![]() |
|
Məlum olduğu kimi, "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"na əsasən bir sıra işlərin görülməsi nəzərdə tutulub.
Yol-xeber.az xəbər verir ki, "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətindən Bizim.Media-ya verilən açıqlamada Metropolitendə bu il ərzində görüləcək işlər barədə məlumat verilib.
""Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"na uyğun olaraq, cari ildə Bakı metropolitenində yeni stansiyaların tikintisi və mövcud stansiyaların yenidənqurulması istiqamətində işlər aparılır".
Verilən məlumata əsasən hazırda Yaşıl xəttin "Cəfər Cabbarlı" stansiyasının bir platforması və ona bitişik yolda əsaslı təmir və yenidənqurma işləri son mərhələdədir və il ərzində tamamlanması nəzərdə tutulub.
Qeyd edək ki, noyabrın 30-dan "Həzi Aslanov" stansiyasının dalanında əsaslı təmir və yenidənqurma işlərinə başlanılıb. Bu işlərin nə vaxt bitəcəyi isə bir çox sərnişinə maraqlıdır. Bakı Metropoliteni QSC-dən bu barədə də açıqlama verilib.
"Qırmızı xəttin "Həzi Aslanov" stansiyasının dalan yolunda əsaslı təmir işləri görülür.
Təmir nəticəsində dalan yolu tamamilə yenidən qurulacaq, infrasturkturu müasir tələblər səviyyəsinə çatdırılacaq. Dalanda təmir-bərpa işləri tamamlandıqdan sonra "Həzi Aslanov" stansiyasının da əsaslı təmir və yenidənqurulmasına başlanılacaq.
Aparılan təmir işləri ilə bağlı dövrü olaraq ictimaiyyətə əlavə məlumatlar təqdim ediləcək".
Azərbaycan qadınları çətin, keşməkeşli inkişaf yolu keçmişdir. Tarixə nəzər salsaq, görərik ki, cəmiyyətin inkişafının bütün mərhələlərində qadınlar kişilərlə bərabər dövlət quruculuğunda, siyasi qərarların verilməsində fəal iştirak etmişlər. Ölkəmizdə milli gender siyasəti tariximizin şanlı səhifəsi olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət statusu almışdır. Həmin dövrdə ilk dəfə olaraq müsəlman Şərqində qadına seçmək və seçilmək hüququnun verilməsi tarixi nailiyyət hesab olunurdu. Bununla da nəinki Şərqdə, hətta demokratiyanın beşiyi sayılan bir sıra Avropa ölkələrindən və ABŞ-dan əvvəl qadına cəmiyyət həyatında siyasi proseslərə qoşulmaq hüququ verilmişdir. Bütün müsəlman dünyasında qızlar üçün ilk dünyəvi məktəb 124 il bundan qabaq Bakıda yaradılmışdır. Bu məktəbləri açan Azərbaycanın xeyriyyəçi və maarifpərvər sahibkarları, ziyalılar başa düşürdülər ki, qızların təhsil alması çox vacibdir. Təhsilli qadın təhsilli millət, təhsilli nəsil deməkdir. Azərbaycanda qadınların təhsil alması, qadın sağlamlığı, onların iqtisadi azadlığının təmin olunması məsələləri daim öz aktuallığını saxlamışdır. Zaman keçdikcə bu istiqamətlərdə iş aparılmış və müsbət nəticələr əldə olunmuşdur.
Danılmaz tarixi faktdır ki, ölkəmizdə dövlət gender siyasətinin əsas prinsiplərinin müəyyən edilməsi və dövlət səviyyəsinə qaldırılması məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1993-cü ildə - tariximizin həlledici dövründə Ümummilli Liderin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycanı vətəndaş müharibəsi alovundan, parçalanıb dünya xəritəsindən silinmək təhlükəsindən xilas etdi. Qısa vaxt ərzində həm hərbi, həm də iqtisadi böhrandan çıxış yolları tapıldı və sarsılmaz sabitlik, ölkədə yaranan ictimai-siyasi stabillik dövlət siyasətinin bütün sahələri kimi, qadın hərəkatının inkişafına da güclü stimul verdi. Dahi Lider hər zaman qızların yüksək səviyyədə təhsil almasına xüsusi diqqət göstərirdi. Çünki, əhalinin yarısının təşkil edən qadınların bütün sahələrdə aktiv iştirakçılığı üçün onların savadlı, peşəkar olması mühüm şərtlərdən biridir. Hələ, 1974-cü ildə “Azərbaycan qadını” jurnalının 50 illik yubiley tədbirində Ulu Öndər Heydər Əliyev demişdi ki, “Biz çalışmalıyıq ki, ali məktəblərdə və texnikumlarda daha çox qadın təhsil alsın, elmi fəaliyyətlə məşğul olsun. Xüsusən, kənddə qadınlar və uşaqlar arasında bədən tərbiyəsi və idmanın daha da inkişaf etdirilməsi problemlərinə biz diqqətimizi xeyli artırmalıyıq”.
Ulu Öndər müstəqillik dövründə qadın hüquqlarının qorunması üçün bir çox hüquqi-normativ aktlar, qanunlar təsdiqləmiş, mühüm Fərman və sərəncamlar imzalamışdır. Azərbaycan Respublikasının Konstitusiyası qadın və kişilərin bərabər hüquqlarını, hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququnu təmin edir. Məhz Heydər Əliyevin müəllifi olduğu Azərbaycan Respublikasının Konstitusiyasında qadınların kişilərlə bərabərhüquqlu olması təsdiq edilib və qeyd edilib ki, ölkədə kişi ilə qadının eyni hüquq və azadlıqları vardır. Bununla da, demokratik cəmiyyət quruculuğunda qadınların iştirakının hüquqi bazası yaradılıb. Bu isə öz növbəsində cəmiyyətin bütün sferalarında gender siyasətinin güclənməsinə gətirib çıxarmışdır.
Ulu Öndər Heydər Əliyev qadın problemlərinin dövlət səviyyəsində həlli üçün 1998-ci ildə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılması haqqında Fərman imzalamışdır. Eyni zamanda, “Azərbaycanda qadınların rolunun artırılması” və “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Fərmanları ölkədə qadın siyasətinin daha da güclənməsinə gətirib çıxardı. Dahi Lider Azərbaycanda qadınların tərəqqisinə və səlahiyyətlərinin artırılmasına yol açan bir sıra təşəbbüslərin müəllifi idi. Ümummilli Liderin dəstəyi ilə keçirilən Azərbaycan qadınlarının qurultayları ölkənin qadın hərəkatı tarixində yeni səhifələr açmışdı. Həyata keçirilən uğurlu siyasət nəticəsində ölkədə sahibkar qadınlar yetişdi. Qadınlar iqtisadiyyatda, siyasətdə, elmdə, təhsildə, bir sözlə, hər sahədə aktiv təmsil olunur. Hökumətdə, nazirliklərdə, Milli Məclisdə qadınlarımızın fəallığı artmaqda davam edir.
Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi illər Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Onun xarici siyasəti nəticəsində Azərbaycan regionun ən güclü və suveren dövlətinə, eləcə də yüksək beynəlxalq nüfuza malik olan ölkəyə çevrilib. 30 ilə yaxın davam edən erməni işğalına son qoyulub, Qarabağ və Şərqi Zəngəzur işğaldan azad olunub. Qadın hüquqlarının müdafiəsi, onlar üçün yaradılan bütün imkanların daha da genişləndirilməsi Prezident İlham Əliyevin dövlət siyasətində müəyyən etdiyi prioritet istiqamətlərdəndir. 2006-cı ildə qadınlarla bağlı işlərin daha mütəşəkkil və ardıcıl şəkildə aparılması üçün Azərbaycan Prezidentinin Fərmanı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Eyni zamanda, Milli Məclisdə Ailə, qadın və uşaq məsələləri komitəsi fəaliyyət göstərir.
“Gender bərabərliyinin təminatları haqqında”, “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının qanunları qəbul olunub. Qeyd etmək lazımdır ki, bu qanunların qəbul edilməsi insanların təfəkküründə yeni düşüncə tərzinin formalaşmasına təkan verməyə başlayıb. Müasir dövrdə qadınlarımızın ölkə həyatında rolunu yüksək qiymətləndirən cənab İlham Əliyev qeyd edib: “Qloballaşma dalğasının ənənəvi dəyərlər sistemini sürəkli dəyişikliklərə məruz qoyduğu bir vaxtda xanımlarımız milliliklə müasirliyin vəhdətini daxili aləmlərinin ayrılmaz tərkib hissəsinə çevirərək nəsillərin varisliyi prinsipini qoruyur və ədəbi-ictimai, elmi-mədəni fikir salnaməmizdə iz qoymuş maarifpərvər sələflərinin yolunu şərəflə davam etdirirlər”.
Bəli, həqiqətən bu gün Azərbaycan qadını ənənələri, innovativliyi, intellekti və sosial aktivliyi özündə cəmləşdirir. Xanımlar ana olmaqla yanaşı, həm də bacarıqlı siyasətçi, iş adamı, müəllim, həkim, aqronom, diplomat, hakim, alim, dövlət məmurudur.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva öz geniş fəaliyyəti ilə beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırır. Mehriban xanımın müstəqil dövlətimizin möhkəmlənməsi yolunda apardığı ideoloji mübarizə öz bəhrəsini verməkdədir. O, Azərbaycanın milli-mənəvi dəyərlərini, mədəniyyətini, ölkəmizin özünəməxsusluğunu dünya arenasında böyük fədakarlıqla, uğurla təbliğ edir. Qədim ənənələrimizlə bağlı olan multikultural dəyərləri, tolerantlığı başqa ölkələrdə əməli işləri ilə nümayiş etdirir. Xalqın sosial-mədəni həyatında, səhiyyənin, təhsilin, idmanın inkişafında onun xidmətləri misilsizdir. Uşaqlara şəfqət, mərhəmət göstərilməsi, ailəyə, Vətənə bağlılıq duyğuları aşılamaq onların tərbiyəsi, sağlam böyüməsi, böyüklərin sevgisi ilə əhatə olunması, gənclərin kamil bir vətəndaş kimi yetişməsi, onların vətənpərvər ruhda tərbiyə edilməsi Mehriban Əliyevanın daim diqqət mərkəzində olmuşdur.
Azərbaycan qadını öz fəaliyyətini maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, mədəni, dini, milli-mənəvi dəyər və ənənələri də nəzərə almaqla davam etdirir. Bu qadınlar bütün tarixi dövrlərdə fəal iştirak edərək, cəmiyyətimizin inkişaf etməsinə öz töhfələrini vermişlər. Onların arasında görkəmli dövlət, elm, mədəniyyət və ictimai-siyasi xadimləri vardır. Qadınların cəmiyyətdəki yeri və rolunun mühüm göstəricisi onların müxtəlif dövlət vəzifələrini tutmaları və ümumiyyətlə, aktiv əmək fəaliyyəti ilə məşğul olmalarıdır. Hazırda qadınlarımız dövlətin yaratdığı bütün imkanlardan istifadə edirlər. Sərbəst təhsil almaqla, fiziki hazırlıqlarını inkişaf etdirməklə, peşəkarlıq səviyyələrini artırmaqla bərabər, cəmiyyətin qurucusu kimi ictimai-siyasi proseslərin fəal iştirakçısına çevrilirlər.
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) qatarları martın 10-da iş günü qrafiki ilə hərəkət edəcək.
Bu barədə Yol-xeber.az ADY-yə istinadən xəbər verir.
Məlumata görə, Nazirlər Kabinetinin qərarı ilə 10 mart iş-günü elan edildiyindən, həmin tarixdə Abşeron dairəvi marşrutu üzrə qatarlar iş günü qrafiki ilə hərəkət edəcək.
Bir sıra antibiotiklər, neyroleptiklər, statinlər, antifungal agentlər və antiparazitar dərmanlar qaraciyərə güclü toksikoloji təsir göstərə bilər.
"JAMA Internal Medicine" jurnalı Amerikanın aparıcı universitetlərinin və ABŞ Veteranlarla İş Departamentinin əməkdaşlarının apardıqları araşdırmanın nəticələrdirini dərc edib.
Alimlər ABŞ Veteranların Sağlamlıq İdarəsindən təqdim edilən səkkiz milyon insanın elektron sağlamlıq qeydlərindən alınan məlumatları təhlil ediblər. Məlumatlar 2000-2021-ci illəri əhatə edib. Tədqiqat ABŞ-da ən çox təyin olunan 194 dərmanın siyahısını tərtib etməklə başlayıb və sonra onların qaraciyər və ya öd yolları xəstəliyi olmayan xəstələrin sağlamlığına təsirini araşdırıb.
Tədqiqat zamanı ağır kəskin qaraciyər çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirmənin bütün halları qeydə alınıb. Ümumilikdə 20 illik müşahidə zamanı 1739 belə hal baş verib.
Qaraciyər üçün ən böyük təhlükə yaradan 17 dərmana xüsusi diqqət yetirilib. Onların arasında lyamblioz, trichomonas vaginit, mədə xorası və onikibarmaq bağırsaq xorasının müalicəsində istifadə olunan metronidazol var. Bu dərmanın ən təhlükəli olduğu ortaya çıxıb.
Qaraciyər üçün yüksək dərəcədə zəhərli olan dərmanlar arasında antiviral stavudin, neyroleptik proxlorperazin, bəzi statinlər, həmçinin bir sıra antibiotiklər və antifungal agentlər də var.
Qeyd olunub ki, bu dərmanlardan 11-i əvvəllər təhlükəsiz hesab edilib.(Publika.az)
Beynəlxalq Qadınlar Günü - 8 martda Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq.
Cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 4-8° isti, gündüz 13-18° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-65 %, gündüz 50-55 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.
Xətai rayonu, H.Salmani küçəsi 7 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Hacıyev Rza Rasim oğluna məxsus “Otdıx” restoranında AQTA əməkdaşları tərəfindən yoxlama keçirilib.
Qurumdan “Qafqazinfo”ya verilən məlumata görə, baxış zamanı iaşə müəssisəsinin mətbəx hissəsində havalandırma sisteminin mövcud olmadığı, sanitar-gigiyenik tələblərin pozulduğu, məhsulların saxlanması zamanı temperatur rejiminə əməl edilmədiyi, həmçinin istehlaka təqdim edilən heyvan mənşəli məhsulların (quş əti və balıqlar) müvafiq icazə sənədlərinin olmadığı, çalışan işçilərin tibbi müayinədən və gigiyenik təlimlərdən keçirilmədiyi müəyyən edilib.
Emal edilmiş məhsullardan və ətlərdən nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.
Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilməklə qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb.
Araşdırmalar davam etdirilir.
Xatırladaq ki, AQTA ötən gün Bakıda “Sərin” və “Xarı Bülbül” restoranlarında da nöqsanlar aşkarlandığı barədə məlumat yaymışdı.
Azərbaycanda ilkin hərbi qeydiyyata alınmaqdan boyun qaçıranlar 100 manat məbləğində cərimə olunacaq.
Bununla bağlı İnzibati Xətalar Məcəlləsi və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik layihəsi Milli Məclisin bugünkü plenar iclasında üçüncü oxunuşda müzakirə edilib.
İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklə ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşların qeydiyyata alınmaq üçün fərdi çağırış vərəqəsində göstərilmiş müddətdə üzrlü səbəblər olmadan müvafiq icra hakimiyyəti orqanına gəlməməsinə görə cərimənin məbləğinin 30 manatdan 100 manata artırılması təklif edilir.
Daha bir dəyişikliklə, çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunu aparan orqan və təşkilatlar tərəfindən çağırışçılara və hərbi vəzifəlilərə onların müvafiq icra hakimiyyəti orqanına çağırılması barədə məlumatın verilməməsi, yaxud onların çağırış məntəqələrinə və ya toplanış yerinə vaxtında gəlməsinə maneçilik törədilməsinə görə vəzifəli şəxslər 200 manatdan 300 manatadək (hazırda 80-150) məbləğdə, hüquqi şəxslər 600 manatdan 800 manatadək (hazırda 200-400) məbləğdə cərimə ediləcək.
Bundan başqa, vətəndaşların hərbi qeydiyyat üzrə “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda nəzərdə tutulmuş vəzifələrini icra etməməsinə, yəni, vətəndaşlar ehtiyata keçirildikdən sonra 7 gün müddətində yaşayış yeri üzrə hərbi qeydiyyata alınmaq üçün müvafiq icra hakimiyyəti orqanına gəlməməsinə, hərbi vəzifəlilər və çağırışçılar yaşayış yerini 3 aydan çox müddətə dəyişdirdikdə, yaşayış yeri üzrə hərbi qeydiyyatdan çıxmamasına və olduğu yer üzrə hərbi qeydiyyata durmamasına, hərbi vəzifəlilər və çağırışçılar yaşayış yerini dəyişərkən, 10 gün müddətində hərbi qeydiyyatda olduqları müvafiq icra hakimiyyəti orqanına məlumat verməməsinə görə cərimənin məbləğinin 30 manatdan 100 manata artırılması təklif edilir.
Eyni zamanda çağırışçılar və hərbi vəzifəlilər həqiqi hərbi xidmətə çağırış, tibbi müayinə (tibbi şəhadətləndirilmə), hərbi hissələrə təhkim edilmə, müvafiq toplanışlarla əlaqədar çağırış üzrə müvafiq icra hakimiyyəti orqanına üzrlü səbəblər olmadan gəlməməsinə görə 300 manatdan 500 manatadək məbləğdə cərimə ediləcək, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla 160 saatdan 240 saatadək ictimai işlər tətbiq olunacaq.
Həmçinin hərbi qeydiyyat sənədlərinin qəsdən korlanması və ya itirilməsinə görə cərimə məbləği 50 manatdan 200 manata artırılır.
İXM-yə təklif olunan daha bir dəyişikliklə müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarəetmə orqanlarının, mülkiyyət formasından asılı olmayaraq müəssisələrin, idarələrin, təşkilatların vəzifəli şəxsləri tərəfindən səfərbərlik elan edilərkən hərbi vəzifəlilərə vaxtında məlumat verilməməsinə və onların çağırış-toplanış məntəqələrinə və ya hərbi hissələrə gətirilməsinin təmin edilməməsinə görə cərimə məbləği 400 manatdan 600 manatadək (hazırda 200-300) artırılması nəzərdə tutulur.
Həmçinin dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarəetmə orqanlarının, mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatların vəzifəli şəxsləri tərəfindən “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” qanuna uyğun olaraq səfərbərlik hazırlığı və səfərbərlik sahəsində onlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməməsinə görə isə 500 manatdan 700 manatadək (hazırda 250-350) cərimə olacaq.
Layihə müzakirələrdən sonra üçüncü oxunuşda qəbul olunub.
Bir sıra hallarda əlverişsiz hava şəraiti, texniki nasazlıq və digər səbəblərdən dolayı sürət qatarlarında gecikmə halları olur.
hətta qısa müddətli nasazlıq belə bu qatarlardan istifadə edən insanların səhər işə gecikməsi ilə nəticələnə bilir.
Ölkəmizdə fəaliyyət göstərən digər ictimai nəqliyyat növlərindən fərqli olaraq bu nəqliyyat vasitələrinin stansiyaları arasında kilometrlərlə məsafə olduğundan sərnişin qatarda problem yarandıqda və ya qatar dayandıqda istədiyi yerdə düşüb yoluna davam edə bilmir.
Bu da istər tələbələr, istərsə də işləyən şəxslər üçün müəyyən problemlər yaradır.
Bir sıra ölkələrdə əgər gecikmə vətəndaşın təqsiri ucabtından baş verməyibsə, metro, sürət qatarının gecikməsindən və s. asılıdırsa, iş yerlərinə həmin qurum tərəfindən məlumat göndərilir və ya sərnişinlərə kompensasiya ödənişi edilir.
"Azərbaycan Dəmir Yolları" QSC-dən Ölkə.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, bənzər praktika ölkəmizdə də mövcuddur:
“Qatarın hər hansı səbəbdən stansiyaya gec çatmasına görə sərnişin iş yerinə gecikərsə və ya tələbədirsə, ali təhsil müəssisəsində dərsinə gecikərsə, bu zaman sərnişin vağzal və ya stansiya növbətçisinə yaxınlaşaraq qatarın gecikdiyini təsdiq edən arayışı ala və aidiyyəti müəssisəyə təqdim edə bilər”, - deyə açıqlamada bildirilib.
Gecikmə hallarına görə işləyən şəxslərin maaşından tutulma olduğu təqdirdə qurumların kompensasiya ödənişi etməsi praktikasının isə ADY tərəfindən tətbiq olunmadığı qeyd edilib.