Rusiya hakerlərindən bu ölkəyə hücum: Onlarla rəsmi sayt sıradan çıxarıldı

Bu gün Rusiyalı hakerlər İtaliyada Xarici İşlər Nazirliyinin və iki Milan hava limanı da daxil olmaqla, onlarla rəsmi qurumun internet saytına hücum edərək, onları sıradan çıxarıblar.

məlumatı Reuters ölkənin kibertəhlükəsizlik agentliyinə istinadən yayıb.

Məlumata görə, Rusiyayönlü haker qrupu No name 057(16) Telegram-da kiberhücum elan edərək, İtalyanların "rusofobların layiqli kiber cavab aldığını" yazıblar.

Bu hücumlarda hakerlər şəbəkəni iflic etmək üçün qeyri-adi böyük həcmdə məlumat trafiki ilə doldurmağa çalışırlar. Departament sözçüsü, agentliyin hədəfə alınan qurum və firmalara sürətli yardım göstərdiyini və hücumun təsirinin iki saatdan az müddətdə “azaldıldığını” deyib.(Musavat.com)

Ərdoğan: "Bütün dünya Türkiyənin artan təsirini görür"

"Bütün dünya Türkiyənin artan təsirini görür".

"Haber Global" xəbər verir ki, bunu ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bursada keçirilən "İqtisadiyyata dəyər qatanlar" mükafatlandırma mərasimində çıxışı zamanı bildirib.

O bəyan edib ki, 5 ayda Türkiyədə elektrikli nəqliyyat vasitələri, günəş batareyaları istehsalı kimi sahələrə 7 milyard dollardan çox investisiya cəlb olunub.

Süni intellekt texnologiyalarından danışan dövlət başçısı vurğulayıb ki, "ya cəld hərəkət edib prosesə yetişəcəyik, ya da iqtisadiyyatda asimmetrik güc multiplikatorundan məhrum olacağıq. Hesab edirəm ki, ölkəmizdə süni intellekt sistemləri hələ də yaxşı başa düşülməyib. Hökumət olaraq Türkiyəni bu yeni dünyaya hazırlamağa çalışırıq".

Onun sözlərinə görə, Türkiyə böyüyərək böhranlardan çıxa bilər.

"İqtisadiyyatdan müdafiəyə, xarici siyasətdən ticarətə qədər geniş sahədə bu böyüməni təmin edəcək addımlar atmışıq", - deyə Ərdoğan xatırladıb.

Minlərlə insanın həyatını itirdiyi dəhşətli aviaqəzalar

Aviasiya tarixində baş verən bədbəxt hadisələr insanların yaddaşında dərin iz buraxıb.

XXI əsrdə də təəssüf ki, bir çox dəhşətli aviaqəzalar baş verib. Bu hadisələr aviasiya təhlükəsizliyi sahəsində ciddi islahatların aparılmasına səbəb olub.

Həmin qəzalardan bəzilərini sizə təqdim edir:

2001 - American Airlines Flight 587

Tarix: 12 noyabr 2001
Yeri: Nyu-York, ABŞ
Təfərrüatlar: Airbus A300 təyyarəsi havaya qalxdıqdan sonra sükan idarəetməsindəki problemlər səbəbindən qəzaya uğrayıb. Təyyarədəki 265 nəfər həyatını itirib.

2009 - Air France Flight 447

Tarix: 1 iyun 2009
Yeri: Atlantik okeanı
Təfərrüatlar: Rio-de-Janeyrodan Parisə uçan Airbus A330 təyyarəsi pis hava şəraiti və texniki nasazlıq səbəbindən okeana düşüb. Qəza nəticəsində 228 nəfər həlak olub.

2014 - Malaysia Airlines Flight MH370 və MH17

MH370:

Tarix: 8 mart 2014
Yeri: Hind okeanı (təxmini)
Təfərrüatlar: Kuala Lumpurdan Pekinə uçan Boeing 777 təyyarəsi qəflətən radarlardan itdi və bu günə qədər tam aşkarlanmayıb. Təyyarədə 239 nəfər var idi.

MH17:

Tarix: 17 iyul 2014
Yeri: Ukrayna hava məkanı
Təfərrüatlar: Amsterdamdan Kuala Lumpur istiqamətində uçan təyyarə raket zərbəsi ilə vurulub. 298 nəfər həyatını itirib.

2015 - Germanwings Flight 9525

Tarix: 24 mart 2015
Yeri: Fransız Alpları
Təfərrüatlar: Airbus A320 təyyarəsinin ikinci pilotu təyyarəni qəsdən dağlara çırpdı. Nəticədə 150 nəfər dünyasını dəyişdi.

2018 - Lion Air Flight 610 və Ethiopian Airlines Flight 302

Lion Air:

Tarix: 29 oktyabr 2018
Yeri: İndoneziya
Təfərrüatlar: Boeing 737 MAX təyyarəsi MCAS sistemi ilə bağlı texniki nasazlıq səbəbindən dənizə düşdü. 189 nəfər həyatını itirdi.

Ethiopian Airlines:

Tarix: 10 mart 2019
Yeri: Efiopiya
Təfərrüatlar: Boeing 737 MAX təyyarəsi oxşar problem səbəbindən qəzaya uğrayıb. 157 nəfər həlak olub.

Bu qəzalar aviasiya sənayesində təkmilləşmələrə və yeni təhlükəsizlik standartlarının tətbiqinə səbəb olub. Lakin hər bir qəza arxasında insan həyatı itkisinin olması bu sahədə diqqətin daim yüksək səviyyədə saxlanılmasını tələb edir.(Milli.Az)

Suriyalı çempion: 21 il işgəncə və həbsin acı hekayəsi

Suriyalı keçmiş atçılıq çempionu Adnan Kassar yarışda Bəşər Əsədin qardaşı Basil Əsədi məğlub etdikdən sonra 21 il ərzində həbs edildiyini və dəhşətli işgəncələrə məruz qaldığını "Sky News" kanalına açıqlayıb. 

"Ölkə.az" xəbər verir ki, ölkənin idman səhnəsində tanınmış bir sima olan Kassar Əsəd ailəsinin 50 ildən çox davam edən hakimiyyətinin sonuna qədər yaşadıqları barədə ilk dəfə danışıb.

Karyera zirvəsi və çöküşü

1980-ci illərin sonunda bir neçə qızıl medal qazanan və milli atçılıq komandasının kapitanı olan Kassar 1993-cü ildə Latakiya şəhərində keçirilən Üçüncü Beynəlxalq Atçılıq Çempionatında parlaq çıxışı ilə karyerasının zirvəsinə çatıb. Onun bu uğuru komandaya qalibiyyət gətirsə də, Basil Əsədin qəzəbinə səbəb olub.

Basil Əsədin reaksiyası

Kassarın sözlərinə görə, həmin gün Basil Əsədin qəzəbini qazandığı gün olub. "Tamaşaçılar məni çiyinlərinə qaldırdı, bu, təmiz sevinc anı idi. Amma Basil üçün bu belə deyildi. O gün kabusumun başlanğıcı idi", deyə Kassar bildirib.

Basil Əsəd 1994-cü ildə avtomobil qəzasında həyatını itirənədək Suriyanın gələcək prezidenti olaraq qəbul edilirdi. Onun ölümündən sonra isə qardaşı Bəşər Əsəd Londonda göz həkimi olaraq çalışdığı yerdən qayıdaraq prezidentlik üçün hazırlaşmağa başlayıb.

Həbs və işgəncə illəri

Kassar Basil Əsədin onun uğuruna görə narazılıq ifadə etdiyini və bunun nəticəsində əsassız ittihamlarla həbs olunduğunu deyib. "Altı ay ərzində yer altında saxlandım, davamlı olaraq döyüldüm və sonsuz sorğulara məruz qaldım", deyə Kassar yaşadıqlarını təsvir edib.

Daha sonra, "insan qəssabxanası" kimi tanınan Sednaya həbsxanasına köçürülən Kassar burada daha ağır işgəncələrlə üzləşib. Basilin ölümündən sonra isə Kassarın gördüyü işgəncələr daha da şiddətlənib. 

"Məni onun ölümündə günahlandırırdılar", deyə Kassar bildirib və hər il Basil Əsədin ölüm ildönümündə işgəncələrin daha da artdığını vurğulayıb.

Kassar həmçinin 7,5 il ərzində insanlığa zidd şəraiti ilə tanınan Tadmur həbsxanasında saxlanılıb. "Bir səhər qulağımı deşdilər, axşam isə çənəmi sındırdılar" deyə danışıb və əlavə edib: "Dua etdiyim üçün min dəfə qamçılandım. Ayaqlarım paramparça oldu, sümüklərim bədənimdən çıxdı".(qaynarinfo)

Gələcək istəyirsinizsə, bunu öyrənin!

"Microsoft"un qurucusu və dünyanın ən zəngin insanlarından biri olan amerikalı milyarder Bill Qeyts süni intellektin iş dünyasında yaradacağı inqilabla bağlı diqqətçəkən proqnozlar verib.

Qeyts süni intellektin sürətli inkişafının bütün peşələrə əhəmiyyətli dərəcədə təsir etdiyini qeyd edib.

O bildirib ki, avtomobil, səhiyyə, kənd təsərrüfatı, təhsil kimi sektorlarda sürətlə yayılmağa davam edən və həyatımızın əhəmiyyətli bir hissəsinə çevrilən süni intellekt dünyanın bütün tərəflərini dəyişməkdə davam edir.

“Süni intellekt sürətlə inkişaf edir. Bu bacarıqları öyrənənlər iş imkanlarını daha yaxşı qiymətləndirə biləcək”, - Qeyts bildirib.

Milyarder əlavə edib ki, texnologiyanın təqdim etdiyi imkanlar işçi qüvvəsini formalaşdıracaq. "Süni intellekt bəzi qruplar üçün fürsət yaratdığı halda, bəziləri üçün də maneələr yarada biləcək. Odur ki, bu məsələyə diqqətlə yanaşmaq lazımdır. Çünki süni intellekt təkcə iş dünyasında deyil, həm də təhsildə inqilab edəcək. Bu baxımdan təhsil sistemində fərdiləşdirilmiş öyrənmə proseslərini təmin edəcək proqram təminatının təsirinə diqqət yetirmək lazımdır.

Buna görə də uşaqları erkən yaşda proqramlaşdırmağı öyrənməyə həvəsləndirmək və bu bacarığa yiyələnməyi aşılamaq vacibdir", - Qeyts bildirib.

Rusiya da Azərbaycana uçuşları ləğv etdi

Rusiyanın “Azimut” aviaşirkəti Azərbaycan tərəfindən slotların çıxarılması ilə əlaqədar Bakı və Gəncəyə reyslərini ləğv edib.

Bu barədə “İnterfaks“ agentliyi məlumat yayıb.

Qeyd olunub ki, “Azimut” aviaşirkəti Mineralnıye Vodı və Soçi hava limanlarından Azərbaycana uçuşları ləğv edib.Məlumat üçün bildirək ki, slot, hava gəmisinə müəyyən bir tarix və ya dövrdə eniş və ya gediş əməliyyatını yerinə yetirmək üçün hava limanında ayrılmış vaxtdır.

Kobaxidze ABŞ-ın İvanişviliyə sanksiya tətbiq etməsindən danışdı: Şantaj ediləcək bir şey qalmadı

ABŞ hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişviliyə ölkəsinin milli maraqlarını müdafiə etdiyinə görə sanksiyalar tətbiq edib.

Bunu jurnalistlərə ölkənin baş naziri İrakli Kobaxidze deyib.

Onun sözlərinə görə, İvanişvili Gürcüstanın maraqlarını müdafiə etdiyinə və ona xidmət etdiyinə görə de-fakto sanksiyalar altında idi: “İndi bunu rəsmiləşdirdilər. Ciddi bir şey yoxdur. Bu, sadəcə olaraq, ölkəmizin milli maraqlarının qorunmasının mükafatıdır”.

Gürcüstan hökumətinin başçısı onu da əlavə edib ki, İvanişvili uzun müddətdir ki, sanksiyalarla şantaj edilib. Ancaq sanksiya tətbiq edildikdən sonra hakim partiyanın fəxri sədrinin şantaj ediəcəlyi bir şey qalmayacaq.

Trampdan Kanadaya qəribə bayram təbriki: ABŞ-a birləşsəniz...

Baş naziri qubernator adlandırdı
Kanada əraziləri ABŞ-ın 51-ci ştatı olarsa, kanadalılar üçün vergilər 60%-dən çox azalacaq.

Bunu ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Milad təbriki ilə əlaqədar Kanadanın baş naziri Castin Trüdo zəngi zamanı deyib.

Tramp telefon danışığında qubernator da adlnadırıb.

“Kanada qubernatoru Castin Trüdoya Milad bayramınız mübarək. Vətəndaşlarının vergiləri çox yüksəkdir, lakin Kanada 51-ci ştat olsa, onların vergiləri 60%-dən çox azalacaq, biznesləri ikiqat böyüyəcək və onlar dünyanın heç bir ölkəsi kimi qorunacaqlar”, - Tramp "Truth Social" şəbəkəsindəki səhifəsində yazıb.

Tramp həmçinin Qrenlandiyanın Milad bayramını təbrik edib. "ABŞ-ın milli təhlükəsizlik məqsədləri üçün ehtiyac duyduğunu və ABŞ-ın ərazisi olmasını istəyir. Biz orada olacağıq",-Tramp bildirib.

Bəşər Əsəddən sonra Suriyada bu qadağa aradan qaldırıldı

Suriyada 61 illik Bəşər Əsəd rejiminin devrilməsindən sonra bəzi qadağalar aradan qalxıb.

BAKU.WS xəbər verir ki, bunlardan biri də küçələrdə valyuta mübadiləsinə qoyulan qadağa idi.

Artıq suriyalılar küçələrdə rahat valyuta mübadiləsi həyata keçirə bilirlər.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Kadrlarda suriya vətəndaşları müxtəlif yerlərdə avtomobillərini saxlayaraq pul dəyişdiyi görüntülər əks olunub.

Ətraflı videoda:

ABŞ rəsmisi: Rusiya Hava Hücumundan Müdafiə vasitələri Azərbaycan təyyarəsini vurmuş ola bilər

"İlkin məlumatlar Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsinin qəzaya uğramasına Rusiyanın hava hücumundan müdafiə sistemləri tərəfindən vurulmasının səbəb olduğunu göstərir".

APA xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin adının açıqlanmasını istəməyən rəsmisi bildirib.

ABŞ rəsmisinin şərhi Azərbaycan hökumət mənbələrinin təyyarənin qəzaya uğramasına Rusiya hava hücumundan müdafiə sisteminin səbəb olduğu barədə mətbuatda yayılan xəbərlərdən sonra gəlib.

Xəbər lenti