![]() |
|
Ötən gün daxili işlər orqanları tərəfindən qeydə alınan cinayət və hadisələrin statistik məlumatlar açıqlanıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, iyunun 30-da törədilən 13 cinayətin üstü “isti izlər”lə açılıb.
Əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 45 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 33 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 3 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb.
Bu barədə DGK məlumat yayıb.
İdarənin “Qırmızı Körpü” gömrük postunda Gürcüstana gedən “Mercedez-Benz Atego” markalı nəqliyyat vasitəsi saxlanılıb və sürücüsü şifahi sorğu-sual olunub. Bu zaman vətəndaş idarə etdiyi avtomobildə gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Yoxlama zamanı nəqliyyat vasitəsinin salonunda köynəyə bükülü halda gömrük nəzarətinə bəyan edilməyən 22 400 ABŞ dolları aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
İyunun 19-du saat 13 radələrində Nizami (Gəncə) rayonunun Yeni Gəncə qəsəbəsi 28 May küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Daşkəsən rayon sakini X.Cəfərov vurulub. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Yol-xeber.az-a verilən məlumata görə, piyadaya xəstəxanada ilkin tibbi yardım göstərilib. Nizami (Gəncə) Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Nissan” markalı avtomobilin sürücüsü, Gəncə şəhər sakini R.Qasımov saxlanılıb.
Bu barədə Milli Məclisin deputatı, Elm və təhsil komitəsinin üzvü Tamam Cəfərova sosial şəbəkədə məlumat verib:
"Şamaxı ziyalısı, kənd təsərrüfatı elmləri üzrə fəlsəfə doktoru Ömərov Sahib Xancan oğlu koronavirus pandemiyası səbəbilə vəfat edib. Mərhuma Allahdan rəhmət, bütün şamaxılılara və Ömərovlar ailəsinə səbr diləyirəm”. (unikal)
Dövlətə xəyanətdə ittiham olunan 35 yaşlı Orxan Rzaquliyevin cəzasını Ali Məhkəmə azaldıb.
O.Rzaquliyevin vəkili Tural Şükürov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Ali Məhkəmənin hakimi Şahin Yusifov sədrliyi ilə keçirilən prosesdə onların kassasiya şikayətinə baxılıb. Ali Məhkəmənin qərarı ilə kassasiya şikayəti qismən təmin edilib, cəzanın sərtliyi və ağırlığı nəzərə alınaraq O.Rzaquliyevin cəzası 3 il azaldılaraq 13 ilə endirilib.
Qeyd edək ki, O.Rzaquliyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 16 il müddətinə azadlıqdan məhrum edilmişdi. Hökmdən verilən apelyasiya şikayəti təmin edilməyib.
Fotoda: Vəkil Tural Şükürov
Sumqayıt sakini olan Orxan Rzaquliyev dövlətə xəyanətdə və silah-sursat saxlamaqda təqsirləndirilir. İttihama görə, O.Rzaquliyev İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə pula görə əməkdaşlıq edib. SEPAH əməkdaşlarından aldığı pul qarşılığında ona Azərbaycandakı bəzi obyektlərin fotosunu çəkib göndərmək, Bakıda rəhbəri milliyyətcə yəhudi olan klinikanın həkimlərini izləmək, onlarla yaxın münasibət qurmaq kimi tapşırıqlar verilib. Klinikada çalışanlar, ora gəlib-gedənlərlə bağlı daha yaxşı müşahidə aparmaq üçün O.Rzaquliyev tibb mərkəzinin yaxınlığında yerləşən kafeni icarəyə götürüb. Kafenin 500 manat icarə haqqını isə İranın xüsusi xidmət orqanlarının əməkdaşlarından aldığı pulla ödəyib. O.Rzaquliyevin ifadəsinə görə, ona İranda fars dilində bir sənəd verilib. O da sağ baş barmağını mürəkkəbə batırmaqla sənədi imzalayıb. Bundan sonra ona 500 manata bərabər məbləğdə İran pulu verilib. O da həmin vəsaiti sərhəddə dəyişib, Azərbaycana qayıdıb.
Bakıda intihara cəhd hadisəsi baş verib. "Report" xəbər verir ki, hadisə Səbail rayonunda qeydə alınıb.
“Sahil” metrostansiyasının yaxınlığında 1991-ci il təvəllüdlü Həsənov Şəhriyar Şahin oğlu COVID-19 pandemiyası ilə əlaqədar qurulmuş postu keçmək istəyərkən polisin “dayan” əmrinə tabe olmayaraq karantin qaydalarını pozub.
Ş.Həsənov məsuliyyətdən yayınmaq üçün çıxış yolunu üzərində gəzdirdiyi kəsici alət olan ülgüclə bədəninə çoxsaylı xəsarətlər yetirməkdə görüb. Yaralı ərazidə xidmət aparan polis əməkdaşlarının köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Müayinə zamanı onun boyun nahiyəsində və qarnın ön divarında çoxsaylı kəsilmiş yaralar aşkarlanıb.
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində gərginliyi artırmaq məqsədilə iriçaplı silahlardan və snayper tüfənglərindən də istifadə etməklə, sutka ərzində atəşkəs rejimini 50 dəfə pozub.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Ermənistan Respublikasının Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Novruzlu, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz kəndləri yaxınlığında, həmçinin, Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.
Bildirilib ki, qeyd olunan müddət ərzində Bakı-Quba yolunun 52-ci km-də yerləşən karantin keçid postundan 70-i rayon, 110-u paytaxt istiqamətinə olmaqla 180, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci km-də yerləşən postdan 65-i rayon, 70-i paytaxt istiqamətinə olmaqla 135, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 150-i rayon, 80-i paytaxt istiqamətinə olmaqla 230 nəqliyyat vasitəsi geri qaytarılıb, ümumilikdə, 545 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.
“Təbəssüm Məmmədova iyunun 8-də kritik vəziyyətdə xəstəxanaya daxil olub”.
Bu sözləri “Bona Dea” Beynəlxalq Hospitalının tibbi onkoloqu Altay Əliyev 22 yaşlı pasiyent meyitinin ailəsinə təhvil verilməməsi ilə bağlı məsələ ətrafında keçirilən mətbuat konfransında deyib.
Həkim bildirib ki, pasiyent xəstəxanaya çəki itkisi və qanqusma ilə gəlib:
“Xəstənin qarın boşluğu və ağciyərində ləkələr görünüb. Xəstə daha əvvəl başqa klinikalara müayinə olunsa da ,ona dəqiq diaqnoz qoyula bilməyib. Xəstə daxil olan kimi ondan biopsi götürülüb və ona “koriokarsinoma, uzaq orqanların metastazı, mərhələ 4” diaqnozu qoyulub. Bu barədə dərhal xəstə yaxınlarına ətraflı məlumat verilib”.
Daha sonra Altay Əliyev bildirib ki, bu, vəziyyətdə xəstənin sağalması 20 faiz mümkün olur:
“Xəstə yaxınları üçün bu çox böyük ümid idi. Biz 8 iyunda ilk kimyaterapiyaya başladıq. Həmin gün qanaxma, qanqusma artdı. Müalicə prosesinə baxmayaraq, 17 gün içərisində xəstəni itirdik. Ailə yaxınlarına başsağlığı diləyirəm”,- deyə o, qeyd edib.
Daha sonra Altay Əliyev bu xəbərlərin ictimaiyyətdə yanlış işıqlandırıldığını da qeyd edib.
“Təəssüf ki, xəstəlik və xəstəyə tətbiq edilən müalicə metodları ictimaiyyətə yanlış təqdim olunub. Bununla bağlı məsələyə media da həssas yanaşmalıdır",- deyə o, bildirib.
Şəmkirdə vəzifəli şəxs və ailəsi koronavirusa yoluxub.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, Şəmkir rayon Təhsil Şöbəsinin müdiri Məcid Şıxlinksi və həyat yoldaşı, Cahangir Rüstəmov adına tam orta məktəbin direktoru, 1983-cü il təvəllüdlü Firuzə İmanova və onların orta məktəb şagirdi olan övladları da koronavirusa yoluxub.
Məlumata görə, vəziyyətləri yaxşıdır, buna görə də hazırda evdə təcrid olunaraq müalicələrini davam etdirirlər.
1951-ci il təvəllüdlü M.Şıxlinski əvvəllər C.Rüstəmov adına məktəbin direktoru olub.