Çörəyimizi yeyib millətimizi söyən “həkim” - bu cəsarət onda haradandır?

Son günlər sosial şəbəkələrdə və mediada geniş rezonans doğuran Musa Kılıç məsələsi getdikcə daha qalmaqallı məcraya yönəlir. Türkiyə vətəndaşı olduğu deyilən, özünü “uzman fizioterapevt” kimi təqdim edən bu şəxs barədə ortaya çıxan yeni faktlar cəmiyyətin haqlı qəzəbinə səbəb olub.
Səhiyyə Nazirliyində peşə ixtisasının tanınması üçün keçirilən imtahana qatılan Musa Kılıç tələb olunan keçid balını toplaya bilməyib. Təhsildə Keyfiyyət Təminatı Agentliyinin məlumatına görə, ona yalnız akademik tanınma şəhadətnaməsi təqdim edilib. Bu sənəd isə Kılıça yalnız növbəti təhsil pilləsinə keçmək hüququ verir - yəni həkimlik fəaliyyətinə icazə vermir! Bəs o zaman sual yaranır: Musa Kılıç illərdir necə və hansı əsaslarla klinikalarda çalışıb?

Bakupost.az onunla bağlı sensasiya sayıla biləcək məlumat əldə edib.

Sayt xatırladıb ki, ABŞ-da yaşayan jurnalist Qənirə Ataşova Musa Kılıçın saxta sənədlərlə fəaliyyət göstərdiyini, buna baxmayaraq, il ərzində 500 min manat pul qazandığını sübut edən dəlillər paylaşmışdı. “Bundan sonra Musa Kılıçın fəaliyyətinin dondurulması gözlənilirdi. Lakin o, azərbaycanlıları təhqir etdiyi səs yazısı yaydı və hamıya meydan oxudu. Bəs Musa Kılıç bu gücü haradan alır? Ümumiyyətlə, Azərbaycana nə vaxt və necə gəlib? Buradakı karyerasına haradan başlayıb?

Kılıçın Azərbaycana ayaq açması onun gürcü əsilli zaqatalalı bir xanımla evlənməsindən sonra baş verib. Bundan sonra o, çalışmaq üçün müxtəlif klinikalara mürciət edib. Özünü peşəkər həkim kimi təqdim edən Musa Kılıça ilk qapını 2018-ci ilin axırında Bakı Bərpa Mərkəzi açıb. Amma o, burada uzun zaman işləyə bilməyib və bir neçə aydan sonra həmin mərkəzdən qalmaqalla ayrılıb. Daha sonra Musa Kılıç ARS Reabilitasiya Mərkəzində çalışıb, bir müddət sonra isə “İstanbul NS” klinikasına transfer olunub. Onun bu klinikada işləri pis getməyib, aylıq qazancı 40-50 min civarında olub. Sonradan elə bu qazanc üstündə rəhbərliklə arası dəyib və işdən uzaqlaşdırılıb. Bir müddət sonra isə o özünə “Medera Hospital”da yer edib. Bu günə kimi də həmin hospitalda fəaliyyət göstərir.

Maraqlıdır ki, adları çəkilən klinikalar onu işə qəbul edərkən ixtisasça həkim olduğunu təsdiqləyən sənədi niyə yoxlamayıblar? Tutaq ki, klinika rəhbərləri öz qazancları üçün buna göz yumublar. Bəs Səhiyyə Nazirliyi?

Yayılan videolardan, sənədlərdən də görünür ki, bu adam yüksək məbləğdə pul əldə edib. Görəsən, vergi orqanları bunu niyə görməyib? Və ən əsas sual: saxta sənədlərlə və ya sənədsiz ayda 50 min pul qopartdığı bir milləti niyə təhqir edir? Onda bu nifrət haradandır? Bu məqam üzərində düşünməyə dəyər. Məsələ ondadır ki, Musa Kılıç Türkiyənin Artvin bölgəsindədir. Bu bölgədə isə ermənilər çox yaşayır.

Biz indiyə kimi yalnız ermənilərdən bu cür davranış görmüşük: həm çörəyimizi yeyiblər, həm də özümüzü söyüb hər cür düşmənçilik ediblər", - sayt qeyd edib.

Qeyd edək ki, bir neçə gün öncə Musa Kılıç açıqlama almaq istəyən jurnalisti təhdid edərək, Azərbaycan millətini təhqir edib. Bununla bağlı yayılmış səsyazısında o, Azərbaycan xalqı barəsində ""gerizakalılar", necə “arsız millətsiz”, “qanınız pozuk” kimi ifadələr işlədib, azərbaycanlı jurnalist haqqında isə belə deyib: “Bir arsız öz vətənindən qaçıb, Amerika vətəndaşlığı alıb, oradan buradakı adamları ilə işbirliyi edir, siz də oturub ona alət olursunuz, rədd olun, şərəf yoxsulları”.

Bəs “Medera Hospital”ın rəhbərliyi bütün bunlara necə göz yumur? “Həkim”də bu cəsarət haradandır?

Məsələ ilə bağlı “Yeni Müsavat”ın əməkdaşı olaraq, adıçəkilən klinika ilə əlaqə saxlayıb, mövqe almağa çalışsaq da, klinika rəhbərliyindən “sizinlə hüquqşünasımız əlaqə saxlayacaq” deyə cavab aldıq.

Eyni cavabı özünü Musa Kılıçın köməkçisi kimi təqdim edən şəxsdən də aldıq: “Vəkillərimiz sizinlə əlaqə saxlayacaq”.
Musa Kılıçın özü İnstagram səhifəsində yayılan səs yazısı ilə bağlı açıqlama yayıb. O, təhqiredici ifadələri diplomunun saxta olması ilə bağlı fikir səsləndirənlərə ünvanladığını deyib: “Haqqımda bəzi sənədlər paylaşıldı, amma sonradan gerçəklərin ortaya çıxmasına sevindim. Təəssüf ki, haqqımda doğru-dürüst araşdırılmayan məsələlər var.

Mən Bakıya insanlara daha yaxşı sağlamlıq xidməti göstərmək üçün dəvət edilmişəm. Azərbaycan xalqını öz xalqımdan heç vaxt ayırmamışam. Dövlətlərimi nə qədər sevdiyimi şəxsi səhifəmdən bilirlər. Bakıda qalmağımın səbəbi xalqın mənə olan sevgisi və inamıdır.

Mənə "rədd ol, get öz ölkənə", "saxtakar", "diplomsuz" deyənlər oldu. Yayılan səsyazısındakı ifadələrim həmin şəxslərə ünvanlanıb.

Daha bir məsələni qeyd etmək istərdim ki, Azərbaycana gəlməzdən əvvəl bir azərbaycanlı qızla evlənmişəm. Yəni evlilik seçimim azərbaycanlı bir qız olub".

Göründüyü kimi, o, sanki bu açıqlama ilə özünü təmizə çıxartmağa, Azərbaycan xalqına qarşı səsləndirdiyi alçaldıcı ifadələri ört-basdır etməyə çalışır.

Musa Kılıç bundan sonra bütün paylaşımlarının şərh bölməsini bağlayıb.

O, həmçinin baş verən qalmaqaldan sonra səhifəsində Gürcüstanda təhsil aldığını, Türkiyədə isə uzmanlıq kurslarında iştirak etdiyini bildirib.

Qeyd edək ki, məsələ ilə bağlı araşdırma aparıldığı bildirilir. Lakin ictimaiyyət bu işin sonunun necə nəticələnəcəyini gözləyir.

Onu da əlavə edək ki, Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinə əsasən, lisenziya olmadan özəl tibbi fəaliyyətlə məşğul olma hallarına görə əsasən cərimələr tətbiq olunur. Bu halda fiziki şəxslərə 2 min manatdan 3 min manatadək, vəzifəli şəxslərə 5 min manatdan 10 min manatadək, hüquqi şəxslərə isə 20 min manatdan 30 min manatadək maliyyə sanksiyası tətbiq edilir.

Amma sual açıq qalır: Musa Kılıç sadəcə cərimə ilə canını qurtaracaqmı?



ADY Bakı-Ağstafa-Bakı marşrutuna artan sərnişin tələbatını təmin etmək məqsədilə 18 mart tarixində bu xətt üzrə hər iki istiqamətdə əlavə qatar reysləri təyin edir.
Yol-xeber.az" xəbər verir ki,   Eyni zamanda, Bakı-Ağstafa-Bakı qatarlarımızla ənənəvi qrafiklə hər gün Bakıdan və Ağstafadan səfər edə bilərsiniz.
 Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, saytımızdan (www.ady.az), “ADY Mobile” tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz.



Yol-xeber.az" xəbər verir ki:
- Ay ərzində 16.785.707 sərnişin daşıyıb.
-Ayın ən sıx günü: 17 fevral - 766.391 sərnişin
-Ayın ən sakit günü: 9 fevral - 343.064 sərnişin
-Sərnişin sayına görə fevral ayı üzrə TOP 10 stansiyanı təqdim edirik.

“Bakı Metropoliteni” QSC-in Satınalmalar Departamentinə yeni rəis təyinatı olub.

Yol-xeber.az" xəbər verir ki,   rəhbərliyin müvafiq qərarı ilə bu vəzifəyə Tərlan Həsənli təyin edilib.

Qeyd edək ki, Tərlan Həsənli Bakı şəhərində anadan olub. O, yeni təyinatından əvvəl bir çox tanınmış holdinq və şirkətlərdə, o cümlədən “Gilan Holdinq”, “AZ Group” və “PASHA Group”a daxil olan müvafiq şirkətlərdə rəhbər vəzifələrdə çalışıb. Tərlan Həsənli Cresent Development (Crescent Bay), Minəçevir Tekstil Fabriki və digər irihəcmli inşaat layihələrində, paralel olaraq neft qaz sahəsində South Caucasus Pipeline Expansion (SCPX) Project layihəsində iştirak edib. O həmçinin aqrar sahədə Yalama Aqropark, Yevlax Aqropark kimi müxtəlif aqrokomplekslərin qurulmasında, irihəcmli suvarma və əkinçilik layihələrində, həmçinin “Promalt” arpa email müəssisəsi kimi ölkə əhəmiyyətli zavodların inşaatında önəmli vəzifələr alıb.

Bakalavr təhsilini Azərbaycan Texniki Universitetində Biznesin təşkili və idarə olumması üzrə alıb. Daha sonra Tərlan Həsənli 2023-cü ildə İngiltərənin nüfuzlu “Chartered Institute of Procurement & Supply (CIPS)” institutunda satınalmalar üzrə CIPs İnstitutunun diplomuna yiyələnib.

Tərlan Həsənli hazırda ADA və Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda Maliyyə üzrə biznesin idarə edilməsi üzrə (MBA) təhsilini davam etdirir.

İngilis, Rus, Türk dillərini sərbəst bilir.

Bu şəxslər hər ay 200 manat alacaqlar

Sosial rifahın gücləndirilməsi məqsədilə həyata keçirilən sosial paket çərçivəsində minimum əməkhaqqının artırılması bir sıra müavinət və təqaüdlərdə də yüksəlişə səbəb olub. Bu artımlardan biri də peşə təhsili alan tələbələrə verilən təqaüdlərlə bağlıdır.

Baku.ws məlumatına görə, mövcud qanunvericiliyə əsasən, peşə təhsili alan tələbələrə ödənilən təqaüdün məbləği minimum əməkhaqqının 50 faizi həcmində müəyyən edilir. Əvvəllər minimum əməkhaqqı 345 manat olduğu üçün bu təqaüdün məbləği 172,5 manat təşkil edirdi. Lakin 2024-cü ildə minimum əməkhaqqının 400 manata yüksəldilməsi ilə bu göstərici də artıb. Beləliklə, peşə təhsili alan tələbələrə artıq 200 manat məbləğində aylıq təqaüd ödənilir ki, bu da əvvəlki məbləğlə müqayisədə 14 faiz artım deməkdir.

Təqaüdlərin artırılması peşə təhsilinə marağın yüksəlməsinə, tələbələrin maddi vəziyyətinin yaxşılaşdırılmasına və onların təhsilə daha çox fokuslanmasına töhfə verəcək. Bu addım eyni zamanda ölkədə peşə təhsilinin inkişafına dəstək olmaqla yanaşı, gələcəkdə ixtisaslı kadrların yetişdirilməsinə müsbət təsir göstərəcək.

Bundan əlavə, digər təqaüd və sosial müavinətlərin artırılması ilə bağlı ölkə başçısının tapşırığına uyğun olaraq Nazirlər Kabineti mart ayının ikinci yarısında müvafiq təklifləri təqdim edəcək. Gözlənilir ki, bu təkliflər digər sosial kateqoriyalara aid edilən təqaüd və müavinətlərin də artırılmasını nəzərdə tutacaq.

Dövlətin həyata keçirdiyi bu sosial dəstək tədbirləri vətəndaşların rifah halının yüksəldilməsinə yönəlib və növbəti dövrlərdə bu istiqamətdə daha geniş addımların atılması gözlənilir.

Sabah 25° isti olacaq

Martın 13-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-7° isti, gündüz 13-18° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 60-65% proqnozlaşdırılır.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 4-9° isti, gündüz 20-25° isti, dağlarda gecə 2-7° isti, gündüz 12-17° isti olacaq.

Azərbaycan Daxili Qoşunlarının yaradılmasından 33 il ötür

Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının yaradılmasından 33 il ötür.

1991-ci ilin dekabrında keçmiş SSRİ DİN-in Daxili Qoşunlarının Bakıda yerləşən 5-ci diviziyası buraxılıb və heyəti 2 500 nəfərdən ibarət olan üç hərbi hissə Azərbaycan DİN-nin tabeliyinə verilib.

Həmin vaxtdan Azərbaycan Daxili Qoşunları Biləcəri qəsəbəsindəki hərbi hissənin əsasında yaradılmasına başlanıb.

Belə ki, 1992-ci il martın 12-də Daxili Qoşunların Biləcəri, Sumqayıt, Gəncə hərbi hissələri erməni işğalçılarına qarşı döyüşlərə başlayıb, Azərbaycanın ərazi bütövlüyü uğrunda Ağdam rayonunun Papravənd, Qalayçılar, Manikli, Baş Güneypəyə, Canyataq, Gülyataq kəndlərində vuruşublar. Döyüşlərdə çavuş Hətəmxan Babayev, leytenant Rafiq İsmayılov, baş leytenant Ruber Səfərəliyev Daxili Qoşunların ilk şəhidləri olublar. Həmin döyüş günü rəmzi olaraq Daxili Qoşunlar Günü kimi müəyyənləşdirilib.

Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə - Birinci Qarabağ müharibəsində Daxili Qoşunların döyüşçüləri də qəhrəmanlıq nümunələri göstərib, şəhidlər veriblər. Döyüş əməliyyatları aparılan müddətdə qoşunların şəxsi heyətindən 680 nəfər şəhid olub, 1 177 nəfər yaralanıb, 5 nəfər itkin düşüb. Birinci Qarabağ müharibəsində Daxili Qoşunların 9 hərbçisi Azərbaycanın Milli Qəhrəmanı (8-i ölümündən sonra) fəxri adına layiq görülüb.

1995-ci il martın 9-da Ümummilli Lider Heydər Əliyevin imzaladığı müvafiq Fərmanla Azərbaycan Daxili Qoşunlarının şəxsi heyətinin ölkənin ərazi bütövlüyü uğrunda və Ermənistanın hərbi təcavüzünə qarşı döyüşə başladığı ilk gün - martın 12-si Daxili Qoşunlar Günü elan olunub.

Azərbaycanda müstəqilliyin və daxili sabitliyin qorunmasında xüsusi xidmətləri olan Daxili Qoşunların şəxsi heyəti cinayətkarlığa qarşı mübarizədə, xüsusi əməliyyatların keçirilməsində fəal iştirakı ilə seçilir, yüksək peşəkarlıq, döyüş və mənəvi-psixoloji hazırlığa malik olduğunu nümayiş etdirir.

Daxili Qoşunlar, həmçinin dövlət əhəmiyyətli tədbirlərdə, habelə beynəlxalq yarışlarda daxili işlər orqanlarının müvafiq qurumları ilə yanaşı, ictimai asayişin mühafizəsi və təhlükəsizliyin qorunmasının təmin olunmasında fəal iştirak edib. Bununla yanaşı Daxili Qoşunlar “Eurovision 2012” mahnı müsabiqəsi, “Bakı 2015” birinci Avropa Oyunları, 42-ci Ümumdünya Şahmat Olimpiadası, “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunları, Formula 1 yarışları, UEFA Avropa Liqasının final matçı, “Texnofest Azərbaycan” Azərbaycanda keçirilərkən ictimai asayişin mühafizəsini və təhlükəsizliyin təmin olunmasını ən yüksək səviyyədə yerinə yetirib.

İkinci Qarabağ müharibəsində DİN-in Daxili Qoşunlarının şəxsi heyətindən 66 nəfər şəhid olub, 346 nəfər yaralanıb. Dörd nəfər Vətən Müharibəsi Qəhrəman adına layiq görülüb (1-i ölümündən sonra).

Həlak olan igid oğulların bir çoxunun qəhrəmanlıqları, şücaəti qiymətləndirilərək adları əbədiləşdirilib, 24 məktəbə, 7 məhəllə və küçəyə, bir körpüyə, bir mədəniyyət evinə onların adları verilib.

Azərbaycan Silahlı Qüvvələrinin 2023-cü il sentyabrın 19-20-də Qarabağda həyata keçirdiyi lokal antiterror tədbirləri zamanı daxili qoşunların 12 hərbi qulluqçusu şəhid olub.

Bakı-Sumqayıt qatarlarının bayram qrafiki açıqlandı

Abşeron dairəvi dəmiryol marşrutu üzrə qatarların bayram günləri üçün iş qrafiki açıqlanıb. 

Yol-xeber.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb. 

Bildirilib ki, bayram günlərində (20-31 mart tarixləri) Abşeron dairəvi dəmiryol marşrutu üzrə qatarlar qeyri-iş günlərinin qrafikinə uyğun fəaliyyət göstərəcək.

Sumqayıtı Sarayla birləşdirən körpü bu tarixdə açılacaq

Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi ilə birləşdirən Məhəmməd Əsədov küçəsində dəmiryol xətti və Samur-Abşeron kanalı üzərində yerləşən yeni körpüdə tikinti işləri yekunlaşmaq üzrədir.

Yol-xeber.az oxu.az-a istinadən xəbər verir ki, körpünün martın sonu - aprelin əvvəli istifadəyə verilməsi planlaşdırılır.

Artıq piyadalar körpü üzərindən hərəkət edirlər.

Xatırladaq ki, 1970-ci ildə inşa edilən körpü qəzalı vəziyyətdə olduğu üçün ötən ilin dekabrında sökülüb. Yeni körpünün tikintisi üçün 9 milyon 960 min manat vəsait ayrılıb.


Çingiz Ərəbli, Eşqnamə.

Bakı, "Maarif" nəşriyyatı, 2025, 320 səh.
Redaktor və ön söz müəllifi: Tapdıq Əlibəyli
ISBN:978-9952-449-22-2

POEZİYASINA İLAHİ EŞQ HAKİM OLAN HƏKİMİN KÖNÜLLƏRİ FEYZ ŞƏBNƏMLƏRİNƏ QƏRQ EDƏN “EŞQNAMƏ”SİNİN OVQATINDA

Oxucunu özünə ahənrüba kimi cəzb edən “Eşqnamə”nin ilahi eşq təlqinləri ovqatında bəndə bu beytə bənd olub:

Bir könüldən min könülə,
Aşiq olan gələr dilə...

Bu şehli, duyğulu misraların ədəbi mehi, əsintiləri düşünürəm ki, Haçı Çingiz Ərəblini dilə gətirən eşqin izharı, müəllifi olduğu “Eşqnamə”nin ədəbi formuludur.
Dünya ədəbiyyatının poeziya zirvələrindən olan, mütəfəkkir, eşqin ilahi şairi Nizami Gəncəvininn təbirincə
Eşqdir məhvəri uca göylərin,
Eşqsiz ey dünya, nədir dəyərin?! 
Mövlana Cəlaləddin Rumi isə “Eşq sandığın qədər yox, yandığın qədərdi” deyirdi. O da ola ilahi eşq...
Çingiz Ərəblinin “Eşqnamə”si mövzu səciyyəsinə görə, Quran qissələri, səmavi kitab təlmihləri, folklor örnəkləri, fəlsəfi-teoloji baxışlar, elmi-nəzəri biliklər fonunda şərtlənir ki, bu vəhdət şair təxəyyülünün zənginliyində mənəvi dünyamızı fejz şəbnəmlərinə qərq etmək özəlliyində olan poetik çalarlarla süslənib. Elə mən də bu ovqatda düşüncələrimi dilə gətirmək istərdim. Əvvəla, qeyd edim ki, ixtisasca həkim olan İbadullayev Çingiz Əlisahib oğlunu şair kimi çoxdandlr ki, tanıyıram. İllər öncə Həcc ziyarətində olub. Çingiz Ərəbli imzası ilə “Sevdalıyam” (2004) və “Görüşdük təsadüfən” (2006) kitabları nəşr olunub. Onun ifadə tərzi təbii, fikirləri səmimidir. O, hadisələri poetik çalarlara boyamağı ustalıqla bacarır. Ən ümdəsi isə odur ki, şeirlərin qayəsi ictimai fikir kimi səslənə bilir.
Teoloji baxışlara görə, Tanrı dünyanı öz sevgisinin “marağına” yaradıb; sevə-sevə yaradıb. Dünyanın, kainatın nizamı sevgi üstündə qərar tutub. Yol getdiyin yerdə bir də baxıb görürsən ki, sərt “örtükdən” cücərti günəşə boy göstərmək istəyindədir. Bu, təbiətin sevgidən doğan bir məqamıdır. Sevgi məqamına bağlanan poeziya da belədir. Çingiz Ərəblinin poeziyası məhz bu qəbildəndir. Poeziyasının məhvərində xaliqə məhəbbət, xilqətə mərhəmət, yurda bağlılıq, xalqa, Vətənə sonsuz məhəbbət ülviyyəti duran həkim-şairin həyat qayəsi insanlığa sevgi məqamındadır.
Şeirlərini oxuduqca görmək olur ki, Çingiz Ərəbli bəzən özü ilə baş-başa qalmaqdam məmnundur. Ruh adamının, könül adamının öz dünyasına çəkilməsi heç də tərki-dünyalıq yox, dünyanın subyektiv qismdə solğunlaşması, arzu- istək, ülvi dəyərlər fonunda təzadlarla üz-üzə qalmaqdan qaynaqlanır. Təbii ki, bu baxışın özülü insanlıq həqiqətinə, haqqa dayaqlanır.
Çingiz Ərəblinin şeirlərində poetik baxışın əhatə dairəsi geniş və rəngarəngdir. Bu poeziya milli və bəşəri dəyərləri tarixi və çağdaş kontekstində assosiasiya aparmaqla təqdim edir. Şübhəsiz ki, bu cəhət şairdən məharət və təcrübə tələb edir.
Vaxtın bərəkətdən düşən vaxtında, texniki yüksəlişin sürətlə getdiyi bugünkü industrial dünyada, atomdan çox-çox kiçik və ya subatom hissəciklərdən ibarət olan sistemlərin davranışlarını modelləşdirmək və təxmin etməkdə istifadə olunan kvant fizikasından pasiyentlərə gen məlumatlarına əsaslanan diaqnoz qoyulmasında istifadə olunan səviyyəyədək hər bir sahədə tətbiq olunan süni intellekt dövründə belə bir əsərin yazılması hansı zərurətdən doğur və buna nə dərəcəcədə ehtiyac duyulur?
Əxlaqi gözəllik və mənəvi təmizliyi özündə ehtiva edən bədii təfəkkür örnəklərinə, poetik nümunələrə mənəvi aləmi zənginləşdirmək baxımından hər zaman ehtiyac duyulur.
Onu da qeyd edək ki, zaman - zaman Qurani-Kərim və ayrıca olaraq Quran qissələri bədii fikrin istiqamətlənməsində mühüm rol oynamışdır. Belə ki, divan ədəbiyyatımızın özülçüsü Qazi Bürhanəddinin, Azərbaycan türkcəsində yaranmış fəlsəfi şerin tacdarı Nəsiminin, Azərbaycan dövlətçiliyi tarixində misilsiz xidmətləri olan hökmdar-şair Şah İsmayıl Xətainin və klassik ədəbiyyatımızın zirvəsində dayanmış Məhəmməd Füzulinin ədəbi irsində bu cəhət misilsiz mənəvi-bədii dəyərləri, əxlaqi-didaktik əhəmiyyəti ilə özünü qabarıq şəkildə göstərir.
Səhərin al şəfəqləri nura boyayır cahanı, günəş təbəssümün sanki qönçələrə süzür… Zaman öz axarındadır. Bu axarsa hər məqamı öz vədəsində salamlayır… Artıq üfüq boyu sanki tonqal qalanıb. Yavaş-yavaş bu şölə incəlir. Ay işığında yer üzü sanki süd gölünə bənzəyir. Göy üzünü bəzəyən, sayrışan ulduzlar gecənin qoynunda sanki bir cilvədədir. Sabaha yol başlanır… Beləcə, bu əsrarəngiz dünya öz gərdişində, öz nizamındadır. Bu əzəli-əbədi nizamın ədəbi inikası olan bir ədəbiyyat nizamı, söz nizamı da var. Hansı ki, mənəvi təlimi bütün zamanlar üçün orijinallığını hifz edən mütəfəkkir şair, könüllər sultanı Mövlana Cəlaləddin Rumi bu məqamı bənzərsizcəsinə belə dəyərləndirir: “Şeir halal olan sehrdir”. Təkrarsız müqayisədən doğan müdrik bir qənaət... Axı söz özü də bir sehrdir. O söz ki, əsrlərin o üzündən üzü bəri duyğularımıza ayna tutub, ruhumuzun təsəllisinə, iç dünyamızın həmdəminə dönüb. Poetik ovqata qatılanlar mənən saflaşıb, misraların axarında durula-durula bir üzü tunc, bir üzü ipək dünyamızın gerçəkliklərini hiss-idrak süzgəcindən keçirərək, “məndə mənini” arayıb. Mənəvi dünyamızın tükənməz enerji mənbəyi olan sözün (əsrarəngiz bədii - “nizamlı” söz - şeir) işiğında yol gəliblər və yol gedirik sözün heyrətinə bələnə-bələnə.
Bir həqiqət də var: mənəvi dünyamızın aynası, ruhumuzun tərcümanı sayılan poetik söz dünyasının işığına üz tutan söz pərvanəsinin özü də işığa dönür. İşıq isə bəlli olan həyat ünsürlərindən biridir. Bu əzəli-əbədi həqiqəti dərk edən, sözə könül verən söz ziyarətçisi kimi sözə üz tutmağın ilkinliyi görən haradan və necə başlayır? Şeirin əzəli təcəllisi hansı qaynaqdan intişar edir?.. Bu ritorik suallarla “Eşqnamə”nin ” qutsal ab-havasında bir daha duyğulanıram, misra -misra şeir-şeir...
Qutsallıq havasına köklənən bədii söz müəllifin dərkindən keçən məqamların təzahürü, bədii təxəyyülün rənginə boyanan gerçəkliyin inikasıdır.
Yaşanmış duyğu və düşüncələr mənəvi ab-havanın ovqatı kimi səciyyələnir. Bədii təfəkkürün süzgəcindən keçirilən yaşantılar obrazlı ifadələrlə sərgilənir, İLAHİ sevgi misra-misra, söz-söz şeirin təlqin aurasına sirayət edib. Təbii ki, bu cəhəti səciyyələndirən əsasən şairin həyat qayəsi və ədəbi xislətidir.
Təbii ki, müəllifin poetik istedadının aynasına çevrilən, dərin poetik ümumiləşdirmə bacarığı, obrazlı təfəkkür genişliyi, zəngin bədii-fəlsəfi məfkurəsini özündə əks etdirən poetik çalarlar da özünəməxsusluğu ilə diqqət çəkir.
Həm fəlsəfi mahiyyətinə, həm də söz sənəti məziyyətinə görə dolğun olan bu poemada Ulu Yaradanın sonsuz hikmət və qüdrəti, dünyanın, kainatın, Yer kürəsinin yaradılışı, İslam dininin müjdəçisi Məhəmməd Peyğəmbərin mövludu, həyatı və ilahi missiyası, eləcə də imamətin islam dünyasında rolu poetik incəliklə, özəlliklə təsvir edilib.
Məmnunluqla qeyd edim ki, poemada məharətlə fabula sərgiləmək, süjet xəttində maneralar, maraqlı xarekter yaratma üsulları dolğun şəkildə təzahür edir. Çingiz Ərəbli hadisələrin təsvirini elə səpkidə qələmə alır ki, obrazlı desək, sanki torpağı yumşaldıb əkin üçün yararlı vəziyyətə gətirir... Təbii ki, bu məziyyət şairdən böyük səriştə, zəngin təxəyyül, dərin bilik, sərrast müşahidə qabiliyyəti tələb edir.
Əslində şeir duyğuların dilidir. Duyğuların dilə gəldiyi məqamlardır. Düşünürəm ki, könüllərə feyz şəbnəmləri səpmək duyğusallığı yaşadacaq söz fəsahəti ilə baş-başa qalmağa dəyər.
İnanaırıq ki, “Eşqnamə” minillik ədəbiyyatımızın poeziya havasına qarışmaqla çağdaş ədəbi mühitimizdə dan yerini şəfəqləndirən günəştək nurlanacaq, qutsql qayəsi ilə bəşərin əzəli-əbədi ülviliiklərini oxucu düşüncəsində məhrəm duyğulara çevirəcək.

Tapdıq ƏLİBƏYLİ
şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin,
TAİB-in İdarə Heyətinin uzvu

 

 

Xəbər lenti