Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması kənd təsərrüfatının inkişafını şərtləndirən əsas amillərdəndir. Odur ki, torpaqların su təminatı üçün ardıcıl tədbirlər görülür, suvarma şəbəkələri genişləndirilir, su sistemlərində təmir-bərpa işləri həyata keçirilir.

Ölkə.Az xəbər verir ki, bu barədə "Azərbaycan Melorasiya və Su Təsərrüfatı" ASC-nin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, ölkəmizin əsas suvarma kanallarından olan Yuxarı Qarabağ kanalı Qarabağ və Mil düzlərinin suvarılmasında mühüm rol oynayır. 1958-ci ildə istifadəyə verilən Yuxarı Qarabağ kanalı mənbəyini Mingəçevir su anbarından öz axımı ilə götürür. Uzunluğu 172,4 kilometr olan kanal 6 rayonun ərazisindən keçməklə, 11 rayonun 130 min hektar əkin sahəsinə xidmət edir. 26 min hektar əkin sahəsi kanalüstü ərazilərə düşdüyündən nasoslarla, 104 min hektar əkin sahəsi isə öz axımı ilə paylayıcılar vasitəsilə suvarılır. Yay aylarında Araz çayında su çatışmazlığı olduqda Yuxarı Qarabağ kanalından Bəhramtəpə hidroqovşağına saniyədə 25-30 kubsaniyə su ötürülür. Bu da Saatlı, Sabirabad, İmişli, Biləsuvar, Cəlilabad rayonlarının əkin sahələrini su çatışmazlığından xilas edir.

Yuxarı Qarabağ kanalı torpaq məcralı olduğundan su itkisinin qarşısını almaq üçün mütəmadi olaraq bəndbərkitmə işləri aparılır, dambaların alçaq və ensiz yerlərinə torpaq daşınıb tökülür, daxili yamaclarda isə betonlama işləri həyata keçirilir. 2020-ci ildə 55 ədəd hidrotexniki qurğu, 17 ədəd hidrometrik post təmir edilib. Kanalın 2 min kvadratmetr koldan təmizləmə, 140 min kvadratmetr dırmıxla təmizləmə, 2100 kubmetr əllə lildəntəmizləmə, 350 min kubmetr mexanizmlə təmizləmə, 320 min kubmetr torpaq mühafizə bəndlərinin təmiri işləri görülüb.

Yuxarı Qarabağ kanalında hazırda su itkisini minimuma endirmək və qarşıdan gələn yaz-yay suvarma mövsümünə hazırlıq məqsədilə təmir tikinti işləri davam etdirilir. Kanalın Yevlax rayonunun Malbinəsi kəndi ərazisindən keçən hissəsində betonlama işləri yekunlaşıb. Kanalın Bərdə rayonu ərazisində, Yevlax-Bərdə avtomobil körpüsünün giriş və çıxış hissələrində beton üzlüyə alınması işləri aparılır. Bərdə rayonunun 11-ci paylayıcı hissəsində sipərlərin dəyişdirilməsi, səviyyəqaldıran qurğunun təmiri və Ağcabədi rayonunda sudüşürən qurğunun çıxış hissəsinin betonlanması işləri həyata keçirilir.

 

 

 

 
 
 
07 May 2025 ADY-dən Bayram Səfərlərinə Hədiyyə: Əlavə Qatar Reysləri!
07 May 2025 “AL Market”lər bağlanır? - Açıqlama
06 May 2025 Tehran-Bakı reysləri açılıb
05 May 2025 "Ağşəhər” və NZS-də metro olacaq
05 May 2025 Kreditlərlə bağlı şad xəbər: müsbət qərar verildi
02 May 2025 "Bitcoin" mədənçiliyinin sonu: Niyə əvvəlki kimi gəlirli deyil?
02 May 2025 Maaş və təqaüdləri istədiyimiz bankdan ala biləcəyik? - Rəsmi cavab
02 May 2025 Kənd təsərrüfatı məhsulları marketlərdə ikiqat bahadır?
24 Aprel 2025 XİN rəsmisi: Astara-Rəşt yolunun maliyyələşdirilməsində kiçik problemlər var
24 Aprel 2025 Azərbaycan Bakı-Tbilisi-Qars vasitəsilə neft məhsullarının tədarükünü gündəmə gətirir
24 Aprel 2025 Azərbaycan üçün hansı üstünlüklər olacaq? - İmzalanan sənədlərdə Zəngəzur detalı
23 Aprel 2025 Maşın bazarı "tarixə qovuşur" - Alıcılar daha ucuz variantı tapıb
23 Aprel 2025 Kartof-soğan niyə ucuzlaşmır?
23 Aprel 2025 Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərar verdi
22 Aprel 2025 Metroda yeniliklərdən sonra gedişhaqqı artacaq? - RƏSMİ CAVAB
22 Aprel 2025 Dünya Turizm Həftəsində ADY ilə səfərlər yeni xatirələr yaradır!
21 Aprel 2025 Azərbaycanda 3 valyuta bahalaşdı, dollar bu qiymətə satılır - RƏSMİ
21 Aprel 2025 Ağdam-Əsgəran-Xocalı-Xankəndi yolunun inşasına dair son vəziyyət açıqlandı
18 Aprel 2025 Baş nazirdən onların maaşı ilə bağlı - Qərar
18 Aprel 2025 Ev almaq niyə çətinləşir? - AÇIQLAMA

Xəbər lenti