Qaz xəttinə qanunsuz qoşulma 800 abonenti qazsız qoydu
Abşeron rayonunda qazdan qanunsuz istifadə halı aşkarlanıb.

Xəbər verir ki, bu barədə “Azəriqaz”ın İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov bildirib.

“Xırdalan şəhəri Yoncalıq ərazisi. Dəfələrlə qaz talamaqla məşğul olan Sənan adlı şəxs yenə də eyni əməli törətməkdən çəkinməyib. İyunun 10 da saat 22:00 radələrində həmin şəxs diametri 108 mm olan qaz xəttini bağlayaraq qaynaq vasitəsilə kəsib aparıb və qaz xəttinin yerini qeyri-qanuni dəyişməyə cəhd edib.

Baş verənlər səbəbindən 800 abonentin qaz xəttinin dayandırılmasına zərurət yaranıb. Qanunsuz qoşulma faktı ilə bağlı Daxili İşlər Nazirliyinin “102” xidmətinə və yerli icra hakimiyyətinə məlumat verilib”, - deyə o qeyd edib.

Azərbaycanlı müğənni qəzaya düşdü: 3 nəfər öldü
Cənubi Azərbaycandan olan müğənni Afşin Azəri ağır avtomobil qəzasına düşüb.

Axşam.az bildirir ki, hadisə Təbrizdə baş verib. Qəza zamanı ifaçının ailəsi də maşında olub.

İki avtomobil yolda toqquşub. Nəticədə digər avtomobildəki 3 nəfər dünyasını dəyişib. Afşinin ailə üzvləri isə xəstəxanaya yerləşdiriliblər. Sənətçi günahın qarşı tərəfdən gələn maşında olduğunu söyləyib.

Qeyd edək ki, Afşin Azəri bir müddət əvvəl Azərbaycanda da məşhurlaşmaq istəyirdi. O, dəfələrlə Azərbaycan kanallarında qonaq olub.

Kürdəmirdə kişi qadını traktora bağlayıb yandırdı
Kürdəmirdə qadın yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirlib.

Qadının qaz sızması zamanı yaranan partlayışda yandığı bildirilib. Lakin qadın özünə gələndən sonra keçmiş əri tərəfindən yandırıldığını iddia edib.

Şura adlı qadın bildirib ki, dünən keçmiş həyat yoldaşı gəlib yalvararaq, onunla barışmasını istəyib. Əri ilə razılaşan qadın evə gedərkən, yarı yolda keçmiş əri onu traktora bağlayaraq yandırıb.

Hadisənin Kürdəmirdə Muğanlı adlı sahəlikdə baş verdiyi bildirilir.

 

Qeyd edək ki, yandırılan qadın ərindən 2017-ci ildə ayrılıb. Mənbə: MediaPost.az

Ürəyi zəif olanlar baxmasın!

Kürdəmirdə qadın yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirlib.

"Ölkə.Az" xəbər verir ki, qadının qaz sızması zamanı yaranan partlayışda yandığı bildirilib. Lakin qadın özünə gələndən sonra keçmiş əri tərəfindən yandırıldığını iddia edib.

Şura adlı qadın bildirib ki, dünən keçmiş həyat yoldaşı gəlib yalvararaq, onunla barışmasını istəyib. Əri ilə razılaşan qadın evə gedərkən, yarı yolda keçmiş əri onu traktora bağlayaraq yandırıb.

Hadisənin Kürdəmirdə Muğanlı adlı sahəlikdə baş verdiyi bildirilir.<ins' style="padding: 0px; margin: 0px; box-sizing: border-box;">

Qeyd edək ki, yandırılan qadın ərindən 2017-ci ildə ayrılıb. Mənbə: MediaPost.az

Ürəyi zəif olanlar baxmasın!

 

Koronavirus infeksiyasının hər gün həm dünya ölkələrində, həm ölkəmizdə can aldığı bir vaxtda bir çox insanlar tibbi maskadan istifadə etmirlər. Hətta məcburi olmasına baxmayaraq bu qaydalara məhəl qoymayan vətəndaşlar keçirilən reyd zamanı cərimə olunublar.

“Xəzər Xəbər” bildirir ki, dəfələrlə xəbərdarlıq edilir və barələrində inzibati cəza tədbiri görülür. Ancaq nə fayda, hələ də müxtəlif bəhanələr gətirərək tibbi maskadan istifadə etməyən, koronavirus təhlükəsini heçə sayanlar var.

Bakı şəhər Baş Polis və Xətai rayon Polis İdarələrinin əməkdaşları rayon ərazisində reyd keçiriblər. Metronun Əhmədli stansiyasının ətrafında baş tutan reyd zamanı yenə də tibbi maskadan istifadə etməyərək qaydaları pozan xeyli vətəndaş aşkar edilib.

Avtobus dayanacağında tibbi maskadan istifadə etməyən bu vətəndaş isə etdiyi əmələ haqq qazandırmaqla yanaşı, çəkiliş qrupumuza da hücum edir.

Ticarət obyektlərində işləyən bəzi satıcılar da müştərilərlə ünsiyət zamanı tibbi maskadan istifadə etmirlər.

İnsanlar tibbi maskadan istifadə etməmələrini müxtəlif səbəblərlə əlaqələndirirlər.

İnfeksiyanın daha geniş yayıla biləcəyi yerlərdən biri də ictimai nəqliyyatdır. Nazirlər Kabinetinin qərarına əsasən ictimai nəqliyyatda da tibbi maskalardan istifadə etmək məcburidir. Lakin avtobuslarda bəzi sərnişinlər tibbi maskadan istifadə etsələr də, onların arasında bu qaydaya əməl etməyənlər də var.

Banklar qarşısında növbə gözləyən əksər vətəndaşların da həm tibbi maskadan istifadə etmədiyi, həm də ara məsafə saxlamadığı məlum oldu.

Qaydaları pozan şəxslər 50 manat miqdarında cərimə olundular. (baku.ws)

VİDEO

Bakıda üzərində silah gəzdirən keçmiş məhkum saxlanılıb
Nəsimi Rayon Polis İdarəsi (RPİ) 19-cu Polis Şöbəsinin əməkdaşları üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxsi saxlayıb.

DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı əvvəllər dəfələrlə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş, Sumqayıt şəhər sakini İlkin İsmayılov tutulub. Onun üzərinə baxış zamanı 1 ədəd "Makarov" konstruksiyalı atəşə yararlı tapança, 1 ədəd həmin silaha məxsus daraq və 6 ədəd patron aşkar edilərək götürülüb. Saxlanılan şəxs silah-sursatın ona məxsus olduğunu və polisə təhvil verməyərək qanunsuz olaraq üzərində gəzdirdiyini etiraf edib.
Faktla bağlı 19-cu Polis Şöbəsində toplanan materiallar araşdırlması üçün Nəsimi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa aidiyyəti üzrə polis idarə, şöbə və bölmələrinə müraciət edə bilərlər. 

ŞOK GÖRÜNTÜLƏR! Bakıda avtobus sürücüsü qadınları TƏHQİR ETDİ
Ötən gün Bakıda sərnişin avtobusunun sürücüsü xanım sərnişini təhqir edib və onu söyüb.

Metbuat.az xəbər verir ki, bu barədə Nigar Mirzəyeva adlı xanım baku ws-in “qaynar xətt”inə məlumat verib.

Onun sözlərinə görə, 55 saylı marşrut xətti üzrə hərəkət edən 99 LF 648 nömrə nişanlı avtobusun sürücüsü sərnişinlərlə kobud danışırmış.

Bundan başqa, həmin sürücü avtobusu necə gəldi idarə edib və sürət həddini aşıb.<ins'>

Avtobusun içərisində olan xanımlar sürücüyə etirazlarını bildiriblər. Əvəzində isə sürücü qadınları söyməyə başlayıb.

“Danışığına fikir ver. Məni evdəki ilə səhv salma”, - deyə sürücü qadını söyür. Daha sonra avtobusu saxlayır, düşüb siqaret çəkir. Eyni zamanda sürücü yolboyu telefonla danışır və avtobusu təhlükəli idarə edir.

Qeyd edək ki, belə hallar təkcə 55 saylı avtobusda deyil, paytaxtın digər marşrut xətlərində də baş verir.

Bakı polisindən beş saat döyüldüyünü deyən şəxslə bağlı

Bakı Şəhər Baş Polis İdarəsi Elvin Süleymanlının Yasamaldakı əməliyyat zamanı saxlanılaraq təzyiqə məruz qalması ilə bağlı iddialarına münasibət bildirilib.

Bu barədə Bakı şəhər BPİ Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Oxu.Az-ın sorğusuna cavab olaraq məlumat verib.

O bildirib ki, Elvin Süleymanlının polis bölməsində təzyiqə məruz qalması iddiaları ilə bağlı xidməti yoxlama aparılır.

Qeyd edək ki, E.Süleymanlı dünən sosial şəbəkə vasitəsilə məlumat yayaraq, polis bölməsində beş saat döyüldüyünü iddia edib. 

Sumqayıtda binada uçqun olub
Sumqayıtda əsasən Qubadlı, habelə işğal altındakı digər rayonlardan olan məcburi köçkünlərin məskunlaşdığı yaşayış binasında uçqun hadisəsi baş verib.

Report xəbər verir ki, hadisə 12-ci mikrorayonda qeydə alınıb.

İlkin məlumata görə, binanın giriş hissəsi uçub. Nəticədə 1970-ci il təvəllüdlü İdrak Hüseynov və 1967-ci il təvəllüdlü Gülxanım Cəfərova xəsarət alıblar. 

Hadisə zamanı dağıntılar altında daha 3 nəfərin qaldığı bildirilir. Əraziyə xilasedicilər cəlb edilib və hazırda təxliyə işləri aparılır. Hadisə yerinə həmçinin hüquq-mühafizə orqanlarının əməkdaşları və Qubadlı Rayon İcra Hakimiyyətinin nümayəndələri cəlb olunub.<ins'>

Dünən internet səhifələrində və sosial şəbəkələrdə Bakı şəhərinin Yasamal rayonu ərazisində sərtləşdirilmiş karantin rejimi dövründə qaydaları pozan vətəndaşların polis tərəfindən saxlanması anı ilə bağlı video və fotoşəkillər yayılıb.

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili(Ombudsman) Aparatının məlumatına görə, kimliyindən asılı olmayaraq, hər kəs qanuna riayət etməli və qanun pozuntusuna isə yalnız hüquqi qiymət verilməlidir:

“Bu baxımdan, internet resurslarında və sosial şəbəkələrdə yayılmış məlumatlar Ombudsman tərəfindən nəzarətə götürülüb.

Saxlanılan şəxslər fərdi qaydada yerində qəbul olunub, müraciətləri araşdırılır. Eləcə də, saxlanılan şəxslərin ailə üzvlərindən daxil olmuş hər bir müraciətə dərhal reaksiya verilməklə tərəfimizdən araşdırılır və hər bir qanunazidd əmələ hüquqi qiymət veriləcək.

Ombudsman tərəfindən ilkin müraciətlər üzrə Azərbaycan Respublikasının Daxili İşlər naziri Vilayət Eyvazova müraciət olunub.

Saxlanılan şəxslərin ailə üzvləri və əlavə müraciətlər olduğu təqdirdə vətəndaşlar Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Qaynar Xətt üçün ayrılmış 050-370-98-96 mobil nömrəsi ilə əlaqə saxlaya bilərlər”. (oxu.az)

Beynəlxalq qanunlara zidd olan şallaq cəzasına və cəriməyə məhkum edilən iki Güney azərbaycanlı milli fəala Urmiyada şallaq vurulub.

Fəallar barədə verilən 20 şallaq cəzası Urmiya məhkəməsində icra olunub.

İran məhkəməsi Əli Əzizi, Elyar Hüseynzadə, Yasin Həsənpur, Keyvan Paşayi, Əmin Zare və Salar Tahir Afşar barəsində 2019-cu ilin noyabr etirazlarında iştirak etdiklərinə görə şallaq və 1.5 milyon tümən cərimə cəzası vermişdi.

Fəallar “ictimai asayişi pozmaq”da ittiham olunur. Lakin onlar barələrində irəli sürülən ittihamları rədd edir və bunun siyasi sifariş olduğuna şübhə etmirlər.

Beynəlxalq insan haqları təşkilatları şallaq cəzasını insan haqlarının pozulması və işgəncə nümunəsi olaraq dəyərləndirir.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı aprel ayında beynəlxalq ictimaiyyətin təzyiqi ilə şallaq cəzasını ləğv edib.   /Teleqraf.com/

Xəbər lenti