Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Bakı Metropoliteninin yeni stansiyasına Zəfər günü münasibətilə “8 Noyabr” adı verilməsi təşəbbüsü ilə çıxış edib.

Bu barədə  Nazirlər Kabinetinin Mətbuat Xidmətindən məlumat verilib.

Nazirlər Kabinetinin bununla bağlı Qərarında deyilir:

“Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təşəbbüsünə əsasən Bakı Metropoliteninin Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 1065-ci məhəllə ünvanında yerləşən yeni stansiyası “8 Noyabr” adlandırılsın”.

“İtaliya ilə Azərbaycan arasındakı əlaqələr çox sürətlə inkişaf edir və bu gün ən yüksək səviyyədədir. Siyasi əlaqələr hesab edirəm ki, ən yüksək səviyyədədir”.

Bunu Prezident İlham Əliyev İtaliya Deputatlar Palatasının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

“Mənim bu ilin əvvəlində İtaliyaya etdiyim dövlət səfərim bunun bariz nümunəsidir. Səfər zamanı bir çox önəmli sənədlər imzalanıb. Onların arasında çoxölçülü, strateji, tərəfdaşlıq haqqında sənəd xüsusi yer tutur. Bu sənəd bizim strateji tərəşdaşlığımızı bir daha təsdiqlədi”, - Prezident əlavə edib.

Ümumi uzunluğu 104 kilometr olan Yevlax-Xankəndi xəttinin Bərdə-Ağdam hissəsinin yenidən qurulması işlərinə başlanılıb.

Bu barədə Trend-ə Azərbaycan Dəmir Yolları QSC-dən bildiriblər. Qeyd olunub ki, hazırda xəttin Bərdə-Köçərli sahəsi fəaliyyət göstərir:

“Ermənistanın işğalı nəticəsində digər sahələrdə olduğu kimi, dəmir yolu infrastrukturuna da ziyan dəyib. Mövcud dəmir yolu xətləri dağıdılıb, yollar, stansiyalar, ərazidəki hərəkət vasitələri (vaqonlar, lokomotivlər) və digər qurğu və avadanlıqlar tamamilə məhv edilib. Ermənistanın uzun müddət işğal altında saxladığı əsas dəmir yolu xətlərinin (baş yolların) ümumi uzunluğu 240,4 km olub.

Bu xətlər Horadiz-Ordubad sahəsində 144 km-dir. O cümlədən 43 km dəmir yolu xətti Ermənistanın Mehri rayonu ərazisindən (Zəngəzurdan) keçir. Yevlax-Xankəndi sahəsində 51 km, Mincivan-Qafan sahəsində 39,1 km, Qazax-Barxudarlı sahəsində 6,3 km təşkil edir.
Həmin ərazilərdə 23 stansiyamız qalmışdı, o cümlədən 5 stansiya Mehri rayonu ərazisindədir. Bundan əlavə, 85,5 km yan yollar işğalda ikən dağıdılıb.

Cənab Prezident, Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Ordumuz işğala son qoydu. Digər qurumlar kimi “Azərbaycan Dəmir Yolları” QSC-nin müvafiq strukturları tərəfindən mənfur düşmənin dəmir yollarına vurduğu ziyanın həcmi hesablanır. Dəmir yollarının yuxarıda qeyd etdiyimiz sahələrinin bərpa edilməsi üçün müvafiq təkliflər hazırlanır. O cümlədən, ümumi uzunluğu 104 km olan Yevlax-Xankəndi xəttinin Bərdə-Ağdam hissəsinin yenidən qurulması işlərinə başlanılıb. Bərdə-Köçərli sahəsi hazırda işləyir”.

QSC-dən əlavə edilib ki, digər aidiyyəti qurumlar ərazidəki zəruri işləri tamamladıqdan, xüsusilə həmin ərazi minalardan təmizləndikdən sonra əsaslı infrastruktur layihələrinə başlanılacaq.

İsveçrədə SOCAR-ın 200-cü yanacaq doldurma məntəqəsi fəaliyyətə başlayıb.

Bu barədə “SOCAR Enerji İsveçrə” məlumat yayıb.

Ötən həftə ərzində İsveç ərazisində üç yeni yanacaq doldurma məntəqəsi fəaliyyətə başlayıb. Bildirilib ki, bununla da şirkət sıx yanacaq doldurma məntəqələri şəbəkəsinə gedən yolda böyük bir mərhələyə qədəm qoyub.

Bu ölkədə “SOCAR Stalvedro”, “SOCAR Meiringen” və “SOCAR Innertkirchen” adlı fərqli bölgələrdə yanacaq doldurma məntəqələrinin fəaliyyətinə start verilib.

Qeyd edək ki, SOCAR İsveçrədəki fəaliyyətini “SOCAR Trading” və “SOCAR Enerjy İsveçrə” şirkətləri vasitəsilə həyata keçirir. 2019-cu ildə ölkədə dörd yanacaq doldurma məntəqəsi fəaliyyətə başlayıb. İl ərzində cəmi yanacaq doldurma məntəqələrinin ümumi sayı 191-ə çatdırılıb. (oxu.az)

 

 
  •  

 

 
 
 
Azərbaycan və Türkiyə əlaqələrinin yeni mərhələdə daha da genişləndirilməsi əsas prioritetlərdəndir. 2019-cu ildə iki ölkə arasında ticarət dövriyyəsi 4 milyard 405 milyon dollar olub. Bütövlükdə, son illər Azərbaycan ilə Türkiyə arasındakı ticari əlaqələrində artan tendensiya müşahidə olunub.

Bunu Trend-ə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Deputat bildirib ki, ötən il iki ölkə arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 33 faiz, 2017-ci il ilə müqayisədə isə 73 faiz artıb:

"Belə ki, ümumi ticarət dövriyyəsi 2018-ci ildə 3 milyard 403 milyon dollar, 2017-ci ildə isə 2 milyar 667 milyon olub. 2017-ci ildən etibarən Azərbaycan Türkiyə ilə xarici ticarət dövriyyəsində hər zaman müsbət saldoya malik olub. 2019-cu ildə bu saldo rekord şəkildə artaraq 1 milyard 200 milyon dollara çatıb.

Son illər Azərbaycan Türkiyə iqtisadiyyatına ən çox investisiya yönəldən ölkələrdən birinə çevrilib. Azərbaycan Türkiyə iqtisadiyyatına 15 milyard dollardan çox, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 12.5 milyard dollar investisiya yatırıb. İmzalanmış müqavilələri nəzərə aldıqda Azərbaycanın Türkiyə iqtisadiyyatına sərmayə qoyluşu yaxın zamanlarda 20 milyard dollaradək yüksələcək. Göründüyü kimi, son illər bütün iqtisadi istiqamətlərdə iki ölkə arasında əməkdaşlığın güclənməsi müşahidə olunub".

Deputatın sözlərinə görə, bunlarla yanaşı, yeni mərhələdə Azərbaycan ilə Türkiyə arasında əlaqələrin daha da genişləndirilməsi əsas hədəflərdəndir:

"Bu baxımdan, daha məqsədəuyğun olardı ki, Preferensial Ticarət Sazişində uyğun olaraq hər iki ölkə arasında həm kvota, həm də rüsumun sıfıra endirilən malların siyahısı genişləndirilsin. Son saziş 15 mal qrupunu əhatə edir. Bütövlükdə, ölkələrin mərhələli şəkildə qarşılıqlı xarici ticarətdə bütün mallar üzrə kvota və rüsumları sıfıra endirməsi daha məqsədəuyğundur.

Digər tərəfdən, Türkiyə ilə birlikdə işğaldan azad olunan torpaqlarımzı əhatə edən xüsusi iqtisadi zonanın yaradılması məqsədəuyğun olardı. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru dəhlizin olacağını nəzərə alsaq, bu bölgəyə daha çox sərmayənin cəlb olunmasına imkan yarada bilər".

Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın işğalından azad olunan Kəlbəcər rayonunun Söyüdlü (Zod) qızıl yatağının görüntülərini yayıb.

Həmin görüntüləri təqdim edirik.

Azərbaycanın cənub-qərbində, dağlıq ərazidə yerləşən Laçın turizm məkanı kimi də böyük potensiala malikdir. Zəngin flora və faunası, sahəsi 21 min hektardan çox olan Laçın yasaqlığı və İlıqsu müalicəvi əhəmiyyətli mineral bulağı ərazinin turizm imkanlarını genişləndirir. Səthin dağlıq olması gələcəkdə burada dağ və qış turizminin inkişafına təkan verəcək.

Turizm üzrə ekspert Rəhman Quliyev bildirib ki, burada minlərlə müalicəvi əhəmiyyətli bitkilər var:

“Turşsu var, Çardaqlı var. Müalicəvi əhəmiyyətli mineral suları var. Laçının  relyefi çox gğzəldir. Qış turizminin inkişafı üçün xüsusi potensial mövcuddur. Biz onlardan istifadə edə bilərik. Qış kurort - qış xizək kurort sanatoriyaların tikilməsi məqsədəuyğundur”.

Laçın tarixi keçmişi zəngin olan bir ərazidir. Burda 300-ə yaxın tarixi, mədəniyyət və memarlıq abidələri var. Abidələrin əksəriyyəti Qafqaz Albaniyası dövrünə aiddir.

Rayonun təbiəti yeni turizm növlərinin tətbiqinə də şərait yaradır. Azərbaycan Turizm Assosiasiyası (ATA) bu məqsədlə layihələr üzərində işləyir.

Qurumun İdarə Heyətinin sədri Əhməd Qurbanov deyib ki Laçında hər zaman, toxuculuq, misgərlik kimi sənət növləri olub:

“Biz gələcəkdə turistlərə onu yeni turizm növü kimi təqdim edə bilərik ki, onlar öz gözləri ilə bu tariximizi görsünlər. Yol-nəqliyyat infrastrukturu inkişaf etdikdən sonra burada yeni marşrut xətləri çəkiləcək və turizm  qurumları tərəfindən yeni turizm marşrutları yaradılacaq”.

Bildirilib ki, Azərbaycan Turizm Assossasiyası işğaldan azad olunmuş ərazilərdə “Qarabağ Azərbaycandır” layihəsinə start verib. Layihə çərçivəsində Laçında da yeni turizm marşrutlarının hazırlanması ilə bağlı işlər görülür. 

Daha ətraflı AZTV-nin videosüjetində:

Qarabağda Türkiyə ilə birgə Yüksək Texnologiyalar Parkı yaradılacaq

Türkiyədə fəaliyyət göstərən “GOSB” texnoparkı ilə İnnovasiyalar Agentliyi arasında “Mədəni və Elmi Əməkdaşlıq” memorandumu imzalanıb.

İnnovasiyalar Agentliyindən “Qafqazinfo”ya verilən məlumata görə, Qarabağ torpaqları düşmən işğalından azad edildikdən dərhal sonra ölkə prezidentinin göstərişi ilə regionda abadlıq işlərinin aparılmasına start verilib.

Qarabağ hər zaman ilk öncə mədəniyyət ocağı, şairlərin, musiqiçilərin və incəsənət xadimlərinin vətəni olub. Qarabağın yeni tarixi yazılarkən onu regionda həm də yüksək texnologiyalar və innovasiyalar məkanına çevirmək dövlətimizin iqtisadiyyatı və gələcək tərəqqisi üçün vacibdir.  Bu məqsədlə Qarabağda texnologiya parklarının, innovasiya mərkəzlərinin açılması planlaşdırılır. İnnovasiyalar Agentliyi bu yolda ilk addımını Türkiyənin ən böyük sənaye bölgələrindən birində yerləşən, 130 texnologiya şirkətinə dəstək göstərən “GOSB” texnoparkı ilə memorandum imzalayaraq atıb. 

Memorandumda hər iki tərəfin gələcək birgə fəaliyyətini əks etdirən bəndlər qeyd olunub. Azərbaycanda texnologiya bilikləri səviyyəsinin artırılması və gənc mütəxəssislərin yetişdirilməsi məqsədi ilə mütəmadi olaraq akselerasiya proqramlarının, texnologiya transferi proqramlarının, bilik və təcrübələrin paylaşması planlaşdırılır.  Bunun üçün qarşılıqlı seminar, təlim və konfranslar təşkil ediləcək, ən əsası isə müştərək Yüksək Texnologiyalar Parkı yaradılacaq. Parkda ən son “soft” və “hard” elmi araşdırmaların aparılması, eyni zamanda yüksək texnoloji cihazların istehsalı planlaşdırılır. Mütəmadi təşkil olunacaq kampuslarda isə gənclərimizin və İKT sahəsinin mütəxəssislərinin bir-biri ilə ünsiyyətdə olmaları, təcrübələrini bölüşmələri və yeni ideyalarını həyata keçirmələri üçün mühit yaradılacaq.

“Bizim üçün bir nömrəli məsələ Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək və eyni zamanda, Azərbaycanla Türkiyə arasında yeni bir nəqliyyat dəhlizi yaratmaqdır. Çünki bildiyiniz kimi, biz Bakı-Tbilisi-Qars dəmir yolunu bir neçə il bundan əvvəl istifadəyə verdik. Bu, artıq Türkiyə ilə Azərbaycan arasında dəmir yolları vasitəsilə bir bağlantıdır”.

Bunu Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində bildirib.

“Bu layihə də baş versə, - əminəm ki, baş verəcək, – bu, yeni bir bağlantı olacaq və burada beş ölkə bundan fayda götürə bilər. Regional təhlükəsizlik və əməkdaşlıq üçün bundan da yaxşı layihə ola bilər? Yox. Kimdir bunun təşəbbüskarı? Bizik. Kim bu bəndi buraya salıb? Mən. Bu gün - dekabrın 1-də biz bu işlərin artıq inkişafını görürük.

Mən deyə bilərəm ki, artıq “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə göstəriş verildi ki, Horadiz-Zəngilan dəmir yolunun, hansı ki, mənfur düşmən dağıdıb, təhlili aparılsın, ilkin hesablamalar aparılsın”.

İ.Əliyev bildirib ki, eyni zamanda, Rusiya Federasiyasının nümayəndə heyətinin Azərbaycana etdiyi səfər çərçivəsində, o cümlədən, dəmir yollarının bərpası məsələləri müzakirə olunubdur:

“Ermənistan dəmir yolları Rusiya dəmir yollarına məxsusdur, 100 faiz. Ona görə biz bu məsələni Ermənistanla yox, Rusiya ilə müzakirə edirik. Çünki Ermənistanda nə var ki, Ermənistanın özünün olsun?

Ermənistan beynəlxalq münasibətlərin subyekti deyil, obyektidir. Nəyə görə? İşğala görə. O tarixi şansı itirib, müstəqil ölkə ola bilməyib, iqtisadi imkanlarını itirib, işğala görə. Nə qazandı? Heç nə”.

İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) bazasına yeni mənzillər əlavə olunacaq.

Oxu.az xəbər verir ki, bu barədə İKZF-nin satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi haqqında onlayn mətbuat konfransında məlumat verilib.   

Bildirilib ki, hazırda Fondun bazasında 983 mənzil var və yaxın günlərdə yeni mənzillərin də bazaya əlavə edilməsi gözlənilir. 

Əlavə olunub ki, xüsusilə də, 9-cu mikrorayonda və Babək prospektində yerləşən mənzillərin bazaya əlavə edilməsi gözlənilir. Babək prospektində mənzil satışı 1350 manat, 9-cu mikrorayonda yerləşən mənzillərin satışı isə 1380 manatdan həyata keçiriləcək. 

Qeyd edək ki, yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmindən yararlanmaq istəyən vətəndaşlar “Asan İmza” əldə etməklə e-gov.az saytı üzərindən elektron qaydada müraciət edə bilərlər.

Xəbər lenti