![]() |
|
Dünəndən etibarən avtomobilin arxa yan şüşələrinə pərdə və plyonkanın vurulmasına görə cərimə tətbiq edilib-edilməməsi müzakirə olunur.
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi polis polkovnik-leytenantı Rüfət Quliyev Yol-xeber.az-a bildirib ki, bu istiqamətdə müvafiq orqanlara təkliflər göndərilib. Hazırda bu təkliflət baxılma ərəfəsindədir. Bunu nəzərə alaraq Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinin tələbi ilə avtomobillərin arxan yan şüşələrində jalüz pərdələr və plyonka istifadə edilməsinə görə cərimə tətbiq olunmayacaq.
"Yol-xeber.az" xəbər verir ki, perspektiv plana əsasən, ümumi uzunluğu 28,5 km olacaq mövcud Qırmızı xətt Badamdar qəsəbəsindən başlayaraq Zığ qəsəbəsinədək uzanacaq. 19 stansiyadan ibarət olacaq xəttin 13 stansiyası və 1 elektrik deposu istismardadır. Layihədə “İçərişəhər” stansiyasından sonra 4, “Həzi Aslanov” stansiyasından sonra 2 stansiyanın inşası nəzərdə tutulub.
Ümumi uzunluğu 41,8 km olacaq Yaşıl xətt Xətai, Nəsimi, Yasamal, Binəqədi, Nəriman Nərimanov, Nizami, Sabunçu və Suraxanı rayonlarını əhatə edəcək. Perspektiv inkişaf planına uyğun olaraq, gələcəkdə bu xətt üzrə Bakı metrosunda ilk dəfə qatarların dairəvi hərəkəti təşkil olunacaq. 23 stansiyası olacaq xəttin hazırda 10 stansiyası istismardadır. Xəttin bir elektrik deposu inşa olunur, daha biri isə layihələndirmə mərhələsindədir.
Perspektiv inkişaf planına uyğun olaraq, “28 May” stansiyasının layihəsini dəqiqləşdirərək yenidən qurulmasının başa çatdırılması ilə mövcud Qırmızı və Yaşıl xətlərin ayrılması onların hər birində qatarların sərbəst hərəkətinin təşkili nəzərdə tutulub.
Uzunluğu 18,5 km olacaq Bənövşəyi xətt Xocəsən qəsəbəsindən başlayaraq Qaraçuxur qəsəbəsinədək uzanacaq. Metropolitenin perspektiv inkişaf planının birinci prioritet istiqamətinə daxil olan Bənövşəyi xəttin “Avtovağzal” və “Memar Əcəmi” stansiyaları 2016-cı il aprel ayının 19-da sərnişinlərin istifadəsinə verilib. Bu xətt üzrə 6-sı keçid olmaqla,10 yeni stansiya inşa olunmalıdır. Hazırda Xocəsən qəsəbəsində Bənövşəyi xəttin deposunun, eləcə də Ceyhun Səlimov küçəsində 3-cü stansiyasının tikintisi davam edir.
Uzunluğu 16,3 km olacaq Mavi xətt Yeni Yasamal yaşayış sahəsindən başlayaraq Sabunçu rayonunun Bakıxanov qəsəbəsinə qədər uzanacaq. Xətt üzrə 7-si keçid olmaqla, 11 stansiya və 1 elektrik deposu tikiləcək.
Uzunluğu 14,7 km olacaq Sarı xətt Binəqədi rayonundan başlayaraq Səbail rayonunun Bayıl qəsəbəsinədək uzanacaq. Bu xətdə 5-i keçid olmaqla, 11 stansiya və 1 elektrik deposu inşa olunacaq.
Perspektiv inkişaf planına uyğun olaraq yeni xətlərin tunel, stansiya və depolarının inşası ilə yanaşı, mövcud stansiyaların mərhələlərlə yenidən qurulması və müasir avadanlıqlarla təchiz olunması, dərin özüllü birçıxışlı stansiyaların ikinci çıxışlarının tikintisi aparılır.
“Bakı Metropoliteni Xətlərinin Konseptual İnkişaf Sxemi”nə əsasən gələcəkdə metropolitenin ümumi şəbəkəsi 3 mövcud (Qırmızı, Yaşıl və Bənövşəyi) və 2 əlavə yeni xətt (Mavi və Sarı) olmaqla, 5 xətdən, 76 stansiyadan, 6 elektrik deposundan və 119,1 km metro xəttindən ibarət olacaq. Metropolitenin 51 yeni stansiyanın inşa edilməsi və 84,3 km metro xəttinin çəkilməsi nəzərdə tutulub.
Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev və İdarənin inspektoru polis polkovnik-leytenantı İsa Deystani, Quba rayon Dövlət Yol Polisi Bölməsinin əməkdaşları Quba avtovağzalında maarifləndirici aksiya keçirib. Aksiyada Avtosfer.az saytının rəhbəri Elməddin Muradlı da iştirak edib. Aksiya çərçivəsində avtovağzaldan istifadə edən sərnişinlərlə söhbətlər aparılıb, onlara yol hərəkəti qaydaları izah edilib, qayda pozan sürücülərə qarşı mübarizə aparılmasında vətəndaşların da yol polisinə dəstəyinin əhəmiyyətindən bəhs olunub.
Eyni zamanda avtovağzalının bir neçə yerinə Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən hazırlanmış maarifləndirici şüarlar və sərnişinlər üçün faydalı olan məlumatlar əks edilmiş plakatlar vurulub.
Bakı Nəqliyyat Agentliyi Sosial Məsuliyyət layihələri çərçivəsində daha bir tədbirə nəqliyyat xidmətləri ilə dəstək olub. Abşeron Olimpiya İdman Kompleksində V Uşaq Paralimpiya Oyunlarının keçirilməsi ilə bağlı, Bakı Nəqliyyat Agentliyi tərəfindən paytaxtın müxtəlif ərazilərindən (1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclər üçün Peşə və Reablitasiya Mərkəzi (Ramana qəsəbəsi), Moskva prospekti - 20 Yanvar dairəsi, Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 5 nömrəli İnternat məktəbi, Respublika Paralimpiya İdman Kompleksi (Qaradağ rayonu) ) paralimpiya idmançılarının Abşeron Olimpiya İdman Kompleksinə (Xırdalan şəhəri) daşınması təşkil olunub.
Bir neçə ildir davamlı olaraq həyata keçirilən "Ölkəmizi tanıyaq" layihəsi bu il də davam etdirilir. Xaçmaz, Xızı, Şabran zonasında 5 avtobusdan ibarət karvan yola çıxıb. İçərisində məktəblilər olan karvanı Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının əməkdaşları müşayət edib.
Qeyd edək ki, yuxarı sinif şagirdlərinin iştirakı ilə keçirilən tədbir zamanı müxtəlif rayonlardan olan hərəsində 45 şagird olan avtobuslar rayonlara gedir və orda şagirdlər həmin rayonla tanış olurlar. Əvvəlcədən yol polisinə müraciət əsasında YPX əməkdaşları sürücüləri tibbi müayinədən keçirir, sənədlərini yoxlayır və daha sonra hər avtobusa iki patrul avtomobili olmaqla müşayət olunur.
Yol-xeber.az videonu təqdim edir:
Ağstafa rayonunun Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sözügedən yolun yenidən qurulması yekunlaşıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Yol-xeber.az-a verilən məlumata görə, 4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulan Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolunun uzunluğu 9.3 km təşkil edir.
Avtomobil yolu uzun müddət əsaslı təmir olunmadan istismar olunduğundan yol geyimi və yolun əsası, həmçinin torğaq yatağı sel sularının təsirindən yuyulmuş, hərəkət hissəsində qabarmalar, çalalar əmələ gəlmiş, asfalt-beton örtüklü hissələrdə çoxlu sayda çalalar yaranmışdı.
Layihəyə uyğun olaraq yolun deformasiyaya uğramış hisələri qazılaraq çıxarılıb, karxana qruntu ilə əks-dolğu işləri görülərək, kipləşdirilib. Yol boyu mövcud suötürücü borular istismara yaramadığı üçün yeni suötürücü boruların quraşdırılması, küvetlərin açılması tələb olunurdu. Məhz bu səbəbdən 132 paqon-metr olan 500 mm-lik və 42 paqon-metr uzunluğa malik 1000 mm diametrlik dəmir-beton boruların quraşdırılması, boru başlıqlarının dəmir-betonla tikintisi işləri aparılıb, avtoqreyderlə 6500 paqon-metr küvet hissələr açılıb.
Tikinti norma və standartlarına uyğun olaraq, torpaq yatağının avtoqreyderlə profilə salınması, karxana çınqılı və optimal qum-qırmadaş qarışığından əsasın alt və üst layının tikintisi işləri görülüb. Bunun ardınca əlaqələndirici bitum səpilməklə yol örtüyünün iri və xırda dənəli olmaqla asfalt-beton qarışığı ilə salınması, çiyin hissələrin optimal qum-qırmadaş qarışığı ilə bərkidilməsi, 12 yol birləşməsinin təmiri işləri görülüb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında yüksək keyfiyyətlə aparılan yenidənqurma işlərinin sonuncu mərhələsi çərçivəsində yol boyu 3 avtobus dayanacağı inşa edilib, hərəkətin normal təşkili üçün 46 yol nişanı, 18 km göstəricisi və 380 siqnal dirəyi quraşdırılıb, yolcizgi və yolgöstərici xətlər çəkilib.
Yerli əhəmiyyətli Ağstafa Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolunun yenidən qurulması ilə yol boyu nəqliyyat əlaqəsi xeyli rahatlaşıb, vətəndaşların istər Bakı-Ələt-Qazax-Gürcüstan respublikası ilə dövlət sərhədi avtomobil yoluna, istərsə də respublika əhəmiyyətli Ağstafa-Poylu-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə etməklə sözügedən ərazidə yük və sərnişin daşıması asanlaşıb.
Qeyd edək ki, bundan öncə Ağstafa rayonunda Kolayır-Düzqışlaq-Mollacəfərli-Xılxına-Qarahəsənli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, sözügedən avtomobil yolunda yenidənqurma işləri aparılıb. Mövcud tikinti norma və qaydalarına əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında və yüksək keyfiyyətlə aparılan tikinti işləri 4 mindən artıq əhalinin gediş-gəlişini rahatlaşdırıb.
Bu il mayın 1-dən qeyri-rəsmi olaraq plyonkalara icazə verildi. Ancaq buna qədər yalnız arxa yan şüşələrə jaluz-pərdə vurulmasına icazə verilirdi.
Bu sözləri Axar.az-a açıqlamasında yol-nəqliyyat eksperti Elməddin Muradlı deyib. O bildirib ki, bu il yol patrul xidməti əməkdaşlarına avtomobilinə qara plyonka vuran sürücüləri incitməmək tapşırığı verilmişdi:
“Sürücülər də buna əsaslanaraq plyonka vurmağa başladılar. Hətta qabaq yan şüşələrinə qara plyonka vuran taksi sürücüləri də oldu. Halbuki bu olduqca təhlükəli bir haldır. Qara pllyonka da birdəfəlik məhsuldur. Yəni jalüz və ya pərdə olanda bu il çıxarıb, gələn il yenidən istifadə edə bilirsən. Ancaq plyonka bir dəfə taxıldısa, çıxarılandan sonra istifadəsi mümkün deyil. Bu da sürücüləri narahat etməyə başlayıb. Hesab edirəm ki, plyonkalarla bağlı olan qadağa ləğv olunmalıdır”.
E.Muradlı bildirib ki, əksər deputatlar və yol-nəqliyyat ekspertləri də arxa yan şüşələrə plyonka vurulmasını qadağan edən qanunun ləğvini dəstəkləyir:
“Hesab edirəm ki, arxa yan şüşələrə plyonka vurmaq olar. Bunun üçün beynəlxalq təcrübə də var. Ancaq təbii ki, qabaq yan şüşələrə pərdə, jaluz, qara plyonka vurulması tam qadağandır və buna icazə vermək olmaz. Çünki bizim sürüclər qabaq yan şüşələrə plyonka vurdursalar təhlükəsizlik kəmərindən istifadə etməyəcək, telefonla danışacaq, qucağında uşaqla maşın sürəcək, azyaşlı uşağı qabaqda oturdacaq və sair. Yol polisi də pozulan bu qaydaları aşkar edə bilməyəcək”.
E.Muradlı bildirib ki, hazırkı qaydalara görə, 15 noyabr tarixindən sonra pərdə, plyonka, jalüzləri açmayan sürücülər cərimələnəcək.
Qeydd edə ki, hər il olduğu kimi, bu il də iqlim şəraiti nəzərə alınaraq plyonka və jalüzlərlə bağlı 1 maydan tətbiq edilən güzəşt 15 noyabr tarixində başa çatır.
Əks istiqamətə çıxan sürücünün təhlükə saçan görüntüsü digər sürücü tərəfindən qeydə alınıb.
Yol-xeber.az xəbər verir ki, noyabrın 11-də Masazır qəsəbəsi Əliağa Vahid küçəsində hərəkət edən 99-GH-843 qeydiyyat nişanlı "Opel" markalı taksi avtomobilinin sürücüsü, 1.1 xəttinin tələbini kobud şəkildə pozaraq əks istiqamətə çıxıb. O, axına qarşı hərəkət edərək qarşıdan gələn avtomobillərə təhlükə yaradıb və yüksək sürətlə hərəkətini davam etdirib.
“Tələbələrin dedikləri çox yaxşı arzulardır. Onlara cavab olaraq demək lazımdır ki, “tezliklə təhsilinizi başa vurun, gəlin, işə düzəlin, yolunu göstərin, bunu necə edək?!”
Bunu “Report”a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin baş mühəndisi Əlixan Osmanov tələbələrin qurumun sədri Zaur Hüseynova ünvanlandığı məktuba cavab verərkən deyib.
Xatırladaq ki, bir qrup tələbə Z.Hüseynova məktub ünvanlayaraq metroda qatarlar arasında intervalının azaldılmasını, yeni və kondisionerli qatarların sayının artırılmasını istəyiblər.
Ə.Osmanovun sözlərinə görə, tələbələrin qaldırdıqları məsələlərin hamısını həll etmək mümkündür, amma bu məsələlər metro tikiləndə nəzərə alınmalıdır: "Bu gün metronu saxlamaq, onun işarəvermə sistemini dəyişdirmək, bu, ancaq utopiya kimi görünə bilər. Eyni zamanda 2 dəqiqə intervalı çox deyil. Digər metropolitenlərin də statistikasına baxa bilərsiniz. Əlbəttə, biz metromuzu MDB ölkələri ilə müqayisə etməliyik. Biz İstanbul, Dubay, Honkonqla müqayisə apara bilmərik, çünki onlarda başqa bir metrodur. Yəni onlarda yollar, qatarlar başqadır və avtomatik hərəkət təmin olunub. Əgər birdən-birə Dubay olmaq istəsək, bu metronun hamısını söküb təzə CBTC (Rabitə əsaslı Qatar Nəzarəti – Communications-Based Train Control) adlanan sistem gətirməliyik. Bu yeni sistemdə qatarların radiodalğalarla idarə olunması, hərəkət relslərinin şovsuz, yəni tikişsiz olması hesabına sürətli hərəkəti, həm də öndə, ortada və arxada hərəkət edən qatarın bir-birinə maneə törətmədən hərəkət etməsi təmin olunur. Metropoliten çox mürəkkəb struktura malik sərnişin nəqliyyatıdır. Burada sərnişin daşımaq vacibdir, ancaq sərnişinin təhlükəsizliyini təmin etmək, ondan qat-qat üstündür”.