![]() |
|
Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış keçirilən aksiya qanunsuz hesab olunur və darhal qarşısı alınacaq.
Bu sözləri redaktor.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov bildirib:
“Aksiya keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinin icazəsi olmalıdır. Ümumiyyətlə, karantin rejimi müddətində insanların hansısa aksiya keçirməsi yolverilməzdir”, – deyə E.Zahidov bildirib.
Qeyd edək ki, psixoloq Nərmin Şahmarzadə sosial şəbəkələrdə video paylaşaraq, 24 saat ərzində polisin üzr istəməyəcəyi təqdirdə şəhərin mərkəzində aksiya keçirəcəklərini bildirib.
Sumqayıt şəhər sakini koronavirusdan vəfat edib.
Bu barədə S.Hüseynovun yaxınları məlumat verib.
Bildirilib ki, S.Hüseynov 30 gün müddətində xəstəxanada müalicə olunub və virusdan sağalmaq üçün mübarizə aparıb. Lakin tibbi müayinələr nəticəsiz qalıb.
Qeyd edək ki, S.Hüseynov uzun müddət neft-kimyə sahəsində çalışıb. (publika.az)
Ölkəmizdə həyata keçirilən davamlı iqtisadi inkişaf siyasətinin mühüm şərtlərindən biri kimi şəffaflığın və maliyyə intizamının təmin edilməsi, aparılan iqtisadi islahatların korrupsiyaya qarşı mübarizə tədbirləri ilə dəstəklənməsi prokurorluq orqanları tərəfindən qanunla ona həvalə edilmiş səlahiyyətləri çərçivəsində daim diqqət mərkəzində saxlanılmaqla aidiyyəti dövlət qurumları ilə əlaqəli şəkildə korrupsiya hüquqpozmaları törətmiş vəzifəli şəxslərə qarşı ardıcıl mübarizə tədbirləri davam etdirilir.
Baş Prokurorluğun mətbuat xidmətindən Yeniavaz.com-a verilən məlumata görə, həyata keçirilməkdə olan belə tədbirlərdən biri kimi Ağcabədi rayonunun Ağabəyli kəndində fəaliyyət göstərən “BMS AQRO” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyinin qanunsuz əməlləri nəticəsində Kənd Təsərrüfatı Nazirliyinin “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə külli miqdarda ziyan vurulması barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş material araşdırılıb.
Keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində qeyd olunan MMC-nin təsisçisi və direktoru Mülhazil Balakişiyevin digər şəxslərlə qabaqcadan əlbir olaraq 5200 baş müxtəlif cins damazlıq xırda buynuzlu mal-qaranın lizinq yolu ilə alınması ilə bağlı 24 iyul 2014-cü il tarixdə “Aqrolizinq” ASC tərəfindən elan edilmiş tenderin qalibi olduqdan sonra ümumilikdə 3 milyon 692 min avro (həmin dövrün məzənnnəsi ilə 3 milyon 581 min manat) məbləğində pul vəsaitinin köçürülməsinə nail olaraq müqavilə öhdəliyi üzrə 2 milyon 583 min avro (həmin dövrün məzənnəsi ilə 2 milyon 505 min manat) dəyərində olan 3600 baş xırda buynuzlu mal-qaranın gömrük rəsmiləşdirilməsindən keçirməklə ölkəyə gətirərək qeyd olunan müqavilə üzrə ASC tərəfindən ona etibar edilmiş 1 milyon 109 min avro (həmin dövrün məzənnəsi ilə 1 milyon 76 min manat) məbləğində pul vəsaitini nağdlaşdırmaqla mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.
M.Balakişiyevin əməllərində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) maddəsinin əlamətləri oluduğundan ona həmin maddə ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam, hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Yasamal rayonu ərazisindəki yaşayış binalarından birində polis əməkdaşlarının üzərinə müxtəlif əşyalar atan şəxslər inzibati qaydada həbs edilib.
Saxlanılan şəxslərə qarşı İnzibati Xətalar Məcəlləsinin 535-ci Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama maddəsi ilə ittiham verilib.
Yasamal rayon Məhkəməsi tərəfindən 11 nəfər barəsində 10, 15, 30 sutka müddətinə inzibati həbs cəzası verilib.
Qeyd edək ki, hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda qeyd edilib ki, iyunun 7-də sərtləşdirilmiş xüsusi karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşları Yasamal rayonu ərazisindəki yaşayış binalarından birinin həyətində karantin rejimi qaydalarını pozan şəxsi saxlayarkən həmin binada yaşayan bir qrup sakin mənzillərinin eyvan və pəncərələrindən polis əməkdaşlarının üzərinə müxtəlif əşyalar ataraq onların ünvanına təhqiredici ifadələr səsləndiriblər.
Buna baxmayaraq, polis əməkdaşları təmkin nümayiş etdirib və karantin rejimini pozan həmin şəxs barəsində inzibati tədbir görüb.
Aparılan araşdırmalarla asayiş keşikçilərinin üstünə müxtəlif əşyalar atan 11 nəfərin də şəxsiyyəti müəyyən edilib və onlar saxlanılaraq müvafiq araşdırmalar aparılması üçün ərazi polis orqanına gətiriliblər. /Yenicag.az/
İyunun 7-də Yasamal rayonunda gücləndirilmiş karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşlarının üzərilərinə məişət əşyaları atanlar saxlanılarkən çəkilmiş videogörüntülər araşdırılıb və bu zaman əməkdaşlardan birinin bir qadınla yüksək səs tonunda danışaraq onun həyat yoldaşının ünvanına yersiz ifadələr işlətməsi müəyyən edilib ki, bu da bağışlanmaz hal kimi qiymətləndirilib.
Bu barədə DİN-in Mətbuat Xidmətindən bildirilib.
Qeyd edilib ki, həmin qadın Bakı Şəhər Baş Polis İdarəsinə dəvət edilib və ondan üzr istənilib.
Bundan sonra DİN rəhbərliyi tərəfindən həmin əməkdaşın tutduğu vəzifədən azad edilməsi və barəsində xidməti yoxlama aparılması haqqında qərar qəbul edilib.
İctimai Televiziya və Radio Yayımları Şirkətinin böyük redaktoru Şöhrət Eyvazovun sorğu keçirdiyini görən aptek sahibi İsak Cəfərov media nümayəndələrinə hücum edərək kameranı sındırmağa və çəkilişi sildirməyə çalışıb. Maskanı istədiyi qiymətə sata biləcəyini iddia edən İsak Cəfərov Şöhrət Eyvazov və operator Vüsal Quliyevə fiziki zor tətbiq etməyə çalışıb və onları aptekdən çıxmağa qoymayacağını bildirib.
Şöhrət Eyvazovun Daxili İşlər Nazirliyinin qaynar xəttinə – 102 xidmətinə zəngindən sonra Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən aptek sahibi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221 maddəsinə əsasən “xuliqanlıq” maddəsiylə saxlanılıb.
Araşdırma davam edir. (Konkret.az)
Dünən – iyunun 7-də sərtləşdirilmiş xüsusi karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşları Yasamal rayonu ərazisindəki yaşayış binalarından birinin həyətində karantin rejimi qaydalarını pozan şəxsi saxlayarkən həmin binada yaşayan bir qrup sakin mənzillərinin eyvan və pəncərələrindən polis əməkdaşlarının üzərinə müxtəlif əşyalar ataraq onların ünvanına təhqiredici ifadələr səsləndirmişlər.
DİN-dən bildirilib ki, buna baxmayaraq, polis əməkdaşları təmkin nümayiş etdirmiş və karantin rejimini pozan həmin şəxs barəsində inzibati tədbir görmüşlər.<ins'>
Aparılan araşdırmalarla asayiş keşikçilərinin üstünə müxtəlif əşyalar atan 11 nəfərin də şəxsiyyəti müəyyən edilmiş və onlar saxlanılaraq müvafiq araşdırmalar aparılması üçün ərazi polis orqanına gətirilmişlər.
Hazırda onların törətdikləri əmələ hüquqi qiymət verilməsi üçün zəruri araşdırmalar davam etdirilir.
İyunun 7-də sərt karantin rejimi zamanı Bakının Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində yaşayan sakinin saxlanılmasına etiraz olaraq bina sakinləri polisin üstünə zibil torbaları atıblar.
Keçirilən əməliyyat zamanı həmin əraziyə polis əməkdaşları cəlb olunub.
Onlar binaya daxil olaraq bir neçə nəfəri saxlayıblar. /baku.ws
Oxu.az xəbər verir ki, yayılan görüntülərin koronavirus xəstələri üçün ayrılmış xəstəxanaların birinin reanimasiya şöbəsində lentə alındığı deyilir.
İddia edilir ki, xəstələr COVID-19-a yoluxanlardır.
Xəstələrin üzlərinin aydın görünməsi sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb.
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusunu cavablandıran TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva bildirib ki, təmsil etdiyi qurum mövcud vəziyyətdən xəbərdardır.
R.Əliyeva bildirib ki, görüntülər, həqiqətən, pandemiya əleyhinə xəstəxanada çəkilib:
“Bəli, görüntülər koronavirusla mübarizə çərçivəsində ayrılan pandemiya xəstəxanalarından birində çəkilib. Videogörüntülərdəki xəstələr COVID-19-a yoluxan xəstələrdir. Təəssüf ki, xəstəxana işçilərindən kimsə vətəndaşların hüquqlarını tapdayaraq, bizim qoruduğumuz gizliliyi pozub. Bilirsiniz ki, COVID-19 xəstələrini nəinki çəkmək, hətta adlarının açıqlanmasına belə icazə yoxdur.
TƏBİB bu məsələni ciddi nəzarətə götürüb. Çox güman ki, görüntülər xəstəxana əməkdaşları tərəfindən lentə alınıb. Hazırda şəxs və ya şəxslərin kimliyinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.
Qanunvericilik çərçivəsində bu videonu çəkən şəxs barəsində cinayət işi başlanılacaq”.