Trampdan atəşkəs açıqlaması

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp İsrail və HƏMAS arasında Qəzzada atəşkəslə bağlı razılığın əldə edilməsini alqışlayıb.

Ölkə.Az xəbər verir ki, Donald Tramp bununla bağlı açıqlama yayıb: "Yaxın Şərqdəki məhbuslarla bağlı razılıq əldə olunub (Qəzzada atəşkəs). Qısa müddətdə azad olunacaqlar. Təşəkkür edirəm".

Qeyd edək ki, İsrailin baş naziri Benyamin Netanyahu da HƏMAS-la əldə olunana razılşamaya görə, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampa zəng edərək göstərdiyi dəstəyə görə, ona təşəkkürünü bildirib. Bu barədə İsrail hökumətinin başçısının ofisi məlumat yayıb.

“Baş nazir ABŞ-nin yeni seçilmiş prezidenti Trampa Qəzzada saxlanılan yəhudi girovların azad edilməsində göstərdiyi köməyə və İsrailə onlarla girov və onların ailələrinin iztirablarına son qoymasına kömək etdiyinə görə təşəkkür edib", -  məlumatda deyilir. 

Netanyahu eyni zamanda ABŞ-nin hazırkı prezidenti Co Baydenə telefonla zəng edərək, ona girovlarla bağlı razılaşmanı təşviq etdiyinə görə təşəkkür edib.

İsraillə HƏMAS razılaşması bu tarixdə qüvvəyə minəcək - ŞƏRTLƏR

İsraillə HƏMAS arasında Qəzza zolağında atəşkəs yanvarın 19-da qüvvəyə minəcək.

Bu barədə Qətər Baş naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Əl-Tani paytaxt Dohada keçirdiyi mətbuat konfransında HƏMAS ilə İsrail arasında atəşkəs və məhbus mübadiləsi razılaşması danışıqları haqqında məlumat verib.

Əl Tani bildirib ki, Qəzzada məhbus mübadiləsi, davamlı əmin-amanlığın bərpası və daimi atəşkəs haqqında razılaşma əldə olunub.

O bəyan edib ki, Qəzzada atəşkəs razılaşmasının icrasına yanvarın 19-da başlanılacaq.

Razılaşmanın ilk mərhələsinin 42 gün davam edəcəyini qeyd edən Əl Tani, HƏMAS-ın birinci mərhələdə 33 israilli məhbusu azad edəcəyini, bunun müqabilində bəzi fələstinli məhbusların da azad ediləcəyini bildirib.

Əl Tani qeyd edib ki, vasitəçilər əsir və məhbusların siyahılarının mübadiləsini və mübadilə prosesini təhlükəsiz və rəvan şəkildə təmin etmək üçün münaqişənin hər iki tərəfi ilə daimi təmasda olacaqlar.

Qətər, Misir və ABŞ-dən olan qrupların atəşkəs razılaşmasının icrasını izləmək üçün çalışacağını bildirən Əl Tani, bu çərçivədə razılaşmanın icrasını izləmək və mümkün pozuntuları qeydə almaq üçün mexanizmlərin yaradılacağını bildirib.

Sözügedən razılaşma İsrailin 7 oktyabr 2023-cü ildə Qəzza zolağına başlatdığı və 467 gün davam edən və 156 mindən çox ölü və yaralı ilə nəticələnən hücumlardan sonra baş verib.

Tarixi atəşkəsdən sonra dünyanın hər yerindən sevinc nümayişləri - FOTO/VİDEO

İsraillə HƏMAS arasında tarixi atəşkəsdən sonra dünyanın müxtəlif ölkələrində yaşayan fələstinlilər, o cümlədən  Qüdsdə insanlar Məscidi Əqsa ətrafa toplanaraq bu anlaşmanı alqışlayıblar.

Anlaşmadan sonra HƏMAS-ın Siyasi Bürosunun üzvü Xəlil əl-Hayye Türkiyə, Cənubi Afrika, Əlcəzair, Misir, Qətər, Rusiya, Çin və Fələstinin haqlarını və Qəzzada məzlumları dəstəkləyərək şərəfli mövqe sərgiləyən bütün ölkələrə təşəkkür edib.

Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan İsrail ilə HƏMAS arasında Qəzzada atəşkəs və əsir mübadiləsinə dair razılaşma ilə bağlı açıqlama verib: “Biz Fələstin Müqavimət Hərəkatı Həmas ilə İsrail arasında atəşkəs danışıqlarının razılaşma ilə yekunlaşmasını alqışlayırıq. Ümid edirik ki, razılaşma bölgəmizə və bütün bəşəriyyətə, xüsusilə Fələstinli qardaşlarımıza faydalı olacaq və daimi sülh və sabitliyə qapı açacaq".

 

Los Anceles niyə yandı? - Yeni bir terminlə tanış olun: "Hidroiqlim qamçısı"

Los Anceles və ətrafdakı əraziləri məhv edən dəhşətli qış yanğınları ekstremal quraqlıq və son dərəcə yaş şəraitlər arasındakı sürətli dəyişikliklərin birbaşa nəticəsidir. Bu sürətli keçidlər alimlərin "hidroiqlim qamçısı" adlandırdığı bir fenomenin artmaqda olduğunu göstərir.

Qaynarinfo xəbər verir ki, 200-dən çox elmi məqalənin təhlilinə əsaslanan araşdırma atmosferin daha çox nəm saxlama qabiliyyəti qazandığı üçün bu fenomenin daha tez-tez baş verdiyini ortaya qoyur. İqlim 3 dərəcə istiləşməyə doğru irəlilədikcə, bu növ sel və yanğınlarla nəticələnən dalğalanmaların tezliyinin iki dəfə artması gözlənilir.

Fəlakətdən əvvəl xəbərdarlıq edən tədqiqat

Kaliforniya Universitetindən iqlimşünas Daniel Sveyn bu yaxınlarda yayımlanan bir araşdırmada Kaliforniyadakı yaş və quru şərait arasındakı anormal keçid nümunəsinin "hidroiqlim qamçısı"nın konkret nəticələrini göstərmək üçün istifadə edildiyini açıqlayıb.

"Araşdırmamızda əldə olunan nəticələr, bu həftə baş verənlərlə qorxunc dərəcədə üst-üstə düşür", deyə Kaliforniya Universitetinin iqlimşünası bildirib.

Atmosferin "süngər effekti"

Araşdırmaya görə, atmosfer istiləşdikcə suyu toplamaq, saxlamaq və sərbəst buraxmaq qabiliyyəti artır. XIX əsrdən bu yana aparılan tədqiqatlar göstərir ki, hər bir dərəcə istiləşmə, atmosferin bu qabiliyyətini 7 faiz artırır. Bu, ümumi yağıntı miqdarının dəyişməməsinə baxmayaraq, ekosistemin daha quru olmasına səbəb olur.

Yağıntılar bitkilərin sürətlə böyüməsini təmin edir, lakin sonradan həmin bitkilər sürətlə quruyur və yanğınlar üçün ideal şərait yaranır. Sveyn qeyd edir ki, Kaliforniyadakı "qamçı" dövrü yanğın riskini ikiqat artırıb: əvvəlcə quru ot və kolluqların sürətli böyüməsinə səbəb olub, daha sonra isə istilik və quraqlıq nəticəsində onları həddindən artıq qurudub.

Qığılcım kifayətdir...

Belə şəraitdə dağıdıcı yanğınların başlaması üçün yalnız bir qığılcım kifayətdir. Çox vaxt bu qığılcım təbiət tərəfindən təmin edilir. Məsələn, qlobal istiləşmənin hər bir dərəcə artımı ildırım tezliyini 12 faiz artırır. Bu, Avstraliyada 2019-cu ildə baş verən böyük yanğınların əsas səbəblərindən biri olmuşdu.

Eyni zamanda, quru və yaş dövrlər arasındakı keçidlərin zamanlaması da fəlakətlərə yol açır. Məhz bu amil Los Ancelesdəki təhlükəli vəziyyəti daha da artırıb. Sveyn izah edir ki, iqlim dəyişikliyi ekstremal quru bitki örtüyü şəraiti ilə küləkli hava hadisələrinin üst-üstə düşmə tezliyini artırır. Bu, Cənubi Kaliforniya yanğınlarının iqlim dəyişikliyi ilə əsas əlaqəsini təşkil edir.

Cənubi Afrikadakı misal

"Hidroiqlim qamçısı"nnı yaratdığı fəlakətlər yalnız Kaliforniya ilə məhdudlaşmır. Məsələn, 2023-cü ildə Cənubi Afrikada quraqlıqdan yaş şəraitə keçid minlərlə hektar məhsulun məhv olması və 2 milyon insanın evindən didərgin düşməsi ilə nəticələnmişdi.

Somali, Efiopiya və Keniya kimi ölkələrdə baş verən güclü yağışlar isə torpağın suyu udma qabiliyyətinin azalması səbəbindən böyük daşqınlara yol açmışdı.

Həll yolu: fosil yanacaq emissiyalarının azaldılması

Tədqiqatçılar xəbərdarlıq edir ki, hidroiqlim şallaqlarının artması və müxtəlif bölgələrdə daha güclü formada ortaya çıxması insan fəaliyyətindən qaynaqlanan iqlim dəyişikliyinin nəticəsidir. Onlar bunun qarşısını almağın yeganə yolunun fosil yanacaq emissiyalarını azaltmaqdan keçdiyini bildirir.

Emissiyaların azaldılması sahəsində gecikmə, insan həyatını itirmək və dünyanın müxtəlif yerlərində yanğınlarla üzləşmək kimi ağır nəticələrlə müşayiət olunur.

Artıq bu dəhşətli təsirlər Qərb dünyasının ən məşhur şəhərlərindən birinin külə dönmüş qalıqlarında öz izini buraxıb...

Baydenin işçiləri Ağ Evdən maşın-maşın məxfi sənəd çıxarırlar

Ağ Evin hazırkı rəhbəri Co Bayden məxfi sənədlərlə dolu yük maşınları ilə Ağ Evi tərk etməyi planlaşdırır.

oxu.az xəbər verir ki, bu barədə "Associated Press" (AP) agentliyi məlumat verib.

"Köçmək üçün yük maşınları artıq Ağ Evdədir və Baydenin işçiləri sənədləri yükləyirlər, çünki o, gələn həftə oradan köçməyə hazırlaşır", - deyə nəşr bildirib.

Agentlik qeyd edir ki, vəzifədən gedən administrasiya Ağ Evdən hansı sənədlərin çıxarılacağını yoxlamaq üçün yeni və təhlükəsiz protokol vəd edib.

Həmçinin vurğulanıb ki, Bayden sonuncu dəfə postunu tərk edərkən özü ilə "minlərlə sənəd" götürüb, hansı ki, o sənədlər saxlanması üçün ABŞ Milli Arxivlər və Sənədlər İdarəsinə göndərilməli idi.

21 ildən sonra Türkiyəyə ilk tarixi səfər Monqolustan prezidenti Uxnaaqiyn Xurelsux Türkiyəyə rəsmi səfərə gedir.

Monqolustan prezidenti Xurelsuxun Türkiyəyə səfəri prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti əsasında reallaşacaq.

Ankarada Ərdoğanla baş tutacaq görüşlərdə Türkiyə və Monqolustan münasibətlərinin bütün aspektlərinin nəzərdən keçiriləcəyi, əməkdaşlığın dərinləşdirilməsi üçün atılacaq addımların müzakirə ediləcəyi və aktual beynəlxalq və regional problemlərə dair fikir mübadiləsi aparılacaq.

Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun səfəri şərh edərkən deyib ki, 21 ildən sonra Monqolustandan ölkəmizə dövlət başçısı səviyyəsində ediləcək səfər köklü tarixi keçmişə malik türk və monqol xalqları arasında dostluq əlaqələrinin daha da inkişaf etdirilməsinə təkan verəcək.
“İsrail qoşunları çıxarılacaq” - Bayden atəşkəsdən danışdı

ABŞ Prezidenti Co Bayden Qəzzada atəşkəsin əldə olunması haqda danışıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bayden razılaşmanın mərhələlərini açıqlayıb.

Onun sözlərinə görə, Qəzza razılaşmasının birinci mərhələsi altı həftə davam edəcək. Atəşkəs İsrail qoşunlarının çıxarılması və girovların azad edilməsini əhatə edəcək.

İkinci mərhələ girovların azad edilməsi və qoşunların çıxarılması prosesinin başa çatmasını nəzərdə tutur, atəşkəs daimi xarakter alacaq.

Müqavilənin üçüncü mərhələsi öldürülən girovların qalıqlarının qohumlarına qaytarılmasını və anklavın bərpasına başlanılmasını nəzərdə tutur.

qezzada-ateskes

Qəzzada atəşkəs razılaşması əldə olunub.

“Bu barədə “Əl-Qahirə əl-İxbariyyə” telekanalı məlumat yayıb.

Bildirilir ki, HƏMAS vasitəçilərə Qəzzada atəşkəs və girovların azad edilməsi ilə bağlı razılığa gəldiyi barədə məlumat verib.

Bu yaxınlarda birgə bəyanat dərc olunacağı qeyd edilir.

***

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp İsraillə HƏMAS arasında atəşkəs imzalandığını açıqlayıb.

Tramp sosial media hesabındakı paylaşımında, “Yaxın Şərqdəki girovlarla bağlı razılaşmamız var. Onlar tezliklə azad olunacaqlar. Təşəkkürlər”, - qeyd edib.

Trampın dövründə sazişi həyata keçirmək çətin olacaq - Sarkisyan

"Əvvəla, onu anlamaq lazımdır ki, ABŞ-Ermənistan arasındakı strateji tərəfdaşlığı ABŞ-İsrail və ya ABŞ-Böyük Britaniya münasibətləri kimi strateji müttəfiqlik münasibətləri demək deyil.
ABŞ Ermənistana heç bir təhlükəsizlik zəmanəti, hərbi yardım verməyəcək, yardım kimi silah və ya sursat satmayacaq və ya tədarük etməyəcək".

Bunu politoloq Suren Sarkisyan Ermənistanla Amerika arasında imzalanan strateji tərəfdaşlıq sazişini şərh edərkən deyib.

O bildirib ki, Gürcüstan anaoloji sənədi hələ 2009-cu ildə imzalayıb. "Bu statusun nəticəsini hamımız görürük", - o vurğulayıb.

O əlavə edib ki, bu format Ermənistanda Amerika hərbi bazasının və ya hərbi nümayəndələrin yerləşdirilməsini nəzərdə tutmur: "Təhlükəsizlik sahəsində o, məsləhət proqramlarına dəstək, hərbi-hərbi əlaqələr, peşəkar hərbi təhsil imkanları və ştatın Kanzas Milli Qvardiyası ilə uzunmüddətli tərəfdaşlığının davam etdirilməsini əhatə edir.
İqtisadiyyat, islahatlar, insan hüquqları ilə bağlı proqramlar çərçivəsində əlavə maliyyə və texniki dəstək göstəriləcək. Nüvə energetikası sahəsində, hesab edirəm ki, Amerikanın kiçik atom elektrik stansiyalarını Ermənistanda yerləşdirmək istəyi var.
İndi əsas sual budur: Bayden administrasiyası ilə bağlanmış bu sənədi yeni Tramp administrasiyası dövründə həyata keçirmək mümkün olacaqmı? Bunu etmək çətin olacaq”.

Baykardan daha bir ilk: peyk kosmosa buraxıldı - Video

Türkiyənin "Fergani Space" şirkətinə məxsus ilk peyki "FGN-100-d1" SpaceX-in raketi ilə ABŞ-dəki Vandenberq bazasından kosmosa göndərilib.

Bununla bağlı Baykar İdarə Heyətinin sədri Səlcuq Bayraktar paylaşım edib.

Türkiyə Kosmik Agentliyinin (TUA) bununla bağlı etdiyi paylaşımda Türkiyənin kosmos ekosistemində ciddi yer aldığı və kosmik sahədə yeni bir dövrün başlandığı qeyd olunub:

"Fergani Space" SpaceX-in Falcon 9 raketi ilə FGN-100-d1 adlı ilk peykini kosmosa göndərərək Small-GEO kateqoriyasında yeni bir dövrə başladı. Rabitə və geolokasiya sahəsində qlobal əhatəni təmin edəcək peyk Plan-S yenidir. Türkiyənin kosmos sahəsindəki bu addımları Milli Texnologiya Hərəkatının gücünü bir daha sübut edir".

Xəbər lenti