![]() |
|
Ölkə ərazisində martın 12-də 23 dərəcə isti olacaq.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 3-7° isti, gündüz 12-17° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə arabir duman olacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 3-8° isti, gündüz 18-23° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 10-15° isti olacaq.
"Qidanın təmiz hazırlanmamasına görə böyük faciə baş verə bilər. Bu səbəbdən bir ailə və məclislərdə iştirak edən bütün qonaqlar həyatını itirə bilər".
Bunu qaynarinfo.az-a açıqlamasında professor Adil Qeybulla qida zəhərlənmələrinin çoxalmasının səbəblərini izah edərkən deyib.
Professor iaşə obyeklərinin sahiblərini bu məsələdə ehtiyatlı olmağa səsləyib:
"Təəssüflər olsun ki, bu gün işbazlar sanitar-gigenik göstəricilərə uyğun olmayan, vaxtı keçən müxtəlif yollarla emal oluna ətlərdən istifadə edirlər. Ona görə də zəhərlənmə halları çoxalır. Əslində dönər bişmə prosesinə məruz qaldığı üçün onun dadını dəyişmək üçün bəzi hallarda bu ətə müxtəlif qatqılar vurulur. Dönər bişərkən ətrafa iyi verir, əslində aldadıcı xarakter daşıyır".
Adil Qeybulla qeyd edib ki, reallıqda bu cür proseslər var:
"Bundan heç kəsin şübhəsi olmasın. Ona görə də dönərdən zəhərlənmə halları baş verir. Bağırsaq çöplərinin olduğu infeksiyalar ən çox dönər yeyərkən olur. Amma bunların əksəriyyəti araşdırılmır, bəzən xəstə uzun müddət müalicədə qalır. Hesab edirəm ki, qida təhlükəsizlik məsələsi milli təhlükəsizlik konsepsiyasının bir tərkib hissəsdir. Qida istehsal edən hər bir şirkət, biznesmen, hər bir şəxs bilməlidir ki, təhlükəsizlik parametlərinə əməl etmək lazımdır".
Bu gün Azərbaycanda üçüncü çərşənbə - Yel çərşənbəsi qeyd olunur.
Xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə” kimi tanınan Yel çərşənbəsi ilaxır çərşənbələrin üçüncüsüdür.
İnama görə, Yel çərşənbəsində oyanan yel, külək oyanmış suyu, odu hərəkətə gətirir.
Qeyd edək ki, ilaxır - Torpaq çərşənbəsi isə martın 18-da qeyd olunacaq.
2025-ci ildə Yaz fəsli Azərbaycana 20 mart 13:01-də daxil olacaq.
Martın 20-21-i Azərbaycanda Novruz bayramı qeyd olunur.
Bakıda və Abşeron yarımadasında martın 11-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bəzi yerlərdə arabir duman olacaq, cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 3-6° isti, gündüz 10-15° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 80-85 %, gündüz 60-65 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə arabir duman olacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 3-7° isti, gündüz 17-22° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8-13° isti olacaq.
“Minimum əməkhaqqı artımından sonra bir sıra müavinət və təqaüdlərdə artımlar qeydə alınmaqdadır”.
Bu barədə deputat Vüqar Bayramov sosial şəbəkə hesabında məlumat verib.
Onun sözlərinə görə, bu ildən artımların reallaşdığı təqaüdlərdən biri də peşə hazırlığına cəlb olunmuş şəxslərə ödənilən vəsaitlərdir:
“Məşğulluq haqqında” Qanuna əsasən, Azərbaycanda peşə hazırlığına cəlb olunmuş şəxslərə minimum əməkhaqqının 50 faizi məbləğində təqaüd verilir. 2025-ci ilin yanvar ayından minimum əməkhaqqı 325 manatdan 400 manatadək yüksəldiyindən bu təqaüd məbləği də artırılıb.
Belə ki, əvəllər həmin vətəndaşlarımıza ödənilən aylıq məbləğ 162.5 manat idisə, indi həmin təqaüd artırılaraq 200 manat olub. Bu o deməkdir, peşə hazırlığına cəlb olunmuş şəxslərə verilən təqaüd məbləği 14 faiz artırılıb”.
Deputat bildirib ki, digər bir sıra təqaüdlərdə artımlarla bağlı təkliflər hazırda Nazirlər Kabineti tərəfindən hazırlanır:
“Təkliflərin bu ayın ikinci yarısında dövlət başçısına təqdim edilməsi gözlənilir. Bu o deməkdir, yaxın zamanlarda bir sıra digər müavinət və təqaüdlərdə də artımlar olacaq”.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Göygölə gedib.
Bu barədə o, instaqram hesabında video paylaşıb.
Həmin videonu təqdim edirik:
"Araşdırmalar göstərir ki, görünüş məsafəsinin azalması ilə yol-nəqliyyat hadisələrinin baş vermə ehtimalı artır”.
Bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin məlumatında qeyd olunub.
Vurğulanıb ki, xüsusilə dumanlı hava şəraitində sürücülərin təhlükəyə qarşı reaksiya müddəti uzanır və nəticədə ani diqqətsizlik yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb ola bilər.
"Baş DYP İdarəsi sürücülərə bir daha xəbərdarlıq edir:
Yolda görünüş məsafəsi azaldıqda sürəti azaldın!
Qəfil manevrlərdən çəkinin!
İşıq cihazlarının sazlığını yoxlayın və lazım gəldikdə duman faralarından istifadə edin!
Görünüş dairəsinin məhdud olduğu yol sahələrində əks istiqamətli hərəkət zolağına çıxaraq ötmə etməyin!
Piyadalar isə unutmasın ki, dumanlı havada sürücülərin onları görməsi çətinləşir. Buna görə də yola çıxarkən daha diqqətli və məsuliyyətli olmalıdırlar. Unutmayın, dumanlı hava şəraitində yolda hərəkət daha çox diqqət və ehtiyat tələb edir. Təhlükəsizliyiniz üçün qaydalara riayət edin və yolda məsuliyyətli olun!”.
Fövqəladə Hallar Nazirliyi və “Bakı Metropoliteni” QSC-nin birgə təşkilatçılığı ilə metronun “İçərişəhər” və “Sahil” stansiyalarında taktiki-xüsusi təlim keçirilib.
Bu barədə “Yol-xeber.az”ya FHN-dən məlumat verilib.
Bildirilib ki, təlimin mövzusu “Bakı metropolitenində baş verə biləcək fövqəladə hadisələr zamanı birgə fəaliyyətin təşkili” olub. Təlimə rəhbərlik FHN-in Baş əməliyyat idarəsi tərəfindən həyata keçirilib.
Əvvəlcə, FHN-in “112” qaynar telefon xəttinə metronun əsasən “İçərişəhər” və “Sahil” stansiyaları arası 1-ci yol mənzilində “yanğın” baş verməsi barədə “məlumat daxil olub” və dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə, Dövlət Yanğın Nəzarəti xidmətləri və Bakı Regional Mərkəzinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.
Şərti hadisə ilə bağlı Metropoliten əməkdaşları tərəfindən əvvəlcə stansiyaların bağlanması, tuneldə işçi işıqların yandırılması, keçid qapılarının açılması və “yanğına ilkin müdaxilə” işləri həyata keçirilib.
FHN-in mobil yanğın-xilasetmə qrupları tərəfindən fərdi mühafizə vasitələrindən istifadə edilməklə operativ olaraq kəşfiyyat və əməliyyat şəraitinin qiymətləndirilməsi işləri aparılıb, qısa müddətdə şərti yanğın “söndürülüb”, xilasetmə vasitələri tətbiq edilməklə “zərərçəkmişlər” təxliyə olunaraq onlara “ilkin yardım göstərilib”.
Uğurla keçən təlimdən sonra nəticələr müzakirə olunub, FHN və Metropolitenin əməkdaşları arasında obyektdə baş verə biləcək fövqəladə halların qarşısının alınması, bu zaman xilasetmə işlərinin aparılması, zərərçəkmişlərə ilkin yardımın göstərilməsi və təxliyə vaxtı təhlükəsizlik qaydaları ilə bağlı fikir mübadiləsi aparılıb.
Təlimə FHN-in ümumilikdə 11 ədəd texnikası və 76 nəfərdən ibarət şəxsi heyəti cəlb olunub.
Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) yolda tətbiq ediləcək məhdudiyyətlə bağlı xəbərdarlıq edib.
Yol-xeber.az-ın xəbərinə görə, bu barədə BDYPİ məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) məlumatına əsasən, M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 102-ci kilometrində yolötürücü və kanal üzərində yerləşən körpüdə aparılacaq təmir işləri ilə əlaqədar olaraq, 2025-ci il 8 mart tarixində, saat 10:00-dan etibarən yolun sözügedən hissəsində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılıb. Məhdudlaşma təmir işləri bitənədək qüvvədə olacaq.
BDYPİ hərəkətin təşkilində ediləcək dəyişiklikləri nəzərə alaraq, sürücülərdən yolun sözügedən hissəsində daha diqqətli olmağı, müvəqqəti yol nişanlarının tələblərinə qeyd-şərtsiz əməl etməyi, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün təhlükə yaradan hərəkətlərdən çəkinməyi xahiş edir.