Dünya bazarında neftin qiymət artımı davam edir. Belə ki, “Brent” markalı neftin mart fyuçersləri bahalaşaraq 54,02 ABŞ dollarına çatıb.

WTI markalı neftin fyuçersləri də 0,5% bahalaşaraq, 50,26 ABŞ dollarına satılıb.

Qeyd edək ki, dünən OPEC+ ölkələrinin fevral ayındakı hasilata dair qərarı ərəfəsində neft qiymətləri artmağa başlayıb.

Ötən gün Bakı vaxtı ilə saat 15:05-ə olan vəziyyətə görə, “Brent” markalı neftin mart fyuçersləri 1,17 faiz bahalaşaraq 51,69 ABŞ dollarından, WTI markalı neftin fevral fyuçersləri də 1,26 faiz bahalaşaraq 48,22 ABŞ dollarından satılıb.

Bu gecə bezinin və dizelin qiymətinin qalxması artıq əksər ərzaq məhsullarının bahalaşmasına səbəb olub.

Super marketlərdən BakuPost-a daxil olan məlumata görə, hələ Tarif Şurasının qərarı açıqlanmadan onlara ərzaqların yeni qiymətləri təqim olunub.

Yeni siyahıda donmuş məhsullar orta hesabla 15, yağlar 10, yuyucu vasitələr 20 faiz artıb. (Bu barədə geniş siyahını gün ərzində təqdim edəcəyik-red.)

İqtisadçı alim Qubad İbadoğlu hesab edir ki, Tarif Şurasının qərarı digər sahələrdə də qiymət artımına gətirib çıxaracaq: "İlk növbədə taksi, ictimai nəqliyyat xidmətlərində, eləcə də nəqliyyatda daşımaların məsrəfi artdığına görə, istehlak mallarından tutmuş tikinti mallarınadək bahalaşacaq. Ən çox bahalaşmaya məruz qalan sahələrdən biri də kənd təsərrüfatı məhsulları olacaq. Çünki, kənd təsərrüfatı istehsalında dizel yanacağı daha çox istifadə olunur. Məlumat üçün qeyd edim ki, ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda 1 milyon 881,3 min ton dizel yanacağı, 1 milyon 66,3 min ton avtomobil benzini istehsal olunub. İstehsal olunmuş dizel yanacağının 25 faiz kənd təsərrüfatında istehlak olunub”.

Onun fikrincə, hazırkı qiymət artımı böyük özəlləşdirmə qabağı həyata keçirilən preventiv addımların bir hissəsidir: "Odur ki, bu son deyil, digər ictimai xidmətlərin nəqliyyatda gediş haqqının, suyun, elektrik enerjisinin, digər kommunal xidmətlərin də qiyməti bahalaşdırılacaq”.

Qeyd edək ki, bu gecdən Aİ-92 benzini 1 manat, dizel yanacağı 80 qəpik müəyyənləşib.

Dövlət Neft Şirkəti (SOCAR) Tarif Şurasına müraciət edərək ölkədə təbii qazın, Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətinin artırılmasını təklif edib. Tarif Şurası Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 11,1 faiz qaldıraraq 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiymətini isə 33,3 faiz qaldıraraq 1 litr üçün 80 qəpik müəyyən edib. Şura təbii qazın tariflərinin artırılmasını məqsədəmüvafiq hesab etməyib. Bununla yanaşı, Tarif (qiymət) Şurasının iclasında yeni dövlət qeydiyyatından keçmiş 300-ə yaxın dərman vasitəsinin qiyməti də təsdiq olunub, eləcə də daşınmaz əmlakın texniki inventarlaşdırılmasının aparılması, əmlak barədə məlumatların reyestrə daxil edilməsi və əlaqədar xidmətləri üzrə tariflər də qaldırılıb.

Tarif (qiymət) Şurasının ötən gün keçirilən növbəti iclasında Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik olması müəyyən edilib. 

Bəs bu qiymət artımı ictimai nəqliyyatda gediş haqqına hər hansı formada təsir edəcək?

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, paytaxtda sərnişindaşıma qiymətlərinin artımı ilə bağlı Tarif Şurasına müraciət edilməyib.

Onun sözlərinə görə, Bakı şəhərində müntəzəm sərnişindaşıma sahəsində dövlət nəzarətini BNA həyata keçirir:

“Bunu nəzərə alaraq, BNA tərəfindən gediş haqqının artırılması ilə bağlı Tarif Şurasına müraciət edilməyib. Bu istiqamətdə heç bir məsələ gündəmdə deyil. Hazırda sərnişindaşıma istiqaməti üzrə əsas diqqət vətəndaşlara göstərilən ictimai nəqliyyat xidmətlərinin keyfiyyətinin artırılmasına, onların rahatlığının təmin edilməsinə yönəldilib”.

“SOCAR Petroleum” yeni modul tipli yanacaq doldurma məntəqəsini (YDM) istifadəyə verdi.

"Ölkə.Az"a verilən məlumata əsasən, Qusar rayonu, Qusar-Laza yolunun 29-cu kilometrində yerləşən Şahdağ Turizm Mərkəzinin ərazisində “SOCAR” brendli yeni modul tipli YDM istifadəyə verildi.

Beləliklə “SOCAR” brendi ilə fəaliyyət göstərən YDM-lərin sayı 38-ə çatdırıldı. “SOCAR Petroleum”-un peşəkar mühəndis heyyətinin ərsəyə gətirdiyi bu YDM dəniz səviyyəsindən 1600 metr yüksəklikdə, 1500 m2 ərazidə yerləşir.

Qusar rayonunda hərəkət edən sürücülər, eyni zamanda Şahdağ Turizm Mərkəzinə gələn qonaqlar üçün bu YDM yerləşmə yerinə görə daha əlverişlidir. Yeni istifadəyə verilmiş modul tipli məntəqədə iki yanacaqpaylayıcı kalonka quraşdırılıb. Beləliklə bu yanacaqdoldurma məntəqəsində “Aİ-92” markalı benzin və “Dizel” tipli yanacaq məhsullarının satışı həyata keçiriləcək. Bununla da kiçik və iritutumlu avtonəqliyyat vasitələrinin yanacaqla təmin edilməsi üçün şərait yaradılıb.

Şahdağ Turizm Mərkəzinin sədri Rodderich Leffler yeni istifadəyə verilmiş yanacaqdoldurma məntəqəsi ilə bağlı fikirlərini bölüşərək qeyd edib: “Bu gün bizim üçün əlamətdar bir gündür. Ölkənin ən böyük turizm layihəsinin xidmətlərinin sırasına yanacaq doldurma məntəqəsi də əlavə olunur. Bu həm bizim kompleksimizin qonaqları üçün, həm də ətraf kəndələrin sakinləri üçün möhtəşəm yenilik və çox zəruri ehtiyacın ödənilməsi üçün praktik bir xidmətdir. Biz çox şadıq ki, tərəfdaşımız məhz ölkənin flaqman yanacaq brendi olan SOCAR-dır. Bu YDM kompleksimizin infrastrukturunu ciddi şəkildə zənginləşdirir”. Eyni zamanda qeyd edib ki, bu günə qədər kompleksə ən yaxın YDM 30 km məsafədə yerləşirdi. Bu isə istirahət üçün kompleksə gələn qonaqlara, eyni zamanda ətraf kəndlərin əhalisinə çətinlik törədirdi.

Xatırladaq ki, “SOCAR Petroleum” QSC 38 yanacaqdoldurma məntəqəsi və 11 neft terminalından ibarət neft məhsullarının topdan satışı şəbəkəsinə sahibdir. Sıxılmış təbii qazın (CNG) mühərrik yanacağı kimi tətbiq olunmasında lider olan “SOCAR Petroleum” QSC-nin bu tip yanacağın istehsalı və satışı üçün terminalı fəaliyyət göstərir. “SOCAR Petroleum” QSC-nin fəaliyyətinin prioritet istiqamətləri təhlükəsizlik, yanacaq satışının dəqiqliyi və xidmət rahatlığına xüsusi diqqət yetirərək müştərilərin ehtiyaclarını təmin etməkdir.

 

 
Yanvarın 5-dən Azərbaycanda Aİ-92 markalı benzinin 1 litrinin qiyməti 1 manat, dizelin 1 litrinin qiyməti isə 80 qəpik olacaq.
 
"Ölkə.Az" xəbər verir ki, hazırda bir sıra ölkələrlə müqayisədə Azərbaycanda benzin və dizelin qiyməti ucuzdur.
 
Hazırda Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün:
 
-Rusiyada 1,0 manat;
 
-Ukraynada 1,72 manat;
 
-Belarusda 1,14 manat;
 
-Gürcüstanda 1,12 manat təşkil edir.
 
1 litr üçün dizel yanacağının qiyməti;
 
-Türkiyədə 1,44 manat;
 
-Rusiyada 1,12 manat;
 
-Ukraynada 1,72 manat;
 
-Belarusda 1,21 manat;
 
-Ermənistanda 1,19 manat;
 
-Gürcüstanda 1,15 manat səviyyəsindədir;
 
-Avropa ölkələrində yanacağın qiyməti olduqca yüksəkdir;
 
-Gürcüstanda benzinin Azərbaycanla müqayisədə baha olması qonşu ölkəyə qanunsuz daşımalara səbəb olur.
 
Tarif dəyişikliyindən sonra da Aİ-92 markalı avtomobil benzininin Azərbaycanda pərakəndə satış qiyməti əksər MDB ölkələri ilə müqayisədə aşağıdır.
 
Qeyd edək ki, 4 yanvar 2021-ci il tarixində Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. İclasda aidiyyəti qurumların müraciətlərinə baxılıb və müvafiq qərarlar qəbul edilib.
Dizel yanacağının qiymət artımının sərnişindaşıma ilə məşğul olan sahibkarlıq subyektlərinə təsirinin neytrallaşdırılması üçün onlara kompensasiya ödəniləcəkdir.

Ölkə.az-ın əldə etdiyi məlumata görə, kompensasiyanın verilməsi mexanizmi yanvar ayının sonunadək açıqlanacaqdır. Bu, əhalinin, xüsusilə sosial həssas qrupun mənafeyinə xidmət edən, vətəndaşların gündəlik həyatda daha çox istifadə etdiyi ictimai nəqliyyatda tarıf dəyişikliyi aparılmaması üçün atılan mühüm addımdır.
Tarif tənzimlənməsindən sui-istifadəyə, əsassız qiymət artımınına yol verilməməsi üçün nəzarət tədbirləri həyata keçiriləcəkdir.
Bununla yanaşı, dizel yanacağının qiymət artımının kənd təsərrüfatı sahəsinə təsiri nəzərə alınaraq, hökumət tərəfindən ayrılan subsidiyaların məbləğinə də yenidən baxılacaqdır.

“2021-ci il dövlət büdcəsinin sosialyönümlü xərclərin artımı 5,3% təşkil edib.Ölkədə məşğulluq tədbirləri çərçivəsində yeni iş yerləri yaradılması tədbirlərinin davam etdirilməsi, pandemiya ilə əlaqədar əhalinin həssas qruplarına yardımlar edilməsi, yeni tələbə kreditlərinin, o cümlədən həssas qrup ailələrin uşaqlarının təhsil haqlarının ödənilməsi və s. sosialyönümlü xərclərin artımına səbəb olub”.

 “Ölkə.Az” xəbər verir ki, bunu Maliyyə naziri Samir Şərifov Milli Məclisdə büdcə müzakirələri zamanı səsləndirilən fikirlərə mövqeyini açıqlayarkən deyib.

Onun sözlərinə görə, pandemiya və pandemiyanın yaratdığı mənfi fəsadlar Azərbaycana da təsir edib. “Həmin təsirlərin nəticəsidir ki, dövlət büdcəsinin gəlirləri azalıb. Əsasən, vergi və gömrük daxilolmalarını nəzərdə tuturam. Pandemiya ilə yanaşı, 44 gün ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu əzəli Azərbaycan torpaqlarının işğalına son qoyub. Bütün prosesləri nəzərə almalıyıq. Bizim üçün 2021-ci ildə əsas prioritet məsələ Qarabağın yenidən qurulması və Qarabağın Azərbaycanın iqtisadiyyatına reinteqrasiyasına nail olmaqdır”- nazir qeyd edib.

Milli Məclis 2021-ci ildə büdcə layihəsinin ikinci oxunuşda qəbul etdi.

Milli Məclisin bu gün keçirilən plenar iclasında 2021-ci il dövlət büdcə zərfində daxil olan qanun layihələri ikinci oxunuşda müzakirə olunub.

Müzakirələrin yekunu olaraq  deputatlar “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin ikinci oxunuşda qəbulu olunmasına səs veriblər.

Milli Məclis 2021-ci il büdcə zərfinə daxil olan qanun layihələrinin ikinci oxunuşda müzakirəsinə başlayıb.

  Milli Məclisin  bu gün keçiriləcək plenar iclasının gündəliyinə 12 məsələ daxil edilib.

 Gündəliyə daxil edilən ilk 9 məsələ büdcə zərfinə daxil olan məsələlərdir.

Lirə 0.2246, rubl 0.0229 manatdır

Azərbaycan Mərkəzi Bankı 28 dekabr tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan “Qafqazinfo”ya verilən məlumata görə, rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1.7000 manat təşkil edir.

Manata nəzərən avronun məzənnəsi 2.0763 manat təşkil edir. 1 türk lirəsi 0.2246 manat, 1 rus rublu 0.0229, 100 İran rialı 0.0040 manat, 1 gürcü larisi 0.5196 manatdır.

Xəbər lenti