![]() |
|
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla dost olduğunu deyib.
O, bu barədə keçirdiyi mətbuat konfransında bildirib.
Tramp Ərdoğana hörmət etdiyini vurğulayıb: "Onun da mənə hörmət etdiyini düşünürəm".
Respublikaçıların lideri Ərdoğanın çox güclü və ağıllı lider olduğunu diqqətə çatdırıb.
Kiyev mövcud reallıqlar əsasında münaqişəni həll edərkən ərazi məsələlərini müzakirə etməlidir.
Bunu Fransa prezidenti Emmanuel Makron deyib.
Fransa səfirlərinin Parisdə keçirilən konfransında çıxış edən Makron Ukrayna münaqişəsinin gələcəyi ilə bağlı bunları deyib: “Ukrayna ərazi məsələləri ilə bağlı real müzakirələr aparmalı olacaq. Münaqişənin həlli üçün Ukrayna yalnız bu məsələləri müzakirə edə bilər”.
Fransa prezidenti eyni zamanda onu da qeyd edib ki, Ukraynada nizamlanma sadə və asan ola bilməz. “Ukraynanın iştirakı olmadan Ukrayna ilə bağlı sülh təşəbbüsləri ola bilməz və Avropanın iştirakı olmadan Avropanın təhlükəsizliyi təmin edilə bilməz”, - Makron vurğulayıb.
"Terrorsuz Türkiyəyə nail olmaq bizim ən mühüm prioritetlərimizdən biridir. Məqsədə nail olmaq üçün terror və terrorçunu dəstəkləməklə yürüdülən siyasətə yer yoxdur. Dünyanın heç bir ölkəsi buna icazə vermir. Separatçı təşkilat üçün dairə daralır".
Belə bir bəyanatla Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib.
O bildirib ki, Türkiyə Suriyanın parçalanmasına və onun unitar strukturunun məhv edilməsinə razı deyil: "Əgər bununla bağlı risk görsək, tez bir zamanda lazımi addımları atacağıq. Türkiyə varlığını qorumaq üçün barışmaz iradəyə malik olduğunu dəfələrlə göstərdi. Əgər o həddə çatarsa, bir gecə qəfildən yenidən gələ bilərik. Necə ki, o səngərlərdə kantonizm arxasınca gedənləri qazdıqları səngərlərlə basdırdıq, bu gün də eyni niyyətdə olanlar ortaya çıxsa, ikiqat cavabını verəcəyik. Terrorizmi və zorakılığı seçənləri gözləyən yeganə yol silahları ilə birlikdə torpağa basdırmaqdır. Açıq şəkildə bəyan edirəm ki, bu yolda heç bir güc bizə mane ola bilməz".
Çinin cənub-qərbində yerləşən Tibet Muxtar Rayonunda (TMR) baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 95 nəfərə çatıb.
Məlumata görə, 130 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
***
Çinin cənub-qərbində yerləşən Tibet Muxtar Rayonunda (TMR) baş verən güclü zəlzələ nəticəsində 53 nəfər həlak olub, 62 nəfər yaralanıb.
Bu barədə “Xinhua” məlumat yayıb.
***
Çinin cənub-qərbində yerləşən Tibet Muxtar Rayonunda (TMR) güclü zəlzələ nəticəsində ölənlərin sayı 32-yə çatıb, 38 nəfər yaralanıb.
“Report” xəbər verir ki, bu barədə “Xinhua” məlumat yayıb.
Daha əvvəl ABŞ Geoloji Xidməti Nepal sərhədində TMR-də 7,1 bal gücündə zəlzələnin baş verdiyini bildirmişdi. Zəlzələnin episentri təxminən 80 min əhalisi olan Şiqadze şəhərindən 163 km cənub-qərbdə, ocağı isə 10 km dərinlikdə yerləşib.
Yanvarın 6-da Səudiyyə Ərəbistanında leysan yağışları ölkənin böyük şəhərlərinə təsir edib.
Güclü leysan nəticəsində Məkkə və Ciddə kimi böyük şəhərlərdə ciddi fəsadlara yol açıb. Belə ki, Məkkə və Ciddəni su basdığından həyat iflic vəziyyətə düşüb.
Güclü yağışlar şəhər mərkəzlərində - məhəllələr, küçələr və magistral yollarda fəsadlara yol açıb.
Sosial mediada paylaşılan görüntülərdə də insanların böyük çətinliklərlə üzləşdiyi aydın görünür. Məkkədə bir çox küçələrdə gölməçəl yaranıb.
Fransanın keçmiş Prezidenti Nikola Sarkozi 2007-ci ildə qalibi olduğu prezidentlik kampaniyasını maliyyələşdirmək üçün Liviyanın mərhum dövlət başçısı Müəmmar Qəddafidən milyonlarla avro nağd pul aldığı iddia edilir.
Oxu.Az xəbər verir ki, məhkəmədə daha 12 nəfər, o cümlədən üç keçmiş nazir iştirak edir.
Bildirilir ki, 1980-ci illərdə "dövlət terrorunun sponsoru" statusuna görə Liviya ilə münasibətlər dondurulub. 2007-ci ildə seçildikdən qısa müddət sonra Sarkozi Qəddafini dövlət səfəri ilə qəbul edən ilk Qərb lideri kimi yadda qalıb. Lakin 2011-ci ildə Qəddafini devirmək üçün həyata keçirilən NATO-nun hava əməliyyatında Sarkozi Fransası öndə gedənlərdən olub.
Qeyd edilir ki, Sarkozi korrupsiya ittihamı ilə təqsirli bilinərsə, onu 10 ilə qədər həbs cəzası gözləyir.
Fələstin dövləti mütləq qurulacaq.
“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra çıxışında deyib.
O bildirib ki, müstəqil, suveren və ərazi bütövlüyü olan Fələstin dövləti mütləq qurulacaq.
"Qəzza xalqının əziyyətini yüngülləşdirmək üçün tam səfərbərlik ruhu ilə çalışırıq, diplomatik təmaslarımız davam edir", - Ərdoğan vurğulayıb.
Amerika Konqresi ABŞ prezident seçkilərində Respublikaçı Donald Trampın qələbəsini rəsmən təsdiqləyib.
APA xəbər verir ki, bu, qanunverici orqanın birgə sessiyasının yayımından məlum olub.
Tramp seçkilərin nəticələrinin təsdiqlənməsi üçün yetərli 270 seçici səsini qazanıb.
"Rusiya ilə müharibənin dayandırılması istiqamətində ilk danışıqlar yeni seçilmiş prezident Donald Trampla olacaq. Yalnız bundan sonra Rusiya ilə danışıqlar başlaya bilər".
Bunu Ukrayna prezidenti Volodimir Zelenski amerikalı jurnalist Leks Fridmanla müsahibəsində deyib.
“Düşünürəm ki, yanvarın 25-də və ya başqa bir gündə biz ilk növbədə Trampla oturacağıq. Biz müharibəni və Putini necə dayandıra biləcəyimizi razılaşdıracağıq”, - Zelenski bildirib.
O əlavə edib ki, əgər Tramp Ukrayna üçün güclü təhlükəsizlik təminatları təklif edərsə, bundan sonra ruslarla danışıqlar ola bilər. "Və yalnız bu yolla, daha üçümüz dərhal oturmaqla olmaz", - Ukrayna lideri söyləyib.
"2025-ci ilin yanvarın sonunda prezident fəaliyyətinə başlayan Donald Tramp tammiqyaslı "tarif müharibəsi"nə başlayacaq. Amma bunu tam əminliklə demək olmaz. “Tarif müharibəsi” ilin sonuna qədər ABŞ idxalının ən azı yarısına 10 faizlik tarif tətbiq ediləcək".
Bu barədə “Financial Times” 2025-ci il üçün proqnozunda qeyd edilib.
Ukrayna ilə Rusiya arasında sülhün əldə olunmasına gəldikdə nəşr qeyd edib ki, gözlənilir: "Lakin ABŞ prezidenti Moskvanı danışıqlara ciddi yanaşmağa inandırmaq üçün daha sərt sanksiyalarla hədələməli və Amerikanın Kiyevə dəstəyini artırmalı olacaq. ABŞ-nin müttəfiqləri Trampı heç olmasa, ilkin mərhələdə Ukraynanın NATO üzvlüyünü gündəmdən çıxarmamağa inandıracaqlar.
Zelenski ABŞ-nin dəstəklədiyi Avropa təhlükəsizlik zəmanətləri müqabilində bəzi torpaq mübadiləsi ilə Rusiyanın de-fakto, lakin hazırda işğal etdiyi əraziyə hüquqi nəzarəti ilə razılaşacaq. Ukraynanın NATO-ya daxil olması son nəticədə dondurulacaq".
Emmanuel Makronun Fransa prezidenti postunu itirmə ehtimalına gəldikdə isə nəşr yazır ki, saxlasa da, onun mövqeyi ciddi şəkildə zəifləyəcək.
İsrailin İranın nüvə obyektlərini vurması ehtimalına gəldikdə nəşr qeyd edib ki, belə bir hücum gözlənilmir: "Amma İsrail ciddi sınağa çəkiləcək. Baş nazir Benyamin Netanyahu uzun müddətdir ki, Tehranın nüvə silahı hazırlamasının qarşısını alacağına söz verib. Birillik regional münaqişədən sonra İsrail cəsarətlənib, İran isə müdafiəsiz vəziyyətdədir. Lakin İsrailin İranın nüvə obyektlərini məhv etmək üçün çox güman ki, ABŞ-nin dəstəyinə və onun yaşıl işığına ehtiyacı olacaq. ABŞ-nin geri qayıdan prezidenti nə qədər gözlənilməz olsa da, bölgədə növbəti müharibəni alovlandırmaqda ehtiyatlı olacaq.
Lakin Tehran nüvə bombası hazırlamağa yaxınlaşarsa, bu hesablama dəyişə bilər. Yaxın Şərqdə dəhşətli 2024-cü ilin miraslarından biri də ondan ibarətdir ki, heç nəyə güzəşt etmək olmaz".