Bu məqsədlə məktəblərdə davamlı təlimlər keçilir, hərəkətin təhlükəsizliyinə mane ola biləcək kənar müdaxilələr haqqında məlumatlar verilir, şagirdlər qaydalarla tanış olurlar.
“Yol-xeber.az” xəbər verir ki, Bu dəfə Görədil kəndində dəmir yolu yaxınlığında yerləşən İlqar Yusifov adına tam orta məktəbdə müəllim və şagird heyəti ilə təhlükəsizlik mövzusunda görüş keçirilib. Görüşdə ADY-nin ümumi fəaliyyəti, 145 illik tarixindən bəhs olunub, dəmiryol xətlərinin yaxınlığında təhlükəsizlik qaydalarına əməl etməyin vacibliyi vurğulanıb.
Şagirdlər hər gün istifadə etdikləri dəmir yollarında bundan sonra təhlükəsizliyə xüsusi diqqət edəcəklərini bildiriblər.
“Yol-xeber.az” xəbər verir ki,