![]() |
|
Rusiya səfiri Sergey Kopırkin Ermənistan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Bu barədə məlumatı Ermənistan XİN-yayıb.
Bildirilib ki, səfir “Rossiya” telekanalında yayımlanan “Vesti nedeli” proqramının 12 yanvar 2025-ci il tarixli buraxılışında Ermənistanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönələn fikirlərlə bağlı XİN-ə dəvət olunub.
Rusiya səfirinə müvafiq nota təqdim edilib.
Yanvarın 23-dən sonra Rusiyanın mərkəzində 20 dərəcə şaxta müşahidə edilə bilər.
Baku.ws xəbər verir ki, bu proqnozu "Meteo" proqnoz mərkəzinin rəhbəri Aleksandr Şuvalov paylaşıb.
Sinoptikin sözlərinə görə, Moskvada və mərkəzi zonanın digər şəhərlərində soyuqlar rəqəmsal uzunmüddətli proqnoz modellərindən biri ilə proqnozlaşdırılıb. Soyuqlar kifayət qədər uzun olacaq və 20 dərəcə şaxtalar müşahidə ediləcək.
Şuvalov qeyd edib ki, proqnoz dəyişə bilər.
Daha əvvəl Rusiya Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand bildirmişdi ki, yanvarın sonuna kimi Rusiyanın əksər hissəsində çox isti hava şəraiti hökm sürəcək, ölkənin əksər hissəsində isə temperatur normadan yüksək olacaq. Meteo Proqnozlar Mərkəzinin sinoptikçisi Aleksandr İlinin sözlərinə görə, paytaxtda isti qış soyuq yazla əvəz oluna bilər.
Bu ölkədəki seçkilərdə rusiyameylli qüvvələrin üstünlük əldə etməsinin səbəbi nədir?
Xorvatiyanın hazırkı prezidenti Zoran Milanoviç prezident seçkisinin ikinci turunda bülletenlərin 99,48 faizinin sayılmasından sonra səslərin 74,66 faizini toplayıb. Bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasından bildirilib.
Onun rəqibi, hakim mühafizəkar HDZ partiyasının dəstəklədiyi keçmiş təhsil naziri Draqan Primorak isə 25.34 faiz səs toplayıb.
Daha bir Şərqi Avropa ölkəsi olan Rumıniyada isə təkrar prezident seçkisi mayın 4-nə təyin edilib. Bu barədə Rumıniyada Sosial Demokrat Partiyası, Milli Liberal Partiyası və Macarların Demokratik İttifaqından ibarət hakim koalisiya liderlərinin bəyanatında deyilib. “Koalisiyanın builki ilk iclasında siyasi partiyalar prezident seçkisinin birinci turunun mayın 4-də, ikinci turunun isə mayın 18-də keçirilməsi ilə bağlı razılığa gəliblər”, - deyə məlumatda bildirilib.
Qeyd edək ki, noyabrın sonunda Corce Simion Rumıniyada prezident seçkisinin birinci turunda qalib gəlib. Rumıniya mediası onu rusiyayönlü şəxs adlandırır. O, bütün proqnozların əksinə olaraq səsvermənin lideri olub və 22,94% səs toplayıb. İkinci yerdə NATO və ABŞ ilə tərəfdaşlığı dəstəkləyən “Rumıniyanın Qurtuluş İttifaqı” müxalifət partiyasının lideri Elena Laskoni qərarlaşıb. O, 19,18% səs toplayıb. Namizədlərdən heç biri 50%-dən çox səs toplamadığından, Simion və Laskoninin iştirakı ilə seçkilərin ikinci turunun keçirilməsi nəzərdə tutulurdu.
Seçki məntəqələri dekabrın 8-də açılmalı idi. Lakin dekabrın 6-da Rumıniyanın Konstitusiya Məhkəməsi təcili iclasdan sonra prezident seçkisinin birinci turunun nəticələrini ləğv etmək qərarına gəlib. Rumıniya prezidenti Klaus İohannis bildirib ki, Georgeskunun seçki kampaniyasına xarici dövlətdən dəstək aldığı iddia edildiyi üçün seçki ləğv edilib. Bu məlumatı sonradan Konstitusiya Məhkəməsi də təsdiqləyib.
Xorvatiyada keçirilən prezident seçkisində də Rusiyaya yaxın olduğu deyilən siyasətçinin daha çox səs toplaması Şərqi Avropanın Qərbi Avropanın təsir dairəsindən kənarlaşmaqda olduğunun təzahürləri kimi qiymətləndirilir.
Azad Məsiyev
Siyasi şərhçi Azad Məsiyev “Yeni Müsavat”a bu barədə açıqlamasında bildirdi ki, haqqında söhbət gedən seçkinin nəticələri Rusiyanın Şərqi Avropaya təsirinin, nüfuzunun son vaxtlar artmasını göstərir: “Qərbdən, xüsusən də ABŞ-dan asılı olan, bu ölkəyə bağlı siyasi qüvvələrin və siyasətçilərin reytinqi eniş dövrünə qədəm qoyub. Qarşılığında isə Rusiyaya meylli və ya Rusiya ilə münasibətlərin yaxşılaşdırılmasının tərəfdarı kimi çıxış edən siyasi qüvvələrin ictimai rəydə dəstəyi artır. Şərqi Avropa ölkələri uzun illər SSRİ zamanında Rusiya ilə çox sıx bağlar qurmuşdu. SSRİ-nin süqutundan sonra ABŞ, Qərbi Avropa həmin bağları nə qədər mümkündür qırmağa çalışdılar və xeyli dərəcədə qırdılar. Ancaq son dövrlər o ölkələrdə keçirilən seçkilərin nəticələri cəmiyyətlərdə Rusiya ilə əlaqələrin tərəfdarlarının sayının artmaqda olduğunu ortaya çıxarır. Bu proses o dərəcədə irəliləyib ki, rusiyayönlü siyasi liderlər və siyasi qüvvələr seçkilərdə üstünlüyü ələ alırlar və qələbə çalırlar. Rusiya amili Şərqi Avropanın Qərbi Avropanın təsiri altından çıxarmaqdadır”.
İran heç vaxtı ABŞ-nin seçilən Prezidenti Donald Trampı öldürməyi planlaşdırmayıb.
“Report” “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian ABŞ-nin “NBC News” telekanalına eksklüziv müsahibəsində bildirib.
O, Donald Trampa qarşı sui-qəsdlə bağlı suala cavabında deyib: “Bu, İsrailin və başqa ölkələrin İranafobiyanı təşviq etmək üçün hazırladıqları sxemlərdən daha biridir. İran heç vaxt kimisə öldürməyə cəhd etməyib və planlaşdırmayıb”.
Məsud Pezeşkian ABŞ-nin seçilən prezidentinin həyatına sui-qəsdlə bağlı heç bir cəhd olmayacağına dair söz verməyə hazır olub-olmadıqları ilə bağlı suala cavabında bildirib: “Biz heç vaxt buna cəhd etməmişik və etməyəcəyik”.
Bildirilib ki, bu, ABŞ-də keçirilən prezident seçkisindən sonra Məsud Pezeşkianın xarici mətbuata verdiyi ilk müsahibə idi.
İran KİV-in məlumatına əsasən, prezident bu müsahibədə sensasiyalı açıqlama verib. Ancaq onu hələ yaymayıblar.
Birləşmiş Ştatlar gələn ay sərhəd təhlükəsizliyi ilə bağlı birgə iş aparmaq üçün ABŞ-dən Ermənistana xüsusi sərhəd mühafizə qrupu göndərəcək.
Bunu ABŞ-nin dövlət katibi Entoni Blinken ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşündə bildirib.
“Bu istiqamətdə müvafiq işləri gücləndirəcəyik”, - Blinken vurğulayıb.
Son 4 ildə ABŞ xarici siyasətinin prioritetlərini sırasında Çinlə rəqabət, Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərq təşkil edib və bu istiqamətdə bir çox uğurlara imza atılıb.
Bunu ABŞ prezidenti Co Bayden keçirdiyi mətbuat konfransında 4 illik hakimiyyəti dövründə xarici siyasətlə bağlı fəaliyyəti şərh edərkən deyib.
Əfqanıstandan tamamilə çəkilərək Amerika xalqına verdikləri vədi yerinə yetirdiklərini bildirən Bayden 2001-ci ildən sonra Əfqanıstanda döyüşməyən ilk prezident olduğunu bildirib.
Bayden Çinlə əməkdaşlıq sahələrində ortaq addımlara açıq olduqlarını, əsas sahələrdə, xüsusilə yüksək texnologiyalarda güclü rəqabət apararaq qlobal rəqabəti davam etdirdiklərini bildirib:
"Çinlə uzunmüddətli rəqabətdə daha yaxşı strateji mövqedəyik. Bilirsiniz ki, əksər hesablamalara görə, Çin iqtisadiyyatının 2030-cu ilə qədər bizim iqtisadiyyatımızı ötməsinin qaçılmaz olduğunu proqnozlaşdıran ekspertlər var. Biz isə "yox" deyirik".
O, bütün resurslardan istifadə edərək Pekinlə texnoloji və iqtisadi rəqabətdə üstünlük əldə etməyə çalışacaqlarını vurğulayıb.
Bayden xüsusilə ən qabaqcıl texnologiyalar, süni intellekt sahəsində və yarımkeçiricilərlə bağlı məsələlərdə Çinlə ciddi rəqabət apardıqlarını və qlobal rəqabətin ən ciddi mövzu olduğunu bildirib.
Rusiya-Ukrayna müharibəsin toxunan ABŞ prezidenti bildirib ki, Putin Ukraynanı işğal edəndə bir neçə günə Kiyevi ələ keçirəcəyini düşünürdü.
Bayden Rusiya prezidenti Putinin Ukrayna ilə bağlı gözlədiyinin alınmadığını və bunun əsas səbəbinin Amerika rəhbərliyi olduğunu vurğulayıb. “Müharibə başlayandan təxminən 3 il sonra Putin heç bir strateji hədəfinə çatmadı. İndiyə qədər o, nə Ukraynanı özünə tabe edə bildi, nə də NATO-nun birliyini poza bildi. Həqiqət budur ki, döyüşün başladığı andan bəri Kiyevin mərkəzində duran kişi mənəm, Putin deyil", - Bayden qeyd edib.
Bayden bundan sonra da ABŞ-ın Ukraynanı dəstəkləməkdən vaz keçə bilməyəcəyini vurğulayıb.
O, Yaxın Şərqdəki mövcud vəziyyətə də toxunub və 7 oktyabr 2023-cü il hücumlarından sonra İsraili sona qədər güclü dəstəklədiklərini və bundan sonra da dəstəkləyəcəklərini bildirib.
İranın son zamanlar həm Suriyada, həm də Livanda ciddi şəkildə zəiflədiyinə diqqət çəkən ABŞ prezidenti bildirib ki, İran onilliklər ərzində olduğundan daha zəifdir. "İran və Rusiyanın Suriyadakı vəziyyətinə nəzər salın ki, İran nə qədər zəifləyib. Əsəd hər iki ölkənin Yaxın Şərqdəki ən yaxın müttəfiqi idi, amma heç biri onu hakimiyyətdə saxlaya bilmədi, açığı, heç bir ölkə bu məsələdə çox səy göstərmədi", - o bildirib.
İsrailin ABŞ-nin köməyi ilə bölgədə İrana ciddi ziyan vurduğunu deyən Bayden, yeni administrasiyanın bu mövzuda həssas və ayıq olması lazım olduğunu qeyd edib.
Əsəd rejiminin devrilməsindən sonra Suriyadan Türkiyəyə ilk yüksək səviyyəli səfər reallaşacaq.
Suriyada 61 illik Baas rejiminin devrilməsindən sonra yeni proses başlayıb və bu prosesdə Türkiyənin bölgədəki rolu və üstünlüyü getdikcə artır.
Yanvarın 15-də Suriyanın xarici işlər naziri Əsəd Əl-Şeybani, müdafiə naziri general-mayor Murhef Əbu Kasra və Suriya kəşfiyyatının direktoru Enes Xəttab Ankaraya səfər edəcək.
Bu səfər Türkiyə ilə Suriya arasında diplomatik münasibətlərdə yeni dövrün başlanğıcı kimi qiymətləndirilir.
Səfər çərçivəsində iki ölkənin rəsmiləri təhlükəsizlik, sərhədlərin idarə olunması və regional əməkdaşlıqla bağlı mühüm görüşlər keçirəcəklər.
Fransanın Tehrandakı səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb.
Buna səbəb son vaxtlarda səsləndirdiyi anti-İran mövqeyi, bəyanatları, o cümlədən Tehran tərəfindən terrorçu təşkilat kimi tanınan "Mücahidin-e-Xalq terror təşkilatı"nı dəstəkləməsi olub.
İran XİN-ə çağrılan Fransa səfirində Parisin sərgilədiyi mövqeyə etiraz olaraq nota verilib.
Məsələ ilə bağlı açıqlama verən İran XİN rəsmisi Esmail Bəqayi bildirib ki, Tehran Fransa bu çaşqınlıqdan xilas olacaq və regiona qarşı konstruktiv mövqe tutacağına ümid edir.
O əlavə edib ki, Fransanın İranın nüvə proqramı ilə bağlı verdiyi bəyanatlar əsassızdır və reallıqda heç bir əsası yoxdur.
“Bu cür mövqelər tamamilə qəbuledilməzdir”, - o bildirib.
ABŞ-nin Los-Anceles şəhərində günlərlə davam edən yanğının ram edilə bilməməsi ciddi şübhələrə səbəb olub. Bir çox insanlar yanğınların qəsdən törədildiyinə inanırlar.
Ölkə.Az xəbər verir ki, bu hadisə 2023-cü ildə Havay adalarında baş verən yanğınları yenidən gündəmə gətirib.
Havay adalarında baş verən yanğınların həmin adada yerləşən ABŞ Hərbi Hava Qüvvələri bazasında istiqamətləndirilmiş enerji silahları ilə sınaqların keçirilməsi səbəbindən baş verdiyi iddia olunur.
İddialara əsasən, həmin yanğınlar elektromaqnit təcrübələr nəticəsində baş verib.
ABŞ-də təkcə sadə insanlar deyil, hətta bir çox ciddi ekspertlər də Los-Ancelesdəki yanğınların ABŞ Hərbi Hava Qüvvələri tərəffindən törədildiyini iddia edirlər. Belə ki, El Segundo bölgəsində ABŞ Hərbi Hava Qüvvələri Tədqiqat Laboratoriyasına (AFRL) bağlı Kosmik Sistemlər Komandanlığı tərəfindən idarə olunan bazası mövcuddur.
Həmin bazada təyyarələrə və PUA-lara qarşı hava hücumundan müdafiədə istifadə olunan THOR elektromaqnit silahları var.
Digər tərəfdən, ABŞ ordusunun rəsmi hesablarında Los-Ancelesdəki bazada eksperimentlərin aparıldığı açıq şəkildə qeyd olunub.
Kosmik Sistemlər Komandanlığına məxsus bazada "DIRECTED ENERGY FUTURES" (gəlcəyə yönləndirilən enerji) adı altında istiqamətləndirilmiş enerji silahları təcrübələri aparılır.
Bu konkret məlumatlar yanğının istiqamətləndirilmiş enerji silahlarının sınaqları zamanı baş verməsi ehtimalını gücləndirir.
Los-Ancelesdə yanğının başladığı nöqtə ilə eksperimentin aparıldığı Amerika bazası arasında 22 mil məsafə var.
Cənubi Kaliforniyadakı kütləvi meşə yanğınlarının yaratdığı tullantıların və yanğının digər nəticələrinin təmizlənməsi azı yarım il çəkəcək.
“Report” xəbər verir ki, bu barədə CNN-ə ABŞ Federal Fövqəladə Halların İdarə Olunması Agentliyinin (FEMA) nümayəndəsi Diann Krisvell məlumat verib.
Onun sözlərinə görə, FEMA həmçinin təmizləmə üzrə işlərin maliyyə tərəfini tam qarşılayacaq.
“Əraziləri zibil və tullantılardan, eləcə də yanğınların digər nəticələrindən təmizlənməsi üçün altı aydan çox vaxt lazım olacaq”, - o deyib və əlavə edib ki, bu müddətdən sonra da nəticələrin aradan qaldırılması istiqamətində işlər davam etdiriləcək.