İqtisadiyyat naziri Mikayıl Cabbarov Beynəlxalq Valyuta Fondunun (BVF) virtual missiyası ilə görüşüb.

Nazirlikdən verilən məlumata əsasən, görüşdə Azərbaycan iqtisadiyyatında inkişaf meylləri, 2021-2022-ci illər və ortamüddətli dövr üzrə perspektivlər, COVID-19 pandemiyası fonunda iqtisadi risklər və Azərbaycan hökumətinin adekvat cavab tədbirləri barədə fikir mübadiləsi aparılıb.

İqtisadiyyat naziri pandemiyanın milli iqtisadiyyata və biznes subyektlərinə göstərdiyi təsirlər, Azərbaycan hökumətinin müvafiq dəstəkləyici tədbirləri barədə məlumat verib, postpandemiya dövrü və ortamüddətli dövr üçün ölkənin iqtisadi prioritetlərini qeyd edib.

 

Bildirilib ki, dövlət başçısının sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiq edilib və Azərbaycan hökuməti öz işini bu sənədin müəyyən etdiyi istiqamətlər üzrə quracaq.

Mikayıl Cabbarov Azərbaycanın yeni bir strateji dövrə daxil olduğunu, işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, Qarabağ bölgəsinin inkişafına nail olunması və onun iqtisadi imkanlarının reallaşdırılmasının təkcə postpandemiya deyil, həm də postkonflikt dövrünün keyfiyyətcə yeni mərhələsi olduğunu bildirib.

Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiyasının rəhbəri Natalia Tamirisa Fondun mütəxəssisləri tərəfindən fevral ayında keçirilmiş virtual missiyanın yekunları barədə danışıb və bu yekunlara dair məlumatları iqtisadiyyat nazirinə təqdim edib.

Tərəflər missiyanın fəaliyyətinin yekunları, iqtisadiyyatın real sektoru, qeyri-neft sektorunun inkişaf proqnozları, iqtisadi artımı dəstəkləyəcək addımlar və təşəbbüslər, yeni çağırışlara uyğun vergi siyasəti məsələləri, o cümlədən şəffaflığın gücləndirilməsi tədbirləri və s. barədə müzakirələr aparıblar.

“Güləbird kəndinə getməyimizin səbəbi də qısa müddətdə inşa edilmiş su elektrik stansiyasının (SES) açılışıdır. Bu layihə azad edilmiş torpaqlarda birinci elektrik stansiyası olacaq”.

Bunu işğaldan azad edilmiş ərazilərə səfəri zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib. 

Səfərdən olan görüntüləri Birinci vitse-prezident Mehriban Əliyeva öz sosial media hesabında paylaşıb. 

 

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,53 ABŞ dolları, yaxud 0,85 % artıb.

“Azeri Light” markalı neftin bir barelinin qiyməti 62,77 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

“Türk Hava Yolları” Gəncəyə uçuşlar təşkil etməyi planlaşdırır”.
Oxu.az xəbər verir ki, bunu “Türk Hava Yolları”nın Azərbaycandakı nümayəndəsi Seyfullah İlyas bildirib.

O deyib ki, Gəncə, Göygöl, Gədəbəy, Naftalan və digər ətraf ərazilərin turizm potensialının günü-gündən inkişaf etməsi bölgəyə gələn xarici qonaqların sayına müsbət təsir edir:

“Bu və bir sıra digər amilləri nəzərə alan “Türk Hava Yolları” sərfəli qiymətlərlə Gəncəyə uçuşlar təşkil etməyi planlaşdırır”.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq, 2021-ci ilin “Nizami Gəncəvi ili” elan edilməsi Gəncəyə səfər edəcək yerli və xarici turistlərin sayına təsirsiz ötüşməyəcək.

O vurğulayıb ki, Azərbaycan son illərdə turizm sahəsində müəyyən irəliləyişlər əldə edib. Bu sahənin inkişafına işğaldan azad edilən torpaqlarımızda qurulacaq infrastruktur da müsbət təsir göstərəcək. Gəncənin yerləşdiyi coğrafi mövqe bölgəyə gələcək olan turistlər üçün olduqca əlverişlidir. Belə ki, buradan sözügedən ərazilərə daha rahat səfərlər etmək mümkündür.

Gəncəyə uçuşların may ayından təşkil edilməsi planlaşdırılır.

“Qarşımızda bir sıra milli prioritet müəyyən edilib. Bunlar dayanıqlı, artan rəqabətqabiliyyətli iqtisadiyyatın qurulması, dinamik inkluziv və sosial ədalətə əsaslanan cəmiyyətin formalaşdırılması, işğaldan azad olunmuş ərazilərdə böyük qayıdışa nail olmaq, Azərbaycanın rəqabətli və insan kapitallı innovasiyalar məkanına çevrilməsi, təmiz ətraf mühit və yaşıl artım ölkəsinə çevrilməsidir”.

Bunu “Postpandemiya dövründə vergi sistemi” konfransında İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

M.Cabbarov qeyd edib ki, həmin proiritetlərin reallaşdırılması, ölkənin iqtisadi gücünün artırılması, davamlı və yüksək iqtisadi artımın, milli iqtisadiyyatın daxili və xarici təsirlərə dayanıqlığının təmin edilməsi Azərbaycanın təkcə regionun deyil, inkişafda olan ölkələrin daha yuxarı sıralarında yer almasına xidmət edəcək:

Nazir qeyd edib ki, tarixi qələbə ilə iqtisadi inkişaf planlarına yenidən baxmaq və bu inkişafı Qarabağda da tətbiq etmək imkanı yaranıb:

“İlk növbədə dayanıqlı iqtisadi inkişafı hədəfləyirik. Çalışacağıq ki, post-pandemiya dövründə, qısa müddət ərzində sahibkarlıq subyektlərinin gəlirlərinin ilkin səviyəsi və istehlak fəallığı bərpa edilsin. Bu addımlar həmçinin yeni iş yerlərinin yaradılmasına təkan verməlidir. İkinci mühüm məqam biznesin və investisiyaların canlandırılmasına, qeyri-neft-qaz sektorunun sürətli artımına nail olmaqdır. Bu sahədə qeyri-neft məhsullarının daha da stimullaşdırılması özəl investisiya qoyuluşunun təşviq edilməsi əsas prioritetlərdən olacaq.

Həmçinin, biznes mühiti daha da yaxşılaşdırılmalı, xüsusilə orta sahibkarların imkanları daha da genişlənməlidir. Belə demək olarsa, əl-qolu tam açılmalıdır”.

“2020-ci il həm dünya həm də Azərbaycan üçün qlobal çağrışlarla olu il oldu. Pandemiya bütün dünyada iqtisadi geriləməyə səbəb oldu və onun təsirindən Azərbaycanın ÜDM-si 4,3 % azalıb”.

Report xəbər verir ki, bunu “Postpandemiya dövründə vergi sistemi” konfransında çıxış edən Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

M.Cabbarovun sözlərinə görə, Azərbaycan OPEC+ sazişi çərçivəsində neft hasilatının azaldılmasını öhdəlik olaraq üzərinə götürüb:

“Bu öhdəliyi yerinə yetirmək bəlli iqtisadi itkilər hesabına başa gəlib. 2020-ci il ərzində dövlət başçısının tapşırığı ilə milli iqtisadiyyata və sahibkarlara dəstək verilib. Ötən il ərzində sahibkarlara 358 milyon manat dəstək göstərildi. 115 milyon manatlıq güzəştli kreditlər verilib”.

Rusiya sülhməramlıları Şuşanın infrastrukturunu bərpa etmək üçün inşaat materialları ilə dolu 60-dan çox Azərbaycan yük maşınını müşayiət edib.

Oxu.az xəbər verir ki, Rusiya Federasiyası Müdafiə Nazirliyindən verilən məlumata görə, sülhməramlı kontingentin hərbi heyəti Azərbaycanın istəyi ilə iki konvoyun hərəkətinin təhlükəsizliyini təmin edib.

“Rusiya sülhməramlı kontingenti üçtərəfli razılaşmanın ciddi şəkildə həyata keçirilməsinə və bölgədə dinc həyatın bərpasına töhfə verməyə davam edəcək”, - deyə Rusiya Müdafiə Nazirliyinin məlumatda qeyd edilir.

2020-ci ildə Azərbaycanda koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirlərinə 1 985,6 milyon manat vəsait istifadə olunub.


"Ölkə.Az" Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, həmin vəsaitdən 612,5 milyon manatı koronavirusla mübarizə tədbirlərində iştirak edən tibb işçilərinə əlavənin ödənilməsinə, zəruri tibbi ləvazimatların və avadanlıqların, dərman vasitələrinin alınmasına, çarpayı fondunun artırılması və ixtisaslaşmış xəstəxanaların fəaliyyətlərinin təmin edilməsinə, karantin nəzarətinə götürülmüş şəxslərə karantin müəssisələrində göstərilən xidmətlərlə bağlı xərclərin ödənilməsinə yönəldilib.

Bununla yanaşı, qlobal pandemiya ilə bağlı dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə, sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün 1 334,1 milyon manat vəsait sərf olunub.

Qeyd olunan vəsait hesabına pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə dəstək məqsədilə özəl sektorda çalışan 243 min nəfərdən çox işçinin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi, 107 mindən çox fərdi (mikro) sahibkara maliyyə dəstəyinin göstərilməsi, sahibkarlıq subyektlərinə bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması, sahibkarlığın inkişafına əlavə dövlət dəstəyinin göstərilməsi, xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydasına uyğun olaraq 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi, əhalinin məşğulluq imkanlarının artırılması məqsədilə əlavə ödənişli ictimai iş yerlərinin yaradılması, həyati vacib sərnişindaşıma və digər sərnişindaşıma fəaliyyəti göstərən hüquqi şəxslərə maliyyə dəstəyinin verilməsi, güzəştli ipoteka kreditləri üzrə ayrılan vəsaitin artırılması, respublikasının təhsil müəssisələrində normativ təhsil müddətində ödənişli əsaslarla əyani təhsil alan və sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin 2020-ci ildə tədris semestrləri (yarımillikləri) üçün təhsil haqqı xərclərinin ödənilməsi, əhaliyə güzəştli işıq limitinin 2020-ci ilin aprel-may aylarında 100 kvts. həcmində artırılması ilə bağlı xərclər maliyyələşdirilib.

2020-ci il ərzində koronavirus (COVID-19) pandemiyası ilə bağlı beynəlxalq miqyasda tədbirlərin dəstəklənməsi məqsədilə 39,3 milyon manat məbləğində, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatına 17,0 milyon manat, UNESCO və İCESCO təşkilatlarına 3,4 milyon manat və 18 xarici ölkəyə 18,9 milyon manat beynəlxalq yardımlar göstərilib.

Ötən ay Bakıda həm təkrar, həm də ilkin mənzil bazarında ucuzlaşma qeydə alınıb.

Əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov Trend-ə deyib ki, yanvar ayında təkrar mənzil bazarında 1.15 faiz azalma var, ancaq ötən ilin eyni dövrü ilə müqayisədə 2.99 faiz artım müşahidə olunub.

İlkin mənzil bazarında isə ay ərzində 2.21 faiz azalma qeydə alınıb, lakin ötən illə müqayisədə 1.4 faiz artım müşahidə edilib.

Ümumilikdə ötən ay ərzində daşınmaz əmlak bazarında 2.13 faiz artım olub. Ötən ilin eyni dövrü ilə müqayisədə isə artım 1.6 faiz təşkil edib.

COVID-19 virusunun təsir göstəridiyi sahələrdən biri də təhsildir.

 

Pandemiya səbəbindan bağlı qalan məktəblər repetitorluğa ehtiyacı daha da artırıb. Görünür, bu ehtiyacı hiss edən bəzi “bilik verənlər” son aylar öz zəhmət haqlarını artırıblar. 

Şəhər sakinləri bildirib ki, əvvəl aylıq 50 manat ödədikləri müəllimlər artıq 70 manat, 70 manat ödədikləri müəllimlər isə 100 manat tələb edirlər. 

Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov bildirib ki, bu artım daha çox dəqiq fənnlərdə hiss olunur. 

Daha ətraflı Baku TV-nin süjetində:

Xəbər lenti