![]() |
|
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Rəşad Nəbiyev Türkiyənin Rəqəmli Transformasiya Ofisinin rəhbəri Ali Taha Koçla görüş keçirib.
Bununla bağlı R.Nəbiyev sosial şəbəkə hesabında məlumat paylaşıb.
“Ali Taha Koçla süni intellekt, böyük həcmli məlumatlar və “Hökumət buludu” mövzusunda gələcək əməkdaşlığımızı müzakirə etdik. Müştərək layihələrin icrası və təcrübə mübadiləsi barədə razılığa gəldik”, - deyə o qeyd edib.
Xəzər TV xəbər verir ki, xüsusilə soğanın qiymətində bahalaşma var.
Rusiyadan gətirilən soğanın 1 kiloqramı 1 manatdır. Əvvəl soğanın qiyməti 30-50 qəpik civarında idi.
Keşlə bazarında pomidor və xiyarın qiymətində artım müşahidə edilir. Pomidor 2,50 AZN, xiyar isə 5 AZN-ə təklif olunur.
Satıcılar deyirlər ki, son zamanlar bu məhsulların topdan satış qiymətinin dəyişməsi bahalaşmaya səbəb olub.
8-ci kilometr bazarında isə satıcılar alıcı qıtlığından gileylənir. Bu bazarda qiymətlər nisbətən daha ucuzdur.
Prezident İlham Əliyevin müvafiq fərmanına uyğun olaraq "Azərişıq" ASC işğaldan azad edilmiş ərazilərdə xüsusi dövlət əhəmiyyətli binaların elektrik enerjisi ilə təchizatını "Azərişıq Qarabağda" layihəsi çərçivəsində təxirəsalınmaz tədbirlərlə həyata keçirir.
Artıq Cəbrayıl, Zəngilan, Qubadlı rayonu və Hadrut qəsəbəsində yerləşən xüsusi dövlət əhəmiyyətli binalar, həmçinin Şuşa şəhəri yeni çəkilən elektrik veriliş xətti vasitəsilə ilkin mərhələdə elektrik enerjisi ilə təmin olunub.
WTI markalı neftin mart fyuçersləri 0,02 faiz bahalaşıb və bir barel üçün 60,06 ABŞ dolları təşkil edib.
“Brent” markalı neftin aprel fyuçersləri 0,16 faiz bahalaşaraq, bir bareli 63,45 dollara satılıb.
Yaponiya hökuməti Azərbaycan və Ermənistana 4,8 milyon ABŞ dolları məbləğində humanitar yardım ayıracaq.
Məlumatı Yaponiyanın Xarici İşlər Nazirliyi yayıb.
Humanitar yardımın 1,2 milyon dolları Azərbaycana, 3,6 milyon dolları isə Ermənistana veriləcək. Maliyyə vəsaiti Beynəlxalq Qırımız Xaç Komitəsi vasitəsi ilə köçürüləcək.
Maliyyə vəsaiti Azərbaycanın Qarabağ bölgəsindəki xəstəxanaların, məktəblərin və yaşayış evlərinin bərpasına xərclənəcək.
Yaponiya tərəflərə eyni zamanda tibbi avadanlıq formasında yardım edəcək.
Ölkə.Az xəbər verir ki, bu barədə "Azərbaycan Melorasiya və Su Təsərrüfatı" ASC-nin açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, ölkəmizin əsas suvarma kanallarından olan Yuxarı Qarabağ kanalı Qarabağ və Mil düzlərinin suvarılmasında mühüm rol oynayır. 1958-ci ildə istifadəyə verilən Yuxarı Qarabağ kanalı mənbəyini Mingəçevir su anbarından öz axımı ilə götürür. Uzunluğu 172,4 kilometr olan kanal 6 rayonun ərazisindən keçməklə, 11 rayonun 130 min hektar əkin sahəsinə xidmət edir. 26 min hektar əkin sahəsi kanalüstü ərazilərə düşdüyündən nasoslarla, 104 min hektar əkin sahəsi isə öz axımı ilə paylayıcılar vasitəsilə suvarılır. Yay aylarında Araz çayında su çatışmazlığı olduqda Yuxarı Qarabağ kanalından Bəhramtəpə hidroqovşağına saniyədə 25-30 kubsaniyə su ötürülür. Bu da Saatlı, Sabirabad, İmişli, Biləsuvar, Cəlilabad rayonlarının əkin sahələrini su çatışmazlığından xilas edir.
Yuxarı Qarabağ kanalı torpaq məcralı olduğundan su itkisinin qarşısını almaq üçün mütəmadi olaraq bəndbərkitmə işləri aparılır, dambaların alçaq və ensiz yerlərinə torpaq daşınıb tökülür, daxili yamaclarda isə betonlama işləri həyata keçirilir. 2020-ci ildə 55 ədəd hidrotexniki qurğu, 17 ədəd hidrometrik post təmir edilib. Kanalın 2 min kvadratmetr koldan təmizləmə, 140 min kvadratmetr dırmıxla təmizləmə, 2100 kubmetr əllə lildəntəmizləmə, 350 min kubmetr mexanizmlə təmizləmə, 320 min kubmetr torpaq mühafizə bəndlərinin təmiri işləri görülüb.
Yuxarı Qarabağ kanalında hazırda su itkisini minimuma endirmək və qarşıdan gələn yaz-yay suvarma mövsümünə hazırlıq məqsədilə təmir tikinti işləri davam etdirilir. Kanalın Yevlax rayonunun Malbinəsi kəndi ərazisindən keçən hissəsində betonlama işləri yekunlaşıb. Kanalın Bərdə rayonu ərazisində, Yevlax-Bərdə avtomobil körpüsünün giriş və çıxış hissələrində beton üzlüyə alınması işləri aparılır. Bərdə rayonunun 11-ci paylayıcı hissəsində sipərlərin dəyişdirilməsi, səviyyəqaldıran qurğunun təmiri və Ağcabədi rayonunda sudüşürən qurğunun çıxış hissəsinin betonlanması işləri həyata keçirilir.
Dünya birjalarında neft qiymətlərində bahalaşma müşahidə olunur.
“Qafqazinfo” xəbər verir ki, “Brent” markalı neftin bir barreli London birjalarında 0,39% bahalaşaraq 63,5 dollara yüksəlib.
“WTI” markalı neftin bir barreli isə 1,21 % artımla 60,19 dollardan satılır.
Azərbaycan neftinin 1 barrelə olan qiyməti isə 4,34 % artaraq 65,44 dollar təşkil edib.
Xatırladaq ki, “Azeri Light” markalı neftin qiyməti 65 dollar səviyyəsini sonuncu dəfə 2020-ci ilin fevralın 20-də ötmüşdü.
Bunu Prezident İlham Əliyev fevralın 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarında səfərdə olarkən deyib.
"Azərbaycan Naxçıvanla, Türkiyə ilə birləşir. Eyni zamanda, Rusiyadan Ermənistana dəmir yolu xətti açıla bilər. Bu xətt yalnız Azərbaycan ərazisindən keçə bilər. Həmçinin Rusiya ilə İran arasında Naxçıvan ərazisi ilə dəmir yolu bağlantısı olacaq. İran ilə Ermənistan arasında dəmir yolu bağlantısı olacaq. Türkiyə ilə Rusiya arasında dəmir yolu bağlantısı olacaq. Yəni, bütün bölgə ölkələri bundan ancaq xeyir görəcəklər.
Onu da bildirməliyəm ki, Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi nəticəsində artıq Rusiya ilə Türkiyə arasında bu dəmir yolundan istifadə edərək yüklər daşınmağa başlamışdır. Görün, biz nə qədər böyük uzaqgörənlik göstərmişdik, böyük iradə göstərmişdik. Eyni zamanda, maliyyə resurslarını səfərbər etmişdik və bu dəmir yolları bağlantılarını biz təmin edirik. Bu, ölkəmiz üçün lazımdır. Çünki bu, ölkəmizin geosiyasi əhəmiyyətini artırır, iqtisadi gücünü artırır. Çünki biz etibarlı tranzit ölkəsi kimi bundan böyük maliyyə gəliri əldə edəcəyik, eyni zamanda, bölgədə sabitliyin və sülhün təmin edilməsi üçün də bunun çox böyük əhəmiyyəti var", - dövlət başçısı bildirib.
Rusiya fevralın 17-dən Azərbaycanla hava əlaqəsini rəsmən bərpa edəcək.
“Report” xəbər verir ki, müvafiq qərar fevralın 3-də Rusiya Federasiyası hökuməti tərəfindən qəbul edilib. Ölkələr arasında reyslər keçən il pandemiya fonunda dayandırılıb.
Ölkələrin aviaşirkətləri həftə ərzində iki dəfə reys təşkil etmək imkanı qazanıblar. Rusiyanın "Aeroflot" şirkəti ötən həftə bildirib ki, fevralın 17-dən Bakıya həftədə iki reys təşkil etməyi planlaşdırır.
Bu halda hazırda turistlər üçün Azərbaycana giriş bağlanıb. Ölkəyə giriş imkanlarına yalnız diplomatlar, qohumları Azərbaycan vətəndaşı olan əcnəbilər, ölkədə iş icazəsinə və ya yaşamaq üçün sənədə malik olan əcnəbilər, həmçinin tələbələr malikdirlər.
Vətəndaşların bütün kateqoriyaları iki həftəlik karantin rejimindən keçməli olacaqlar.
Bununla bağlı AZƏRTAC fotolar təqdim edib.
Açılış mərasimində dövlət başçısı deyib ki, bu layihə azad edilmiş torpaqlarda birinci elektrik stansiyasıdır.