![]() |
|
Qrenlandiyanın baş naziri Mute Eqede Danimarkadan müstəqillik əldə etmək istədiyini açıqlayıb. "Bu barədə Reuters xəbər verir.
Onun sözlərinə görə, tarix və indiki şərtlər göstərir ki, Qrenlandiyanın Danimarka ilə əməkdaşlığı tam bərabərliyin yaradılmasına gətirib çıxarmayıb.
“İrəliləmək və gələcəyi özümüz formalaşdırmaq vaxtıdır, o cümlədən kiminlə sıx əməkdaşlıq etdiyimiz və ticarət tərəfdaşlarımızın kim olacağına özümüz qərar verməliyik”, Eqede deyib.
Onun sözlərinə görə, müstəqillik haqqında qərarı Qrenlandiya xalqı verməlidir, lakin müvafiq iradə ifadəsinin nə vaxt keçirilə biləcəyini açıqlamayıb.
Qrenlandiya 1953-cü ilə qədər Danimarkanın koloniyası olub. Hazırda Danimarkanın özünü idarə edən ərazisidir və 2009-cu ildə müstəqillik hüququ qazanıb. Adanın 57 min sakininin əksəriyyətinin müstəqillik qərarını dəstəklədiyi güman edilir.
Dekabrın 23-də ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp bildirib ki, Qrenlandiya Amerika Birləşmiş Ştatlarının mülkiyyətinə keçməlidir. Gələcək Amerika prezidenti qeyd edib ki, Qrenlandiyaya sahiblik və nəzarət mütləq zərurətdir. Onun sözlərinə görə, bu, bütün dünyada milli təhlükəsizlik və azadlıq məqsədləri üçün lazımdır. Sonradan məlum olub ki, Danimarka krallığı Qrenlandiyanın müdafiəsi üçün əlavə vəsait ayırmaq qərarına gəlib.
Ukrayna Prezidenti Volodimir Zelenski ikinci müddətə namizəd olmaq niyyətində olub-olmaması ilə bağlı sualı cavablayıb.
Bu barədə "Strana.ua” nəşri məlumat yayıb.
"Bu müharibənin necə bitəcəyini bilmirəm: əgər bacardığımdan çox iş görsəm, ona daha müsbət baxacağam”, - Zelenski deyib.
O, rus qoşunlarının şərqdə irəlilədiyini deyib və əlavə edib ki, yanvar ayında cəbhədə sabitlik əldə etməyi qarşısına məqsəd qoyub. Bununla belə, Ukrayna lideri etiraf edib ki, bu, çox çətindir.
Suriyanın müvəqqəti hökuməti devrilmiş Əsəd rejimini tərifləyən məzmunu təhsil proqramından çıxarmağa çalışır.
xarici KİV xəbər verir ki, bu barədə Suriya Xəbər AgentliyiC(SANA) məlumat yayıb.
Xəbərə görə, Suriyada yeni administrasiyanın təhsil naziri Nazir əl-Qədri məktəblərdə tətbiq olunan tədris planında edilən dəyişikliklərlə bağlı açıqlama verib. O, devrilmiş Əsəd rejimini tərifləyən məzmunun tədris proqramından çıxarılması üçün göstərişlər verdiklərini deyib:
“Bütün dərsliklərdə rejim bayrağı yerinə inqilab bayrağının şəkillərindən istifadə etdik”.
Nazir müvafiq dəyişikliklər başa çatana qədər dərsliklərin indki halda qalacağını bildirib.
“Elan edilmiş dəyişikliklər yalnız Əsəd rejiminin İslam Təhsili kurikulumunda istifadə etdiyi bəzi dezinformasiyaların düzəldilməsi ilə bağlıdır. Məsələn, bəzi Quran ayələrini yanlış təfsir etmək əvəzinə, təhsilin bütün pillələrindəki təfsir kitablarında olduğu kimi düzgün izahlarını əsas götürmüşük”, - deyə o əlavə edib.
İsrailin Baş naziri Benyamin Netanyahu danışıqlarda iştirak edən komandasına Qətərdə Qəzza zolağında vəziyyətin nizamlanması və girovların azad edilməsi ilə bağlı təmasları davam etdirmək göstərişi verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “RİA Novosti” yayıb.
Bildirilib ki, İsrail nümayəndə heyəti yanvarın 3-də Dohaya yollanacaq.
Qeyd edək ki, bundan əvvəl “The Jerusalem Post” qəzeti ABŞ-də Donald Tramp öz vəzifəsinin icrasına rəsmi olaraq başlamayana qədər İsrail və HƏMAS hərəkatının atəşkəs və girovların azad edilməsi barədə razılığa nail ola bilməyəcəkləri ehtimalını irəli sürüb.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirib ki, AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsinin uçuş registratorlarının şifrəsinin açılması üçün Braziliyaya verilməsi istintaqın qərəzsizliyi üçün yeganə düzgün həll yoludur.
"Report məlumatına görə, o, bu barədə "Ana dili" qəzetinə müsahibəsində bildirib.
“Hökumət komissiyası gəminin istehsal olunduğu Braziliyaya uçuş registratorlarını deşifrə etmək qərarına gəlib. Mən əminəm ki, bu, təhqiqatın obyektivliyini və qərəzsizliyini təmin etmək üçün yeganə düzgün qərardır”, - Qazaxıstan lideri bildirib.
Tokayev qeyd edib ki, bugünkü təlatümlü dünyada texnogen və təbii fəlakətlərin sayı artır və bütün dövlətlər, o cümlədən inkişaf etmiş dövlətlər buna hazır deyil, lakin digər ölkələrlə müqayisədə Qazaxıstan fövqəladə hallara cavab vermək baxımından layiqli görünür. .
Çində arxeoloqlar İpək Yolunun ən qədim şəhərlərindən birini aşkar ediblər. Bu şəhərin Şan sülaləsinə aid olduğu və 3000 ildən çox yaşı olduğu müəyyən edilib.
bu barədə "Interesting Engineering" jurnalına istinadən xəbər verir.
Şəhər qədim Şan sülaləsinin dövrünə aid edilən Niuluçonq adlı yaşayış məskəni kimi tanınır. O, Linnan bölgəsində yerləşir və İpək Yolunun başlanğıc nöqtələrindən biri hesab olunur.
İlk araşdırmalar zamanı arxeoloqlar bu yaşayış məskəninin erkən neolit dövründən Şan sülaləsinin ilk dövrlərinə qədər uzanan dövrlərə aid olduğunu təxmin edirdilər. Lakin daha dərindən araşdırmalar göstərdi ki, bu, Şan sülaləsinin son dövrlərinə aid qədim şəhərdir.
Arxeoloq Xe Anyi bildirib ki, qazıntı sahəsində şəhər divarlarının yaxşı qorunub saxlanıldığı aşkar edilib. Qərb divarının ən yüksək hissəsi 1,4 metr hündürlükdədir.
Qazıntılar zamanı kül çuxurları, dirək yuvaları, keramika, daş alətlər və bronz qılıncın qalıqları tapılıb. Ancaq qılıncın vəziyyətinin çox pis olması onun təsdiqlənməsini çətinləşdirir.
Arxeoloqlar həmçinin qazıntı yerindəki xəndəklərin qeyri-adi olduğunu və o dövrün digər yaşayış məskənlərindən fərqləndiyini bildiriblər. Bu, inkişaf etmiş bir xüsusiyyətin və ya o dövr üçün nadir olan bir yeniliyin göstəricisi ola bilər.
Şan sülaləsinin erkən dövrlərinə aid bu qədim şəhərdə araşdırmalar davam etdiriləcək. Tapılan artefaktlar, qədim Çinin ikinci ən qədim idarəçiliyi olan Şan sülaləsi (e.ə. 1600-1050) və Linnan bölgəsi haqqında daha ətraflı məlumatlar əldə etməyə imkan verəcək. /Qaynarinfo
Avropa İttifaqı Rusiya qazının Ukrayna ərazisindən nəqlinin dayandırılmasının öhdəsindən gələcək.
yenisabah.az xəbər verir ki, bu barədə Avropa Komissiyası (AK) məlumat yayıb.
AK bildirib ki, Avropanın qaz infrastrukturu qeyri-rus mənşəli yanacağın Mərkəzi və Şərqi Avropaya digər marşrutlar vasitəsilə çatdırılması üçün kifayət qədər çevikdir.
Böyük ehtimalla cari ildə ABŞ-ın yeni prezidenti Donald Trampın səyləri nəticəsində Ukraynada müharibə dayanacaq.
Axar.az xəbər verir ki, bu barədə “Nyusvik” ekspert rəylərinə istinadən məlumat dərc edib.
Nəşr qeyd edir ki, 2025-ci ilin əvvəlində Rusiya çox güman ki, döyüş meydanında hücum sürətini olduğu kimi saxlayacaq.
Bildirilir ki, yanvarın 20-də prezident səlahiyyətlərinin icrasına baş
Cənubi Koreyanın Colla-Namdo əyalətindəki Muan hava limanında təyyarə qəzaya uğrayжи.
“Boeing 737-800” təyyarəsinin qəzaya uğraması nəticəsində yalnız iki nəfərin xilas olduğu bildirilir.
Yanğınsöndürmə xidmətinin ilkin məlumatına əsasən, 179 nəfər həlak olub. Hələlik 85 nəfərin ölümü təsdiqlənib.
“Yonhap” agentliyi sağ qalanlar barədə məlumatların fərqli olduğunu bildirir. İddia edilir ki, iki qadın və bir ekipaj üzvü xilas olub. “Reuters”in məlumatına görə, iki ekipaj üzvü - bir kişi və bir qadın xilas olub.
İsrail hərbçiləri Qəzza zolağında keçirdiyi əməliyyat zamanı 240-dan çox fələstinli radikalı saxlayıb.
“Bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, həbslər anklavın şimalındakı Cebaliya qaçqın düşərgəsi ərazisindəki Kamal-Advan xəstəxanasının ərazisinə məqsədyönlü reyd zamanı həyata keçirilib.
Belə ki, xəstəxana kompleksi HƏMAS silahlı qüvvələri tərəfindən komanda məntəqəsi kimi istifadə edilib. Əməliyyat başlamazdan əvvəl xəstələr və tibb işçiləri də daxil olmaqla 350 nəfər xəstəxanadan təxliyə edilib.
Klinikada aparılan axtarışlar nəticəsində silah və sursat ehtiyatları aşkar edilib. Əməliyyat zamanı xəstəxananın yaxınlığında olan bəzi radikallar tank əleyhinə qumbaraatanlardan istifadə etməklə İsrail əsgərlərinə hücum etməyə cəhd ediblər. Bir neçə radikal məhv edilib və İsrail tərəfində itki yoxdur.