turkiyede-xizekcilik-kurortunda-yangin

Türkiyədə “Kartalkaya” xizəkçilik kurortunda yerləşən hoteldə yanğın baş verib.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə nəticəsində 6 nəfər ölüb, 31 nəfər yaralanıb.

Yanğının baş vermə səbəbi hələlik məlum deyil.

İlkin məlumata görə, yanğın hotelin restoranında başlayıb.

***

Yanğın nəticəsində ölənlərin sayı 10-a çatıb, 32 nəfər isə yaralanıb.

 

 



 
Melaniya Tramp: Onu ABŞ-ın digər birinci xanımlarından fərqləndirən 10 gözlənilməz FAKT

Melaniya Tramp ABŞ-ın 45-ci və 47-ci prezidenti Donald Trampın həyat yoldaşıdır. 

lent.az xəbər verir ki, Amerikanın yeni birinci xanımı haqqında maraqlı faktları təqdim edir.
Çoxsaylı Qərb nəşrləri yazır ki, Melaniya ABŞ-ın heç bir birinci xanımı kimi deyil. Bunun niyə belə olduğuna daha ətraflı nəzər salaq.

Melaniya sələflərindən qat-qat özəldir və vaxtının çox hissəsini diqqət mərkəzindən kənarda keçirir, lakin o, bir sıra qalmaqallarda da iştirak edib.

1. O, Amerika tarixində ABŞ-ın hüdudlarından kənarda, Sloveniyada doğulmuş ikinci birinci xanımdır. Xaricdə doğulmuş yeganə birinci xanım İngiltərədə anadan olan ABŞ-ın altıncı prezidenti Con Kuinci Adamsın həyat yoldaşı Luiza Ketrin Conson idi.

2. Doğma sloven dilindən əlavə o, başqa beş dildə də sərbəst danışır: ingilis, alman, fransız, italyan və serb-xorvat. “Scmp.com”un məlumatına görə, Melaniya Tramp əsl poliqlotdur.

3. Onun böyüdüyü kiçik Sevnitsa şəhərində çoxlarının pulu çatmasa da, Melaniya Knavsı (qızlıq soyadı) tanıyanlar onun həmişə çox ağıllı olduğunu və heç vaxt mağazadan paltar alıb geyinmədiyini deyirlər. Bu gün Melaniya Tramp öz üslubuna çox vaxt ayırır və onun görünüşü həmişə qüsursuzdur.

4. Donald Tramp daha əvvəl 1992-ci ilə qədər İvana Trampla, 1999-cu ilə qədər isə Marle Meyplz ilə evli olub. Melaniya onun üçüncü arvadıdır və Trampın üç arvadı arasında yeganə birinci xanım olub.

5. Melaniya həm də ABŞ-ın ana dili ingilis dili olmayan yeganə birinci xanımdır.

6. O, Lyublyana Universitetində Memarlıq və Dizayn fakültəsində təhsil alıb, lakin birinci kursdan sonra təhsilini yarımçıq qoyub Milana köçüb. 16 yaşında Melaniya Knavs modellik karyerasına başlayıb. O, Milanda və Parisdə şoularda gəzir və çox uğurlu model olub. Onun fotosessiyaları Sports Illustrated, Vanity Fair, Vogue, Harper's Bazaar və GQ jurnallarında dərc olunub. O, həmçinin 2000-ci ildə British GQ üçün çəkiliş də daxil olmaqla jurnallar üçün çılpaq pozalar verən yeganə birinci xanımdır.

7. Melaniya həm də Amerikanın ən uzun boylu birinci xanımlarından biridir (boyu 180 santimetrdir). O, ən uzun boylu birinci xanım titulunu Mişel Obama və Eleanor Ruzveltlə bölüşür.

8. Melaniya Tramp katolik olan ikinci birinci xanımdır – birincisi Jaklin Kennedi idi.

9. Digər birinci xanımlardan fərqli olaraq, Melaniya Tramp Ağ evə köçməyi ərinin birinci prezidentliyində beş aya qədər gecikdirib. Buna səbəb onların oğlu Berronun Nyu-Yorkdakı məktəbdə beşinci sinfi bitirmək üzrə olması idi. Donald Tramp artıq ikinci dəfə ABŞ prezidenti olanda bu dəfə nə olacağını zaman göstərəcək.

10. Melaniya Trampın, ümumiyyətlə, Ağ evdə yaşamadığı ilə bağı çoxlu söz-söhbətlər və sui-qəsd nəzəriyyələri var. Ağ evin bəzi köməkçilərinə görə, Tramplar birlikdə çox az vaxt keçirirlər və ya heç vaxt keçirmirlər, ayrı yataq otaqlarında yatırlar və fərqli qrafiklərlə yaşayırlar. Həyat yoldaşları, əlbəttə ki, bu barədə heç bir şərh verməyiblər.

Ərdoğan: Trampla dostluğun davam etməsi Türkiyə üçün vacibdir

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampla dostluğun davam etməsi Türkiyə üçün vacibdir.

"Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Slovakiyanın Baş naziri Robert Fiço ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Ankara Tramp administrasiyasının Rusiya-Ukrayna müharibəsini bitirməklə bağlı təşəbbüslərini dəstəkləyir:

“Trampla müzakirələrimizdə bu məsələ barədə danışacağıq. Onun hakimiyyətinin ikinci dövrünün bütün dünya üçün xeyirli olmasını arzulayıram”.

Ərdoğan vurğulayıb ki, Türkiyə Ukraynadakı müharibənin bitməsi üçün öhdəsinə düşəni edir: “Biz müharibənin yox, sülhün tərəfdarıyıq. Nə varsa, sülhdə var. Müharibə ilə nəyəsə nail olmaq mümkün deyil”.

Ermənistanı təşvişə salan müharibə mesajı: “Vaxt gəldi”

ABŞ-nin yeni prezidenti Donald Trampın İranla bağlı planı Ermənistan üçün də ağır nəticələrə səbəb ola bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə “Past” yazır.

“Trampın milli təhlükəsizlik müşaviri Mayk Uolz İranla bağlı qərar vermək vaxtının çatdığını açıqlayıb. Uolza görə, İran Netanyahu və İsrailin atdığı addımlar sayəsində çətin vəziyyətdədir. Bu təhdid Ermənistanın ABŞ, İranın isə Rusiya ilə müqavilə imzaladığı vaxta gəlir. Regionda vəziyyətin kəskin şəkildə gərginləşməsi, hətta Amerika rəsmisinin müharibəyə sirli eyham vurması ağır nəticələrə səbəb ola bilər, ilk növbədə, hadisələrin mərkəzində olan Ermənistan üçün. Nikol Paşinyan bu faktı başa düşürmü?”, - erməni nəşri bildirir.

KİV: Tramp ABŞ-də ölüm cəzasını bərpa etməyi planlaşdırır

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp ölkədə federal səviyyədə ölüm cəzasını bərpa etməyi planlaşdırır.

“Report” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Qeyd edək ki, Cozef Bayden administrasiyası dövründə bu cəzaları müvəqqəti olaraq dayandırmaq məqsədilə moratorium elan edilmişdi.

Xatırladaq ki, ABŞ-də 2024-cü ilin noybrında keçirilən prezident seçkilərində Tramp qalib gəlib. Bu gün onun andiçmə mərasimi keçiriləcək.

ABŞ-nin 47-ci Prezidenti seçilən Donald Trampın andiçmə mərasimi başlayıb - CANLI

Vaşinqtonda ABŞ-nin yeni seçilmiş prezident Donald Tramp və vitse-prezident Ceyms Devid Vensin andiçmə mərasimi ilə bağlı son hazırlıq işlər gedir.

 "Report" xəbər verir ki, yerli vaxtla saat 09:30-da (Bakı vaxtı ilə 18:30) Nebraska və Linkoln universitetlərinin birləşmiş xor kollektivlərinin çıxışları başlayıb. Bundan sonra mərasimin rəsmi hissəsi başlayacaq və əvvəlcə Vens and içəcək.

Daha sonra Tramp inauqurasiya nitqinə başlayacaq və və administrasiyasının növbəti dörd il üçün hədəflərini açıqlayacaq.

Trampın inauqurasiya nitqindən sonra səlahiyyət müddəti başa çatan Cozef Baydenin ənənəyə uyğun olaraq mərasimi helikopterlə tərk edəcəyi gözlənilir.

Yeni dövlət başçısı daha sonra prezident otağında bir sıra əsas sənədləri imzalayacaq.

İnauqurasiyada Tramp və Vens ailələrinin üzvləri, həmçinin vəzifəsini tərk edən Baydenlə həyat yoldaşı, vitse-prezident Kamala Harrislə əri iştirak edəcək. Bundan başqa, inauqurasiyaya ABŞ-nin keçmiş prezidentləri Barak Obama, Bill Klinton və Corc Buş qatılıb.

Tramp üçün əsas Azərbaycandır - ABŞ diplomatı

Məncə, Cənubi Qafqaz Tramp administrasiyasının prioritetlər siyahısında ən aşağı yerlərə keçəcək, çox güman ki, diqqət ABŞ-Meksika sərhədi, Çin, Yaxın Şərqə yönələcək.

Axar.az xəbər verir ki, bu sözləri erməni mediasına geniş müsahibəsində diplomat, Rusiya-ABŞ prezidentlərinin ikitərəfli əməkdaşlığın inkişafı komissiyasında ABŞ tərəfindən təmsil olunan sabiq müşavir Ceyms Karden deyib.

“Tramp administrasiyası dövründə əsas prioritetlər enerji təhlükəsizliyi olacaq: neft və qaz! Bu o deməkdir ki, Azərbaycan diqqət mərkəzində olacaq, Deməli, sizin regionda bu iki məsələ, enerji təhlükəsizliyi və İsrail (İsrail isə Azərbaycanla müttəfiqdir) ABŞ-ın xarici siyasətinə hakim olacaq”, - o bildirib.

Qəzzada atəşkəsə 5 ölkə nəzarət edəcək

Qəzzada atəşkəs razılaşmasının icrasına nəzarət etmək üçün Qahirədə 5 ölkənin iştirak etdiyi birgə əməliyyat qrupu yaradılması barədə razılığa gəlinib.

Yaradılan əməliyyat qrupunda atəşkəs razılşamasının müddəalarına əməl olunmasını və effektiv koordinasiyanı təmin etmək üçün ABŞ, Qətər, Misir, İsrail və Fələstinin ölkələrin nümayəndələri yer alacaq.

Qeyd edək ki, İsraillə HƏMAS arasındakı razılaşma yanvarın 19-dan etibarən qüvvəyə minəcək.

İsrail tərəfi də atəşkəsi təsdiqləyib.

Kremldə namaz qıldı - FOTO

Moskvada Rusiya Prezidenti Vladimir Putinlə iranlı həmkarı Məsud Pezeşkian arasındakı yüksək səviyyəli danışıqların davam etdiyi bir vaxtda iranlı jurnalist diqqətçəkən bir addım atıb.

Axar.az xəbər verir ki, jurnalist öz dini vəzifəsini yerinə yetirmək üçün Kremldə sakit bir yer tapıb və namaz qılıb.

Həmin görüntünü təqdim edirik:

 

 

 
Tramp Ermənistandakı rus bazasını çıxaracaq - Rusiyalı general

Ölkəsinin təsir dairəsini genişləndirmək iddiası ilə çıxış edən ABŞ-nin yeni prezidenti Donald Tramp Rusiyanın ən ciddi rəqiblərindən birinə çevrilə biləcəyindən xəbər verir.

Bunu Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü, general-leytenant Viktor Sobolev deyib.

ABŞ ilə Ermənistan arasında imzalanan strateji tərəfdaşlıq sazişinə toxunan general-leytenant Viktor Sobolev bu sənədi Rusiyanın Cənubi Qafqazdakı maraqları üçün son dərəcə təhlükəli adlandırıb.

“Əlbəttə, bu, Rusiyanın Cənubi Qafqazdakı maraqlarını təhdid edir. Axı Tramp indi ABŞ-də iqtidardadır, axsayan və yıxılan Bayden deyil. Bu, Amerikanı böyük etmək istəyən bir adamdır. Onun Ermənistana girməsi, onun bizim düşmənimiz olacağına dair ilk siqnaldır. Təbii ki, Ermənistan artıq belə bir müqavilə bağlayıbsa, onun anti-Rusiyaya çevrilməsi riskləri var", - rusiyalı deputat bildirib.

O əlavə edib ki, bu da nəticə etibarilə Trampa olan ümidlərimizi boşa çıxara bilər: "Tramp eyni zamanda bəyan edib ki, Kanada, Qrelandiya ABŞ-nin bir hissəsidir. Əlbəttə ki, bu çox ciddidir. Bu, bizim milli maraqlarımıza kökündən ziddir. Təbii ki, Ermənistanda NATO bazaları yerləşəcək və bizim qoşunlarımız oradan atılcaq. Bizim isə hərbi bazalarımız Gümrü və İrəvanda yerləşir. Bu, çox ciddidir”, - general Sobolev bildirib.

Xəbər lenti