Bakı-Pirşağı dəmir yolu xətti ilə sərnişin daşımalarına başlanılır
Dekabrın 2-dən etibarən

"Azərbaycan Dəmir Yolları" QSC dekabrın 2-dən Bakı-Pirşağı-Bakı dəmir yolu xətti ilə sərnişin daşımalarına başlayacaq.  Bu barədə Yol-xeber.az-a qurumdan bildirilib.

Tariflər və hərəkət cədvəli aşağıdakı kimidir:

 

Bakı-Sumqayıt qatarından istifadə edənlərə — ŞAD XƏBƏR - Dekabrın 5-dən


Dekabr ayının 5-də Bakı-Sumqayıt dəmir yolu xəttinə yeni elektrik qatarı buraxılacaq.
APA-Economics-ə istinadla məlumat verir ki, bunu jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib.
Onun sözlərinə görə, bu qərar sözügedən marşrut xəttində yüksək sərnişin sıxlığını nəzərə alaraq qəbul edilib.
Sürücülərin diqqətinə: Bu yolda radara düşəcəksiniz; Sürət həddi endirilib - FOTO
Hərəkət sürəti 110-dan 90-a endirilib

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda hərəkət sürəti aşağı endirilib. Yol-xeber.az xəbər verir ki, qeyd olunan yolun 110 km saat sürət təşkil olunmuş hissəsində hərəkət sürəti 90 km saat sürətə endirilib. Hərəkət sürətinin aşağı salınmasına səbəb yolun texniki tələblərinin aşağı səviyyədə olmasıdır. Həmin yolda baş verən qəzaların təhlili zamanı məlum olub ki, qəzaların əksəriyyəti hərəkət sürətinin aşılmasına görə baş verib və qəzaların ağırlıq dərəcəsinə də məhz sürət həddinin yüksək olması səbəb olub.

Bakı-Quba yolundan istifadə edən sürücülərin diqqətinə çatdırırq ki, adəti üzrə yüksək sürətlə hərəkət etməsinlər. Yolda yeni quraşdırılmış nişanlara diqqətlə baxsınlar və hərəkət sürətinə ciddi şəkildə riayət etsinlər. 

 

Su polisi əməliyyat keçirib, balıqçı və ovçu saxlanılıb - VİDEO

Reydlər davamlı olaraq həyata keçiriləcək


Daxili İşlər Nazirliyi (DİN) Nəqliyyatda Baş Polis İdarəsi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının keçirdikləri növbəti uğurlu tədbir zamanı kustar üsulla, yəni gərginlik artıran cihazla qanunsuz balıq ovu ilə məşğul olan şəxs saxlanılıb. İdarədən Yol-xeber.az-a verilən məlumata görə, ekoloji cinayətlərə qarşı mübarizə tədbirləri çərçivəsində keçirilən əməliyyat nəticəsində Su Nəqliyyatında Polis İdarəsinin Şəmkir Polis bölməsinin əməkdaşları tərəfindən Şəmkir rayonu Kür çayı ərazisində gərginlik artıran cihazdan istifadə edərək qanunsuz balıq ovu ilə məşğul olan Eldəniz Bəhram oğlu Nəbiyev hadisə yerində yaxalanıb. 

Yoxlama zamanı ondan gərginlik artıran cihaz və bir ədəd rezin qayıq götürülərək su polisinin əməkdaşları tərəfindən protokollaşdırılıb.

E.Nəbiyev tutduğu əməldən peşiman olduğunu bildirib. Onunla aparılan profilaktiki söhbətlər zamanı balıq ovu ilə məşğul olmağın qanuni yolları izah edilib.

 

Su Nəqliyyatında Polis İdarəsinin apardığı növbəti əməliyyat zamanı Lənkəran ərazisində qırmızı kitaba düşmüş ördək quşlarının ovlanması ilə məşğul olan Masallı rayonunun Öncəqala kənd sakini Nizami Şirəliyev saxlanılıb. Sənədi olmadan qanunsuz şəkildə ovçuluqla məşğul olan N.Şirəliyev Lənkəran Su Polis Şöbəsinin əməkdaşlarının xidməti ərazilərində olan Qızılağac Dövlət Qoruq ərazisində ələ keçib.

Saxlanılan şəxs qırmızı kitaba düşmüş quşları qanunsuz silahla ovladığını etiraf edərək bir daha bunu təkrarlamayacağını bildirib.

Qeyd edək ki, reydlər davamlı olaraq həyata keçiriləcək.

 

BNA bu yolda dəyişiklik etdi - DİQQƏT - FOTO
“Cib”in standartlara uyğun olmaması səbəbindən avtobuslar “cib”ə daxil ola bilmirdilər

Hənifə Ələsgərova küçəsində mövcud avtobus dayanacaq məntəqəsindəki “cib” ləğv edilərək piyadalar üçün səki inşa edilib. Bakı Nəqliyyat Agentliyi tərəfindən piyadaların rahatlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə növbəti dəyişiklik həyata keçirilib. Belə ki, Hənifə Ələsgərova küçəsində (Mərdanov Qardaşları küçəsi ilə kəsişmədə) mövcud avtobus dayanacaq məntəqəsindəki “cib” ləğv edilərək piyadalar üçün səki inşa edilib. Dəyişiklik həyata keçirilməmişdən əvvəl sözügedən avtobus dayanacaq məntəqəsində aşağıda göstərilən problemlər mövcud idi

Avtosfer.az xəbər verir ki, avtobus dayanacaq pavilyonu səkini zəbt etdiyindən piyadalar yolun hərəkət hissəsinə düşmək məcburiyyətində qalırdılar ki, bu da onların həyatları üçün real təhlükə mənbəyinə çevirilirdi;

“Cib”in standartlara uyğun olmaması səbəbindən avtobuslar “cib”ə daxil ola bilmirdilər;

 

Dayanacaq pavilyonunun önündə sərnişinlərin dayanması üçün sahə qalmırdı.

Dəyişiklik həyata keçirildikdən sonra artıq:

Avtobuslar daha qısa müddətə minib-düşməni həyata keçirir və səkiyə daha rahat yan alır;

Piyadalar səki ilə daha rahat və təhlükəsiz şəkildə hərəkət edir;

Sərinişinlər avtobusları dayanacaq pavilyonunun önündə təşkil edilmiş təhlükəsiz sahədə gözləyir;

Bundan başqa, görmə məhdudiyyətli insanlar üçün səkidə hiss edilə bilən (tactile) döşəmələr də yerləşdirilib.

 
Baş Planda nəqliyyata da diqqət yetirilib - AÇIQLAMA
Bakının Baş Planının layihəsi gələn il hökumətə təqdim olunacaq

“Bakının Baş Planın hazırlanması ilə bağlı 4 əsas prioritet qəbul olunub”. Bunu Bakı şəhərinin Baş Planı üzrə yanaşmaların müzakirəsində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin birinci müavini Anar Quliyev deyib. Onun sözlərinə görə, əsas istiqamətlərdən biri Bakının çoxmərkəzli şəhər olması ilə bağlı  yanaşmadır: "Bunun da məqsədi Bakının mərkəzinə olan yükü azaltmaqdır. Bu gün tarixi mərkəzlə yanaşı, ənənəvi mərkəz də var. Yanaşmalar əlavə və alt mərkəzlərin yaradılmasını nəzərdə tutur. Bu gün Bakının bir tarixi mərkəzi mövcuddur. Əsas priotitet istiqamətlərdən biri Bakını tarixi irsi nəzərə almaqla inkişaf etdirməkdir".

Komitə sədrinin müavini bildirib ki, Bakının Baş Planının hazırlanması ilə bağlı digər yanaşma nəqliyyat infrastrukturu ilə bağlıdır: "Metro gündəlik həyatımızda çox əhəmiyyətlidir. Səmərəli iş nəticəsində irəli sürülən təkliflər əsasında stansiyaların sayı, onların açılma ardıcıllığında prioritetləşdirmə apardıq”.

Anar Quliyev bildirib ki, əsas priotitetlərdən biri dayanıqlı inkişafı təmin etmək üçün Bakıda bir qədər çirklənmiş ərazilərin sağlamlaşdırılmasıdır: "Digər bir istiqamət isə Bakının yeni sənaye sahələrinin müəyyənləşdirilməsi, onların inkişafı üçün şəraitin yaradılmasının təmin edilməsidir". Komitə sədrinin müavini bildirib ki, Bakının Baş Planının hazırlanması prosesi 2020-ci ilin sonuna qədər davam edəcək: "Razılaşdırılmış layihə gələn ilin sonunda təsdiq edilmək üçün hökumətə təqdim olunacaq".

Prezident Bibiheybətdəki sürüşmə ilə bağlı tapşırıq verdi

Prezident İlham Əliyevin tapşırıqı ilə Baş Nazir və müvafiq qurumların rəhbərləri Bibiheybətdəki sürüşmə zonasına baxış keçiriblər.
Bu barədə Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov məlumat verib. Onun sözlərinə görə, artıq müvafiq qurumlara zəruri ilkin tapşırıqlar verilib:
“Təxirəsalınmaz tədbirlərin görülməsi və gələcəkdə bir daha təkrarlanmaması üçün prosesə ciddi xarici və yerli mütəxəssislər cəlb edilib. Mütəxəssislərin vəziyyəti dərindən təhlilindən sonra qısa müddət ərzində bərpanın hansı istiqamətdə aparılacağı haqda qərar qəbul ediləcək”.
“Bibiheybətdəki sürüşmə ilə bağlı zəruri tapşırıqlar verilib”
Əraziyə yerli və əcnəbi mütəxəssislər cəlb olunub

"Ölkə Prezidentinin tapşırığı ilə Baş Nazir və başqa müvafiq qurumların rəhbərləri Bibiheybətdə uçqun olan hadisə yerinə baxış keçiriblər. Artıq müvafiq qurumlara zəruri ilkin tapşırıqlar verilib”. Yol-xeber.az xəbər verir ki, bu barədə APA-ya Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov məlumat verib.

Onun sözlərinə görə, təxirəsalınmaz tədbirlərin görülməsi və gələcəkdə bir daha təkrarlanmaması üçün prosesə xarici və yerli mütəxəssislər cəlb edilib: “Mütəxəssislərin vəziyyəti dərindən təhlilindən sonra qısa müddət ərzində bərpanın hansı istiqamətdə aparılacağı haqda qərar qəbul ediləcək”.

Qeyd edək ki, noyabrın 24-də Bakının Səbail rayonu, Bibiheybət məscidinin yaxınlığında torpaq sürüşməsi olub. Hadisə şəhərin mərkəzinə doğru gedən istiqamətdə baş verib. Nəticədə yolun asfalt qatı dağılıb. Uçqun təxminən 250-300 metrlik ərazini əhatə edib.

 

Noyabrın 24-də günorta saatlarında Bibiheybət məscidindən mərkəz istiqamətinə gedən yolda sürüşmə ilə əlaqədar alternativ yol kimi Bakı buxtası-3 küçəsi istifadəyə verilib. Lakin gecə saatlarında yeni yolun uçması nəticəsində Bakı buxtası-3 küçəsinin təxminən 400 metrlik hissəsi torpaq qatının altında qalıb. Nəticədə yaxınlıqda yerləşən "Xəzər GLX" MMC-yə, eləcə də Gəmi Qayırma və Gəmi Təmiri Müəssisəsinə ciddi ziyan dəyib.

Torpaq qatının sürüşməsi anı müşahidə kameralarına da düşüb. Küçədə hərəkətsiz vəziyyətdə olan "Mercedes" markalı avtomobil torpaq qatının altında qalıb. Ərazi Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən nəzarətə götürülüb, təhlükəsizlik tədbirləri gücləndirilib, gediş-gəliş bağlanıb.

Daha bir piyada yol qəzasının qurbanı olub
Faktla bağlı araşdırma aparılır

Bakıda daha bir piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

“Report” xəbər verir ki, qəza paytaxtın Xəzər rayonu ərazisində qeydə alınıb.

Belə ki, avtomobil yolu keçmək istəyən Nizam adlı şəxsi vurub. Yaralı xəstəxanaya aparılarkən yolda keçinib.

 

Faktla bağlı araşdırma aparılır. 

"Şamaxinka"nın tıxac dərdi: günah kimdədir? - FOTO
Ərazidə taksi sürücüləri avtobus dayanacaqlarını zəbt edir

Sürücülərin demək olar ki, hər gün tıxaca düşdüyü və şikayət etdiyi yerlərdən bəlkə də birincisi "Şamaxinka" kimi tanıdığımız ərazidir. Burda mövcud olan daimi xaos sürücüləri də, piyadaları da bezdirib. Bəs səbəb nədir? Oxuculardan biri Avtosfer.az-a fotolar göndərib. Avtomobillər qanunsuz olaraq harda gəldi park olunub.

Bundan başqa ərazidə taksi sürücüləri avtobus dayanacaqlarını zəbt edir. Nəticədə avtobuslar sərnişinləri yolun ortasında düşürmək məcburiyyətində qalır. Bu isə tıxacı artırır.

Ümid edirik ki, Bakı Nəqliyyat Agentliyi ən azı pik saatlarda ərazidə əməkdaşlarını xidmətdə saxlayar və bu problemlər qismən də olsa aradan qalxar.

 

 

Xəbər lenti