikitərəfli əlaqələrdə bu qədər dəyişikliklər və onların bu cür səviyyəsini gördükdən sonra mərhum atanıza nə söyləyərdiniz?

- Tam haqlısınız. O, iki ölkə arasında münasibətlərin möhkəm təməl üzərində qurulmasında mühüm rol oynamışdır. O, Prezident olanda ilk səfərlərindən birini Çinə etdi. Zənnimcə, bir ildən sonra Çini ziyarət etdi.

- 1990-cı illərin əvvəlində.

- Bəli, zənnimcə, 1994-cü il idi. O gündən bu münasibətlər quruldu. Onun irsi bizim hamımız üçün əzizdir. Biz onun yolunu davam etdiririk, o cümlədən xarici siyasət prioritetlərində. Bu prioritetlər sırasında Çin xüsusi yer tutur. Əlbəttə ki, ötən 20 ildə dünya dəyişib, Azərbaycan dəyişib. Lakin prioritetlər dəyişməyib. Odur düşünürəm ki, əgər atam səmadan baxaraq bizim harada olduğumuzu görə bilsəydi, o, Azərbaycana və Çin-Azərbaycan münasibətlərinə görə qürur duymuş olardı.

- Siz atanızın başladığı islahatlardan danışdınız. Siz də geniş islahatlar həyata keçirməyə başlamısınız. Resursların ixracı ilə məşğul olan ölkənin müasir və yaşıl sənayelərin qurulmasına keçidi barədə məlumat verə bilərsinizmi? Bu istiqamətdə bizə nə söyləyə bilərsiniz? Çin bu prosesdə hansı rolu oynamışdır?

- Çinin nümunəsi, modernləşməsi və apardığı islahatlar bir çox ölkələri ilhamlandırır. Bu, ölkələrin həmin təcrübədən necə istifadə etməsindən, müxtəlif ölkə liderlərinin digər ölkələrin müsbət təcrübələrindən necə öyrənməsindən asılıdır. Sizə deyə bilərəm ki, Çinin keçdiyi tərəqqi yolu bizim üçün ilham mənbəyi olmuşdur. Mənə gəldikdə, səlahiyyətlərimə başlayanda mənim əsas məqsədim ölkədə siyasi və sosial sabitliyi qorumaq idi. O vaxt ölkə çox yoxsul idi. Əlbəttə ki, bizə müdaxilələr olunurdu, yürütdüyümüz siyasətə təsir göstərmək cəhdləri edilirdi, müxtəlif Qərb dairələri tərəfindən daxili işlərimizə müdaxilələr olunurdu. Belə bir vəziyyətdə siyasi sabitliyi və təhlükəsizliyi qorumaq bir nömrəli vəzifə idi. Çünki mən aydın dərk edirdim ki, bunsuz biz inkişaf edə bilmərik. Belə də oldu.

Sonra biz güclü iqtisadiyyat qurmağa başladıq. Bu gün Azərbaycanın xarici borcu ÜDM-in 7 faizindən azdır. Bizim mübadilə olunan valyuta ehtiyatlarımız xarici borcumuzdan 14 dəfə çoxdur. İşsizlik, yoxsulluq səviyyəsini 5 faizə endirdik, iqtisadiyyatımızı şaxələndirdik. Siz qeyd etdiyiniz kimi, yaşıl gündəlik bizim üçün əsas prioritetlərdəndir. Beləliklə, Çin burada çox mühüm rol oynayır. Çünki Azərbaycanda quraşdırılmış Günəş panelləri Çində istehsal olunub.

- Mən bu barədə eşitmişəm. Siz bu barədə danışırdınız. Mən çox şadam ki, yaşıl enerji potensialı olan yeni bir sahədir. Mən bu haqda Sizdən bir az daha təfərrüatlı məlumat eşitmək istərdim, məsələn, yaşıl enerji əməkdaşlığı baxımından iki ölkənin daha böyük potensialdan necə bəhrələnə biləcəyini düşünürsünüz? Bu, Azərbaycan xalqına yaxşılığa doğru hansı nəzərəçarpan dəyişiklikləri gətirəcək?

- Bu vaxtadək Çin şirkətləri investorlarla, Azərbaycanın yaşıl enerjisinə sərmayə yatıran şirkətlərlə podratçı qismində çalışırdılar. Hələ ki, bizim imzaladığımız və icra fazasında olan müqavilələr bizə 2030-cu ilə qədər 6500 meqavat bərpaolunan enerji verəcək. Sadəcə, müqayisə üçün deyim ki, Azərbaycanın ümumi quraşdırılmış gücü 8 min meqavat təşkil edir. Beləliklə, beş ildən sonra biz demək olar ki, elektrik enerjisinin bugünkü tutumunu iki dəfə artırmış olacağıq - 6 min meqavat Günəş və elektrik enerjisindən əldə olunacaq, 500 meqavat hidroelektrik stansiyalarından gələcək. Bu, bizim üçün həlledici olacaq. Çünki biz elektrik enerjisini istehsal etmək üçün əsasən təbii qazdan istifadə etməyi dayandıracağıq. Biz elektrik enerjisini bərpaolunan enerji resurslarından əldə edəcəyik və təbii qazı beynəlxalq bazarlara ixrac edəcəyik və əlbəttə ki, çoxlu mənfəət əldə edəcəyik. Eyni zamanda, biz daxili ehtiyaclarımız üçün enerjiyə qənaət edəcəyik. Biz artıq küçələrdə hərəkət edən elektriklə işləyən 160 avtobus almışıq. Bu, hamını sevindirir. Biz əlavə 200 avtobusun alınması üçün podrat müqaviləsi bağlamışıq. Ən vacibi isə odur ki, ümidvaram, biz bu il Azərbaycanda ildə 500 avtobus istehsal etmək gücündə olan BYD-nin elektrik avtobuslarının birgə istehsalına başlayacağıq. Odur ki, bizim planımız Bakının ictimai nəqliyyat sistemini, sonra isə Azərbaycanın bütün digər şəhərlərini tamamilə yaşıl nəqliyyata çevirməkdir. Beləliklə, bizim bərpaolunan enerji resursları ilə bağlı ikitərəfli əlaqələr istiqamətində işləmək üçün həqiqətən də nadir fürsət var. Çünki bu məsələ bizim strategiyamıza və sizin gündəliyinizə uyğundur.

- Bu gün hərtərəfli strateji tərəfdaşlıq haqqında sənədin imzalanması belə təşəbbüsə əlavə siyasi təkan verəcəkdir.

- Elədir ki, var.

- Bilirsiniz, cənab Prezident, biz danışırıq və mən sanki susamışam, yanımızda çay var.

- Bilirəm nəyi nəzərdə tutursunuz.

- Bayaqdan ona baxıram. Sizin şərəfinizə.

- Sizin şərəfinizə.

- Həqiqətən də ləzizdir. İlk dəfədir ki, Azərbaycan çayının dadına baxıram.

- Doğrudan?

- Bəli. Stəkan çox gözəldir. Bunun nə olduğunu bilmək istəyirəm.

- Bəli, bu, milli stəkandır. Bilirsiniz, onun forması, zənnimcə, armuda bənzəyir. Beləliklə, stəkanın forması, əslində, çayın isti qalması üçün nəzərdə tutulub, çünki adətən biz çayı çox qaynar içirik.

- Çox qaynar, anladım.

- Beləliklə, çay soyumur. Stəkanın bu forması aşağı hissəni qaynar saxlayır.

- Anladım. Əlbəttə ki, bu forma dada əlavə rəng qatır.

- Lakin mən Çində çayın o qədər də qaynar verilmədiyini görmüşəm. Bu, elədir?

- Bizdə də çay çox qaynar verilir. Ola bilsin ki, Siz qonaq olduğunuz üçün onlar Sizə zərər dəyməsin deyə çayı qaynar vermirlər. Çünki çox nəzakətli və ehtiyatlı davranırlar. Lakin çay nöqteyi-nəzərindən bizim çoxlu oxşarlıqlarımız var. Məsələn, hamımız çay içməyi sevirik, lakin fərqli bir təamlarla. Bu da bizi bir çox məsələlərə gətirib çıxarır. Bilirsiniz, Qədim İpək Yolu, məsələn, mən onun haqqında danışa bilərəm. Ya da biz xalqlararası mübadilələr, turizm haqqında danışa bilərik. Bilirəm ki, ölkəniz artıq bir ildir ki, birtərəfli olaraq çinli turistləri viza almaq tələbindən azad edib. İndi isə bu səfərdə bizimlə ən son xəbərləri paylaşmaq istərdinizmi?

- Bəli, bu gün hər bir pasport sahibi, hər bir sıravi vətəndaş üçün tamamilə vizasız rejimin tətbiq olunması ilə bağlı sənədin imzalanması möhtəşəm bir xəbərdir. Bu qarşılıqlı addımı atdıqları üçün çinli dostlarımıza minnətdarıq. Siz də düzgün qeyd etdiyiniz kimi, keçən il biz birtərəfli qaydada Çin vətəndaşlarını viza almaq tələbindən azad etdik. Bu, ilk dəfə idi ki, baş verirdi.

- Azərbaycan ilk dəfədir ki, xarici ölkəyə qarşı belə bir təşəbbüslə çıxış edir?

- İlk dəfədir ki, birtərəfli qaydada.

- Deməli, Çinə həqiqətən də xüsusi münasibət göstərilmişdir.

- Bəli, bu, doğrudur. Bəli, elədir ki, var. Adətən, biz bunu həmişə ikitərəfli əsasda edirdik. Lakin bu halda biz dostluğumuzu və səmimiliyimizi nümayiş etdirmək üçün bunu birtərəfli qaydada etdik. Bu gün, həmçinin həmkarlarımla aviareyslərin sayının artırılması barədə danışdıq. Hazırda düşünürəm ki, həftədə 6 və ya 7 aviareys həyata keçirilir. Ötən il viza rejimi ləğv ediləndən sonra Çindən bundan demək olar ki, iki dəfə çox turist qəbul etdiyimizi nəzərə alsaq, ümidvaram, bu rəqəm artacaq. Bu gün mən öyrəndim ki, 150 milyon çinli xaricə səfər edir. Görüşlərimdən birində söylədim ki, onların cəmi 1 faizi Azərbaycana gəlsə, bizim üçün yetərli olacaq. Çünki, əlbəttə, biz turizm sektorumuzu inkişaf etdirmək istəyirik. Bizim coğrafi üstünlüklərimiz var - Xəzər dənizi, xizək kurortları, meşələr və çaylar və hətta yarımsəhra ərazimiz var. Ona görə də hər kəs zövq almaq üçün bir məkan tapa bilər. Bundan əlavə, çox yaxşı mətbəximiz, qonaqpərvər insanlarımız var. Sadəcə olaraq bizim özümüzü təqdim etməyə, ölkənin təqdimatını etməyə və sözsüz ki, dost ölkələrlə viza rejimini aradan qaldırmağa ehtiyacımız var. Bu gün həqiqətən də tarixi gündür və Azərbaycan vətəndaşları üçün çox yaxşı xəbərdir, çünki onlar sadəcə olaraq bilet alıb Çinə gələ bilərlər.

- Bəs, əksinə necə? Azərbaycanlılar və ya Azərbaycan vasitəsilə səyahət edən digər insanlar üçün Çinə gəlib, hər şeyi öz gözləri ilə görmək, təhsil almaq, işləmək nə dərəcədə vacibdir? Əslində, mən Çinə Kəmər və Yol vasitəsilə yay düşərgəsinə gələn və burada qalan gənc insan tanıyıram. O, fəlsəfə doktoru dərəcəsinə yiyələnmək üçün təhsil alır, özü üçün yeni gələcək qurur. Əks tərəfdə vəziyyət necədir?

- Sözsüz ki, biz daha çox azərbaycanlının Çinə səfər etməsini, təhsil almaq, işləmək üçün gəlməsini istəyirik. Bu gün biz, həmçinin təhsil sahəsində əməkdaşlığımızı müzakirə etdik. Ölkələrimizdə hər iki ölkədən təhsil alan 100-dən çox tələbə var.

- Bu, çox azdır.

- Bəli, çox azdır. Əminəm ki, xüsusilə texnologiyanın inkişafında, süni intellekt sahəsində potensialı nəzərə alsaq, onların sayı artacaq. Biz qlobal trendlə ayaqlaşmaq istəyirik. Düşünürəm ki, Azərbaycandan daha çox sayda tələbənin buraya gəlməsi üçün böyük imkan var. Həmçinin, zənnimcə, Azərbaycanda Çin-Azərbaycan Universitetinin yaradılması barədə düşünmək yaxşı fikir olar. Hazırda biz bu imkanın dəyərləndirilməsi mərhələsindəyik. Lakin sözsüz ki, insanlar nə qədər çox səyahət edirlərsə, mədəniyyət, xalq barədə nə qədər çox bilirlərsə, ölkələr arasında əlaqələr bir o qədər də daha sıx olur. Çünki, bəli, biz siyasi qərarlar qəbul edirik, strateji tərəfdaşlarıq. Biz liderlər və hökumətlər olaraq dostuq. Lakin bizim xalqlarımızın da daha çox yaxınlaşmasına, onların da dost olmasına ehtiyacımız var.

- Sözsüz. Söhbət təkcə insanların səyahətindən getmir, həm də yüklərin daşınmasından gedir. İcazə verin, bir qurtum da içim, həqiqətən də ləzizdir. Düşünürəm ki, kiçik bir limon dilimi və bir az şəkərlə daha yaxşı olar. Ola bilsin ki, daha çox olacaq. Yeri gəlmişkən, bunlar Azərbaycan məhsullarıdır.

- Bəli, bilirəm.

- Azərbaycan çayı, fərqli bir tam.

- Yeri gəlmişkən, Azərbaycandan gətirilmiş mineral su da çox yaxşıdır.

- Budur?

- Bəli, sağlamlıq üçün çox yaxşıdır.

- İstisu?

- İstisu. İsti su deməkdir. Demək olar ki, qaynar bulaqdan çıxır.

- Yaxşı. Mən əminəm ki, çinlilər bu məhsulu tapmaq üçün öz Taobao və JD hesablarında araşdırıb baxacaqlar. Bəli, həqiqətən də demək istəyirəm ki, malların daşınması baxımından, Azərbaycan Çinlə əlaqələri xeyli inkişaf etdirib. Çin Azərbaycanın 5 ən böyük ticarət tərəfdaşından biridir.

- Artıq 4 ən böyük tərəfdaşından biridir.

- Yaxşı, irəliləyiş var. Çin ən böyük ixracatçıdır və ya bir nömrəli idxal mənbəyidir.

- Tamamilə doğrudur.

- Siz “Bir kəmər, bir yol” layihəsi çərçivəsində elektron ticarətə, infrastruktur bağlantılarına, malların daşınmasına necə baxırsınız? Bu, hər iki tərəfdə insanlara və şirkətlərə nə fayda verəcək?

- Bəli, söylədikləriniz tamamilə vacibdir. Çünki Çin həqiqətən də idxal baxımından bir nömrəli və ticarət dövriyyəsi baxımından 4-cü tərəfdaşdır. Biz Çində 6 Azərbaycan Ticarət Evi açmışıq. Biz artıq Çinə şərab ixrac etməyə başlamışıq. Sizin bazarınızda daha çox payımızın olmasını istəyirik. “Kəmər və Yol” layihəsinə gəlincə, bizim üçün bu təşəbbüs yalnız bir tranzit marşrutu deyil. Biz bu marşrut üzərində şirkətlər qurmaq istəyirik, çünki bizim coğrafi mövqeyimiz əlverişlidir. Biz Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşirik. Bağlantılara gəlincə, biz artıq bütün infrastrukturu - dəmir yollarını, dəniz limanlarını, magistral yolları, 8 beynəlxalq hava limanı inşa etmişik. Biz qlobal miqyasda ən böyük yükdaşıma, hava yolu ilə yükdaşıma şirkətlərindən birinə sahibik. Beləliklə, hədəfimiz bu marşrut üzərində biznes qurmaqdır. Əlbəttə ki, biz Çin şirkətlərinə arxalanırıq. Cəmi bir həftədən də az vaxt bundan əvvəl biznes-forumda hər iki ölkədən müxtəlif şirkətlər iştirak edirdilər, onlar Azərbaycana 300 milyon dollardan artıq həcmdə investisiya yatırılmasına dair sazişlər imzaladılar. Bu gün mən həmkarlarıma söylədim ki, bu, bizim üçün yaxşı göstəricidir. Lakin düşünürəm ki, bu göstərici daha böyük ola bilər.

- Fikrinizdə 2 illik, 5 illik perspektivdə bir rəqəm varmı?

- Mən milyardlar barədə danışmaq istəyirəm. Düşünürəm ki, bu, tamamilə realdır. İndi bizim hədəfimiz bərpaolunan enerji, nəqliyyat və istehsaldır. Bizim bacarıqlı işçi qüvvəmiz var. Əhalimizin sayı artır, bazarımız böyüyür. Beləliklə, vergilər və müxtəlif hüquqi tələblər baxımından Azərbaycanda biznes qurmaq çox asandır. Çoxlu stimullaşdırıcı amillər var. Bizim sadəcə olaraq tərəfləri bir araya gətirməyimizə və Azərbaycanın biznes imkanları barədə çinli iş adamlarına daha çox məlumat çatdırmağımıza ehtiyac var.

- Qeyd etdiyiniz kimi, Azərbaycan “Bir kəmər, Bir yol” təşəbbüsünü açıq şəkildə dəstəkləyən ilk ölkələrdən biridir. Bu təşəbbüs ikinci onilliyə qədəm qoydu və hələ görüləcək çox iş var. Sizin gələcəyə dair baxışınız necədir?

- Biz artıq qonşularımızla birlikdə yüklərin keçidini xeyli asanlaşdırmaq və sürətləndirmək üçün birgə müəssisə yaratmışıq. Məsələn, bu gün nəqliyyat infrastrukturu və həmçinin gömrüyümüzdə idarəetmədə islahatlar, o cümlədən rəqəmsallaşma ilə əlaqədar Çindən Azərbaycan vasitəsilə Qara dənizə yüklərin daşınma müddəti cəmi 10 gündən 12 günədəkdir. Ötən il Çinlə Azərbaycan arasında tranzit daşımalarında 86 faiz artım olub. Bu gün söylədiyim kimi, bu, yalnız başlanğıcdır. Düşünürəm ki, Azərbaycan vasitəsilə nəqliyyat marşrutları həqiqətən də bu gün mövcud olan digər marşrutlar arasında ən təhlükəsiz, ən qısa və ən cəlbedici marşrutlardan biri olacaq.

- Sizə uğurlar arzulayıram və inanıram ki, Çin şirkətləri Azərbaycanın təklif etdiyi üstünlükləri qiymətləndirəcək. Azərbaycan Avropa ilə Asiyanı birləşdirən çox strateji coğrafiyada yerləşir, eləcə də Mərkəzi Asiya və Qərbi Çin üçün çox mühüm birləşmə nöqtəsidir. Siz Azərbaycanın bu regiondakı üstünlüklərini və oynamaq istədiyi rolu necə görürsünüz? Ölkənizin nöqteyi-nəzərindən regionda sülhü və inkişafı təbliğ etmək üçün hansı işləri görmək istəyirsiniz?

- Siz tamamilə doğru qeyd etdiniz ki, biz Asiya və Avropa, habelə Şimal və Cənub arasında yerləşirik və hər iki nəqliyyat dəhlizi Azərbaycan ərazisindən keçir. Ancaq həqiqətən tranzit ölkəyə çevrilmək üçün qonşu ölkələr və onların qonşuları ilə yaxşı münasibətlərə malik olmaq lazımdır. Məqsədimiz məhz budur və zənnimcə, biz buna nail olmuşuq.

- Siz qonşu ölkələr və onların qonşuları haqqında bəhs edirsiniz. Bu, çox vacib amildir və mühüm bir platforma olan Şanxay Əməkdaşlıq Təşkilatına daha bir ölkə üzv olur. Azərbaycan da təşkilatın dialoq üzrə tərəfdaşıdır. Cari ildə Çin təşkilatda sədrliyi öz üzərinə götürür. Region və daha geniş coğrafiya üçün belə bir təşkilatın rolunu nədə görürsünüz? Şanxay Əməkdaşlıq Təşkilatının şüarı olan və qarşılıqlı etimad, qarşılıqlı mənfəət, bərabərlik, məsləhətləşmə, sivilizasiyaların fərqliliyinə hörmət və vahid inkişafın təmin edilməsini tərənnüm edən “Şanxay Ruhu”nun əhəmiyyətini necə qiymətləndirirsiniz?

- Bütün sadaladıqlarınız bizim siyasətimizin və gündəliyimizin tərkib hissəsidir. Azərbaycan çoxtərəfliliyin güclü tərəfdarıdır. Əlbəttə, biz Şanxay Əməkdaşlıq Təşkilatına daha yaxın olmaq istəyirik. Prezident Si Cinpin məni Zirvə toplantısına dəvət edib və bir neçə aydan sonra mən yenidən Çinə səfər edəcəyəm.

- Bizi məlumatlandırdığınıza görə sağ olun.

- Bəli, mən hesab edirəm ki, bizim təşkilatla yaxınlığımız həm təşkilat, həm də Azərbaycan üçün faydalı olar. Çünki biz Xəzərin qərb sahilində yerləşən ölkəyik. Eyni zamanda, Azərbaycan güclü siyasi münasibətlərə və nəqliyyat layihələrinə malik Cənubi Qafqaz ölkəsidir. Çinlə strateji tərəfdaş olmağımız Şanxay Əməkdaşlıq Təşkilatının çətiri altında əməkdaşlığımız baxımından bizə bir çox imkanlar açır.

- Ölkəniz, həmçinin bu gün dünya üçün vacib olan Qlobal Cənubun üzvüdür. Çin və Azərbaycan kimi ölkələrin səylərini birləşdirərək çoxtərəfli müstəvidə əməkdaşlıq etmək potensialını necə qiymətləndirirsiniz? Çünki biz birtərəfli addımların və birtərəfli tendensiyaların şahidi oluruq. Potensial nədən ibarətdir və birlikdə biz hansı rolu oynaya bilərik?

- Zənnimcə, biz proaktiv olmağa, yəni, öncədən tədbir görməyə davam etməliyik. Azərbaycan Qlobal Cənubun fəal üzvüdür. Biz bunu yalnız Qoşulmama Hərəkatındakı sədrliyimiz deyil, həmçinin COP29-dakı sədrliyimiz zamanı nümayiş etdirdik. Azərbaycan COP29 konfransına ev sahibliyi etdi. Orada şəxsən mən Qlobal Cənubun maraqlarını müdafiə etdim və iqlim dəyişikliyi ilə əlaqədar Qlobal Cənuba aid bəzi dövlətlərin mövcudluğuna olan təhlükələrlə bağlı narahatlığı ifadə etdim.

Biz Azərbaycanda Çini Qlobal Cənubun lideri hesab edirik və burada bu prinsiplər əsasında ölkələrin birləşdirilməsi baxımından Çin xüsusi rol oynayır.

Qoşulmama Hərəkatının “Bandunq prinsipləri” sizin dediklərinizi tam əks etdirir. Bununla yanaşı, suverenlik, ərazi bütövlüyünə hörmət, daxil işlərə qarışmama, bərabərlik, çoxtərəflilik və heç bir ölkə və ya ölkələr qrupunun digərləri üzərində dominantlığına yol verilməmə prinsipləri bizim üçün vacibdir. Biz onları öz milli maraqlarımız baxımından müdafiə edirik və beynəlxalq birliyin fəal üzvüyük.

- Prezident Əliyev, çox təşəkkür edirəm.

- Sağ olun.

- Çox məmnun oldum, təşəkkür edirəm.

- Sağ olun.

 

 
 
 
Azərbaycan və İsveçrə XİN arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib

Aprelin 25-də Bern şəhərində Azərbaycan Respublikası və İsveçrə Konfederasiyası Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.

Bu barədə Azərbaycan XİN məlumat yayıb.

Qeyd olunub ki, Azərbaycan Respublikasının nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, İsveçrə nümayəndə heyətinə isə bu ölkənin Xarici İşlər üzrə Federal Departamentinin Dövlət Katibinin köməkçisi, Avrasiya idarəsinin rəhbəri Muriel Peneveyre rəhbərlik edib.

Məsləhətləşmələr zamanı iki ölkə arasında siyasi sahədə əlaqələr müzakirə olunub, davamlı siyasi dialoqun saxlanılması üçün qarşılıqlı səfərlərin və beynəlxalq tədbirlər çərçivəsində görüşlərin əhəmiyyəti vurğulanıb. Daha sonra iqtisadiyyat, energetika, nəqliyyat və humanitar sahələrdə, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri ilə bağlı müzakirələr aparılıb.

Müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün müvafiq müqavilə-hüquq bazasının inkişafının önəmi qeyd olunub.

F.Rzayev Azərbaycanın iqlim diplomatiyası və qlobal iqlim gündəliyinə töhfələri, ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi, sessiya çərçivəsində irəli sürülən təşəbbüslər və əldə olunan nailiyyətlərdən danışıb.

Görüşdə, həmçinin postmünaqişə dövründə bölgədəki vəziyyət, Ermənistan-Azərbaycan normallaşma prosesi, davamlı sülhün təmin edilməsi istiqamətində ölkəmiz tərəfindən atılan addımlar, eləcə də işğaldan azad edilmiş ərazilərimizdə mina problemi, orada həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri barədə ətraflı məlumat verilib.

Sonda tərəflər arasında həmçinin regional və beynəlxalq məsələlər, eləcə də birgə maraq kəsb edən digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Səfər zamanı F.Rzayev həmçinin digər işgüzar görüşlər də keçirib.

Prezidentlə jurnalist arasında çayla bağlı maraqlı dialoq - Video

Xəbər verdiyimiz kimi, Çində dövlət səfərində olan Azərbaycan Prezidenti İlham Əliyev aprelin 24-də Pekində CGTN (China Global Television Network) telekanalına müsahibə verib.

Müsahibə zamanı dövlət başçısı ilə çinli jurnalist arasında çayla bağlı maraqlı dialoq yaşanıb.

Həmin dialoqun videosunu təqdim edirik:

İlham Əliyevin Çinə səfəri İrəvana növbəti siqnaldır

Bu həftə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri baş tutdu. Dövlət səfəri nədir və onun xüsusiyyətləri nədən ibarətdir?

oxu.az xəbər verir ki, "Caliber"in "YouTube" kanalında yayımlanan yeni süjet məhz bu mövzuya həsr olunub.

Bildirilir ki, bu və ya digər dövlətin başçısının başqa ölkəyə səfəri bir neçə dərəcəyə bölünür. Bu, "dövlət səfəri", "rəsmi səfər", "işgüzar səfər", "qalstuksuz görüş", "qeyri-rəsmi səfər", "yolüstü səfər" ola bilər:

"Hər bir halda dövlət başçısının qəbulu protokolunun fərqləndirici xüsusiyyətləri var. Səfərin dərəcəsi nə qədər yüksəkdirsə, diplomatik protokol və etiketə əsasən mərasimlər bir o qədər çox olur".

Ətraflı süjetdə:

Ərdoğan Azərbaycana səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gələn ay Azərbaycana gələcək.

“Report” xəbər verir ki, bu barədə “A Haber” məlumat yayıb.

Qeyd olunub ki, Türkiyə liderinin may ayı üçün nəzərdə tutulmuş proqramında Azərbaycana səfər də var.

Bundan başqa, Ərdoğan aprelin 29-da IV Hökumətlərarası Zirvə Görüşündə iştirak məqasədilə İtaliyaya gedəcək. Mayın 3-də Şimali Kipr Türk Respublikasında təşkil olunan TEKNOFEST-də iştirak edəcək. İyunda isə onun ABŞ-nin paytaxı Vaşinqtona gedəcəyi gözlənilir.

Rusiya yeni “erməni lideri” savaşa atır: Erməni kilsəsi Paşinyansız seçki planı qurub

Erməni radikal-revanşistlər Ermənistanda növbəti parlament seçkilərini məhz Paşinyan hakimiyyəti devrildikdən sonra keçirmək niyyətindədirlər... Baş nazir Nikol Paşinyan isə Ermənistan Təhlükəsizlik Şurasının təcili iclasında dövlət çevrilişi planının arxasındakı önəmli xarici faktorları sadalayıb...

"Yeni Müsavat" xəbər verir ki, Ermənistanın siyasi məkanında situasiya yenidən gərginləşməyə başlayıb. Belə ki, “erməni keçmişi” yeni situasiya ilə növbəti qarşıdurma vəziyyətindədir. Ona görə də, indi Ermənistanın siyasət məkanı xaosa məhkum duruma düşməkdədir. Xüsusilə də, Paşinyan hakimiyyətinin “erməni xəyalları”na bağlı yalanla yüklənmiş keçmişdən uzaqlaşma cəhdləri Ermənistanın radikal-reavnşist siyasi dairələrində kəskin müqavimətlə qarşılanmaqdadır. Öz mövqeyini Ermənistanın gələcəyini xilas etmək niyyəti ilə izah etməyə çalışan Paşinyan hakimiyyəti xəyanətdə ittiham olunur.

Onu da qeyd etmək lazımdır ki, Ermənistanın radikal-revanşist düşərgəsinin uydurma narrativlərinə beynəlxalq məkanda erməni yalanlarını ortaq kampaniyaya çevirən dövlətlər və siyasətçilər də dəstək göstərmiş olurlar. Belə ki, dünya tarixinin təkrarsız ən böyük yalanı olan qondarma “erməni soyqırımı” ilə bağlı iddiaların yenidən beynəlxalq məkanda gündəmə gətirilməsi revanşist-radikal düşərgəni Ermənistanı sülh prosesindən uzaqlaşdırmaq cəhdlərinə həvəsləndirir. Və bu baxımdan, Ermənistan üçün ən böyük təhlükənin elə məhz “erməni yalanları”nı təbliğ edən beynəlxalq siyasi iradə mərkəzlərinin maraqlarından qaynaqlandığı da qətiyyən şübhə doğurmur.

1734111769_screenshot-2024-12-13-214110.png (1.09 MB)

Maraqlıdır ki, prezident Donald Tramp keçmiş Ağ Ev sahibi Co Baydendən fərqli olaraq, 1915-ci il hadisələrindən danışarkən, “soyqırımı” ifadəsindən istifadə etməyə ehtiyac duymayıb. “Dəhşətli fəlakət” terminindən istifadə edən Ağ Ev sahibi əslində, bununla həm də ABŞ-ın Ermənistana və ermənilərə elə bir ciddi önəm vermədiyi sezdirib. Ermənipərəst mövqeyi ilə tanınan ABŞ-ın dövlət katibi Marko Rubio da Ağ Ev sahibi Donald Trampın açıqlamasını eynilə təkrarlayıb. Və bu, erməni diasporu daxilində ciddi məyusluğa yol açıb.  

Ancaq nə qədər qəribə də olsa, Kanadanın xarici işlər naziri Melani Joli rəsmi Ottovanın ənənəvi ermənipərəst mövqeyinə sadiq qalıb. Eyni zamanda, Kanadanın yeni baş naziri Mark Karni də qondarma “erməni soyqırımı” barədə sərsəm iddialar irəli sürüblər. Onlar hətta daha da irəli gedərək, 2023-cü ildə Azərbaycandan “120 min erməni”nin zorla çıxarıldığını da iddia ediblər. Və bu, onu göstərir ki, Kanada tamamilə erməni diasporunun təsiri altında olan bir uydurma dövlətdir.

Məsələ ondadır ki, Ağ Ev Kanadanı normal dövlət hesab etmir. Əksinə, Tramp administrasiyası Kanadanın əvvəl-axır ABŞ-ın 51-ci ştatı olacağını əminliklə, vurğulayır. İndi belə bir uydurma dövlətin rəsmi təmsilçiləri qondarma “erməni soyqırımı” barədə danışırlar, hətta Azərbaycanı da ittiham etməyə çalışırlar. Halbuki, bütün bunlar yalnız Kanadanın Azərbaycana qarşı qərəzli mövqeyini növbəti dəfə biruzə verir. Əgər, Kanada ədalətli dövlət olsaydı, onda, qondarma “erməni soyqırımı” barədə deyil, məhz ermənilərin ən yaxın tarixdə həqiqətən törətdikləri Xocalı soyqırımı haqda danışardılar.

1712667597_photo_5235601370919329952_y.jpg (116 KB) 

Digər tərəfdən, Kanada rəsmiləri ədalətli olsaydılar, erməni yalanlarını tirajlayıb, “120 min erməni”nin Qarabağdan zorla çıxarıldığını deyil, məhz Ermənistandan bir milyona yaxın Azərbaycanlının dədə-baba yurd-yuvalarından qovulduğunu dilə gətirərdilər. Üstəlik, Kanada rəsmilərinin “120 min erməni” iddası da bu dövlətin nə qədər qeyri-ciddi olduğunu göstərir. Çünki Kanadanın baş naziri və xarici işlər naziri əslində, Qarabağdan könüllü Ermənistana köç etmiş erməniləri nə vaxt saymışdılar? Və əgər, həqiqətləri bilmək istəyirlərsə, heç olmasa, elə erməni mənbələrində yer alan alternativ məlumatlara diqqət etməliydilər.

Məsələ ondadır ki, Ermənistan parlamentinin deputatı Xaçatur Sukiasyan 2023-cü ilin sentyabrında Azərbaycanın Xankəndidə keçirdiyi əməliyyat zamanı hətta ermənlər arasında itkilərin belə, olmadığını bildirib: “2023-cü ildə Qarabağda ermənilər arasında itki olmadı. Yanacaqdoldurma stansiyasında baş vermiş partlayışıda həlak olan 10 nəfər başqa məsələdir. Bizdə başqa itkilər olmadı”. Və ABŞ-da, Fransada, Kanadada və s. ölkələrdə “etnik təmizləmə” ilə bağlı uydurma iddialar irəli sürənlər erməni deputatın bu etirafını görməyə qətiyyən həvəsli deyillər.

Göründüyü kimi, erməni diasporu, radikal-revanşistlər, eləcə də, Ermənistanın beynəlxalq himayədarları Cənubi Qafqazda sülh prosesinin uğur qazanmasında maraqlı deyillər. Əksinə, onlar uydurma iddialarla regional münaqişəni yenidən alovlandırmaq üçün əllərindən gələn hər şeyi etməyə çalışırlar. Üstəlik, vaxtilə Azərbaycan ərazisində hərbi cinayətlər törətmiş Köçəryan-Sarkisyan düşərgəsi Paşinyan hakimiyyətinin yekun sülh sazişini imzalamasını əngəlləmək üçün indi yeni planlar qurmağa başlayıblar. Ermənistanın hərbi cinayətkar keçmiş prezidenti Serj Sarkisyan baş nazir Nikol Paşinyana konstitusiyanı dəyişmək imkanı verilməyəcəyini vurğulayıb.

ermeni-revanshist-1.jpg (990 KB) 

Onun dediyinə görə, Paşinyan hakimiyyətinin yeni konstitusiyada yekun sülh sazişinin imzalanması qarşısında əsas əngəl sayılan müstəqillik bəyannaməsindən imtina edilmısi üçün yetərincə zamanı olmayacaq. Serj Sarkisyan bildirib ki, Paşinyan hakimiyyəti 2026-cı ilə qədər iqtidarda qala bilməyəcək: “Çünki Paşinyan hakimiyyətinə qarşı küçə mübarizəsinin növbəti həlledici mərhələsinə hazırlıq başlayıb və artıq fəaliyyət planı da mövcuddur. Yeni etiraz hərəkatına kimin rəhbərlik edəcəyi ilə bağlı zamanı gələndə məlumat veriləcək”.

Göründüyü kimi, “erməni xəyalları”na, uydurma narrativlərə sadiq olan radikal-revanşist düşərgə Ermənistanda dövlət çevrilişi ilə bağlı planlarından qətiyyən imtina etməyib. Əslində, bunun əsas səbəbləri də böyük ölçüdə məlimdur. Belə ki, Paşinyan hakimiyyəti terror yuvası olan erməni kilsəsinə qarşı təzyiqləri daha da artırıb. Eyni zamanda, radikal-revanşist düşərgənin Ermənistan büdcəsindən hər il separatçı rejimə ayrılan 500 milyon dollarlıq maliyyə vəsaitindən əli çıxdığı bildirilir. Paşinyan hakimiyyətinin yaydığı məlumata görə, həmin 500 milyon dollar hər il radikal-revanşist düşərgəni idarə edən 45 şəxs arasında bölüşdürülürmüş. Və indi bu şəxslər itirilmiş asan gəlirləri geri qaytarmaq üçün yenidən hərəkətə keçərək, sülh prosesini pozmağa çalışırlar.  

Təbii ki, Paşinyan hakimiyyəti də Ermənistanda yeni dövlət çevrilişi planlarının reallaşdırılmasına hazırlığın başladığı barədə məlumatldır. Baş nazir Nikol Paşinyan Ermənistan Təhlükəsizlik Şurasının təcili iclasını keçirərək, bu təhlükə və onun arxasında olan önəmli xarici faktorları müzakirə edib. Belə ki, bəzi iddialara görə, Rusiyanın hakim dairələri Ermənistanda daxili siyasi proseslərə liderlik edə biləcək yeni namizəd axtarır. “Hraparak” nəşri politoloq Henri Sardaryanın belə namizədlərin sırasında olduğunu iddia edib. Və bu baxımdan, Paşinyan hakimiyyəti üçün həlledici mərhələnin artıq başlanmaq üzrə olduğu qətiyyən şübhə doğurmur.

Xəbər lenti