Suriyanın yeni hakimiyyətindən Rusiyaya daha bir zərbə 

Suriyanın yeni hakimiyyət orqanları 2019-cu ildə Rusiya şirkəti ilə Tartus dəniz limanının idarə edilməsi üzrə investisiya müqaviləsini ləğv edib.

“Bu barədə Suriyanın “Al Watan” qəzetinə Tartus əyalətinin gömrük departamentinin direktoru Riad Cudi məlumat verib.

Onun sözlərinə görə, Suriya keçid hökuməti limanın restrukturizasiyası üzərində işləyir, onun tam fəaliyyətini bərpa etməyə çalışır. Xüsusilə, Suriyanın yeni hakimiyyət orqanları bəzi kateqoriyalı mallar üçün gömrük rüsumlarını 60% azaldıb. Qurum rəsmisi qeyd edib ki, yüksək ödənişlər və logistika xidmətlərinin baha olması səbəbindən dəniz limanı praktiki olaraq fəaliyyət göstərmir.

Qeyd edək ki, 2019-cu ildə Rusiya Baş nazirin müavini Yuri Borisov Rusiya və Suriyanın Tartus limanını 49 il müddətinə “Stroytransgaz”a icarəyə vermək barədə razılığa gəldiyini açıqlayıb. Onun inkişafına 500 milyon dollar sərmayə qoymalı idi. Bu məbləğdən nə qədərinin xərcləndiyi məlum deyil. Suriya səlahiyyətliləri həmçinin limanın gücünün ildə 4 milyon tondan 38 milyon tona yüksələcəyini gözləyirdi.

Türkiyə Xəzərə çatdı, Turan yaranır: qəbuledilməzdir – Rus ekspert

Türk qövsünün tamamlanması, Türkiyənin Xəzər dənizinə çatması və vahid türk birliyi yaratması qəbuledilməzdir.

Bu sözləri rusiyalı politoloq Mixail Aleksandrov erməni mediasına müsahibəsində deyib.

“Rusiyada bir çox insan bütün bunları başa düşmür”, - o bildirib.

Aleksandrov qeyd edib ki, Ukraynada hərbi əməliyyatlar Rusiyanın əl-qolunu bağlayıb:

“Ukraynadakı münaqişə başa çatdıqdan sonra Moskvanın diqqəti Cənubi Qafqaza yönələcək”.

O, həmçinin Rusiyanın Abxaziya və Cənubi Osetiyadakı hərbi bazaların əhəmiyyətinə baxmayaraq, Ermənistandakı bazanın daha vacib olduğunu vurğulayıb.(Axar.az)

Tramp: "İranla əməkdaşlıq edənlərin ABŞ ilə iş görmək hüququ yoxdur"

ABŞ prezidenti Donald Tramp Vaşinqtonun "Capital One" arenasındakı son çıxışında Co Bayden administrasiyasının İrana münasibətini bir daha tənqid edib.

"Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.

Donald Tramp prezidentliyi dövründə İranın ağır iqtisadi böhran içində olduğunu, HƏMAS və "Hizbullah"ı maliyyələşdirə bilmədiyini vurğulayıb.

Tramp bildirib ki, İran hökuməti ilə əməkdaşlıq edən hər hansı fiziki şəxs və ya qurum ABŞ ilə sövdələşməyə girmək hüququna malik deyil.

ABŞ dövlət başçısı ilk prezidentlik dövründə İrana qarşı "maksimum təzyiq" siyasəti həyata keçirib və görünür, bu siyasəti davam etdirəcək.

ABŞ Ukrayna ilə bağlı STRATEGİYANI DƏYİŞDİ - Tərəfləri nə gözləyir?

"Prezident Donald Tramp administrasiyası artıq ABŞ-ın Ukrayna ilə bağlı strategiyasında kursu dəyişdiyini açıq şəkildə bildirir".

Bunu ABŞ-ın yeni dövlət katibi Marko Rubio "NBC News" telekanalına müsahibəsində deyib.

O xatırladıb ki, Donald Tramp hətta seçki kampaniyası zamanı da məqsədinin insanların ölümünü və şəhərlərin dağıdılmasını dayandırmaq olduğunu bəyan edib.

“Hesab edirəm ki, bu, ümumi maraqlara uyğundur”, - deyə xarici siyasət idarəsinin rəhbəri qeyd edib.

Rubio etiraf edib ki, bu, asan olmayacaq, çünki hər bir tərəf döyüşə son qoymaq üçün “nə isə verməli olacaq”.

"Günün sonunda reallıq ondan ibarətdir ki, biz indi dalana dirənmişik. Uzun sürən münaqişə, Ukraynanın böyük ziyana uğradığı çıxılmaz vəziyyət", - o əlavə edib.(publika.az)

Tramp: Putin Rusiyanı məhv edir

Rusiya Ukraynadan daha böyükdür, onların itirilə biləcək daha çox əsgəri var, amma belə bir ölkəni idarə etmək qəribədir.

Bunu prezident Donald Tramp Oval kabinetdə sərəncamlar imzaladıqdan sonra jurnalistlərə açıqlamasında deyib.

Tramp əlavə edib ki, Putin Ukraynadakı müharibəyə son qoysa, özü üçün yaxşı olacaq. "Putin özünü o qədər də yaxşı getmir. Bu müharibədə Rusiya bir milyon əsgərini itirib", - Tramp qeyd edib.

ABŞ prezidenti əlavə edib ki, bunun üçün də Putinlə danışmalıyam və anlaşmalıyıq.

“İnsanların çoxu müharibənin bir həftəyə bitəcəyini düşünürdü. Düşünürəm ki, Putin bu müharibəni bitirməsi daha yaxşı olardı”, - o qeyd edib.

Tramp onu da əlavə edib ki, Ukrayna prezidenti Volodimir Zelenski münaqişəni sona çatdırmaq üçün razılaşma əldə etmək istəyir:

“Zelenski müqavilə bağlamaq istəyir. Bilmirəm, Putin bunu istəyir, ya yox. O, müqavilə bağlamalıdır. Düşünürəm ki, o, razılaşma əldə etmədiyindən Rusiyanı məhv edir”.

İlon Maskı faşist adlandırdılar - Hərəkəti viral oldu

ABŞ-nin 47-ci prezidenti Donald Trampın andiçmə mərasimindən sonra çıxış edən amerikalı milyarder İlon Mask bu dəfə təbriki və salamı ilə dünyanın gündəminə gəlib.

Ölkə.Az xəbər verir ki, İlon Maskın salamlama jesti nasist salamı kimi dəyərləndirilib.

Mask çıxışında Trampın qələbə çalması və bu planlarını reallaşdırdıqlarına görə, hamıya təşəkkür edib və nasist salamına bənzəyən bir jest edib.

Bu hərəkətdən sonra sosial mediada bir çox istifadəçi Maskı nasist salamı verməkdə ittiham ediblər. 

Bu istər dünya mediasında, istərsə də sosial media şəbəkələrində geniş müzakirə predmeti olub.

Mürtəza
Ölkə.Az

Trampdan sərt addım: Bütün xarici yardım proqramlarını dayandırdı

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp andiçmə mərasiminin ilk günündə ABŞ-nin bütün xarici yardım proqramlarını dayandırılması barədə sərəncam imzalayıb

"Associated Press" xəbər verir ki, sərəncam müvvəqqəti xarakter daşıyır və 90 gün qüvvədə olacaq. "Sərəncamın məqsədi həmin yardımların müəyyən olunmuş hədəflərə istifadə olunmasını və ünvanına çatmasını yoxlamaqdır. Yardımların ünvanlılığı yoxlanılana qədər yadımlar dayandırılacaq", - nəşr yazır.

Sərəncamda qeyd edilir ki, xarici yardım sənayesi və bürokratiya Amerikanın maraqları ilə uyğun gəlmir və bir çox hallarda Amerika dəyərlərinə ziddir.

Sənəddə o da qeyd olunub ki, bu yardımlar bir çox hallarda dünyada sülhü pozmağa xidmət edir.

Məsələ ilə bağlı mövqeyini açıqlayan Tramp deyib ki, Birləşmiş Ştatların bundan sonra heç bir xarici yardımı ABŞ prezidentinin xarici siyasətinə tam uyğun gəlməyən şəkildə bölüşdürülməyəcək.

Tramp Baydenin qəbul etdiyi 78 sənədi ləğv edib

ABŞ-nin yeni prezidenti Donald Tramp Vaşinqtondakı Capital One Stadionunda tərəfdarları qarşısında çıxış edərkən doqquz sərəncamını imzalayıb.

İmzalanan ilk fərmanlar arasında onun sələfi Co Bayden dövründə qəbul edilmiş 78 qərarın ləğvi, həmçinin ABŞ-nin Paris sazişindən çıxması var.

andicmede-en-cox-muzakire-edilen-aciqlamasi-bu-oldu

“Bundan belə, ABŞ hökuməti yalnız iki - kişi və qadın cinsinin tanındığı gender siyasəti həyata keçirəcək”.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp andiçmə mərasimindəki çıxışında deyib.

O vurğulayıb ki, irq və genderlə bağlı sosial mühəndisliklə məşğul olmaq cəhdlərinə son qoyacaq.

Tramp ölkədə rəsmi olaraq yalnız iki genderin olacağını hələ dekabrda bildirmişdi. Onun inauqurasiya mərasimi zamanı yenidən bu fikrini elan etməsi ölkədə gündəm olub. Belə ki, onun bu qərarı ölkədə müzakirələrə səbəb olub.

O, həmçinin transgenderlərin qadın idman yarışlarında iştirakını da qadağan etmək, eləcə də orduda xidmət edən transgender hərbçiləri istefaya göndərmək niyyətindədir.

blinkenin-postuna-onun-namizedliyi-tesdiqlendi

ABŞ Senatı Marko Rubionun dövlət katibi postuna namizədliyini təsdiq edib.

“CNN” telekanalı xəbər verir ki, 99 senator Rubionun namizədliyinin lehinə səs verib.

Əleyhinə çıxış edən olmayıb.

O bu vəzifədə Entoni Blinkeni əvəz edib.

Qeyd edək ki, 54 yaşlı Marko Rubio Mayamidə Kuba mühacirlərinin ailəsində dünyaya gəlib.

O, 2000-ci ildə Florida ştatının Nümayəndələr palatasının üzvü, 2005-ci ildə isə palatanın spikeri olub. 2008-ci ildə ştatın Nümayəndələr palatasını tərk edən siyasətçi bir müddət müəllim fəaliyyəti ilə məşğul olub. Rubio 2011-ci ildə isə ABŞ senatına seçilib.

Xəbər lenti