İqtisadiyyat naziri Mikayıl Cabbarov Beynəlxalq Valyuta Fondunun (BVF) virtual missiyası ilə görüşüb.

Nazirlikdən verilən məlumata əsasən, görüşdə Azərbaycan iqtisadiyyatında inkişaf meylləri, 2021-2022-ci illər və ortamüddətli dövr üzrə perspektivlər, COVID-19 pandemiyası fonunda iqtisadi risklər və Azərbaycan hökumətinin adekvat cavab tədbirləri barədə fikir mübadiləsi aparılıb.

İqtisadiyyat naziri pandemiyanın milli iqtisadiyyata və biznes subyektlərinə göstərdiyi təsirlər, Azərbaycan hökumətinin müvafiq dəstəkləyici tədbirləri barədə məlumat verib, postpandemiya dövrü və ortamüddətli dövr üçün ölkənin iqtisadi prioritetlərini qeyd edib.

 

Bildirilib ki, dövlət başçısının sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiq edilib və Azərbaycan hökuməti öz işini bu sənədin müəyyən etdiyi istiqamətlər üzrə quracaq.

Mikayıl Cabbarov Azərbaycanın yeni bir strateji dövrə daxil olduğunu, işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, Qarabağ bölgəsinin inkişafına nail olunması və onun iqtisadi imkanlarının reallaşdırılmasının təkcə postpandemiya deyil, həm də postkonflikt dövrünün keyfiyyətcə yeni mərhələsi olduğunu bildirib.

Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiyasının rəhbəri Natalia Tamirisa Fondun mütəxəssisləri tərəfindən fevral ayında keçirilmiş virtual missiyanın yekunları barədə danışıb və bu yekunlara dair məlumatları iqtisadiyyat nazirinə təqdim edib.

Tərəflər missiyanın fəaliyyətinin yekunları, iqtisadiyyatın real sektoru, qeyri-neft sektorunun inkişaf proqnozları, iqtisadi artımı dəstəkləyəcək addımlar və təşəbbüslər, yeni çağırışlara uyğun vergi siyasəti məsələləri, o cümlədən şəffaflığın gücləndirilməsi tədbirləri və s. barədə müzakirələr aparıblar.

07 May 2025 ADY-dən Bayram Səfərlərinə Hədiyyə: Əlavə Qatar Reysləri!
07 May 2025 “AL Market”lər bağlanır? - Açıqlama
06 May 2025 Tehran-Bakı reysləri açılıb
05 May 2025 "Ağşəhər” və NZS-də metro olacaq
05 May 2025 Kreditlərlə bağlı şad xəbər: müsbət qərar verildi
02 May 2025 "Bitcoin" mədənçiliyinin sonu: Niyə əvvəlki kimi gəlirli deyil?
02 May 2025 Maaş və təqaüdləri istədiyimiz bankdan ala biləcəyik? - Rəsmi cavab
02 May 2025 Kənd təsərrüfatı məhsulları marketlərdə ikiqat bahadır?
24 Aprel 2025 XİN rəsmisi: Astara-Rəşt yolunun maliyyələşdirilməsində kiçik problemlər var
24 Aprel 2025 Azərbaycan Bakı-Tbilisi-Qars vasitəsilə neft məhsullarının tədarükünü gündəmə gətirir
24 Aprel 2025 Azərbaycan üçün hansı üstünlüklər olacaq? - İmzalanan sənədlərdə Zəngəzur detalı
23 Aprel 2025 Maşın bazarı "tarixə qovuşur" - Alıcılar daha ucuz variantı tapıb
23 Aprel 2025 Kartof-soğan niyə ucuzlaşmır?
23 Aprel 2025 Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərar verdi
22 Aprel 2025 Metroda yeniliklərdən sonra gedişhaqqı artacaq? - RƏSMİ CAVAB
22 Aprel 2025 Dünya Turizm Həftəsində ADY ilə səfərlər yeni xatirələr yaradır!
21 Aprel 2025 Azərbaycanda 3 valyuta bahalaşdı, dollar bu qiymətə satılır - RƏSMİ
21 Aprel 2025 Ağdam-Əsgəran-Xocalı-Xankəndi yolunun inşasına dair son vəziyyət açıqlandı
18 Aprel 2025 Baş nazirdən onların maaşı ilə bağlı - Qərar
18 Aprel 2025 Ev almaq niyə çətinləşir? - AÇIQLAMA

Xəbər lenti