Abşeron rayonunda dayı 14 yaşlı bacısı qızını boğub öldürüb
Abşeron rayonunda 14 yaşlı bacısı qızını boğaraq qətlə yetirməkdə təqsirli bilinən İlham Kərimovun cinayət işi.

"Ölkə.Az" xəbər verir ki, hadisə Abşeron rayonunun Hökməli qəsəbəsində baş verib. 

Yevlax rayon sakini İlham Kərimov kirayə yaşadığı evdə 14 yaşlı bacısı qızı Aygün Bənicəlalini boğaraq qətlə yetirib.

Abşeron rayon pois əməkdaşları tərəfindən qətli törətməkdə şübhəli bilinən İlham Kərimov saxlanılıb. 

İstintaqla müəyyən olunub ki, yaşadığı Yevlax rayonu Aran qəsəbəsindəki evdən valideyinləri ilə bir yerdə yaşamaqdan imtina edib, onalrın icazəsi olmadan Bakıya gələn bacısı qızı Aygün Bənicəlalini dayısı İham Kərimov tapıb. İlham Kərimov bacısı qızını kirayə qaldığı Abşeron rayonu Hökməli qəsəbəsindəki evinə gətirib.

Aygündən təkidlə yaşadığı evdən hansı səbəbdən və kiminlə qaçması barədə soruşub. Qızın onun suallarına cavab verməməsi və bir daha evə qayıtmayacağını deməsinə hirslənən İlham bacısı qızı Aygünü əlləri ilə boğazından tutub arxası üstə yerə yıxıb. Əlləri ilə qızın boğazından sıxaraq onu boğub öldürüb.

Hadisə barədə daha ətraflı videonu təqdim edirik:

 

Prokurorluq Salyandakı insidentlə bağlı məlumat yaydı

İyunun 16-da saat 04 radələrində odlu silahla qətlə yetirilmiş 1996-cı il təvəllüdlü Asif Qarayevin meyitinin rayonun Qaraçala ərazisində yerləşən süni balıq gölünün kənarında aşkar edilməsi barədə məlumat daxil olub.
Salyan rayon prokurorluğundan bildirilib ki, prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilən zaman meyitin yaxınlığından 2 ədəd giliz, içərisində 1 ədəd patron olan tüfəng, qanabənzər maddələr və balıq tutmaq üçün nəzərdə tutulmuş tor aşkar edilib və müvafiq qaydada qablaşdırılaraq götürülüb.

Faktla bağlı Salyan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq-əməliyyat tədbirləri aparılıb.

Hazırda cinayəti törətmiş şəxs və ya şəxslərin dairəsinin müəyyən edilərək istintaqa cəlb olunması istiqamətində təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

İcra başçısının oğlunu öldürən Lamiyə Azərbaycandan getdi
Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlunu qətlə yetirmiş və həbsdə övlad dünyaya gətirməsi ilə azadlığa çıxmış Lamiyə Quliyeva Türkiyəyə köçüb.

Bu barədə Hit.az-ın əldə etdiyi məlumatda deyilir. O, bir müddət Şəmkirdə yaşayıb, sonra Türkiyəyə getmişdi. Ancaq yenidən rayona qayıtmışdı. Sonra iş tapa bilməyən və müxtəlif yerlərə müraciət edən L.Quliyeva ölkədən getməli olub. 

L.Quliyeva 12 il həbs həyatı yaşayıb. 2015-ci ildə həbsdə uşaq doğması xəbəri ölkə mediasında sensasiyaya səbəb olmuşdu. O, həmin il məhkəmə zalından azad edilmişdi.

Sabiq İH başçısının oğlu Ruslan Aslanovu qətlə yetirməkdə təqsirləndirilərək ömürlük azadlıqdan məhrum edilən Lamiyənin keçmiş nişanlısı Vüqar Əliyevin isə vəsatətləri təmin edilmir.

Rəhim Qazıyevə keçmiş kürəkəni xəsarət yetirib

Sabiq Müdafiə naziri Rəhim Qazıyevin xəsarət alması ilə bağlı başlanan cinayət işi üzrə keçmiş kürəkəni tərəfindən törədilməsi faktı üzrə istintaq araşdırmaları başlanılıb.
Bu barədə Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

Sözçü qeyd edib ki, keçmiş kürəkəni tərəfindən R.Qazıyevə əvvəllər də analoji qaydada xəsarət yetirilməsi ilə bağlı hazırda məhkəmə prosesi aparılır:
"Əlavə məlumat veriləcək".

Bakıda yanğın hadisəsi baş verib. 

Lökbatan qəsəbəsi ərazisindəki “Meyvəli” bazara daxil olan avtomobillərdən biri yanıb.

Yanğının söndürülməsi işlərinə Fövqəladı Hallar Nazirliyinn (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən avtomobilləri cəlb edilib.

Daha ətraflı videodan izləyin:

 

 
(redaktor.az)
Cəbhədə silahlar susmadı
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. 

Ermənistan Respublikası Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

Xocavənd rayonunun işğal altında olan Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Tərtər rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

Azərbaycanda daha bir həkim koronavirusdan öldü
Azərbaycanda daha bir həkim koronavirusdan ölüb.

Publika.az xəbər verir ki, bu barədə endokrinoloq Yeganə Muradova məlumat verib.

O, sosial media hesabında paylaşım edərək, travmatoloq Mehman Hüseynovun koronavirus qurbanı olduğunu bildirib:

“Virusa inanmıram deyənlər, biz bu gün tələbə yoldaşımızı, kolleqamızı itirdik. Son ana qədər inanırdıq ki, o, sağalacaq. Allah rəhmət eləsin. Allah ailəsinə səbr versin”.

Balakəndə ağır qəza

Balakəndə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə axşam saatlarında Balakən-Kortala avtomobil yolunda qeydə alınıb.

İki nəqliyyat vasitəsinin toqquşması nəticəsində iki Balakən sakini hadisə yerində dünyasını dəyişib, daha iki nəfər – Balakən sakinləri, 1993-cü il təvəllüdlü Vaqif Əjdər oğlu Musayev və 1996-cı il təvəllüdlü Elmar Eldar oğlu Şahverdiyev aldıqları müxtəlif xəsarətlərlə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri orta-ağır kimi qiymətləndirilir.
Hazırda ölən şəxslərin şəxsiyyətləri dəqiqləşdirilir. Fakt Balakən RPŞ tərəfindən araşdırılır.

Abşeronda yanğının söndürülməsinə helikopterlər cəlb edildi
Abşeron rayonunun Ceyranbatan qəsəbəsində “Ceyranbatan” su anbarının yaxınlığında yanğınsöndürmə işləri davam etdirilir.

"Ölkə.Az" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yanğının söndürülməsi üzrə əməliyyata nazirliyin Aviasiya dəstəsinin iki ədəd helikopteri cəlb olunub.

***

Bakının Xətai rayonunda və Abşeronda yanğın baş verib.

Oxu.az xəbər verir ki, sözügedən ərazilərdə qeydə alınan yanğınların görüntüləri sosial şəbəkədə yayılıb. 

Belə ki, hadisələrdən biri Xətai rayonunun Günəşli qəsəbəsində, digər isə Abşeron rayonunun Ceyranbatan qəsəbəsində, “Ceyranbatan” su anbarının yaxınlığında qeydə alınıb. 

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva Oxu.Az-a açıqlamasında hər iki ərazidə quru otların yandığını deyib:

“Hadisə quru otların yanması səbəbindən baş verib. Əraziyə FHN-nin yanğından mühafizə xidmətinin əməkdaşları cəlb olunub. Artıq qeydə alınan yanğınlardan biri söndürülüb, digər yanğının söndürülməsi istiqamətində işlər görülür”.

Ərinin telefonundakı videonu gördü, ŞOK oldu
İngiltərədə yaşayan bir qadın, ərinin telefonunda tapdığı video materiallarla yuxuda dəfələrlə təcavüzə uğradığını öyrəndi.

İngiltərədə yaşayan və adı açıqlanmayan bir qadın, ərinin işə gedərkən evdə unutduğu telefonunda şifrəli videolar saxlamasını təmin edən bir tətbiq tapıb. Ərinin bu tədbiqdən nə məqsədlə istifadə etdiyini öyrənmək istəyən qadın qoyulmuş kodu qırmağı bacarıb.

Qadın, praktiki saxlanan və özü yuxudaykən əri tərəfindən zorakılıq və təcavüzə məruz qaldığı görüntüləri əks etdirən bir çox video qarşısında dəhşətə gəlib. Qadının telefonunda tapdığı video materiallar haqqında ona bildirməsindən sonra 30 yaşlı ər polisə gedərək törətdiyi cinayəti etiraf edib. 10 ildən çox müddətdir birlikdə olduğu arvadına təcavüz etdiyi anları videoya çəkən ərə 9 il həbs cəzası verilib. 

Yaşadıqlarından sonra müalicə almağa başlayan qadın, ərinin ona etdiklərini qəbul etmədiyini və gələcəyi haqqında narahatlıq duyduğunu bildirərək,"Bunları edə biləcəyini əsla düşünmədim, onu həyatım boyu bir daha əsla görmək istəmirəm" deyib.

Xəbər lenti