İlin sonuna qədər STAR NEZ ilə 76 milyon barel neft emal etməyi düşünürük.
Bunu SOCAR-ın Türkiyədəki törəmə şirkəti “SOCAR Türkiyə Enerji”nin STAR Neft Emalı Zavodu ve “Petkim Petrokimya Holdinq”in Baş direktoru Anar Məmmədov deyib.

O bildirib ki, gələn il müəssisə istehsalı 11 milyon tona qədər artırmağı planlaşdırır:

“Bu günə qədər biz 20-dən çox xam neft çeşidini STAR NEZ-də işlətdik. Bunlar Qazaxıstan, Əl-Cəzirə, Tunis və fərqli yerlərdən olan xam neft çeşidləri idi. Zavodun dizaynı üçün nəzərdə tutulan ən yaxşı xam neft növü İran neftidir. Bu gün müəyyən səbəblərə görə biz bu nefti ölkəyə gətirə bilmirik. Ona görə də digər alternativləri dəyərləndiririk”.

Növbəti dövrdə VLCC-nin (xam neft daşıyıcısı olan tanker) şirkət tərəfindən qəbul edilməsi məsələsinə də toxunan direktor əlavə edib ki, növbəti ildə də zavod həmin tankerləri qəbul edə bilməyəcək.

Naftanın Azərbaycandan Türkiyəyə daşınması məsələsinə münasibət bildirən A.Məmmədov qeyd edib ki, bu, real deyil:

“Azəbaycandan naftanın Türkiyəyə daşınması real deyil. Hazırda nafta mənbələrinə ehtiyacımız yoxdur. STAR NEZ işə başlamadan əvvəl biz naftanı Aralıq dənizindən, Bolqarıstan, Yunanıstan, Rumıniya, İtaliya və fərqli ölkələrin zavodlarından gətirirdik. Bu əmaliyyatlarımıza ciddi problem yaradırdı. Onların keyfiyyəti də hər zaman fərqlənirdi. İndi isə stabil boru xətti ilə Petkim üçün eyni keyfiyyətli naftanı əldə edə bilirik. Onun bizim istehsalat həcminə də böyük təsiri oldu. Hazırda naftanı ikinci bir yerdən gətirməyə ehtiyacımız yoxdur”.oxu.az

Şuşa şəhərinin Azərbaycanın ümumi enerjisisteminə qoşulması və şəhərin dayanıqlı enerji ilə təchiz edilməsi üçün “Azərenerji” ASC tərəfindən Füzulidən Şuşaya 110 kilovoltluq yüksəkgərginlikli elektrik xətti çəkilir.

ASC-dən verilən məlumata görə, eyni zamanda işğaldan azad edilən ərazilərin böyük hissəsini mənbə olaraq elektrik enerjisi ilə təchiz edəcək Füzulidəki 110/35/10 kilovoltluq “Şükürbəyli” yarımstansiyası tam yenidən qurulmaqla yanaşı enerjiötürmə qabiliyyəti artırılır. Bunun üçün mənbəyi “İmişli” yarımstansiyasından “Şükürbəyli yarımstansiyasına 51 km məsafədə 110 kilovoltluq yüksəkgərginlikli əlavə xətt gətirilir. Həmçinin, yarımstansiyanın ümumi gücü 50 MVA-dan 80 MVA-ya qaldırılır. Yarımstansiya müasir rəqəmsal avadanlıqların quraşdırılması ilə məsafədən idarəolunması təmin ediləcək.  

Ən əsası isə hazırda paralel olaraq Füzulidəki “Şükürbəyli” yarımstansiyasından Şuşaya 110 kV-luq yüksəkgərginlikli elektrik xətti çəkilir. Ümumi uzunluğu 75 kilometr təşkil edən “Füzul-Şuşa” hava xətti 2 dövrəli olacaq ki, bu da qəza baş verərsə fasilə yaranmaması üçün yükün bir xəttin üzərindən ikinci xəttin üzərinə keçirilməsinə imkan verəcək. Artıq hava xəttinin yüzə yaxın dayağı basdırılıb və 15 km məsafədə naqillər asılıb. Füzulinin Şükürbəyli, Xocavəndin Böyüktağlar, Şuşanın Daşaltı kəndinə keçən yüksəkgərginlikli hava xətti Şuşa şəhərindəki mövcud yarımstansiyaya daxil olacaq. Lakin bir müddət sonra hazırda Şuşada tikilməkdə olan 110/35/10 kilovoltluq yeni yarımstansiyada işlər başa çatan kimi xətt açılaraq ora montaj ediləcək. 110 kilovoltluq yeni xəttin çəkilişi ən çətin dağlıq, meşəlik relyefdə qarlı, dumanlı, yağışlı hava şəraitində növbəli iş prinsipi ilə həyata keçirilir.

110 kilovoltluq “Füzuli-Şuşa” xətti yaxın müddətdə istismara veriləcək və bununla da uzun illərdən sonra Şuşada öz işığımız yanacaq.

“Son dövrlərdə hidrogen istehsalı texnologiyalarının tətbiqi daha da aktuallaşıb və bir çox nüfuzlu mənbələr tərəfindən hidrogen gələcəyin enerjisi kimi dəyərləndirilir. Hidrogendən geniş istifadənin tətbiqinə qədər, yaxın və orta dövrdə hidrogen və metan qarışığının istifadəsi daha çox perspektivli görünür”.

Bunu “Report”un sorğusuna cavab olaraq Energetika Nazirliyinin mətbuat katibi Cahid Mikayılov deyib.

C.Mikayılovun sözlərinə görə, hazırda Avropada hidrogen qazından istifadənin stimullaşdırılması siyasəti prioritet istiqamətlərdən biri hesab edilir:

“Qeyd olunan tendensiyalar ölkəmizdə də izlənilməkdədir. Qısa müddətli dövr üçün bu istiqamət üzrə proqramın hazırlanması nəzərdə tutulmur”.

Nazirlik sözçüsü qeyd edib ki, Trans Adriatik Boru Kəməri (TAP) vasitəsi ilə hidrogenin ötürülməsi imkanları araşdırılır:

“TAP konsorsiumu Trans-Adriatik Boru Kəməri ilə hidrogen qazının ötürülməsi imkanlarına dair artıq texniki araşdırmalara başlayıb və bu istiqamətdə növbəti ildə ilkin qiymətləndirmənin aparılması planlaşdırılır. Bu araşdırmaların nəticələrindən asılı olaraq daha dəqiq fikirlər demək mümkün olacaq.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevral ayında İtaliya Respublikasına rəsmi səfəri çərçivəsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə dünyanın qabaqcıl enerji infrastrukturu şirkətlərindən biri olan İtaliyanın “Snam” şirkəti arasında bərpaolunan qazlar və dayanıqlı enerjidən istifadənin inkişaf etdirilməsi, habelə həmin qazların gələcəkdə Cənub Qaz Dəhlizi və Trans Adriatik Boru Kəməri vasitəsilə nəqli üzrə əməkdaşlıq haqqında saziş imzalanıb. Bu sazişə əsasən hidrogen istehsalı və müvafiq infrastrukturun inkişafı üçün mövcud imkanların araşdırılması da nəzərdə tutulub”.

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,96 ABŞ dolları və yaxud 1,88 % artib.

 “Azeri Light” markalı neftin bir barelinin qiyməti 52,05 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Qarabağ nəinki Azərbaycanın, ümumiyyətlə dünyanın ən gözəl yerlərindən birinə çevirəcəyik.
Bunu Maliyyə naziri Samir Şərifov Milli Məclisdə 2021-ci il büdcə zərfinin müzakirəsi zamanı deyib.
Nazir bildirib ki, Qarabağı dünyanın ən gözəl yerlərindən birinı çevrilməsinə nail olcağıq və bunun üçün bütün imkanlarımız var. “Bu dövlətin siaysətinin əsas prioritetidir və bununla bağlı büdcədə də öz əksini tapıb. Bu məqsədlə ilkin olaraq erməni vandallaırnın dağıtığı işğaldan azad edilən ərazilərin bərpa edilməsi, infrastrukturun yarılaraq, orada normal həyatı təmin etmək, işgüzar fəaliyyətin yaradılması, insanlaırn öz yurdlarına qaydışını təmin etmək üçün 2021-ci il büdcəsində də xüsusi önəm verilib. Büdcədən bu məqsədlə 2,3 milyard manat ayrılması nəzərdə tutulub”- nazir bildirib.
Nazir onu da əlavə edib ki, bununla belə ölkənin müdafiə, təhlükəsizlik qabliyyətinin daha da gücləndirilməsi məqsədi ilə 4,568 mlird manat vəsait ayrılması nəzərdə tutulur. Bundan əlavə olaraq dövlət sərhədlərinin bərpa edilməsi, işğaldan azad edilən ərazilərdə müvafiq dövlət strukturlarının fəaliyyətini təmin etmək, ərazilərin minalardsan təmizlənməsi istiqamətində işlərin görülməsi büdcə layihəsində öz əksini tapıb”.

Baş Nazir Əli Əsədov Milli Məclisdə
Milli Məclisdə 2021-ci il büdcə zərfinin müzakirələrinə başlanılıb.

İclasda Baş nazir Əli Əsədov, Maliyyə naziri Samir Şərifov, İqtisadiyyat naziri Mikayıl Cabbarov, Mərkəzi Bankın sədri Elman Rüstəmiv, Əmək və əhalinin sosial müdafiəsini naziri Sahil Babayev və digərləri iştirak edir.
Deputatlar iclasda büdcə zərfinə daxil olana aşağıdakı məsələləri müzakirə edəcəklər:
1. “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).
2. “Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).
3. “İşsizlikdən sığorta fondunun 2021-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).
4. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).
5. “Azərbaycan Respublikasında 2021-ci il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).
6. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).
7. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).
8. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).
9. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).
10. Azərbaycan Respublikası Milli Məclisinin 2021-ci il üçün xərclər smetası haqqında.
11. Azərbaycan Respublikası Hesablama Palatasının 2021-ci il üçün xərclər smetası haqqında.
12. “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).
13. “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 15 illiyi (2005-2020)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

Rusiya dekabrın 24-dən etibarən 12 Azərbaycan müəssisəsindən pomidor idxalına qoyduğu məhdudiyyəti ləğv edib.

APA xəbər verir ki, bu barədə Rosselxoznadzor Federal Xidmətinin direktorunun müavini Anton Karamzin bildirib .

Onun sözlərinə görə, pomidor idxalına qoyulan məhdudiyyətin ləğvi Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin müraciətinə baxılması və həmin qurumun zəmanəti nəticəsində olub.

2021-ci ildə Azərbaycanın milli valyutası olan manatın ABŞ dollarına olan məzənnəsi 1,7 manat səviyyəsində saxlanılacaq.

Bunu Maliyyə naziri Samir Şərifov Milli Məclisdə 2021-ci il dövlət büdcəsinin müzakirəsi zamanı deyib.

Nazirin sözlərinə görə, manatın məzənnəsinin saxlanması üçün zəruri addımlar atılacaq.
Nazir deyib ki, növbəti ilin büdcəsi bonus xarakterli büdcə  olacaq: “Bu qərar makroiqtisadiyyatı və iqtisadi fəallığın təmin edilməsinə xidmət edir.  Ona görə də əLvə vəsait cəlb olunacaq. Bu məqsədlə Dövlət Neft Fondundan 2021-ci ildə büdcəsinə 12,2 mlrd manataın transfert edilməsi planlaşdırılır. İqtisadi fəallığı təmin etmək üçün  əlavə mənbələrdən gəlirlər cəlb olunacaq”- nazir vurğulayıb.
Nazir onu da əlavə edib ki, büdcədə ciddi problemlərin yaranmaması üçün büdcə kəsirinin artırılması nəzərdə tutulur.

“Azərbaycanda devalvasiyanın olacağı barədə səsələnən fikirlərin heç bir əsası yoxdur”.

Bunu “Report”a açıqlamasında Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, indiki halda belə söhbətlər cəfəngiyatdır: “Hamı qələbəyə köklənib. Devalvasiyanın olması xəbərləri boş söhbətlərdir”.

Naxçıvan Muxtar Respublikası ilə İran arasında sərnişin qatarının tezliklə yenidən fəaliyyətə başlaması ilə bağlı müzakirə aparılır.

Trendə məlumatına görə, bunu İranın yol və şəhərsalma naziri Məhəmməd Eslami İranın şimal-qərbində Şərqi Azərbaycan vilayətində Təbriz-Səhənd avtomagistral yolunun istismara verilməsi ilə əlaqədar tədbirdə deyib.

M.Eslaminin sözlərinə görə, İran və Naxçıvan arasında dəmiryol xətti böyük əhəmiyyət kəsb edir.

O əlavə edib ki, Təbriz dəmiryolu xətti Avropa və Şimali Qafqazla əlaqə qurmaq üçün çox münasib yoldur:

“Son vaxtlar bununla əlaqədar İran, Azərbaycan və Rusiya arasında üçtərəfli anlaşma əldə olunub”.

Qeyd edək ki, Naxçıvan-İran sərnişin qatarları koronavirusla əlaqədar fəaliyyətini dayandırıb.

Xəbər lenti