![]() |
|
Qala-Pirallahı avtomobil yolunun 3.6-cı km-də yeni yerüstü piyada keçidi inşa edilib.
Sözügedən ərazidə, avtobus dayanacağı, bundan başqa yolun hər iki tərəfində yaşayış massivi və orta məktəb mövcuddur. Bu üzdən keçid yolun sağ və sol tərəflərinə maneəsiz, təhlükəsiz piyada gedişini təmin edir.
Müasir görünüşü ilə fərqlənən keçidin uzunluğu 76.7 metr, daxili hündürlüyü 3 metr, keçidaltı qabariti 5.5 metrdir. Piyada keçidi 2 giriş-çıxışdan ibarətdir və fiziki məhdudiyyətli insanların rahatlığını təmin etmək üçün burda 2 lift quraşdırılıb.
13 aprel 2021-ci il tarixdə hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı açıqlanıb.
13 aprel 2021-ci il tarixdə hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı açıqlanıb.
Hərracda 9 nəqliyyat vasitəsi satışa çıxarılacaq.
Sifarişlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi 20) və yaxud e-emlak.gov.az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaqdır: Nəqliyyat vasitələri barədə ətraflı məlumatı privatization.az portalından almaq olar.
Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olaraq) hərracın keçirilməsinə ən azı 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:
1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (рüquqi şəxslər üçün: notarial qaydada təsdiq olunmuş qeydiyyat şəhadətnaməsi, nizamnaməsi və VÖİN)
2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd. (10% məbləğində beh Mərkəzi Bankda – AZ65NABZ01361150000000004944 nömrəli hesablaşma hesabına ödənilməlidir)
(tel: 566-07-44)
13 aprel 2021-ci il tarixdə hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı:
10% beh (manatla)
1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sahələrarası Nəqliyyat və Komleks Mexaniki Təminat İdarəsi RK “Nauçnıy” gəmisi 1986 40000 4000
2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidməti “Elsevər Hüseynov” köməkçi kateri 1986
10000
1000
3 Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi QAZ-3110-101 2003
2500
250
4 Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Chevrolet Niva GLC 2008
5000
500
5 Azərbaycan Respublikası Milli Məclisin İşlər İdarəsi Nissan Maxima 2007
5500
550
6 Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi "Şərq" İstehsalat Birliyinin Tərtər Elektromexanika zavodu Kamaz 53213 KS 4572 1987
3500
350
7 Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universiteti Nissan Sunny 2006
5000
500
8 Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universiteti Nissan Maxima 2005
6000
600
9 Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universiteti Nissan Sunny 2006
5000
500
Bu barədə Dövlət Neft Şirkəti (SOCAR) məlumat verib.
Bildirilib ki, 2020-ci ildə COVID-19 pandemiyası SOCAR-ın Heydər Əliyev adına NEZ-in modernizasiyası çərçivəsində görülən işlərin gecikməsinə səbəb olsa da, istehsalat müəssisəsində yenidənqurma işləri dayandırılmadı.
“Zavodda yeni qurğuların ardıcıl olaraq istismara verilməsi istehsal olunan benzinin keyfiyyətinin yüksəlməsinə və daha təmiz ekoloji mühitin yaranmasına təkan verəcək”, - deyə məlumatda qeyd edilib.
Azərbaycanda aqrar sahə ilə bağlı məlumatların vahid mənbədən əldə edilməsini həyata keçirmək məqsədilə yaradılmış agrodata.az portalında təkmilləşdirmələr aparılaraq istifadəçilər üçün çoxsistemli funksionallıq yaradılıb.
Bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin ötənilki fəaliyyətinə dair hesabatı xəbər verir.
“Portalda kənd təsərrüfatı sahəsi üzrə göstəricilər ölkə və rayonlar üzrə qruplaşdırılmış, sistemli formada qruplar və altqruplar şəklində strukturlaşdırılıb. Eyni zamanda istifadə təyinatından və istifadəçinin məqsədindən asılı olaraq həm birbaşa axtarış, həm çoxfunksiyalı filtrlə axtarış sistemi yaradılıb, məlumatların seçilmiş formada müxtəlif yükləmə funksiyası əlavə edilib. Sistemdə müəyyən məlumatların vizuallaşdırılması da aparılıb. Nəzərdə tutulur ki, aqrar sahə üzrə bütün statistik məlumatların tam şəkildə əhatə olunduğu vahid mənbə kimi agrodata.az portalının tam hazırlanması bu il yekunlaşdırılsın”, - deyə sənəddə qeyd olunub.report
“İnterfax” agentliyi xəbər verir ki, “Brent” markalı neftin dəyəri 0,02 faiz ucuzlaşaraq bir barelə görə 60,77 dollar təşkil edib.
WTI markalı neftin bir barelinin qiyməti 0,01 faiz ucuzlaşaraq 57,75 dollar təşkil edib.(Oxu.az)
“Ukraynanın keçmiş Dağlıq Qarabağdakı münaqişə ilə bağlı mövqeyi həmişə ardıcıl olub: dövlətimiz Azərbaycanın suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü dəstəkləyir. Bu, Ukrayna üçün təməl prinsipdir”.
Bu barədə “Report”a Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər.
XİN Ukraynanın Dağlıq Qarabağdakı hərbi əməliyyatların dayandırılmasını ilk alqışlayanlardan biri olduğunu xatırladıb.
“Fikrimizcə, növbəti addım regionda sabitliyin və həyati fəaliyyətin bərpası olmalıdır. Azərbaycan rəhbərliyinin marağı və müvafiq müraciəti olacağı təqdirdə Ukrayna tərəfi yerli əhalinin, o cümlədən erməni mənşəli olanların ən qısa zamanda normal həyata geri qayıda bilməsi üçün zərər çəkmiş rayonların mülki infrastrukturunun və iqtisadiyyatının bərpasında hər cür yardımı göstərməyə hazırdır”, - Ukrayna XİN-dən söyləyiblər.
Qeyd olunub ki, Ukrayna infrastruktur obyektlərinin bərpası, sənaye və kənd təsərrüfatı müəssisələrinin layihələndirilməsi, meliorasiya və ekologiya kimi sahələrdə əhəmiyyətli təcrübəyə malikdir.
“Azərbaycan tərəfi ilə müvafiq razılaşmalar əldə edilərsə, bu sahələrdə birgə iş Ukrayna-Azərbaycan Hökumətlərarası Birgə İqtisadi Əməkdaşlıq Komissiyası çərçivəsində, o cümlədən Ukraynanın Azərbaycandakı Ticarət Evinin əlavə yardım mexanizmlərinin cəlb edilməsi ilə koordinasiya oluna bilər.
Ukraynanın xarici iqtisadi fəaliyyətinin subyektləri azərbaycanlı tərəfdaşları ilə birgə işin təşkil edilməsinin bütün formalarına hazırdır. Bura infrastruktur obyektlərinin layihələndirilməsi, yüksək texnoloji avadanlıqların tədarükü, podrat və subpodrat işlərin yerinə yetirilməsi, obyektlərin və ya avadanlıqların istifadəyə verilməsindən sonra servis və zəmanət xidmətinin göstərilməsi aiddir”, - XİN-dən qeyd ediblər. Əlavə olunub ki, bu məsələlərin praktik şəkildə müzakirə edilməsi üçün yaxın zamanlarda bir sıra sahəvi işçi qruplarının iclasları və Birgə Hökumətlərarası Komissiyanın ekspertlərinin iclasının keçirilməsi planlaşdırılır.
“Bu tədbirlərin nəticələri Ukrayna hökumətinin nümayəndə heyətinin Azərbaycana gözlənilən səfərinin gündəliyini müəyyənləşdirəcək və iki ölkə arasında ticari-iqtisadi və investisiya əməkdaşlığının bütün sahələrində əsas vəzifələri fotmalaşdıracaq.
Ukrayna-Azərbaycan əməkdaşlığının perspektivli istiqamətlərindən biri də Ukrayna və Azərbaycanın regionları arasında tərəfdaşlıq münasibətlərinin inkişafıdır. O cümlədən söhbət Odessa və Gəncə şəhərləri, Truskavets və Quba şəhərləri, Lvov vilayəti ilə Naxçıvan Muxtar Respublikası arasında artıq imzalanmış tərəfdaşlıq müqavilələrinin həyata keçirilməsindən, habelə İvano-Frankivsk vilayəti ilə Şamaxı rayonu arasında, Xarkov və Bakı şəhərləri arasında yeni əməkdaşlıq müqavilələrinin hazırlanmasından gedir.
Belə əməkdaşlığın potensialı Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin inkişafı nəzərə alınmaqla, ikitərəfli ticari-iqtisadi və mədəni-humanitar əməkdaşlığın inkişafı üçün əlavə dinamika təmin edə bilər”, - XİN-dən bildiriblər.
Prezident İlham Əliyevin dünən təməlini qoyduğu Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolunun uzunluğu 43 kilometrdir.
Bu yol başlanğıcını Hadrut yaşayış məntəqəsindən götürməklə və Cəbrayıl rayonundan keçməklə Şükürbəyli kəndində Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi avtomobil yoluna birləşir.
Dörd hərəkət zolaqlı bu yolboyunca avtomobil körpüləri tikiləcək.
Dünya bazarında “qara qızıl”ın qiyməti bahalaşıb.
“Brent” markalı neftin may fyuçerslərinin bir barrelinin qiyməti 0,59% bahalaşaraq 69,63 dollar olub.
“WTI” markalı neftin qiyməti isə 0,64% bahalaşaraq 66,03 dollara qalxıb.
Azərbaycan neftinin qiyməti kəskin bahalaşıb.
“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 2,12 dollar artaraq 69,72 dollar təşkil edib.
Qeyd edək ki, “Azeri Light” neftinin bir barrelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.
Elektrik mühərrikli və istehsal tarixinə görə yeni nəqliyyat vasitələrinin dövriyyəsi ilə bağlı alıcılar üçün güzəştli kredit şərtlərinin tətbiqi ilə əlaqədar stimullaşdırıcı tədbirlərin görülməsi istiqamətində müvafiq işlər görülür.
Bu barədə Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatında qeyd edilib.
İstehsal tarixinə görə yeni nəqliyyat vasitələrinin idxalı zamanı tətbiq edilən vergi və gömrük rüsumlarına yenidən baxılması istiqamətində işlər aparılır.
Bununla yanaşı, ekoloji və yol təhlükəsizliyinin təmin edilməsi məqsədilə elektrik mühərrikli nəqliyyat vasitələrinin idxalı, dövlət qeydiyyatı və istismarının bütün gömrük rüsumlarından və vergilərdən azad olunması, habelə hibrid avtomobillərin idxalı zamanı əlavə dəyər vergisindən azad olunması üçün tədbirlərin görülməsi istiqamətində işlər həyata keçirilir.