Biz artıq Britaniya şirkətləri ilə təmaslara başlamışıq. Onlardan biri işğaldan azad edilmiş ərazilərdə şəhərsalmaya, infrastrukturun inkişaf etdirilməsinə cəlb olunub və mən ümid edirəm ki, onların sayı daha çox olacaq, çünki orada çox işlər görülməlidir.

Bununla bağlı Prezident İlham Əliyev fevralın 9-da Böyük Britaniyanın Avropa qonşuluğu və Amerika məsələləri üzrə dövlət naziri xanım Vendi Mortonu qəbul edən zaman məlumat verib:

“Görüşümüzdən əvvəl mən bəzi məlumatlara nəzər saldım və gördüm ki, demək olar 600 Britaniya şirkəti Azərbaycanda qeydiyyatdan keçib. Bu, həqiqətən də iqtisadi tərəfdaşlığımızın şaxələndirilməsinin yaxşı göstəricisidir. İşğaldan azad edilmiş ərazilərdə yenidənqurma üçün böyük potensialımız var”. 

Brent marakalı neft qiyməti 2020-ci ilin yanvarın 29-dan sonra ilk dəfə 60 dollardan baha olub.

Bu gün London birjası İCE-də Brent markalı neftin barreli  60,05 dollara satılıb. 

WTI markalı neftin də qiyməti də qalxaraq 57,54 dollar təşkil edib.

“Aktiv vergi ödəyicilərinin sayında artım müşahidə edilir”.

Bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov sosial media hesabında yazıb.

Nazir bildirib ki, 2020-ci il ərzində onların sayı 24 faizdən çox artaraq, 616 mini ötüb.

O əlavə edib ki, aktiv ƏDV ödəyicilərinin sayında 17 faizdən çox artım olub.

Aktiv #vergi ödəyicilərinin sayında artım müşahidə edilir. 2020-ci il ərzində onların sayı 24%-dən çox artaraq 616 mini...

Mikayil Jabbarov paylaştı: 7 Şubat 2021 Pazar

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti

 

AÇIQ HƏRRAC ELAN EDİR:

 

 

 

 

 

 

Hərrac 4 (dörd) lot üzrə keçirilir:

 

Lot-1: 1600 ton qara metal, ilkin start qiyməti 190 ( yüz doxsan ) manat ƏDV –ilə

Texniki göstəricilər

Yararsız 83 ədəd qeyri tip (taxıl daşıyan) yük vaqonların doğranılmasından əldə olunan qara metal

Alıcı tərəfindən doğranılıb daşınması şərti ilə.Mal alıcıya “ADY”QSC-nin Respublika ərazisində müvafiq müəssisələrində(depo və stansiyalarinda)təhvil veriləcək.

 

 

Lot-2: 3000 ton yararsız təkər cütləri,  ilkin start qiyməti 190 (yüz doxsan) manat       ƏDV- ilə

Texniki göstəricilər

Dəmir yollarında istismara yararsız vaqonların söküntüsündən əldə olunan təkər cütləri.

Alıcı tərəfindən sökülərək daşınması şərti ilə.Mal alıcıya“ADY”QSC-nin Respublika ərazisində müvafiq müəssisələrində(depo və stansiyalarinda)təhvil veriləcək.

 

 

Lot-3: 5000 ton yararsız dəmir-beton şpal ,  ilkin start qiyməti 5 ( beş ) manat ƏDV-ilə

Texniki göstəricilər

Dəmir yollarında istismara yararsız yolların söküntüsündən əldə olunan dəmir-beton şpallar

Alıcı tərəfindən  daşınması şərti ilə Mal alıcıya“ADY”QSC-nin Respublika ərazisində müvafiq müəssisələrində(depo və stansiyalarinda)təhvil veriləcək.

 

 

Lot-4: 5000 ton yararsız ağac şpal ,  ilkin start qiyməti 3( üç ) manat ƏDV-ilə

Texniki göstəricilər

Dəmir yollarında istismara yararsız yolların söküntüsündən əldə olunan ağac şpallar

Alıcı tərəfindən  daşınması şərti ilə Mal alıcıya“ADY”QSC-nin Respublika ərazisində müvafiq müəssisələrində(depo və stansiyalarinda)təhvil veriləcək.

 

       

 

  1.Hərracın keçirilmə forması:

 

1.1. Material qiymətlilərinin tam adı, miqdarı, ilkin start qiyməti, hərracın keçirilmə tarixi, vaxtı və ünvanı;

1.2. Hərracda iştirak haqqının məbləği;

1.3. Material qiymətlilərinin start qiymətinin 10% həcmində behin məbləği və behin köçürülməsi üçün müvafiq bank hesabı;

1.4. Hərracda iştirak etmək üçün təqdim edilməsi tələb olunan sənədlərin siyahısı;

1.5. Sifarişlərin qəbulunun başlanma və başa çatma tarixləri;

1.6. Sifariş və sənəd qəbulu məntəqələrinin ünvanları;

1.7. Sənəd qəbuluna məsul şəxsin adı, soyadı, vəzifəsi və əlaqə telefonları;

1.8. Hərracın baş tutması üçün ən azı iki alıcının iştirakı vacibdir.

Hərracda iştirak etmək istəyənlər hər bir lot üzrə iştirak haqqını 200 (iki yüz) manat ƏDV-ilə göstərilən hesaba köçürdükdən sonra tələb olunan sənədlər toplusunu Bakı şəhəri, Dilarə Əliyeva 230 (“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti) ünvanına əlaqələndirici şəxs: Yük daşımaları Departamentinin Vaqon xidmətinin aparıcı mühəndisi Abasov Vüsal, tel.: (+ 99412) 499-41-77 email: v.abasov@ady.az təqdim etsinlər.

 

İştirak haqqı heç bir halda geri qaytarılmır!

 

Təşkilat:”Azərbaycan Dəmir Yolları”QSC-nin Maliyyə İdarəsi

Hesab nömrəsi:

AZ57İBAZ38050019449345061205 (AZN);+

VÖEN: 9900007721

Bank: Azərbaycan Beynəlxalq Bankı ASC “Nəqliyyat” filialı

Kodu: 805711

VÖEN: 9900001881

Müxbir hesab: AZ03NABZ01350100000000002944

S.W.I.F.T. Code: IBAZAZ2X

 

2. Alıcılar hərracda iştirak etmək üçün aşağıdakı sənədləri Mərkəzi Hərrac Komissiyasına (MHK) təqdim etməlidirlər:

2.1 Hərracda iştirak üçün ərizə (əlavə 1);

2.2. Hərracın nəticələrinə uyğun olaraq, qalib gəldiyi təqdirdə material qiymətlilərinin mütləq alınacağı barədə təminat məktubu;

2.3. Satıcı tərəfindən müəyyən edilmiş hesaba iştirak haqqının və behin köçürülməsini təsdiq edən ödəmə sənədinin surəti;

2.4. Hüquqi şəxslər üçün təsis sənədlərinin (nizamnamə, AR Vegilər Nazirliyi Kommersiya qurumunun Dövlət Reyestrindən Çıxarış,VÖEN-nin surəti. iştirak edəcək şəxsin şəxsiyyət vəsiqəsinin surəti)  müəyyən olunmuş (notarial) qaydada təsdiq edilmiş surətləri və bank rekvizitləri;

2.5. Fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin müəyyən olunmuş (notarial) qaydada təsdiq edilmiş surəti;

2.6. Hərraclarda iştirak etmək üçün ərizə hüquqi və ya fiziki şəxsin nümayəndəsi tərəfindən verildiyi təqdirdə, o, özünün sifarişçisi (alıcısı) adından hərəkət etmək hüququnu təsdiq edən sənədi (etibarnamə) təqdim etməlidir.

Hərrac 09 mart 2021-ci il tarixində, saat 11:00-da Bakı şəhəri Dilarə Əliyeva 230 (“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin inzibati binası, otaq - 205) ünvanında keçiriləcəkdir.

 

Qeyd: Hərracın keçirilməsinə 5 (beş) gün qalmış hərracda iştirak etmək üçün tələb olunan sənədlərin qəbulu dayandırılır.

Qalib gəlmiş alıcılarla müvafiq müqavilə bağlanılır və müqavilə qiymətini 4(dörd) bərabər hissəyə bölünməklə (müqavilə qiymətinin 25% həcmində)malın faktiki ödənilmiş məbləğə mütənasib qismi  alıcıya tehvil veriləcəkdir.

 

 

                                                               

                                                                                       MƏRKƏZİ HƏRRAC                        KOMİSSİYASI

                                                    

 

 

 

Cəmiyyət sədrinin 12 iyun 2017-ci il tarixli 62/S nömrəli Əmri ilə təsdiq edilmiş “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti üzrə əsas vəsaitlərin (fondların) balansdan silinməsi nəticəsində əldə edilən material qiymətlilərinin hərrac yolu ilə  özgəninkiləşdirilməsinə dair Qaydalar”a

            Əlavə 1

HƏRRACDA İŞTİRAK HAQQINDA ƏRİZƏ

                                                Hərracın kecirilmə tarixi «___ » _________    2021-ci il.

Namizəd____________________________________________________________________________________________şəxsində

(rəhbərin.  (hüquqi şəxs üçün) və ya təmsilçinin (hüquqi və fiziki şəxs üçün) S.A.A.

(fiziki şəxs üçün şəxsiyyəti təsdiq edən sənəd, seriya nömrəsi, verilmə tarixə, verən orqanın adı)

____________________________________________________________________________                                                        (qeydiyyat aparan orqanın adı)

Namizədin hüquqi ünvanı, telefon nömrəsi, elektron poçtu________________________________

____________________________________________________________________________

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mərkəzi Hərrac Komissiyasının təşkil etdiyi hərracda iştirak etmək haqqında qərar qəbul edərək, təlimatlara uyğun şərt və öhdəliklərə əməl edərək  bu hərracda iştirak etmək üçün bizə şərait yaratmağınızı Sizdən xahiş edirəm.

           1. Satılan material qiymətlisi ilə əlaqədar sənədlərlə tanış oldum.

2. Aşağıdakı öhdəlikləri üzərimə götürürəm:

2.1. Hərracın keçirilməsi haqqında “__” _____ 2021-ci il tarixli məlumatlandırıcı bildirişdə qeyd edilən hərracın keçirilmə şərtlərinə və qaydalarına əməl etmək.

2.2. Hərracın qalibi seçildiyim halda hərracın nəticələrinin yekunlaşdığı tarixdən 10 (on) iş günü ərzində alqı-satqı müqaviləsini imzalamaq.

2.3. Alqı-satqı müqaviləsi əsasında müəyyən edilən müddət ərzində hərracın nəticələrinə əsasən satılan material qiymətlisinin təsdiq edilmiş dəyərini Satıcıya ödəmək.

2.4. Bağlanılacaq alğı-satqı müqaviləsi üzrə Alıcının öhdəliklərinin təmin edilməsi üsulu kimi tərəfimdən təqdim edilmiş təminat məktubu üzrə Satıcının zəruri hərəkətlərinin etməsi hüququnu qəbul edirəm.

3. Göstərilən şərtlərin hər hansı birisindən imtina edərəmsə satıcının hesabına köçürdüyüm behin onun sərəncamında qalmasına razılıq verirəm.

4. Hazırkı ərizədə və Əlavələrdə təqdim edilən məlumatların düzgünlüyünə görə Namizəd məsuliyyət daşıyır.

_____________________________________                    ___________________________

        (namizədin (onun səalhiyyətli nümayəndəsinin)  imzası                                                          (imzanın açılışı)                                          

MY.   «___» _______________ 2021-ci il.

Ərizə Satıcı (onun səlahiyyətli nümayəndəsi) tərəfindən

 «___» _____________ 2020-ci il tarixində qəbul edildi.

___________________________________

                                                                                                                                  (Satıcının səlahiyyətli nümayəndəsinin imzası)

Dünya bazarında qida xammalının qiymətləri yanvar ayında son 7 ilə yaxın müddətin ən yüksək həddinə çatıb.

BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesabatına görə, ərzaq məhsulları ardıcıl olaraq 8 aydır bahalaşır.

Başlıca qida xammal məhsullarının beynəlxalq qiymətlərindəki aylıq dəyişkənliyi əks etdirən FAO indeksi 2021-ci ilin yanvar ayında 4,3 faiz artaraq 113,3 bənd olub ki, bu da 2014-cü ilin iyul ayından bu yana ən yüksək həddir.

O cümlədən dənli bitkilərin ay ərzində 7,1 faiz bahalaşması daha çox qarğıdalının qiymətinin 11,2 faiz bahalaşaraq ötən ilin müvafiq dövrünə nisbətən 42.3 faiz yüksək həddə çatması ilə əlaqələndirilir. Buğda isə dünya bazarındakı böyük tələbat və mart ayından ixrac rüsumlarını ikiqat artırmağa hazırlaşan Rusiyadan ixracatın gözlənilən azalması ilə bağlı 6,8 faiz bahalaşıb. Bitki yağları da 5,8 faiz bahalaşaraq 2012-ci ilin may ayından bu yana ən yüksək həddə çatıb. Hesabata görə, bunun səbəbi İndoneziya və Malayziyada çoxlu yağıntı və əmək miqrantlarının az olmaları üzündən palma yağı istehsalının, Argentinada isə tətillər üzündən soya yağı ixracatının nisbətən azalmasıdır.

Həmçinin şəkər qiymətləri dekabr ayına nisbətən 8,1 faiz, ağartı qiymətləri 1,6 faiz, ət qiymətləri isə 1 faiz artıb.

Azərbaycanla Naxçıvanı birləşdirəcək nəqliyyat dəhlizi yaxın gələcəkdə böyük strateji əhəmiyyət kəsb edəcək.

Bu barədə Millət vəkili, iqtisadçı ekspert Vüqar Bayramov BAKU.WS-ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Naxçıvanla quru yolunun bərpası Azərbaycan üçün böyük iqtisadi əhəmiyyət daşıyır.

“Bu proses Azərbaycan iqtisadiyyatının inkişafına müsbət təsir göstərəcək. Azərbaycanın qərb bölgələri ilə Naxçıvan arasında quru nəqliyyatın təmin olunması anlamına gələcək.

Bu bir tərəfdən Azərbaycan istehsal olunan məhsulların Naxçıvan və Türkiyə bazarına nəql edilməsinə imkan yaradacaq. Digər tərəfdən isə bu Naxçıvan MR-da istehsal edilən məhsulların daha ucuz və daha qısa müddətdə Azərbaycanın digər bölgələrinə göndərilməsi, onun bir qisminin dünya bazarına çıxarılmasına şərait yaradacaq.

Həmin nəqliyyatın Şərq-Qərb nəqliyyat dəhlizinə inteqrasiyası nəzərdə tutulub. Bu da Azərbaycan üzərində daşınan beynəqlxaql yüklərin həcminin artmasının və Azərbaycanın beynəlxalq yük daşımalardan daha çox gəlir əldə etməsinə imkan yaradacaq.

Bu baxımdan təbii ki, Azərbaycan iqtisadiyyatı üçün pozitiv təsirləri olacaq”, - deyə deputat bildirib.

V.Bayraovun fikrincə, bu proses Türkiyə ilə iqtisadi əlaqələrin daha da inkişafına təsir edəcək:

“Türkiyənin Şərq bölgəsinin bələdiyyə rəhbərərinin qiymətləndirmələri də göstərir ki, bu ərazilərin həm iqtisadi baxımdan inkişafına təsir edəcək.

Çünki onların ixrac imkanları artacaq. Eyni zamanda bu Azərbaycanla Türkiyə arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsinə və ticarət dövriyyəsinin böyüməsinə imkan yaradacaq.

Eyni zamanda Rusiyadan Türkiyəyə və ya əksinə Türkiyədən Rusiyaya Azərbaycan üzərindən daşınan yüklərin həcminə birbaşa təsir göstərəcək. Praktiki olaraq bu Azərbaycanın Rusiya ilə iqtisadi əlaqələrinə pozitiv təsir göstərəcək”.

Millət vəkili deyir ki, təklif olunduğu kimi gələcəkdə 6-lıq platformasının yaradlması müzakirə olunur:

“Bunun üçün Ermənistanın qonşuların ərazi bütövlüyünü tanıması, qonşuları ilə sülh şəraitində yaşaması çox vacibdir.

Bunun üçün Ermənistan işğalçı siyasətdən əl çəkərsə, reallığı qəbul edərsə, qonşuları ilə münasibətləri bərpa edərsə, bölgədə vəziyyət daha da yaxşılaşacaq.

Bu həm də Ermənistanın iqtisadi əlaqələrinə təsir göstərəcək. Bütün hallarda nəqliyyat əlaqələrinin genişlənməsi Azərbaycanın dövlət gəlirlərinə də müsbət təsir edəcək. Bütünlükdə bu regionun iqtisadi inkişafı üçün yeni imkanlar yaradacaq”.

“Regionun ən böyük sənaye zonası olan Sumqayıt Kimya Sənaye Parkında indiyədək 24 sahibkarlıq subyektinə rezident statusu verilib”.

Bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov sosial media hesabında yazıb.

“Növbəti mərhələdə 400 milyon manatdan çox investisiyanın qoyulması və 900-ə yaxın daimi iş yerinin yaradılması nəzərdə tutulur” - deyə, nazir bildirib.

Regionun ən böyük #sənaye zonası olan #SumqayıtKimyaSənayeParkında indiyədək 24 sahibkarlıq subyektinə rezident statusu...

Mikayil Jabbarov paylaştı: 2 Şubat 2021 Salı
Bakı şəhəri üzrə 2020-ci ildə ticarət dövriyyəsinin həcmi 23 milyard 62,2 milyon manat olub.

Bakı Şəhər Statistika İdarəsindən verilən məlumata əsasən, 2019-cu illə müqayisədə ticarət dövriyyəsinin həcmi 0,5 faiz artıb.

Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,4 faiz artaraq 11 milyard 775,9 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 4,6 faiz azalaraq 11 milyard 286,3 milyon manata bərabər olub.

İstehlak məhsullarının 29,4 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 54,2 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 16,4 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.

Otuz ilə yaxın düşmən taptağı altında qalmış Qarabağ torpağında quruculuq işlərinə başlanılıb.

Söhbət işğaldan azad edilən Füzuli rayonu ərazisində yerləşən Beynəlxalq Hava Limanından gedir.

“Report” xəbər verir ki, təməli Prezident İlham Əliyev tərəfindən qoyulan hava limanının tikintisi hazırda davam etdirilir və bu ilin sonunadək istifadəyə verilməsi gözlənilir.

Hazırda minalaradan təmizlənən ərazilərdə uçuş-enmə zolağının özülünün hazırlanması üçün torpaq yatağının çıxarılması işləri həyata keçirilir. Uçuş-enmə zolağının uzunluğu 3 000 metr, eni isə 45 metrdir.

Həmçinin aerportun ərazisində avtomobil dayanacağı da tikilir. Hava limanının perron sahəsi 60 min kvadratmetrdir. Burada müxtəlif növ təyyarələrin dayanacağı olacaq. Yönəldici yolun sahəsi 6 500 kvadratmetrdir. Aeroporta giriş yolu 5 000 kvadratmetr olacaq. Aerovağzalın önündə isə 120 avtomobil üçün dayanacaq tikiləcək.

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) vitse-prezidenti Etibar Hüseynov Füzuliyə səfər edən jurnalistlərə deyib ki, uçuş-enmə zolağında hazırda minalardan təmizləmə prosesləri gedir.

Onun sözlərinə görə, “Füzuli beynəlxalq hava limanının tikintisi" layihəsinə uyğun olaraq ərazinin minalardan təmizlənməsinin sürətləndirilməsi üçün Böyük Britaniya istehsalı olan, ərazini minalardan zərərsizləşdirən unikal "AARDVARK" modelli mexanizm alınıb və əraziyə gətirilib.

E.Hüseynov bildirib ki, Kəlbəcər və ya Laçın rayonu ərazisində hava limanının tikintisi məqsədilə yerin müəyyən olunması ilə bağlı araşdırmalar aparılır: “Araşdırmalardan sonra təyin olunacaq yer bu ilin aprel ayının sonuna qədər müəyyən olunacaq”.

Yeni aeroportun tikildiyi ərazidə minaların təmizlənməsi üçün Şotlandiyanın "AARDVARK" şirkətindən mütəxəssis dəvət edilib. Şirkətin nümayəndəsi Devid Klark deyib ki, 50 hektarlıq ərazinin minalardan təmizlənməsi nəzərdə tutulur:

“Gün ərzində təqribən 2-3 hektar ərazini minadan təmizləmək mümkündür. Torpağın tərkibindən asılı olaraq bu rəqəm dəyişə bilər. Azərbaycanda olduğum müddətdə bu sahədən olan yerli mütəxəssislərə minatəmizləmə maşınından istifadə qaydaları ilə bağlı təlim keçiriləcək. Təqribən 6-8 mütəxəssisə təlim keçiriləcək və sonda onlara sertifikatlar veriləcək”.

Füzuli Beynəlxalq Hava Limanında uçuş-enmə zolağının tikintisi bu sahədə böyük təcrübəsi olan "AzVirt" MMC-yə həvalə olunub. Podratçı şirkətin baş mühəndisi Cəfərağa Şiriyev isə bildirib ki, bütün tikinti işləri gələn ilin aprel-may aylarında başa çatdırılacaq.

Qeyd edək ki, Birinci Qarabağ müharibəsi zamanı 23 avqust 1993-cü ildə Füzuli rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Füzulinin işğalından öncə şəhərdə hava limanı vardı. Bu hava limanının uçuş zolağı 1 600 metr olub. Erməni işğalı zamanı hava limanı da bütün şəhər kimi son 27 ildə xarabalığa çevrilib.

Füzuli şəhəri 2020-ci il 17 oktyabr tarixində işğaldan tam azad olunub. Rayonun işğaldan azad olunmuş ərazisində 13 qəsəbə və 24 kənd var.

Xatırladaq ki, yanvarın 14-də Prezident İlham Əliyev Füzuli Beynəlxalq Hava Limanının təməlini qoyub.

Məcburi köçkünlərin qayıdış prosesi necə aparılacaq?

Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində məcburi köçkünlərin işğaldan azad olunan ərazilərə qayıdış prosesi ilə bağlı bəzi məqamlara aydınlıq gətirib. 

“Qafqazinfo”nun məlumatına görə, dövlət başçısı bütün işlərin ardıcıllıqla həyata keçirildiyini bildirib:

“Mən bu ardıcıllıq haqqında Azərbaycan xalqına dəfələrlə demişəm ki, biz hansı işləri görəcəyik, insanlar da bilsinlər. İlk növbədə, keçmiş köçkünlər, nə vaxt qayıda bilərlər o torpaqlara. Birinci, minalardan təmizləmə. Bu, böyük bir prosesdir. Ermənilər bizə mina sahələrinin xəritələrini vermirlər. Ona görə indi partlayışlar da tez-tez olur. Biz indi Minatəmizləmə Agentliyini yenidən formalaşdırırıq və onun fəaliyyəti daha səmərəli olacaq. Ancaq bu, müəyyən vaxt aparacaq. Mina təmizləməklə əlaqədar işlər, əlbəttə ki, başa çatmalıdır”.

Prezident qeyd edib ki, ondan sonra ziyanın qiymətləndirilməsi həyata keçirilməlidir. Əgər ziyanın qiymətləndirilməsi həyata keçirilməsə, sabah təzminat davasında da uğur qazanmaq olmaz: 

“Ona görə də, ilk növbədə, yerli qurumlar dağıdılmış bütün evlərin pasportlaşdırılmasını aparmalıdır. Video, foto çəkilişlər, dron çəkilişləri, protokollaşma aparmalıdır. Hər bir binanın, hər kənddə yerləşən binanın, hər şəhərdə yerləşən binanın öz pasportu olmalıdır. Bu məlumatı biz verəcəyik cəlb edilmiş beynəlxalq şirkətlərə, onlar özləri tədqiqat aparacaqlar, özləri monitorinq missiyaları həyata keçirəcəklər və onlar bizə Ermənistana qarşı açılacaq təzminat davasında kömək göstərəcəklər. Yəni, bu ardıcıllıq budur”.

Dövlət başçısının sözlərinə görə, bu işlər görüləndən sonra infrastruktur layihələri icra edilməlidir. Çünki infrastruktur olmasa, orada insan yaşaya bilməz: 

“Su yox, işıq yox, yol yoxdursa, necə yaşaya bilər? Ondan sonra evlər tikilməlidir. Mən göstəriş vermişəm, artıq bizim qurumlar işləyirlər, bütün şəhərlərin baş planları hazırlanır, özü də elə-belə yox - “ağıllı şəhər” konsepsiyası, “ağıllı kənd” konsepsiyası. Bu, zaman tələb edir. Eyni zamanda, hər şey planlı şəkildə olmalıdır. Yoxsa biri oradan durub deyəcək ki, mən burada bunu tikəcəyəm, biri oradan duracaq ki, mən bunu. Kimsən sən? Sən get öz işinlə məşğul ol. Yenə də deyirəm, ucuz populyarlıq dalınca qaçanların axırı pis olur, bu, birincisi. İkincisi, qayda-qanun var ölkədə. Heç kim özbaşınalıq edə bilməz. Əgər kimsə unudur, biz onun yadına salarıq. Təkcə bu işlərlə, əlbəttə ki, məsələ bitməyəcək. Sosial obyektlər də tikilməlidir. Evlərin tikintisi ilə paralel olaraq sosial obyektlər – xəstəxanalar, məktəblər, mədəniyyət ocaqları, idman qurğuları. Yoxsa əgər biz indi gedib haradasa, necə deyərlər, məktəb tiksək, ya xəstəxana tiksək, amma kim oraya gedəcək. Orada adam yoxdur”.

Xəbər lenti