![]() |
|
Vətəndaşların rahat gediş-gəlişini təmin edilməsinə xüsusi diqqət ayıran dövlət başçısının ölkədə avtomobil yollarının yenidən qurulması və reabilitasiyası istiqamətində həyata keçirilən işlərin davamı olaraq, M5 Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Xaldan-Şəki hissəsinin əsaslı şəkildə yenidən qurulması ilə bağlı tapşırıq və sərəncamlarına əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təmir-tikinti işləri davam etdirilir. Agentlikdən Avtosfer.az-a verilən məlumata görə, "M5" magistralının yenidən qurulan hissəsinin uzunluğu 46 km-dir. Yolun sözügedən hissəsi II texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Yolun ümumi eni 15 metr olmaqla bura 7,5 metr enində hərəkət hissə və hər bir istiqamət üzrə 3,75 metr enində çiyinlər daxildir. Layihə çərçivəsində köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, yolun köhnə və yararsız quruntu qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək kipləşdirmə və qaya dolğusu işləri aparılmaqla yeni yol yatağı inşa olunur. Torpaq işlərinin ardınca yol əsasının inşasına başlanılıb. Yol əsası optimal qırmadaş və qum-çınqıl qarışıqlarından istifadə olunmaqla inşa olunur. Buna paralel olaraq yol əsası hazır olan hissələrə ələqələndirici bitum səpilməklə 27 sm qalınlığında 3 laydan ibarət yeni asfalt-beton örtüyü döşənir. “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, 46 km-lik yol boyu 3 avtomobil körpüsünün inşası aparılır. Körpülər yolun 1,8-ci km-də Alıcançay, 9,5-ci km-də Şirvan kanalı və 35,6-cı km-də Dəhnəçay üzərində inşa olunacaq. Müvafiq olaraq körpülərin uzunluqları 67, 76 və 61 metr təşkil edəcək.
Bundan başqa yol boyu köhnə suötürücü boruların yenilənməsinə də ehtiyac var idi. Bu üzdən müxtəlif diametrlərə malik 87 borunun inşası aparılır ki, bunlardan 8-i düzbucaqlı su keçidləridir. Layihəyə uyğun olaraq yol boyu 7 nöqtədə yeraltı keçid də tikilir. Bundan başqa Magistral yolun zəruri nöqtələrində 32 avtobus dayanacağının quraşdırılması nəzərdə tutulur.
“M-5 Yevlax-Zaqatala-Gürcüstan Respublikası dövlət sərhədi avtomobil yolunun yenidənqurulması” layihəsi çərçivəsində magistralın 46-cı km-dən ayrılan və Şəki şəhərinə qədər uzanan 12 km-lik respublika əhəmiyyətli yolun da III texniki dərəcəyə uyğun yenidən qurulması işləri aparılır. 2 hərəkət zolaqlı olmaqla yolun ümumi eni 12 metr təşkil edir.
Analoji tikinti işləri bu yolda da görülür. Respublika əhəmiyyətli yolda 5 avtomobil körpüsü inşa edilir. Körpülər yolun 0,4-cü km-də dəmiryolu, 0,7-ci km-də Əyriçay, 1,4-cü km-də Küncüt çayı, 4,6-cı km-də Sarı Qobu çayı kanalı və 5,2-ci km-də Qarasu çayı üzərində salınır. Körpülər 2-3 aşırımlı olmaqla uzunluqları 49, 61 və 76 metr təşkil edəcək.
Bütün işlər texnoloji ardıcıllığa uyğun olaraq və yüksək keyfiyyətlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılır. İşlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.
Qeyd edək ki, M5 Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu ölkənin şimal qərb istiqamətindən Mazimçay üzərindən keçməklə Gürcüstün sərhədinə doğru istiqamətlənən və respublikanın ümumi yollar şəbəkəsində xüsusi əhəmiyyəti olan 164 km uzunluğa malik II dərəcəli magistral avtomobil yoludur.
Əsaslı şəkildə yenidən qurulan Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunun (M5) tərkib hissəsinə aid olan Xaldan-Şəki hissəsi 2 rayonun inzibati ərazisindən keçməklə bir-neçə yaşayış məntəqəsini birləşdirir. Aparılan işlər yol boyu yaşayan əhali ilə yanaşı yoldan istifadə edən bütün vətəndaşların gediş-gəlişini rahatlaşdıracaq, Gürcüstan həmçinin əks istiqamətdə yük və sərnişin daşımasını xeyli asanlaşdırmaqla kənd təsərrüfatının və turizmin inkişafına müsbət təsir edəcək.
Xatırladaq ki, ötən il sözügedən magistralın 40 km uzunluğa malik Zaqatala-Balakən-Mazımçay hissəsi əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib.
Bakı Nəqliyyat Agentliyi (BNA) 46 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemini dəyişdirir. Bu barədə Yol-xeber.az-a BNA-dan bildirilib.
Məlumata görə, vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq, bu marşrut xətti üzrə avtobuslar General Əliağa Şıxlınski və Səmədbəy Mehmandarov küçələrinin kəşisməsinədək hərəkət edəcək. Avtobusların qeyd edilən ərazidə rahat və təhlükəsiz manevr etməsi məqsədi ilə kəsişmədə dairə təşkil edilib.
Günəşli qəsəbəsi, Əliağa Şıxlınski küçəsində, xüsusilə Gəncə prospektində yaşayan sakinlər tərəfindən qeyd edilən əraziyə müntəzəm marşrutun təşkil edilməsi ilə bağlı BNA-nın 141 Çağrı Mərkəzinə çoxsaylı vətəndaş müraciətləri daxil olmaqda idi. Dəyişiklik dekabrın 7-dən tətbiq ediləcək.
Paytaxtın Yasamal rayonu Kənar Dairəvi yolda hərəkətin təşkilinə dəyişiklik edilib. Avtosfer.az xəbər verir ki, Kənar Dairəvi yolunun sağ hərəkət hissəsində (Yeni Yasamala gedən hissədə) yerləşən dairədə hərəkət üstünlüyü dəyişdirilib. Belə ki, əvvəllər hər üç istiqamətdən dairəyə daxil olan sürücülər, dairə boyunca hərəkət edən nəqliyyat vasitələrinə yol verdikdən sonra hərəkət edirdilər.
Səhər saatlarında Yeni Yasamaldan gələn avtomobillərin sayı çox olduğuna görə həmin yolda tıxac yaranırdı. Tıxacın qarşısını almaq məqsədi ilə dairənin Yeni Yasamaldan gələn hissəsinə 2.1 baş yol nişanı, həmin kəsişmədə isə dairə boyunca hərəkət edənlərə (dairənin daxilində) 2.4 yol ver nişanı quraşdırılıb. Digər iki istiqamətdən dairəyə daxil olan nəqliyyat vasitələri üçün isə əvvəlki hərəkət rejimi dəyişməz olaraq qalır.
Sürücülərə tövsiyə edirik ki, həmin yolda hərəkət edən zaman yol nişanlarına diqqət etsinlər və qaydaları pozmasınlar.
Oxu.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edir.
Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Fatih Dönməz çıxış edərək layihə haqqında məlumat verib. Sonra TANAP layihəsi çərçivəsində görülən işləri əks etdirən videoçarx nümayiş etdirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə çıxış edib:
“Bu gün tarixi bir gündür. Əminəm ki, TANAP-ın ömrü uzun olacaq. TANAP Türkiyə və Azərbaycana böyük xeyir gətirəcək. TANAP-a aparan yol tarixi İstanbul Anlaşması ilə başladı. Tarixi İstanbul Anlaşması birgə siyasi iradənin nəticəsində mümkün olub. Çünki bu anlaşmanın qəbul edilməsinə qədər qazın Avropaya nəqlində böyük mübahisələr yaşanıb.
Əziz qardaşım Rəcəb Tayyib Ərdoğanla bu layihəyə başlamaq haqqında qərar verdik. Layihənin əsas maliyyə yükünü Azərbaycan və Türkiyə üzərinə götürüb.
Bakı-Tblisi-Ceyhan kəməri olmasaydı, bu layihə mümkün olmazdı. BTC ilə bu günə qədər 450 milyon tondan çox qaz dünya bazarına çıxarılıb. Bunun 400 milyon tonunu Azərbaycan nefti təşkil edir.
2007-ci ildə Bakı-Tbilisi-Ərzurum xətti layihəsini açmışdıq. Bu da TANAP üçün vacib irəliləyiş idi”.
Prezident bildirib ki, TANAP Cənub Qaz Dəhlizinin bir parçasıdır:
“Bu gün Cənub Qaz Dəhlizi yeddi ölkəni birləşdirir və bu artıq beynəlxalq əməkdaşlıqdır. Bu layihə daha böyük anlaşmalara yol açacaq. Bunlardan üçü Avropa Birliyi ölkələridir, uzun illər birlikdə çalışacaq və faydasını bölüşəcəklər. Bu layihələrə, sadəcə, enerji layihələri kimi baxmaq doğru deyil.
İki il əvvəl əziz qardaşım Ərdoğanla Bakı-Tbilisi-Qars Dəmiryolu layihəsini həyata keçirdik.
Digər bir layihə elektrik enerjisinin əldə edilməsidir. Əgər bu bölgədə sabitlik olmasaydı, qarşılıqlı dəstək və anlaşma olmasaydı, bunların heç biri həyata keçməzdi. Dünyada ikinci bir ölkə tanımıram ki, Türkiyə-Azərbaycan qədər bir-birinə yaxın olsun.
Türkiyə bu günə qədər Azərbaycan iqtisadiyyatına 12 milyard dollardan çox investisiya, Azərbaycan Türkiyə iqtisadiyyatına 17,5 milyard dollar investisiya yatırıb.
Əziz qardaşım Ərdoğanın liderliyi sayəsində Türkiyə böyük nailiyyətlərə imza atdı. Əvvəlki illəri xatırlayırıq. İMF kimi qurumlara iqtisadi asılılıq vardı. Əziz qardaşım Ərdoğan sayəsində Türkiyə iqtisadi asılılıqdan xilas oldu. Türkiyə bu gün dünyada çox önəmli bir güc mərkəzidir.
Türkiyənin gücü bizim gücümüzdür. Bundan sonra iki qardaş ölkə olaraq irəli gedəcəyik. Həyata keçirdiyimiz bu nəhəng layihələr bizim gücümüzü artırır. İqtisadi güc nəticədə siyasi gücə çevrilir. TANAP eyni zamanda enerji təhlükəsizliyi layihəsidir.
İstehsalçı ölkə Azərbaycan, tranzit ölkələr və istehlakçı ölkələr birlikdə fəaliyyət göstərir. Bu layihələr bölgədəki sabitliyi artırır. Yaşasın Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı!”.
Sürücülərin demək olar ki, hər gün tıxaca düşdüyü və şikayət etdiyi yerlərdən bəlkə də birincisi "Şamaxinka" kimi tanıdığımız ərazidir. Burda mövcud olan daimi xaos sürücüləri də, piyadaları da bezdirib. Bəs səbəb nədir? Oxuculardan biri Avtosfer.az-a fotolar göndərib. Avtomobillər qanunsuz olaraq harda gəldi park olunub.
Bundan başqa ərazidə taksi sürücüləri avtobus dayanacaqlarını zəbt edir. Nəticədə avtobuslar sərnişinləri yolun ortasında düşürmək məcburiyyətində qalır. Bu isə tıxacı artırır.
Ümid edirik ki, Bakı Nəqliyyat Agentliyi ən azı pik saatlarda ərazidə əməkdaşlarını xidmətdə saxlayar və bu problemlər qismən də olsa aradan qalxar.
Dekabrın 1-dən Heydər Əliyev prospektində (şəhər istiqamətində) yolun “Koroğlu” metrostansiyasının qarşısındakı hissəsində texniki vasitələrin, o cümlədən kameraların köməyi ilə qanunsuz dayanma və ya durmaya qarşı mübarizə tədbirlərinə başlanılacaq. Bu barədə Yol-xeber.az- Bakı Nəqliyyat Agentliyindən bildirilib. Agentlik sürücülərə tövsiyə edir ki, Heydər Əliyev prospekti şəhər mərkəzi istiqamətində sərnişinlərin mindirilməsi və düşürülməsini bunun üçün təşkil olunan cib tipli dayanacaq məntəqsində etsinlər. "Bunu edərkən nizamlı şəkildə növbəlilik qaydalarına əməl etmələrini və yolun hərəkət hissəsində qanunsuz dayanmaq və ya durmaqla nəqliyyatın hərəkətini məhdudlaşdırmamalarını xahiş edirik.
Məlumat üçün qeyd edək ki, hər gün səhər və axşam pik saatlarında sürücülərin bu qaydalara əməl etməmələri qeyd edilən ərazidə nəqliyyatın axınının nizamsızlığına və hərəkətin iflic olmasına səbəb olur. Bu isə ilk növbədə ətraf kənd və qəsəbələrdən “Koroğlu” nəqliyyat mübadilə mərkəzinə gələn 29 müntəzəm marşrut xətti üzrə 430-a yaxın avtobusun intervalında gecikmələrə səbəb olur ki, nəticədə 270 min nəfərə yaxın ictimai nəqliyyat istifadəçisinin əlavə vaxt itkisinə məruz qalmaqla yanaşı mənzil başına vaxtında uzlaşmalarına səbəb olur. Qeyd olunan hissədə səhər və axşam pik saatlarında müşahidə edilən vəziyyət Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişməsində, eləcə də, şəhər mərkəzi istiqamətində minik avtomobillərinin hərəkətinə də çətinliklər yaradır.
Eyni zamanda qeyd edilməlidir ki, həmin tarixdən etibarən Qara Qarayev prospekti ilə Rüstəm Rüstəmov küçəsinin kəsişməsinə yaxın hissədə (Dakar dairəsi ətrafında) də texniki vasitələrin köməyi ilə qanunsuz dayanma və durmaya qarşı mübarizə tədbirləri gücləndiriləcək.
Bir daha bütün sürücülərə müraciət edərək onları dayanma, durma qaydalarına əməl etməyə və bir-birimizə qarşı nəzakətli olmağa dəvət edirik".
Dekabrın 1-dən Heydər Əliyev prospektində (şəhər istiqamətində) yolun Bakı Metrosunun “Koroğlu” stansiyasının qarşısındakı hissəsində texniki vasitələrin, o cümlədən kameraların köməyi ilə qanunsuz dayanma və ya durmaya qarşı mübarizə tədbirlərinə başlanılacaq.
Bakı Nəqliyyat Agentliyindən Yol-xeber.az-a verilən məlumata görə, Heydər Əliyev prospekti şəhər mərkəzi istiqamətində sərnişinlərin mindirilməsi və düşürülməsini təşkil olunan cib tipli dayanacaq məntəqsində ediləcək.
Qeyd edək ki, hər gün səhər və axşam pik saatlarında sürücülərin bu qaydalara əməl etməmələri qeyd edilən ərazidə nəqliyyatın axınının nizamsızlığına və hərəkətin iflic olmasına səbəb olur. Bu isə ilk növbədə ətraf kənd və qəsəbələrdən “Koroğlu” nəqliyyat mübadilə mərkəzinə gələn 29 müntəzəm marşrut xətti üzrə 430-a yaxın avtobusun intervalında gecikmələrə səbəb olur ki, nəticədə 270 min nəfərə yaxın ictimai nəqliyyat istifadəçisinin əlavə vaxt itkisinə məruz qalmaqla yanaşı mənzil başına vaxtında uzlaşmalarına səbəb olur.
Qeyd olunan hissədə səhər və axşam pik saatlarında müşahidə edilən vəziyyət Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişməsində, eləcə də, şəhər mərkəzi istiqamətində minik avtomobillərinin hərəkətinə də çətinliklər yaradır.
Eyni zamanda, həmin tarixdən etibarən Qara Qarayev prospekti ilə Rüstəm Rüstəmov küçəsinin kəsişməsinə yaxın hissədə (Dakar dairəsi ətrafında) də texniki vasitələrin köməyi ilə qanunsuz dayanma və durmaya qarşı mübarizə tədbirləri gücləndiriləcək.
Bibiheybət yolunda baş vermiş torpaq sürüşmənin nəticələri aradan qaldırılanadək Yeni Salyan yolunda yaşayan sakinlərin rahatlığını təmin etmək məqsədi ilə 5 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində müvəqqəti dəyişiklik edilib.
Bakı Nəqliyyat Agentliyindən Yol-xeber.az-a verilən məlumata görə, 5 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar 20-ci sahə adlanan ərazidən şəhər istiqamətinə gedərkən yenidən Yeni Salyan yoluna (Jurnalistlər binası istiqamətində) daxil olacaq. Bakı Ali Neft Məktəbinə yaxın hissədən geriyə dönərək təkrar şəhər mərkəzi istiqamətində hərəkət edəcək.
Bildirilib ki, şəhər mərkəzindən Yeni Salyan yolu (Jurnalistlər binası) istiqamətində gələn sərnişinlər də 5 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslardan istifadə etməlidirlər.
Məlumata görə, həmin sərnişinlər 20-ci sahədə gəldikləri avtobusdan düşərək sonuncu dayanacaqdan 5 nömrəli xətt üzrə şəhər istiqamətində çıxan ilk avtobusa minməlidirlər. Avtobus dəyişən zaman sərnişinlərdən heç bir ödəniş tələb olunmur.
Bakı şəhərinin ictimai nəqliyyatında göstərilən xidmətlərin həm təhlükəsizlik, həm də keyfiyyət nöqteyi-nəzərindən qabaqcıl dünya standartlarına çatdırılması məqsədilə, dövlət başçısının müvafiq sərəncamı ilə alınan yeni avtobusların istismara verilməsinə başlanılıb.
Yol-xeber.az xəbər verir ki, təhlükəsizliyi, rahatlığı, ekoloji baxımdan təmiz Avro 6 standartlarına cavab verməsi ilə fərqlənən 12 metrlik BMC Procity markalı avtobusların bir qismi ilk olaraq 30.11.2019-cu il tarixindən 125 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişinlərin istifadəsinə veriləcək. Bununla əlaqədar 125 nömrəli müntəzəm marşrut xəttinin hərəkət sxemi də dəyişdirilib. Beləki bu xətt üzrə avtobusların hərəkəti 28 May-Lökbatan qəsəbəsi olmaqla təşkil edilib. Bununla da 123 mindən artıq sakini olan Lökbatan qəsəbəsinin şəhər mərkəzi ilə birbaşa marşrut xətti ilə əlaqələndirilməsi təmin olunub. Marşrut xətti üzrə gediş haqqının ödənişi nağdsız qaydada “BakıKart” vasitəsi ilə həyata keçiriləcək. Sərnişinlərin “BakıKart” əldə etməsi, eləcə də, kartın balansının artırılmasını asanlaşdırmaq məqsədi ilə qəsəbə ərazisində terminallar quraşdırılıb.
Marşrut xəttindəki yeniliklə əlaqədar, Lökbatan qəsəbəsində tədbir keçirilib. Bakı Nəqliyyat Agentliyinin İDEA Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq İctimai Birliyi ilə birgə təşkil etdiyi tədbirdə yeni avtobuslar Lökbatan sakinlərinə təqdim olunub. Sakinlərin çoxdan gözlədiyi xəbəri sağlamlıq imkanları məhdud uşaqlar üçün 9 nömrəli Xüsusi İnternat Məktəbinin sağirdləri çatdırıb. Yeni avtobusların qəsəbəyə gəlişi bayram əhval-ruhiyyəsi ilə qarşılanıb. Heydər Əliyev Parkının qarşısındakı meydana toplaşan sakinlər son illər ictimai nəqliyyatda həyata keçirilən yeniliklərin vətəndaşların rahatlığı baxımından əhəmiyyəli olduğunu bildiriblər. Bütün bunların dövlət başçısının diqqət və qayğısı sayəsində reallaşdığını vurğulayıblar.
Tədbir çərçivəsində sağlamlıq imkanları məhdud uşaqlar üçün 9 nömrəli Xüsusi İnternat Məktəbinin şagirdlər üçün İDEA heyvanlara qayğı mərkəzinə tanışlıq turu təşkil edilib. Mərkəzin fəaliyyəti ilə tanış olan uşaqlara yol hərəkəti və ictimai nəqliyyatda davranışla bağlı təlim də keçirilib.
125 nömrəli müntəzəm marşrut xətti üzrə məlum dəyişikliyi nəzərə alaraq vətəndaşlardan xahiş edirik ki, həmin istiqamətdə ictimai nəqliyyatdan istifadəyə üstünlük versinlər. Belə ki, baş vermiş sürüşmə səbəbindən Bibiheybət-20-ci sahə Bayıl ərazisində nəqliyyatın hərəkətində sıxlıq yaranıb. Vətəndaşlaı şəxsi nəqliyyat vasitəsi ilə deyil məhz ictimai nəqliyyatdan istifadə etməklə qeyd edilən yolda hərəkət intensivliyinin artmasına töfhə vermiş olacaqlar.