Azərbaycanda soyuq hava şəraiti çörəyin qiymətinə də təsirsiz ötüşməyib.

Yenisabah.az xəbər verir ki, yollar buz bağlaması səbəbilə təkcə bir günlük - ötən gün yaşanan çörək qıtlığı bu gün çörəyin qiymətinin qalxmasına səbəb oldu.

Belə ki,  dünənə kimi 1,30 manata satılan “doyumluq təndir lavaş”ının qiyməti bu gün 1,54 manat olub. 

İçərisində 10 ədəd olan “dönər lavaş”ının qiyməti isə  1,20-dən 1,44-ə yüksəlib. 

Qiymət artımı baton çörəklərində də müşahidə edilib. Belə ki, 400 qram olan doğranmış baton çörəyi ötən gün 55 qəpik idisə, bu gün 70 qəpiyə satılır.

 

 

 

 
 
 
Brent markalı neftin bir barelinin qiyməti 67 dollara çatıb.

TASS xəbər verir ki, bu, qara qızılın 2020-ci ilin yanvar ayından etibarən ən yüksək qiymətidir.

Məlumata əsasən, göstərici Bakı vaxtilə 19:39-da London Əmtəə Birjasında qeydə alınıb. Ticarət sessiyası ərzində “Brent” markalı neft üzrə aprel fyuçersləri 2,8% artaraq 67 dollar/barelə çatıb.(Oxu.az)

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir.
AQTA-dan bildirilib ki, həyata keçirilən nəzarət tədbirləri çərçivəsində Türkiyə Respublikasında “DİREKÇİ DİS TİCARET” LTD tərəfindən istehsal olunan və "GLOBAL MEAT" MMC tərəfindən ölkəmizə idxal edilən 22.33 ton dondurulmuş hind quşu qiyməsi məhsulu partiyasına Agentliyin müfəttişləri baxış keçirib. Baxış zamanı idxal olunan məhsuldan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində məhsulda salmonella patogen mikroorqanizmləri aşkarlanıb.

Agentlik tərəfindən istehlaka yararsız dondurulmuş hind quşu qiyməsinin zərərsizləşdirilməsi və ya məhv edilməsi ilə bağlı qərar qəbul edilib. Hazırda qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülür.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin kollektivi tərəfindən 2020-ci il ərzində 1385,3  km uzunluğunda avtomobil yolları, prospekt və küçələr tikilmiş, yenidən qurulmuş və təmir olunmuşdur.

O cümlədən :

  • Respublika əhəmiyyətli                -  254,6 km;
  • Yerli əhəmiyyətli                          -  767,2  km;
  • Bakı şəhər yolları                        -  342,1 km
  • Sumqayıt şəhəri                           -  21,4 km


2020-ci il ərzində bütün maliyyə mənbələri hesabına respublikamızın ümumi istifadədə olan avtomobil yollarında  və Bakı şəhərində 20 yeni körpü tikilmiş, 3 körpü təmir edilmiş,  2  avtomobil tuneli tikilmiş, bir yeni metal dəmiryolu yol ötürücüsü və 9  piyada keçidi tikilərək əhalinin istifadəsinə verilmişdir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2020-ci il ərzində 1385,3 km uzunluğunda avtomobil yolları, prospekt və küçələr tikilib, yenidən qurulub və təmir olunub.
Oxu.az verdiyi məlumata görə, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) idarə heyətinin sədri Saleh Məmmədov 2020-ci ildə yerinə yetirilmiş işlər və qarşıdan duran vəzifələrə həsr olunan brifinqdə deyib.

Sədr 2020-ci ildə görülən işlər barədə danışıb:

“Respublika əhəmiyyətli 254,6 km, yerli əhəmiyyətli 767,2 km, o cümlədən Bakıda 342,1 km, Sumqayıtda 21,4 km uzunluğunda yol yenidən qurulub”.

“2020-ci il ərzində bütün maliyyə mənbələri hesabına respublikamızın ümumi istifadədə olan avtomobil yollarında və Bakı şəhərində 20 yeni körpü tikilib, 3 körpü təmir edilib, 2 avtomobil tuneli tikilib, bir yeni metal dəmiryolu yol ötürücüsü və 9 piyada keçidi tikilərək əhalinin istifadəsinə verilib”, - deyə o qeyd edib.

S.Məmmədov onu da əlavə edib ki, Avtomobil Yolları Dövlət Agentliyinə ayrılmış vəsait hesabına 29 kəndlərarası avtomobil yolları layihəsinin, 2 körpünün, Bakı şəhəri və onun 12 rayonunda qəsəbədaxili avtomobil yollarının yenidən qurulması və əsaslı təmiri işləri davam etdirilib:

“Bunlardan 27 avtomobil yolunun və 2 körpünün tikintisi və yenidən qurulması layihəsi başa çatdırılıb. Bundan əlavə “Avtomobil Yolları” Məqsədli Büdcə Fondu vəsaiti hesabına uzunluğu 12,3 km olan respublika əhəmiyyətli, uzunluğu 50,9 km olan kəndlərarası avtomobil yolu layihəsi, habelə uzunluğu 84,7 km olan Bakı şəhər yollarının tikintisi, yenidən qurulması və təmiri işləri yerinə yetirilib”.

Kəlbəcərə hələ ki Gəncə-Göygöl-Toğana kəndindən keçən yolla getmək mümkündür.
Oxu.az verdiyi məlumata görə, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) idarə heyətinin sədri Saleh Məmmədov deyib.

O deyib ki, tarixi Kəlbəcər yolu olan Tərtər-Ağdərə-Kəlbəcər yolundan istifadə edə bilmirik:

“O yoldan hələ ki sülhməramlılarla birgə keçə bilirik. Lakin ölkə başçısı Azərbaycan xalqının rahat gediş-gəlişi üçün yeni yolun çəkilməsini tapşırıb.

“Ev yolu” adlandırılan bu yol 3263 metr yüksəklikdə olan Ömər zirvəsindən keçəcək. Yol birinci texniki dərəcəyə uyğun və 4 zolaqlı olacaq. Bu yol üzərində hazırlanan layihə artıq hazırdır. Ölkə başçısına təqdim olunacaq.

Yəqin ki, təsdiq olunduqdan və yolun inşasında çalışacaq şirkətlər dəqiqləşdiqdən sonra bu ilin mart ayından Kəlbəcərə yeni yolun çəkilişinə başlanılacaq”.

“Bu gün dövlətlər və dövlət qurumları, təşkilatlar arasında bir sıra sazişlərin imzalanması nəzərdə tutulur və bu, Azərbaycanla Türkiyə arasındakı münasibətləri daha da genişləndirəcək”.
Bunu “Real TV”yə müsahibəsində Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

“Bu sazişlərin nəticəsində da Türkiyə bazarına daxil olan məhsullarımız, Azərbaycan bazarına daxil olan türk məhsullarının sertifikatlaşma prosesinin sadələşdirilməsi və avtomatlaşdırılması nəzərdə tutulur. Həmçinin bildiyiniz kimi bu il mart ayının 1-dən iki ölkə arasında güzəştli ticarət yəni preferensial ticarət sazişinin icrası başlanır. İnanırıq ki, bu da öz növbəsində ticarət əlaqələrinin inkişafına böyük töhfə verəcək. Azərbaycan-Türkiyə biznes forum çərçivəsində nəqliyyat-loqistika, rəqəmsal iqtisadiyyat, birgə sərmayələrin yatırılması, hər iki ölkə ərazisində yeni layihələrin, xüsusilə də kənd təsərrüfatı və tekstil kimi sahələrdə həyata keçirilməsi imkanları əsas müzakirə olunan mövzular arasında idi”.

Nazir həmçinin ötən gün imzalanan sazişlərin mahiyyətinə də toxunub:

“Bildiyiniz kimi dünən Azərbaycanla Türkiyə iş adamları arasında dövlət rəsmilərinin, nümayəndə heyətlərinin iştirakı ilə geniş “Biznes Forum” keçirilmiş və bu biznes forumda ilkin danışıqlar və həyata keçirilən işlərin nəticəsi olaraq iqtisadi sahədə bir sıra mühüm müqavilələr imzalanıb. Bunlar müxtəlif sahələri əhatə edir, həm dağ-mədən sahəsində fəaliyyətlə bağlı, həm tekstil, həm nəqliyyat, hər iki ölkələrə qarşılıqlı layihələrin həyata keçirilməsi və sərmayələrin qoyuluşu.

Qeyd etmək lazımdır ki, Türkiyə ilə Azərbaycan arasında hər zaman olan dostluq və qardaşlıq münasibətləri və əlaqələri hal-hazırda yüksələn xətlə davam edir. Dövlət başçımızın siyasətinin nəticəsi olaraq, şanlı Qarabağ zəfərimizin nəticəsi olaraq bölgədə həyata keçirilməsi nəzərdə tutulan yeni layihələrin, nəqliyyat qovşaqlarının müxtəlif formatlarda - üçtərəfli formatda, 3+3 formulaya əsasən həyata keçirilən birgə əməkdaşlıq layihələri iqtisadi subyektləri üçün də, şirkətlər və iş adamları üçün də geniş imkanlar açır”, - nazir əlavə edib.

Bu gündən etibarən Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "Aqrar Tədarük və Təchizat" ASC tərəfindən 19-21 fevral tarixlərində Bakı və Abşeron ərazisində üç fərqli nöqtədə “Kənddən Şəhərə” həftəsonu yarmarkaları təşkil olunur. Yarmarkalarda birbaşa fermerlər tərəfindən təbii kənd və qida məhsullarının münasib qiymətlərlə satışı həyata keçiriləcək.

ASC-dən verilən məlumata görə, yarmarkanın təşkilində əsas məqsəd fermerlər üçün alternativ satış kanalı yaratmaq və şəhər sakinlərinin kənd təsərrüfarı məhsullarına olan tələbatını daha dolğun təmin etməkdir.

Qeyd edək ki, yarmarka karantin rejiminin tələblərinə tamamilə əməl olunmaqla keçirilir. Yarmarkada əvvəlcədən qeydiyyatdan və tibbi müayinədən keçən fermerlər iştirak edirlər. Onlar ödənişsiz şəkildə piştaxta, tərəzi və digər avadanlıqlarla yanaşı, tibbi ləvazimatlarla (tibbi maska, dezinfeksiyaedici maddələr, əlcək və.) da təmin olunublar.

Yarmarka ərazisində mütəmadi olaraq dezinfeksiya tədbirləri aparılacaq, yarmarkaya daxil olan vətəndaşların temperaturları ölçüləcək və ziyarətçilərin sosial məsafəni qorumasına ciddi nəzərət olunacaq.

“Kənddən şəhərə” həftəsonu yarmarkası aşağıdakı ünvanlarda fəaliyyət göstərir:

- Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı)

- Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B (“İnqilab” kinoteatrının yanı)

- Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A

“Türkiyə ilə Azərbaycan arasında mövcud olan yüksək səviyyəli siyasi münasibətlər iqtisadi əlaqələrin genişləndirilməsinə imkan yaradır”.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Ankarada keçirilən Türkiyə-Azərbaycan iş adamları forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bu gün keçirilən forumda hər iki tərəfdən sənaye, turizm, nəqliyyat, ticarət sahələrində fəaliyyət göstərən iş adamlarının iştirakı iqtisadi münasibətlərin yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirir: “Forum çərçivəsində bir sıra sənədlərin, o cümlədən tekstil sənayesində müqavilənin imzalanması nəzərdə tutulur. İnanıram ki, bu sənədlər Türkiyə ilə Azərbaycan arasında əlaqələrin inkişafına xidmət edəcək”.

Nazir bildirib ki, Azərbaycanda özəlləşdirmə sahəsində fəaliyyətin aktivləşdirilməsi baş verir: “Bu sahədə dövlət müəssisəsinin türk şirkəti tərəfindən idarə edilməsinə başlanılır. Bununla yanaşı, dağ-mədən sənayesi sahəsində daha bir layihənin imzalanması nəzərdə tutulur. Bu, qızıl və mis yataqlarının istismarını təmin etmək məqsədi daşıyır”.

Xatırladaq ki, bu ilin yanvar ayında “Azərlotereya” ASC Türkiyə Respublikasının “Demirören Şans Oyunları Yatırımları A.Ş.” şirkətinin törəmə cəmiyyəti olan “YMT Sans B.V.” şirkətinə müqavilə əsasında idarəetməyə verilib.report

Xəbər lenti