![]() |
|
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Ermənistan Respublikası Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində yerləşən mövqelərimiz atəşə tutulub.
Füzuli rayonunun işğal altında olan Qaraxanbəyli kəndi yaxınlığında, həmçinin Tərtər və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.
Bu barədə şair özü Apa-ya məlumat verib.
Hazırda "Yeni klinika" da müalicə olunduğunu bildirən S.Babullaoğlu səhhətinin nisbətən yaxşı olduğunu qeyd edib: "Testin nəticəsi çıxmayıb, ona görə də koronavirus olub-olmaması barədə konkret bir söz deyə bilmərəm. Mənə dedilər ki, neqativ olsaydı bilinərdi. Amma sətəlcəm var və hazırda bundan müalicə alıram".
Oxu.az xəbər verir ki, hadisə Suraxanı rayonunun Hövsan qəsəbəsində baş verib.
Üzərində taksi tanınma nişanı olan nəqliyyat vasitəsi qəfildən yola çıxdığı üçün avtobusa çırpılıb.
Hadisə avtobusun kamerasına düşüb:
Ötən həftə iki günlük elan olunmuş karantin vaxtı Bakıda avtoşluq edən sürücü aşkar edildi. Yol-xeber.az xəbər verir ki, paytaxtın Nəsimi rayonu, Mirəsədulla Mirqasımov küçəsində ağ rəngli "Hyundai" markalı avtomobili idarə edən sürücü karantin rejimini pozaraq yolda avtoxuliqanlıq edib. O, avtomobili yüksək sürətlə idarə edərək əl əyləci ilə avtomobili fırladaraq avto şou göstərib.
Bakı şəhər DYP idarəsinin əməkdaşları avtomobili həmin gün aşkar edərək evakuator vasitəsi ilə mühafizə olunan duracağa aparıblar. Sürücü isə həbs qorxusuna görə iyunun 15-dən qaçıb gizlənmişdi.
Avtoxuliqanlıq edən sürücü Kərimov Nicat Rövşən oğlu bu gün Bakı Şəhər Baş Polis idarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Nəsimi rayon 20-ci polis bölməsinə təqdim edilib. Toplanmış materiallar Nəsimi rayon məhkəməsinə göndərildikdən sonra həmin şəxs barəsində qərar verilib.
Belə ki, karantin rejimini pozduğuna görə İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin, avtoxuliqanlığa görə İXM-nin 511.1-ci maddəsinin və sərxoşluğun müayinəsindən boyun qaçırtdığı üçün İXM-nin 343.1-ci maddəsinin tələbini pozduğuna görə 1 ay müddətinə inzibati qaydada həbs edilərək sürücülük hüququnun 1 il müddətinə məhdudlaşdırılması ilə bağlı qərar verilib.
Azərbaycanda koronavirus pandemiyasının geniş yayıldığı bu günlərdə daha bir vəzifəli şəxs virusa yoluxub.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Samux Rayon İcra Hakimiyyəti başçısının müavini Qəzənfər Əliyev və onun həyat yoldaşı, Gəncə şəhər 10 saylı orta məktəbin direktoru Arzu Əliyeva koronavirusa yoluxub.
Təhsil Nazirliyindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, Gəncə şəhər Məhəmməd Hadi adına 10 nömrəli tam orta məktəbin direktoru 1970-ci il təvəllüdlü Əliyeva Arzu Şirin qızı 14.06.2020-ci il tarixdə koronavirus (COVİD-19) diaqnozu ilə bağlı Goranboy rayon Xəstəxanasına yerləşdirilib.
Məktəb direktorunun səlahiyyətləri 16.06.2020-ci il tarixdən Əliyeva Arzu Şirin qızı sağalıb işə qayıdanadək Gəncə Şəhər Təhsil İdarəsinin məktəblər üzrə məsləhətçisi Sadik Rafiq oğlu Babayevə həvalə edilib.
“Hazırda istənilən səbəbdən ölən şəxsdən COVİD-19 analizi götürülür”. Bu sözləri “Qafqazinfo”ya TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva sosial şəbəkədə ölən şəxsə məcburi COVİD-19 diaqnozunun qoyulduğu deyilən videoya münasibətində deyib.
Bildirib ki, video araşdırılıb və məlum olub ki, Təcili Tibbi Yardıma çağırış qızdırma ilə bağlı olmayıb:
“Çağırış adi narahatlıqla bağlı olub. Belə çağırışlara isə tibb işçiləri xüsusi geyimlə getmir. Təcili Yardım işçiləri ünvana çatan zaman ölüm halını görüb. Onlar da qaydalara uyğun olaraq analiz götürməyə çalışıb və videoda da bunu izah etmək istəyirlər. Sadəcə rəhmətə getmiş insanın yaxınları elə bilir ki, xəstəyə COVİD-19 yazmaq istənilir. Onkoloji xəstə olduğunu heç kim təkzib etmir. Ancaq həmin testin götürülməsi vacibdir və götürülüb. Cavab da neqativ çıxıb və bu, sənədlərdə də qeyd olunub”.
Qeyd edək ki, sosial şəbəkədə yayılmış videoda başqa səbəbdən ölən şəxsə həkimlər tərəfindən koronavirus diaqnozunun qoyulmaq istədiyi iddia olunurdu. Buna görə də mərhumun yaxınları və tibb işçiləri arasında mübahisə yaranmışdı.
Prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Salyan rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş qətl hadisəsinin üstü “isti izlərlə” açılıb.
İyunun 16-da saat 04 radələrində 1996-cı il təvəllüdlü Asif Qarayevin odlu silahla qətlə yetirilmiş meyitinin rayonun Qaraçala ərazisində yerləşən süni balıq gölünün kənarında aşkar edilməsi faktı ilə bağlı Salyan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətindən "Report"a bildirilib ki, istintaqla cinayətin həmin gölə nəzarət edən 1990-cu il təvəllüdlü Rəşad Abdullayev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
R.Abdullayev Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin inzibati binasının qarşısında aksiya keçirməyə cəhd olub.
Əraziyə polis əməkdaşları cəlb edilib.
Aksiya iştirakçılarını ərazidən bir qədər uzaqlaşdırıblar, ictimai fəal Nərmin Şahmarzadə və digər 5 nəfər saxlanılıb. (redaktor.az)
Oxu.az xəbər verir ki, görüntülər şəhərin 1 saylı Xəstəxanasında çəkilib.
Videoda görünən pasiyentlərin COVID-19 xəstələri olduğu iddia edilir.
Xəstəxananın reanimasiya şöbəsində çəkildiyi iddia edilən görüntülərin tibb işçisi tərəfindən lentə alındığı ehtimal olunur.
Məsələ ilə bağlı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva Oxu.Az-ın sorğusunu cavablandırıb.
O bildirib ki, sözügedən məsələ ilə bağlı başlayan araşdırma yekunlaşıb:
“Aparılan araşdırmalar nəticəsində Sumqayıt şəhər 1 saylı Xəstəxanasının reanimasiya şöbəsindən video çəkən tibb bacısı müəyyən edilib. Aidiyyəti üzrə həmin tibb bacısı etdiyi əmələ görə inzibati qaydada cəzalandırılıb”.